Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-116/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin rədd edilməsinin İPM-də nəzərdə tutulmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1020/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə ünvan 2 yerləşən fərdi yaşayış evi üzərində mülki yyət hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmış, fərdi yaşayış evinin eskiz layihəsi və texniki pasportu tərtib edilmişdir. 2. ünvan 1 saylı fərdi yaşayış evinə iddiaçının sifarişi əsasında eskiz layihəsi tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı iş üzrə xx x xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, ünvan 1 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati icraat zamanı işin bütün faktiki və hüquqi hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Belə ki, iddiaçı inşa etdiyi fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etsə də, cavabdeh həmin sənədləri nəzərə almamışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayə ti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
7. İş apelyasiya məhkəməsinə daxil olduqdan sonra, işə şifahi məhkəmə iclasında baxılanadək cavabdeh apelyasiya instansiyası məhkəməsinə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası İPM-in 88.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1020/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) cavabdehin ərizəsi təmin edilməmişdir.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki halda apellyasiya şikayətindən imt ina edilməsi barədə ərizənin təmin edilməsi digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozduğundan və maraqlarına əhəmiyyətli dərəcədə zidd olduğundan cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməməlidir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1020/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli digər qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb qərar qəbul edərkən səhvə yol vermiş, iddianın mümkünlük şərtlərini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələblə cavabdehə ilkin müraciəti iş materialları ilə təsdiqlənmir, iş materiallarında iddiaçının müraciətindən imtina edilməsinə dair hər hansı məlumat və imtina məktubu mövcud deyildir.
12. Apelyasiya instansiyası məhkəməsinin qərardadlarından iddiaçı kassasiya şikayəti verərək qərardadların ləğv edilməsini, cavabdehin apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
13. Apellyasiya instansiyası məhkəməsi İPM-nin 88-ci maddəsinin tələblərin i pozaraq cavabdehin ərizəsini təmin etməmiş, əsassız olaraq MPM-nin müddəalarını tətbiq etmişdir. Bundan əlavə, məhkəmənin digər qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamışdır. Lakin bu hissədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni sayıla bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən texniki səhvə yol vermiş, iş materiallarında olan sənədləri sadalayarkən ünvanda səhvlər buraxmışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi səhvləri aradan qaldırmamış, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxan zaman həmin sənədlərin və sübutların mövcud olub-olmamasını dəqiqləşdirmək üçün iddiaçıya lazımi şərait yaratmamışdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Maddə 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 88.4. Şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. Maddə
89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikay ətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərardadları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qərardadları ləğv olunmalı və təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Belə ki, hazırkı iş üzrə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-4101/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından verdiyi apelyasiya şikayətini geri götürülməsi barədə ərizə ilə şifahi məhkəmə baxışı başlananadək apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş və apellyasiya məhkəməsi MPM-nin 369-cu maddəsini hazırkı işə tətbiq etməklə ərizəni qəbul etməmişdir.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi İPM-nin 1.2-ci maddəsini və onunla bağlı MPM-nin 369-cu maddəsini hazırkı işə tətbiq etməklə səhvə yol vermişdir.
23. Belə ki, İPM-nin 1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Lakin İPM-nin 88-ci maddəsi apelyasiya şikayətinin geri götürülməsi qaydasını tənzimləyir və sözügedən maddədə apellyasiya şikayətinin geri götürülməsinin hansı hallarda yol verildiyi, şikayətin geri götürülməsi barədə ər izə daxil olduqda məhkəmənin hərəkətləri təsbit olunmuşdur. Göründüyü kimi, həmin maddənin müddəalarında məhkəmənin şikayətin geri götürülməsindən imtina edilməsinin mümkünlüyü nəzərdə tutulmayıb. Belə olan halda isə məhkəmənin İPM-nin 1.2-ci maddəsinə istinad etməklə MPM-nin müddəalarını inzibati mübahisəyə tətbiqi yolverilməzdir. Başqa sözlə, İPM-də inzibati mübahisələrə dair işlərdə apellyasiya şikayətinin geri götürülməsininin qaydası təsbit edildiyindən, Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiqinə ehtiyac yoxdur.
25. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi şikayətin geri götürülməsi barədə ərizəni rədd edərkən, şikayətin geri götürülməsinin digər mülkiyyətçilərin hüquqlarının pozulmasına istinad etməsi də əsassız olmuşdur. Belə ki, iddiaçı ünvan 1 ünv anında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir və həmin fərdi yaşayış evinin digər mülkiyyətçilərinin olması barədə işdə heç bir məlumat yoxdur və işdən göründüyü kimi, həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Dolayısı yolla belə qənaət gəlmək olur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus, digər ünvanda ünvan 2 yerləşən fərdi yaşayış evinin iddiaçı ilə yanaşı digər mülkiyyətçilərinin olmasını nəzərdə tutmuşdur. Bu fərdi yaşayış evinin isə hazırkı işə aidiyyəti yoxdur.
26. Apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad ləğv edilməli olduğundan, buna bağlı iddianın mümkün sayılmaması barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-1020/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli digər qərardadı da ləğv edilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1020/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.