Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-116/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(torpaq sahəsinə çıxarışın verilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs-X14) “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli qərarına əsasən 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 ünvanında mərhum əri X4 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2-1(107)-312/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki (əvvəlki Nuxa) rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971ci il tarixli, 08 nömrəli iclas protokolundan çıxarışa əsasən, həmin iclasda 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 ünvanında yaşamış Yusifov (Yusibov) Baharəddin (Barəddin) Əhməd oğluna həmin ünvanda 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır.
2. X7 02.06.2001-ci ildə vəfat etmişdir və onun vərəsəsi arvadı İddiaçıdır (hazırkı iddiaçı).
3. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29.09.2017-ci il tarixli, **********89 nömrəli məktubda qeydiyyatdan imtina olunduğu bildirilmiş və qeyd edilmişdir ki, qaytanlanmış torpaq kitabından arxiv çıxarışı təqdim edilsə də, torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şəki İnzibati-İq tisadi Məhkəməsinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli ümumi iclasının qərarına əsasən 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 ünvanında mərhum əri X4 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X3 həyat yoldaşıdır. Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən həyat yoldaşı X4 torpaq sahəsi verilmişdir. Bu barədə X19 filialının arayışı iş materiallarına əlavə edilmişdir. Arxiv arayışında Şəki rayon təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş 01 yanvar 1975-ci il tarixli Qaytanlanmış torpaq kitabında 61-ci sırada X4 məxsus torpağın cəmi 0.09 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha olması qeyd edilmişdir. Həmin torpaq sahəsi hal-hazırda üçüncü şəxs X10 tərəfindən zəbt edilmişdir. Bu səbəbdən, mərhumun hüquqi varisi olmasına baxmayaraq, hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir və torpağa sahiblik hüququndan məhrum olmuşdur. Mərhum əri X4 məxsus, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 07.08.2020-ci il tarixli, **********27 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının 27 dekabr 2016-cı il tarixli ərizəsi ilə birgə təqdim etdiyi Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarından arxiv çıxarışı, 25 yanvar 1971-ci il tarixli qeydiyyat vəsiqəsi, vərəsələrin dairəsinin müəyyən edilməsi barədə 2 saylı Şəki Notariat Kontorunun 27 dekabr 2016-cı il tarixli arayışı əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X7, X12 və X5 adına ümumi birgə olmaqla 5309 inventar nömrəli texniki pasport və 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
8. Torpaq sahəsinin ayrılmasına dair təqdim olunmuş Qı şlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda fərdi yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin qeydiyyatı üçün əsaslardan biri sayılır. 9. 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X7, X12 və X5 ümumi birgə mülkiyyətində olduğu, eləcə də sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər sənədin - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən əsaslardan biri və Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin digər yerdə yerləşməsi barədə müvafiq orqan tərəfindən təsdiqlənmiş sxemin təqdim edilmədiyi nəzərə alınaraq iddiaçının müraciətinin icrasından imtina olunmuşdur.
10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı ilə iddia tələbi rədd edilmişdir.
11. İddiaçı tərəfindən 13.02.2018-ci il tarixdə apelyasiya şikayəti verilmişdir.
12. Şəki Apelyasiya Məhkəməsinin 12.04.2018-ci il tarixli, 21(107)-147/2018 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Qərar qanuni qüvvəsini aldıqdan sonra İddiaçı məhkəməyə “yeni açılmış hallarla bağlı” ərizə təqdim edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir.
14. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2-1(84)-46/2018 nömrəli qərardadı ilə iddiaçının ərizəsi rədd edilmişdir.
15. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 21(84)46/2018 nömrəli qərardadından apelyasiya şikayəti vermişdir.
16. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 21(84)-46/2018 nömrəli qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı iş üzrə icraat təzələnmişdir.
17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 21(107)-271/2019 nömrəli qərardadından üçüncü şəxs Y.Səlimov tərəfindən kassasiya şikayəti verilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.08.2019-cu il tarixli, 2-1(102)-2161/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Bundan sonra hazırkı iş 27.09.2019-cu il tarixdə Şəki Apelyasiya Məhkəməsinə, 02.10.2019-cu il tarixdə isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur.
20. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 20 may 2021-ci il tarixli, 2-1(116)-31/2021 nömrəli qərarı ilə iddiaçının Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli ümumi iclasının qərarına əsasən 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 ünvanında mərhum əri X8 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə iddia tələbi təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əri Şəki şəhəri, D.Bünyadzadə küçəsində (hazırki Çingiz Mustafayev küçəsi, ev 10) yaşamış və Nuxa rayonu, Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclasının protokoluna əsasən, ünvan 2 ünvanında yaşamış Yusibov Barəddin (Baharəddin) Əhməd oğluna həmin ünvanda 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi isə hazırda Şəki şəhəri, X21 prospekti, 23 (keçmiş D.Bünyadzadə küçəsi, ev 23) ünvanında yerləşir. Məhkəmə araşdırması zamanı həmin ünvanların bir-birindən 180 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçının ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsi iddia olunan üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi deyildir və kolxozun ümumi iclasının qərarında həmin ünvan dedikdə məhz ünvan 4ur. Məhkəmə hesab etmişdir ki, belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə 14.2). Cavabdeh mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı iddia olunan torpaq sahəsinin mərhum ərinə kolxoz tər əfindən ayrılmış torpaq sahəsi olmasını sübut edə bilməmişdir.
22. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
23. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəzirxan Məlikov-sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) 23 sentyabr 2021-ci il tarixli, 2-1(107)312/2021 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(116)-31/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli qərarının ləğv edilm əsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayəti məzmun baxımından apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların ə mələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icr a hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun dey ildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 28. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. İnzibati Prosessual Məcəllə: Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızd ır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul h esab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayətinin dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
35. Hazırkı mübahisə Şəki rayonu (əvvəlki Nuxa rayonu) Qışlaq kənd “Kirov” adına kolxozun ümumi iclasının 16.12.1971-ci il tarixli, 08 nömrəli qərarına əsasən ev tikmək üçün 25-ci rayon, D.Bünyadzadə küç əsi, ev 9 ünvanında yaşayan iddiaçının mərhum həyat yoldaşı X4 həmin ünvanda ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlıdır.
36. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mərhum X3 həyat yoldaşıdır. 07.01.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” X1 02.06.2001-ci il tarixdə vəfat etdiyi və onun vərəsəsinin İddiaçı (hazırkı iş üzrə iddiaçı) olduğu görünür. Eyni zamanda həmin Şəhadətnamədən miras əmlakın ünvan 5 ünvanında yerləşən 0.0534 ha torpaq sahəsindən və onun üzərində tikilmiş ümumi birgə mülkiyyətdə olan və mərhum X3 pay hissəsinə malik olduğu fərdi yaşayış evindən ibarətdir.
37. Mübahisəyə dair iş üzrə materiallardan (X19 filialı tərəfindən məhkəməyə təqdim olunmuş 14.11.2017-ci il tarixli, 121 nömrəli arxiv arayışından, Qışlaq kənd “Kirov” adına kolxozun ümumi iclasının 16.12.1971-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışdan) görünür ki, Nuxa (hazırkı Şəki) rayonu Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli ümumi iclasında kolxozçulara və başqa vətəndaşlara ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi məsələsinə baxılmış və həmin iclasda qəbul edilmiş qərara əsasən 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 ünvanında yaşayan X4 həmin ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X19 filialı tərəfindən məhkəməyə təqdim olunmuş 14.11.2017-ci il tarixli, 121 nömrəli məktubda qeyd edilmişdir ki, X4 torpaq sahəsinin ayrılması barədə qərarda heç bir sxem, cizgi və ya təhkim aktı göstərilməmişdir.
38. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri ünvan 6 ünvanında (hazırki Çingiz Mustafayev küçəsi, ev 10) yaşamışdır.
39. Nəzərə almaq lazımdır ki, Yusifov Baharəddin (Barəddin) Əhməd oğluna torpaq sahəsi məhz onun yaşadığı Şəki şəhəri, 25-ci rayon, D.Bünyadzadə küçəsi, ev 9 (hazırki Çingiz Mustafayev küçəsi, ev 10) ünvanında ayrılmışdır və bu hal X19 filialı tərəfindən məhkəməyə təqdim olunmuş 14.11.2017-ci il tarixli, 121 nömrəli arxiv arayışı, Qışlaq kənd “Kirov” adına kolxozun ümumi iclasının 16.12.1971-ci il tarixli, 08 nömrəli protokolu ilə təsdiq olunur.
40. İddiaçının iddia etdiyi torpaq sahəsi isə hazırda Şəki şəhəri, X21 prospekti, 23 (keçmiş D.Bünyadzadə küçəsi, ev 23) ünvanında yerləşir. Məhkəmə araşdırması zamanı həmin ünvanların biri -birindən 180 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsinin onun mərhum ərinə ayrılmasını təsdiq edən hər hansı sənəd və sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müvafiq sorğuların verilməsinə rəğmən, həmin halı təsdiq edən hər hansı sənədin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır.
41. Eyni zamanda iş üzrə materiallara əlavə olunmuş RX seriyalı, ******* nömrəli, 20.12.2016-cı il tarixli çıxarışın və fərdi yaşayış evinin reyestr nömrəsi **********14-10301 olan texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir.
42. Bundan başqa, iş üzrə materiallarda olan 05.01.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və fərdi yaşayış evinin reyestr nömrəsi **********74-10301 olan texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi X7, X11 və X9 ümumbirgə mülkiyyətindədir.
43. Bununla bağlı nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının 27 dekabr 2016-cı il tarixli ərizəsi ilə birgə təqdim etdiyi Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarından arxiv çıxarışı, 25 yanvar 1971-ci il tarixli qeydiyyat vəsiqəsi, vərəsələrin dairəsinin müəyyən edilməsi barədə 2 saylı Şəki Notariat Kontorunun 27 dekabr 2016-cı il tarixli arayışı əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X3, X9 və X5 adına ümumi birgə mülkiyyətdə olmaqla 5309 inventar nömrəli texniki pasportun və 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli da şınmaz əmlakın dövlət reyestrindən çıxarışın verildiyi müəyyən edilmişdir.
44. Həmçinin nəzərə alınmalıdır ki, 01.01.1971-ci il tarixdə qüvvəyə minmiş “Torpaq Məcəlləsinin” 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 24-cü və 25-ci maddələrinə görə kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X15 İcraiyyə Komitəsinin ərazisində yerləşirsə, həmin orqan tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. Həmin Məcəllənin 26-cı maddəsinə görə, ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, iddiaçının mərhum ərinə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını müəyyən etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququna dair dövlət aktları ilə təsdiq olunmalı, müvafiq X15 İcraiyyə Komitəsi tərəfindən torpaqdan müddətsiz (daimi) istifadə hüququna dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilməli idi. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mərhum ərinə kolxozun müvafiq qərarı ilə yaşadığı ünvanda torpaq sahəsi verilsə də, torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş, müvafiq XDS İcraiyyə Komitəsi tərəfindən torpaqdan istifadə hüq uqunu təsdiq edən sənəd verilməmişdir.
45. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün qeydiyyat orqanına torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada ayrılması barədə hüquqmüəyyənedici sənəd təqdim olunmalıdır. Qeydiyyatla və çıxarışın verilməsi ilə bağlı tələb hüququnun yaranması üçün şəxsin yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Yalnız bundan sonra maraqlı şəxsin çıxarış verilməsini tələb etmək hüququ yarana bilər.
46. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respubli kası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna da ir dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etd iyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində şəhər və rayon xalq deputatları sovetləri tər əfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texn iki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Lakin yuxarıda istinad olunan normalarda, eləcə də qeyd edilən siyahıda nəzərdə tutulmuş əsaslardan heç biri iddiaçıya və onun iddia etdiyi torpaq sahəsinə münasibətdə mövcud deyildir.
47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum həyat yoldaşına ayrıldığını iddia etdiyi torpaq sahəsinin ünvan 9 ünvanında yerləşən torpaq sahəsindən fərqli sahə olduğu və fərqli yerdə ayrıldığı iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün qanuni əsaslar mövcud olmadığından, iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Odur ki, apelyasiya məhkəməsinin qərarı əsaslı və düzgün olmuşdur.
48. Beləliklə, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2021-ci il tarixli, 2-1(107)-312/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.