Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-116/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2324/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, bina 13, qapı 1,2,3-də yerləşən təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasına İddiaçı adına çıxarış verilməsini xahiş etmişdir.
2. İddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və cavabdehin bununla bağlı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, həmin əmlak digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi, hüquqi varisi olduğu kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X1 adına verilmiş xx.xx.2017-ci il tarixli, 112623 nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, Mənzil-Tikinti Kooperativinin 13 nömrəli binasının qeyri-yaşayış sahəsində yerləşən 47 nömrəli sənaye malları mağazasının müdiri işləmiş və müəssisə (prosedur qaydaları pozularaq iddiaçıdan alınana qədər) 32 il fasiləsiz və rəsmi olaraq onun sahibliyində olmuşdur. 47 nömrəli sənaye malları mağazası qeyri-yaşayış sahəsi olduğuna və iddiaçının da eyni müəssisədə 7 ildən artıq əmək stajı olduğuna görə, o müəssisənin hüquqi varisi müəyyən edilmişdir və 1 saylı Bakı Ərazi İdarəsi 1995-ci ildə elə həmin hüquqi varisə Texniki pasport vermişdir.
5. Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 24 nömrəli əmri ilə Azərbaycan Respublikası üzrə bütün idarələr ləğv edilmiş və həmin idarələrin tabeliyində olan müəssisə və təşkilatlar yeni yaradılmış indiki İstehsal Xidmət Müəssisələrinin İdar əetmə Mərkəzinin tabeliyinə verilmiş, mərkəzləşdirilmişdir. 1999-cu ildə İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi yaradılanda, o artıq xx.xx.1995-ci ildən müəssisənin hüquqi varisi olmuşdur. Qanun Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi müəyyən edilmiş müəssisə barədə qərar qəbul etməsinə, özgəninkiləşdirilməsinə yol vermir. İİ Dövlət Proqramına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yalnız hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş müəssisələrin əmlakı barədə qərar qəbul edə bilər. Faktiki olaraq müəssisə 32 il hüquqi varisin sahibliyində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-7711/17 nömrəli qərarı ilə iddiaçı məhkəmə çəkişməsində qalib olmuşdur.
6. Bakı İcra və X4 Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Apellyas iya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 nömrəli qətnaməsini icra etmək üçün X2 verdikləri xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışı ləğv etməli idi. Əks halda müəssisə İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindən çıxmış sayılırdı və İstehsal Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru Məhəmməd İmanovun icra sənədi tərtib etmək səlahiyyəti çatmırdı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamı kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi barədə olmuşdur. Halbuki, bu sərəncamla Azərbaycan Respublikasının Qanunları, İİ Dövlət Proqramının tələbləri və hüquqi varisin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, 47 nömrəli mağaza adlı müəssisə “dövlət” əmlakı deyil, kooperativ mülkiyyətidir və bu əmlakın nizamnamə kapitalında dövlətin payı yoxdur.
7. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, idarəyə iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" y/s, bina 13, qapı 1, 2, 3-də yerləşən 47 nömrəli mağazasına dair onun adına çıxarışın verilməsi barədə müraciəti daxil olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi digər fiziki şəxsin – X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bir hissəsi özgəninkiləşdirilmişdir. İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə xx.xx.2021-ci il tarixli imti na məktubunda iddiaçıya izahat verilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1181/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində göstərilən və üzərində hüquqların qeydiyyata alınması barədə çıxarışın verilməsi tələb olunan əmlak üzərində iddiaçının hər hansı hüquqları olmadığı üçün, iddiaçının iddia ərizəsində göstərilən əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmaması ilə iddiaçının hər hansı bir hüququnun pozulmasına yol verilməmişdir, belə ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində bi rinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ilkin tələbi İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X1 adına xx.xx.2017-ci il tarixli, 112623 nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi olmuş, daha sonra o, müxtəlif tarixlərdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində və qeyd edilən ərizələrdə iddiaçının tələbi fərqli məzmunlarda olsa da, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu ərizələrinə (vəsatətlər) münasibət bildirilməmişdir.
13. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında göstərilənləri rəhbər tutularaq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)1581 /2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına istinad etməklə dəqiqləşdirilmiş iddia tələbinin əks olunduğu iddia ərizəsini məhkəməyə təqdim etmiş və məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə xx.xx.2017ci il tarixində (yalan məlumatlar yazılaraq) X1 adına xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansi ya məhkəməsində ikinci icraat
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi” hissəsində mümkün sayılmamışdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddiaçının adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının hüquqi varisi olduğu kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində (yalan məlumatlar yazılaraq) X1 adı na xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2324/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyinimülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının hüquqi varisi olduğu kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində (yalan məlumatlar ya zılaraq) X1 adına xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının X1 mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur, belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışda göstərilən əmlak üzərində mülkiyyət hüququnun qanuni olmasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymət verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2324/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31 mart 2 022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2324/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilmişdir.
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə təkrar olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Yeni Gü nəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı kooperativ binanın 1-ci mərtəbəsində yerləşən 47 saylı mağazaya xx.xx.1988-ci il tarixindən müdir vəzifəsinə təyin edilmişdir. SSRİ dağılmış, 1991-ci ildə Azərbaycan müstəqillik qazanmış və mülkiyyətlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Müəssisə onun əsas iş yeri olmuşdur (Qanunun 17.2.1 maddəsi). Müəssisələrin fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, özəlləşmə prosesi başa çatana qədər ştat cədvəlinin dəyişdirilməsinə, işçilərin işdən azad edilməsinə respublika üzrə qadağa qoyulmuşdur.
22. Qanuna əsasən dövlət əmlakları özəlləşdiriləndə əmlak ilk növbədə işçilərə güzəştli şərtlərlə təklif edilməlidir. Yəni, müəssisə dövlət mülkiyyəti olan əmlakda yerləşmiş olsa idi, ilk növbədə güzə ştli şərtlərlə iddiaçıya təklif etməli idilər, ancaq təklif olunmamışdır. Deməli, həm dövlət mülkiyyəti kimi və həm də xüsusi növ kooperativ mülkiyyəti kimi onun mülkiyyət hüququnu pozublar. Mülkiyyət növlərinin, o cümlədən xüsusi növ mülkiyyətlərin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyi də pozublar.
23. ƏMDK-nın reyestrindən çıxarış rəsmi sənəddir. Reyestrdən çıxarışda əmlak haqqında məlumatda deyilir: 47 saylı mağaza Mənzil-tikinti kooperativi yaşayış binasının qeyri-yaşayış sahəsidir. Bu əmlaka dövlət əmlakı yazılaraq dövlət əmlaklarına aid qanunların tətbiq edilməsi qanun pozuntusudur.
24. Əmək kitabçası rəsmi sənəddir. xx.xx.1995-ci ildə xüsusi növ mülkiyyət növü olan eyni müəssisədə qanunvericilik 7 il əmək stajı tələb edildiyi halda, onun 8 (səkkiz) il əmək stajı var idi. 9 mərt əbəli kooperativ binada yerləşən müəssisənin yerləşdiyi qeyri- yaşayış sahəsinin nizamnamə kapitalında dövlətin payı yoxdur və birmənalı olaraq müəssisə dövlət əmlakı deyil. Xüsusi növ kooperativ əmlak ona SSRİ-dən miras qalıb. xx.xx.1995-ci ildən iddiaçının qanuna əsasən sahiblik hüququ yaranıb. BTİ (indiki DƏDRX) 1995-ci ildə hüquqi varisə Texniki pasport vermişdir. Fakt: məhz BTİ-də hüquqi varisin qeydiyyatı olduğu üçün ona 1995-ci ildə Texniki pasport verilmişdi. Dəfələrlə DƏDRX-ə çıxarış almaq üçün müraciət etmiş, qeyri-şərtsiz çıxarış verməli olduqları halda, hüquqi varisə çıxarış verməmək üçün şəhərsalmadan və digər idarələrdən aidiyyatı olmayan sənədlər tələb edilmişdir. DƏDRX qanunları pozaraq hüquqi varisə çıxarış verməmişdir.
25. Qeyd: ƏMDK İXMİM işəgötürən olmayıb. İddiaçını iş ə götürən 1975-ci ildə Suraxanı rayon Ticarət və İctimai İaşə İdarəsi olmuşdur. İddiaçı xx.xx.1988-ci ildə 47 saylı mağazaya müdir vəzifəsinə təyin olunmuşdur. İXMİM obyekt özəlləşdirilənə kimi balans saxlayıcı olmuşdur. Fakt: Müdir və hüquqi varis olan İddiaçı tutduğu vəzifəsindən azad edilməsi üçün onun nə səlahiyyəti, nə əsası olmamışdır və buna qanun da yol verməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə d ə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
28. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən i şə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğu n kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. İddianın mümkünlüyü ilə bağlı inzibati prosessual normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
36. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün hə min iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
38. İddianın ümumi mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı iş üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
39. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
40. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi və hüquqi marağı cavabdeh tərəfindən onun adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazası üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə və onun hüquqi varisi olduğunu iddia etdiyi kooperativ mülkiyyətə X1 adına verilmiş xx.xx.2017-ci il tarixli, ***** ** nömrəli çıxarışın ləğv edilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı 3-cü şəxsin mülkiyyətində olan obyekt üzərində özünün mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və həmin obyektlə bağlı 3-cü şəxsə verilmiş çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
41. Nəzərə alınmalıdır ki, hazırkı işdə iddianın mümkünlüyü baxımından cavabdeh tərəfindən Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazası üzərində iddiaçının adına çıxarışın verilməsindən imtina olunması ən azından onun hüquqlarını pozmaq imkanına malik olmalıdır. Başqa sözlə, iddiaçı imtina nəticəsində hüquqlarının pozulduğuna istinad etmək üçün həmin subyektiv hüquqa malik olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi (belə h ərəkətlərə dözməyi və ya hərəkətsizlik etməyi) tələb etmək imkanını nəzərdə tutur. İddiaçı iddia ərizəsində belə tələb hüququna və həmin hüququn əsaslandığı qanuna, müqaviləyə və ya inzibati akta istinad etməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi və üzərində hüququnun qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsini tələb etdiyi daşınmaz əmlak üzərində hər hansı hüquqa malik olduğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünmür. İddiaçının mübahisə predmeti olan Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında işləməsi (o cümlədən müdir) həmin mağaza üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün yetərli əsas sayıla bilməz. Bunun üçün iddiaçı həmin mağazanın ona məxsus olduğu nu və mağaza üzərində onun qanuni istifadə hüququnun yarandığını təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədə-müqaviləyə və ya inzibati akta (və ya qanuna) istinad etməli və onlardan hər hansı birini məhkəməyə təqdim etməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüquqmüəyyənedici sənədə malik olduğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı özü də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Bu mənada iddiaçının əmlakın qeydiyyata alınması ilə bağlı tələb hüququnu ehtiva edən subyektiv hüququ mövcud deyildir. Bunun üzərindən həmin əmlakın iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə çıxarışın verilməsindən cavabdehin imtinası onun hüquqlarını pozmaq imkanına malik deyildir.
43. Həmçinin nəzərə almaq lazımdır ki, bu qərarın 41-42 -ci bəndlərində qeyd olunan səbəblərdən iddiaçının həmin əmlak üzərində 3-cü şəxsin adına aparılmış qeydiyyatın və bu barədə verilmiş çıxarışın ləğv olunmasını tələb etmək üçün də subyektiv hüququ mövcud deyildir. Bu zaman həmçinin 3-cü şəxsin adına verilmiş 2017-ci il tarixli Çıxarışda qeyd olunmuş əmlak üzərində onun mülkiyyət hüququnun qanunauyğunluğunun qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu və həmin məhkəmə aktının hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyət daşıdığı da nəzərə alınmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyas iya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2324/2022 nömrəli, 8 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.