Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-116/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hissəvi ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs İsmayılov Ramin X udaverdi oğlunun adına aparılmış qeydiyyatın (35 kv.m hissədə) ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(106)-97/2024 nömrəli qərarından üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən MH seriyalı, ******* nömrəl i çıxarışa əsasən, Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87,2 kv.m yaşayış, 248 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə İsmayılov Ramin Xudaverdi oğlunun tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 19.04. 2019-cu il tarixli, 9694 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında reyestr nömrəsi **********56 olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolu İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş və sahəsi 35 kv.metr olan gediş-gəliş yolunun hər iki tərəfində (şimal-qərb və cənub-şərq) İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən daş hasar inşa edilmişdir.
4. Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsi ilə, cavabdeh İsmayılov Ramin Xudaverdi oğlunun onun tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı Xudaverdi qızının mülkiyyətində olan ünvan 1-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə cavabdeh İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən inşa olunmuş hasarın onun hesabına sökülməsi və onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsmayılov Ramin Xudaverdi oğ lu tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)2962/2019 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında 0,038 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 335,2 kv.m olan fərdi yaşayış evinə İsmayılov Ramin Xudaverdi oğlunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, həmçinin bununla bağlı xx.xx.2020-ci il tarixli, 1302 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
6. İddiaçı, İsmayılov Ramin Xudaverdi oğlunun adına verilmiş həmin çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədin ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh qeyd edilən çıxarışın qismən ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu təqdirdə həmin məsələyə tərəflərindən baxıla biləcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına İsmayılov Ramin Xudaverdi oğluna cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.20 20-ci il tarixli, 1302 nömrəli inventar sənədin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsi ilə cavabdeh İsmayılov Ramin Xudaverdi oğlunun onun tərəfindən qanunsuz zəbt olunmuş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında 0,6 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə cavabdeh İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülməsi, onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)2692/2019 nöm rəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2236/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə əsasında verilmiş icra sənədinin icrası zamanı isə məlum olmuşdur ki, cavabdehin məhkəmə qətnaməsində göstərilən 35 kv.m hissədən çıxarılmasının qət edilməsinə baxmayaraq, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən yanlış olaraq İsmayılov Ramin Xudaverdi oğlunun adına 380 kv.m hissədə xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********21-10301 olan, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədi verilmişdir. Göründüyü kimi, qeyd edilən çıxarış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2236/202 0 nömrəli qərarından sonra, yəni sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra verilmişdir ki, bu da birbaşa hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla əlaqədar iddiaçı, İsmayılov Ramin Xudaverdi oğlunun adına verilmiş qeyd edilən çıxarışın (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədin ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan qeyd edilən çıxarışın qismən ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu təqdirdə həmin məsələyə tərəflərindən baxıla biləcəyini bildirmişdir.
9. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğvi qoyulmuş çıxarış Azərbaycan Respublikası Prezidentin in 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” əsas götürülməklə (üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların əsas götürülməsinə münasibətdə) tərəflərindən verilmişdir. Ləğvi qoyulmuş çıxarış Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar verilmiş müvafiq icra sənədi Lənkəran rayon İcra və Probasiya şöbəsindən ərazi idarəsinə daxil olmamı şdan əvvəl verilmişdir. Bu səbəbdən də hazırkı vəziyyət yaranmışdır.
10. Birinci instansiya məhkəməsi tərəfindən X4, X6 və İsmayılov Ramin Xudaverdi oğlu üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim: Şahəli Musayev) 14 iyun 2023-cü il tarixli, 2-1(120)-228/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 4 ünvanına İsmayılov Ramin Xudaverdi oğluna cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarış (35 kv.m hissədə) və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədi ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 1 ünvanına İsmayılov Ramin Xudaverdi oğluna cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın (35 kv.m hissədə) və xx.xx.20 20-ci il tarixli, 1302 nömrəli inventar sənədin ləğv edilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün halları araşdırılmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bu da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır.
13. Üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlu apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və i ddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Pərviz Hacıyev və Fikrət Hüseynov) 30 may 2024-cü il tarixli, 2-1(106)-97/2024 nömrəli qərarı ilə üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətində Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0,06 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəindən təyinatı üzrə istifadə edilməsi və yaranan maneənin aradan qadlırılması ilə bağlı Ramin İsmayılova qarşı mülki iddia qaldırmışdır. Həmin mülki iddia tələbi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Ramin İsmayılov tərəfindən İddiaçı məxsus 0,06 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 0,35 kv.m torpaq sahəsi qanuni əsas olmadan zəbt edilmişdir. Belə ki, mübahisə predmeti olan 35 kv.m torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı təsdiqedici sübut təqdim edilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneçilik yaratdığından o, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş hasarın sökülməsini tələb etməkdə haqlı olmuşdur. Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-111/2019 nömrəli qətnaməsi ilə Ramin İsmayılovun onun tərəfindən qanunsuz olaraq zəbt edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1-da olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsindən çıxarılması, həmin hissədə Ramin İsmayılov tərəfindən inşa olunmuş hasarın onun hesabına sökülməsi və onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Lakin buna baxmayaraq sonradan, yəni xx.xx.2020-ci il tarixdə sözügedən mübahisəli 0,35 kv.m olan torpaq sahəsinə Ramin İsmayılovun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müvafiq çıxar ış verilmişdir. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmiş, yəni onun torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 0,35 kv.m torpaq sahəsi üzərində Ramin İsmayılovun mülkiyyət hüququnun qeydə alınması və onun adına çıxarış verilməsi ilə razılaşmır və çıxarışın (qeydiyyatın) həmin hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin Ramin İsmayılovun adına qeydə alınmasının əsasında X1 adına tərtib olunmuş 1302 inventar nömrəli texniki pasport olmuşdur.
16. Ramin İsmayılovun mülkiyyətində isə Lənkəran şəhəri, Mirhaşim Ağayev küçəsində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi vardır və buna dair onun adına daşın maz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyat aparılmış və müvafiq çıxarış verilmişdir. Həmin qeydin aparımasının və çıxarışın verilməsinin əsasında X2 ilə İsmayılov Ramin Xudaverdi oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli bağışlanma müqaviləsi olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ramin İsmayılovdan əvvəlki sahibin də mülkiyyətində cəmi 0,03 ha torpaq sahəsi olmuşdur və həmin həcmdə torpaq sahəsi Ramin İsmayılova keçmişdir. Lakin, cavabdeh sonradan, yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların ə ldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda əks olunan texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu əsas götürərək Ramin İsmayılovun adına hazırda mübahisələndirilən 0,35 kv.m torpaq sahəsini qeydə almış və onun adına xx.xx.2020-ci il tarixli çıxarış vermişdir.
17. Texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport özlüyündə hüququn qeydiyyata alınması üçün əsas olsa da, həmin hüquq istənilən şəxsin adına deyil, texniki pasportda adı keçən şəxsin adına qeydə alına bilərdi. İşdə olan 1302 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Ramin İsmayılovun adına deyil, X1 adına tərtib edilmişdir. Bu baxımdan həmin sənədə əsaslanaraq Ramin İsmayılovun mülkiyyət hüquq unun qeydə alınması əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ümumiyyətlə 1302 inventar nömrəli texniki pasportda adı keçən X1 vəfat etdiyi müəyyən olunur. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərdən çıxış edərək hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı Xudaverdi qızının mülkiy yətində olan ünvan 1-da yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m torpaq sahəsinə qanuni əsas olmadan İsmayılov Ramin Xudaverdi oğlunun adına xx.xx.2020-ci il tarixli çıxarışı və xx.xx.2020-ci il tarixli, 1302 nömrəli invertar sənədi verdiyi üçün, həmin qeydiyyat və çıxarış ləğv edilməlidir.
18. Üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. Üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlunun kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. M ülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respub likasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəy yən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikay ətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsa ssızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu zaman həm də hazırkı mübahisəyə münasibətdə Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)111/2019 nömrəli qətnaməsinin preyudisial əhəmiyyət daşıdığı da nəzərə alınmışdır.
30. İddiaçının iddia tələbi üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlunun adına tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tari xli çıxarışın onun, yəni iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi ilə bağlıdır. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxsin adına torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçıya məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.
31. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyə nedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş çıxarışın da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin çıxarış tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya məxsus sözügedən torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun 35 kv.m hissəsi (yəni üst-üstə düşən hissədə) ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın, eləcə də xx.xx.2020-ci il tarixli, 1302 nömrəli inventar sənədin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi m übahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İsmayılov Ramin Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(106)-97/2024 nöm