Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1160/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Şəki rayonu Cavabdehnə (üçüncü şəxs X12) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1160/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndələri X5 və X2, üçüncü şəxs X12, vəkili X7 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Şəki rayonu Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Şəki şəhəri M.Müşfiq küçəsi 66 ünvanda yerləşən, 27,88 kv.m sahəsi olan qeyri-yaşayış binasının (mağazanın) arxasındakı 64,5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-140/2017saylı, 29 mart 2017-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 21 yanvar 2016-cı il tarixdə ərizə ilə cavabdehə müraciət edərək istifadəsində olan və qaytarılması qeyri-mümkün olan 64.5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 02 fevral 2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, qeyd edilən torpaq sahəsi X1 müraciəti əsasında hərrac qaydasında satışa çıxarılması nəzərdə tutulmuşdur. Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq Şöbəsinin rəy və sxemi əsasında həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon şöbəsinə göndərilmiş və sxemdəki ölçü yerindəki ölçüyə uyğun olmadı ğından sənədlər geri qaytarılmışdır. Həmçinin hərrac və ya müsabiqə vasitəsilə satışa çıxarılması nəzərdə tutulmuş həmin torpaq sahəsinin sxeminin yenidən işlənməsi və rəy verilməsi üçün sənədlər 19.09.2014-cü il tarixli, 163 saylı məktubla Şəki Şəhər İcra başçısı aparatının Tikinti və Memarlıq Şöbəsinə göndərilmişdir. Odur ki, Şəki Şəhər İcra başçısı aparatının Tikinti və Memarlıq Şöbəsi tərəfindən yeni rəy verilmədiyindən şəhərin M.Müşfiq küçəsində yerləşən 64,5 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə hərrac və ya müsabiqə vasitəsilə satışa çıxarılmasından ötrü həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması mümkün olmamışdır. İddiaçı 26 fevral 2016-cı il tarixdə iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləş ən, 27,88 kv.m sahəsi olan qeyri-yaşayış binasının (mağazanın) arxasındakı 64,5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1991-ci ildə inşa edilmiş Şəki şəhəri M.Müşfiq küçəsi 66 ünvanında yerləşən, 27,88 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) iddiaçıya məxsus olmuşdur. Həmin qeyri-yaşayış binasına 01.02.1996-cı il tarixli 256 nömrəli texniki pasport hazırlanmışdır. Qeyd edilən qeyri-yaşayış binası iddiaçının mərhum atası Vaqif Məmmədov tərəfindən inşa edilmiş, uzun müddət onun tərəfindən istifadə edilmişdir. Mağazanın arxasında yerləşən 64,5 kv.m torpaq sahəsinin ətrafına iddiaçının atası tərəfindən hasar inşa edilmiş, oraya su xətti çə kdirilərək, çirkab sularının axıdılması üçün quyu qazdırılmış, mağazadan həmin əraziyə çıxış qapısı qoydurulmuşdur. Qeyri-yaşayış binasını 13 avqust 2014-cü il tarixdə X3 bağışlamışdır. Onun arxasındakı kənarları hasarlanmış, uzun müddət istifadəsində olmuş 64,5 kv.m torpaq sahəsi isə cavabdehə məxsusdur. 64,5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçıya satılması barədə cavabdehə ərizə ilə müraciət etmiş, Cavabdeh 03 fevral 2016-cı il tarixli 86 saylı məktubunda müxtəlif bəhanələr göstərərək ərizəsinə müsbət cavab verməmişdir. İddiaçı hesab edir ki, qeyri-yaşayış binasının arxasındakı 64,5 kv.m torpaq sahəsi hərracdan kənar qaydada ona satılmalıdır. Maddi hüquq normalarının tələblərinə əsasən qeyri-qanuni istifadə edilən torpaqların geri qaytarılmasını mümkünsüz edən iki isti sna müəyyən edilmişdir: 1) 29 iyun 2001-ci ildə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun qüvvəyə minənədək tikinti üçün qeyri-qanuni istifadə edilən torpaqların geri qaytarılması mümkün olmadıqda bu torpaq sahələri onları istifadə edən şəxslərin mülkiyyətinə verilir; 2) torpaq üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadıqda artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir... Qanunsuz istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması qanunda hər iki istisna üçün ümumi şərt kimi qeyd edilmişdir. Lakin birinci istisna üçün əlavə olaraq, torpaq sahəsinin bu qanun qüvvəyə minənədək tikinti üçün istifadə edilməsi də nəzərdə tutulmuşdur. Cavabd ehnə məxsus olan 64,5 kv.m torpaq sahəsinin ətrafına 1991-ci ildən hasar inşa edilməsi, oraya su xətti çəkdirilməsi və çirkab suların axıdılması üçün quyu qazdırılması, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2001-ci il tarixdə qəbul edildiyi nəzərə alınsa, işin qeyd edilən faktiki halları 64,5 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iddiaçıdan geri alınmasının mümkün olmadığını iddia etmək üçün əsaslar verir. İddianın maddi hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X16, 2-1(84)-324/2016 saylı iş) 13 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Ş əki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14-məruzəçi, X13 və X15, 2-1(107)-253/2016saylı iş) 26 oktyabr 2016-cı il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikаyəti qismən təmin edilərək, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 13 iyun 2016cı il tarixli qərаrı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədov, 2-1(102)-516/2017saylı iş) 18 yanvar 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş əki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X17 və X6, 2-1(107)-140/2017saylı iş) 29 mart 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikаyəti qismən təmin edilərək, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 13 iyun 2016cı il tarixli qərаrı ləğv edilmiş, iddia mümkün sаyılmаmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamsını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mövcud olan halda cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya və ya üçüncü şəxsə satmasına dair üzərinə öhdəlik götürməmiş və belə bir vəzifə qanunla bələdiyyənin üzərinə qoyulmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi ünvan 3 ünvanda yerləşən, 27,88 kv.m sahəsi olan qeyri-yaşayış binasının (mağazanın) arxasındakı 64,5 kv.m torpaq sahəsinin hərra cdan kənar qaydada iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, alqı- satqı əqdi (müqaviləsi) inzibati akt deyil və bələdiyyələr öz hərəkətlərini “qərar” formasında rəsmiləşdirirlər; məhz onların qəbul etdikləri bu cür qərarlar inzibati məhkəmə icraatında baxış predmeti ola bilər. İddiaçı 10 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, ümumiyyətlə bələdiyyənin üzərinə belə bir vəzifə qoymaq olmaz ki, o, həmin torpaq sahəsini satsın. İddiaç ı hesab edir ki, apellyasiya instansiyası sözün hərfi mənasına qiymət verərək belə bir qərar qəbul etməklə onun hüquqlarını pozmuşdur. Bələdiyyə inzibati orqandır. İddiaçı uzun müddət istifadəsində olan torpaq sahəsinin ona satılmasını cavabdehdən xahiş etmişdir. Bələdiyyə həmin torpaq sahəsini ona satmaqdan imtina etməyib, sadəcə həmin torpaq sahəsində mübahisə olduğundan məhkəmə qaydasında həll edilməsini bildirib. Yəni bələdiyyə həmin torpaq sahəsinin kimə satılmasını məhkəmədə həll edilməsini bildirib. Əlbəttə, bələdiyyə həmin torpaq sahəsini iddiaçıya satacağı təqdirdə torpaq sahəsinin satılması barədə qərar qəbul edəcəkdir. Şikayətin hüquqi əsası kimiTorpaq Məcəlləsinin 8-ci, “İnzibati icraat haqqında” Qanunun 20ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 16. 3-cü maddələrinə, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 17, 18, 22-ci bəndlərinə istinad olunmuşdur tərəflərin izahatları: İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinə görə çıxışlarda iştirak etməmişlər. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı o lmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının tələbi cavabdehin üzərinə torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin qoyulması barədədir. 2011-ci il ilin yanvarından qüvvədə olan “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olmamasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində isə inzibati aktın anlayışı verilmişdir. Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sə rəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-ə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (İPM-in 1.1-ci maddəsi). İddiaçının iddia ərizəsindən isə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, irəli sürdüyü tələb inzibati hüquq münasibətlərinə aid deyildir. Odur ki, mübahisənin publik hüquqla tənzimlənməsi istisna olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasib ətinin inzibati və ya xüsusi hüquq münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısat qı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi üçün onunla iddiaçı arasındakı münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İPM-nin 35.1- ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələ rini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-140/2017 saylı, 29 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1160/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1160/2017
20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver