Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1160/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı şirkətinin filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-1160/19 Bakı şəhəri 04 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili İsmayıl Əhmədin iştirakları ilə, İddiaçı şirkətinin filialının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)2893/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı şirkətinin filialı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 06 aprel 2018-ci il tarixli, **********146643 saylı qərarının qismən – “yoxlama zamanı filialın lisenziya olmadan 09 noyabr 2014-cü il tarixdən 31 dekabr 2016-cı il tarixədək olan dövr üzrə 1.752.109,31 manat qanunsuz gəlir əldə etdiyi müəyyən olunduğundan materiallar araşdırılması üçün aidiyyatı üzrə göndərilsin” hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 06 aprel 2018-ci il tarixli, **********146643 saylı qərarının qismən – “yoxlama zamanı filialın lisenziya olmadan 09 noyabr 2014-cü il tarixdən 31 dekabr 2016-cı il tarixədək olan dövr üzrə 1.752.109,31 manat qanunsuz gəlir əldə etdiyinin müəyyən olunması” hissəsində ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. (iş.v 134) Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” 06 aprel 2018ci il tarixli, **********146643 saylı qərarı ilə iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmiş, lakin yoxlama zamanı filialın lisenziya olmadan 09 noyabr 2014-cü il tarixdən 31 dekabr 2016-cı il tarixədək olan dövr üzrə 1.752.109,31 manat qanunsuz gəlir əldə etməsi müəyyən olunduğundan materialların aidiyyatı üzrə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən onun müvafiq xərc sənədləri və xarici bank çıxarışları nəzərə alınmamış və vergilərin hesablan masında səhvə yol verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı iddiaçı tərəfindən vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə onun 2014-cü ilin birinci rübündən 2016-cı ilin dördüncü rübünədək olan fəaliyyət dövrü üzrə səyyar yoxlama aparılmış, yoxlama zamanı filialın faktiki fəaliyyətinin lisenziya tələb olunan, neft və qaz sənayesi üzrə qaynaq olunmuş boruların dağılmadan test üsulu ilə texniki yoxlanılması üzrə xidmətlərin göstərilməsindən ibarət olduğu müəyyən edilmişdir. Yoxlanılan dövrdə müəssisənin 2 lisenziyası mövcud olmuş, ilk lisenziya 09 noyabr 2009-cu il tarixdən 09 noyabr 2014-cü il tarixədək olan olan dövr üçün alınmış, ikinci lisenziya isə 27 dekabr 2017-ci il tarixdə ə ldə edilmişdir. Beləliklə, iddiaçı 09 noyabr 2014cü il tarixdən 31 dekabr 2016-cı il tarixədək lisensiya olmadan fəaliyyət göstərmişdir ki, həmin dövr üzrə onun ümumi gəliri 16.820.249,31 manat təşkil etmişdir. İddiaçı tərəfindən onun gəlirinin əldə olunması ilə bağlı çəkilmiş xərclərə dair sənədlər yoxlamaya tam təqdim edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı qərarına uyğun olaraq, şərti rentabellik səviyyəsi 20% götürülməklə onun mənfəətinin 2.803.374,89 manat hesablanmış, həmin məbləğdən isə iddiaçının xarici subpodratçılara ödədiyi ödəmə mənbəyində tutulan vergi nəzərə alınmaqla lisensiyasız fəaliyyət dövrü üçün xalis gəlirinin 1.752.109,31 manat təşkil etməsi müəyyən olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 sen tyabr 2018-ci il tarixli, 2-1(81)3961/2018 saylı qərardadı ilə (hakim Elçin Məmmədov) cavabdeh departamentin 06 aprel 2018-ci il tarixli, **********146643 saylı qərarının mübahisələndirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2-1(81)3961/2018 saylı iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, vergi orqanı iddiaçının fəaliyyətinin neft hasilatının pay bölgüsü haqqında əsas boru kəmərləri haqqında və digər bu qəbildən olan beynəlxalq sazişlər əsasında həyata keçirilməsini və həmin müqavilələrin Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla yerli qanunvericilik normalarından üstün hüq uq norması olduğunu bildiyi halda, mübahisəli məsələyə xüsusi razılıq fəaliyyətini tənzimləyən yerli qanunvericilik normalarını tətbiq etməklə səhvə yol vermiş və iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. qanunvericilik “Xəzər Dənizinin Azərbaycan sektorunda “Şah Dəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, həmin Saziş üzrə podratçıya, podratçının ortaq şirkətlərinə və onların subpodratçılarına bütün lazımi lisenziyaların, icazələrin və bəyənmə sənədlərinin verilməsini nəzərdə tutumuşdur. Bu səbəbdən, iddiaçının neft hasilatının pay bölgüsü haqqında əsas boru kəmərləri haqqında və digər bu qəbildən olan sazişlər üzrə “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında neft və qaz sənayesi üzrə qaynaq olunmuş boruların dağılmadan test üsulu ilə texniki yoxlaması üzrə xidmətlər göstərməsi beynəlxalq sazişlər əsasında lisenziya almadan da həyata keçirməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin 21 sentyabr 2018-ci il tarixli, 21(81)-3961/2018 saylı qərardadının və 01 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3961/2018 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2893/2018 saylı qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) cavabdehin birinci instansiya məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3961/2018 saylı qərardadından verilmiş apellyasiyası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2893/2018 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikasının 04 oktyabr 1996-cı il tarixli, Qanunu ilə təsdiq olunan “Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında” Sazişdə podratçılara kontrakt sahəsində neftin hasilatı ilə bağlı müstəsna hüququn verilməsinə baxmayaraq, bu hüququn həyata keçirilməsi ilə əlaqədar onlar tərəfindən müvafiq icazələrin, vizaların və lisenziyaların alınması istisna olunmamışd ır. Sazişin tərəfləri olan podratçıların karbohidrogen fəaliyyəti çərçivəsində lisenziya və digər icazələrin alınmasından azad olunması və ya lisenziya almadan faəliyyət göstərə bilməsi Sazişdə, Sazişin tətbiq edilməsi ilə bağlı Qanunda, habelə lisenziyalaşdırma sahəsində olan beynəlxalq müqavilələrdə nəzərdə tutulmadığından, vergi orqanı tərəfindən lisenziyanın alınması məsələsi ilə bağlı yerli qanunvericiliyin tətbiq olunması tamamilə əsaslı olmuşdur. Bundan başqa, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 01 yanvar 2013-cü il tarixli müqavilənin 11-ci maddəsində subpodratçının tələb edilən işin yerinə yetirilməsi üçün müvafiq orqanlardan zəruri ola biləcək bütün səlahiyyətləri, icazələri və lisenziyaları alması nəzərdə tutulmuş, lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi n bu faktiki halını nəzərə almamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsinin 2-ci bəndi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 2.2, 4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında mübahisənin həlli istiqamətində danışıqlar aparıldığından və mübahisənin həllində müəyyən razılıqlar əldə edildiyi ndən kassasiy şikayətinə baxılması zərurəti aradan qalxmışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2893/2018 saylı qərarından verdiyi kassasiya şikayətini geri götürür. Ona görə də şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəsatətə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsini dinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayəti geri qaytarılmalı və kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 97.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əs aslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş iddiaçının qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah etməklə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 21(103)-2893/2018 saylı qərarından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, iddiaçı tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasi ya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ İddiaçı şirkətinin filialının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-1(103)-2893/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1160/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1160/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver