Məhkəmə qərarları › İş №2-1(102)-1160/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1160/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1160/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncam əsasında ayrılmış torpaq sahələrinin yerləşmə vəziyyətinin müəyyən edilməsi; daşınmaz əmlaka hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının vəkili X4, Cavabdehin vəkili X11, Üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarə sinə qarşı (üçüncü şəxslər: X8, X12, Səbail Rayon İcra Hakimiyyəti) “iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi” (birinci iddia) və “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” (ikinci iddia) tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 21(103)-345/2019 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Birinci iddia üzrə işin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsini xahi ş etmişdir. Cavabdeh 2016-cı il 31 may tarixli bildirişlə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 1471 saylı, 1995-ci il 18 may tarixli sərəncamı əsasında X1 Torpaq və Xəritəçəkmə Komitəsindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” almış, 2013-cü il tarixində isə dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi digər fiziki şəxsin, X3 mülkiyyətində olduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2016-cı il 9 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və tex niki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkx ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın əsasları: İddiaçı ərizəsində mübahisəli torpaq sahəsinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli, 1471 saylı sərəncamı ilə X6 adına fərdi ev tikintisi üçün ayrıldığını, daha sonra sonuncunun razılıq ərizəsi əsasında Səbail rayon İcra Hakimiyyətinin 1 998-ci il 25 may tarixli, 809 saylı Sərəncamı əsasında onun adına sənədləşdirildiyini, eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək, ona verildiyini, müvafiq sənədlərini toplayaraq, həmin torpaq sahəsinə dair çıxarış və texniki pasport verilməsi ilə bağlı 2016-cı il 6 may tarixində cavabdehə ərizə ilə müraciət etdiyini, sonuncu, 2016-cı il 31 may tarixli məktubla 1995-ci il 18 may tarixli sərəncam əsasında X6 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə aldığına və 2013-cü ildə Şəhadətnaməni Dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirdiyinə, həmçinin İdarənin baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətind ə olduğuna istinad etməklə müraciətin təmin olunmasından imtina etdiyini, halbuki torpaq sahəsinin qanuna müvafiq olaraq ona ayrıldığını, həmin sahə ona naturada təhvil verildiyini, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla hal-hazıra kimi faktiki sahiblik hüquqlarını həyata keçirdiyini, 1998-ci ildən etibarən torpaq sahəsinin istifadəsində olduğunu göstərərək tələbinin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 15 iyul və 2016-cı il 2 sentyabr tarixli qərardadları ilə X12 və X8 üçüncü şəxs qismində icraata cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, x xxxxxxx 2016cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 135 ünvanında yerləşən, sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs X8 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 noyabr tarixli, 2-1(103)-166/2017 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 nömrəli 2016-cı il 4 oktyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2018-ci il 27 iyun tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 noyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci iddia üzrə işin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı x Ç ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 2016-cı il 22 oktyabr tarixli qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsasları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli 1471 saylı sərəncamı ilə X7 a dına x ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, daha sonra A.Hüseynovanın razılıq ərizəsi əsasında sözügedən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı əsasında iddiaçının adına sənədləşdirilmişdir. Eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək ona verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 2016-cı il 6 may tarixdə cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh 2016-cı il 31 may tarixli, **********82 saylı məktubla cavab verərək ona məxsus torpaq sahəsinin X9 Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə verildiyini və 2013-cü ildə şəhadətnaməni dö vlət reyestrindən çıxarışla əvəz edərək torpaq sahəsini özgəninkiləşdirdiyini göstərmişdir. Hazırda torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olması əsas gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilmişdir. Vəzifəli şəxsin hərəkətlərindən şikayətlə bağlı aidiyyəti üzrə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2016-cı il 4 oktyabr tarixli qərarı ilə iddia tələbi təmin edilərək, x ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmuşdur. Məhkəmənin adı çəkilən qərarından üçüncü şəxs E.Məmmədov apellyasiya şikayəti verərək şikayətinə 2016-cı il 22 oktyabr tarixli, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 Ç nömrəsi altında reyestrdən çıxarışın surətini əlavə etmişdir. Eyni zamanda, E.Məmmədov apellyasiya şikayətində işə əlavə edilmiş çıxarışın məhz ona məxsus torpaq sahəsinə aid olmasını və bununla əlaqədar ilkin olaraq 2014-cü il 26 sentyabr tarixdə çıxarış verildiyini və daha sonra həmin çıxarışda texniki səhv olduğundan, yeni çıxarışla əvəz edildiyini qeyd etmişdir. O cümlədən, ona verilmiş çıxarış üçün əsas kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 18 avqust tarixli qərarı göstərilmişdir. Cavabdeh təşkilat üçüncü şəxsin adına iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarış verməkdə haqlı olmamış, həmin çıxarışın verilməsi üçün əsas olmuş məhkəmə qərarının nəticə hissəsində Səbail rayon İcra Hakimiyyəti Başçısının 672 saylı sərəncamı əsasında E.Məmmədova ayrılmış torpaq sahəsi üzərinə hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar cavabdeh tərəfindən icra olunaraq Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində E.Məmmədovun adına 0,06 ha torpaq sahəsinə çıxarış verilmiş, həmin çıxarışa səbəb olmuş məhkəmə qərarından tərəflərindən şikayət verilərkən apellyasiya instansiyasında torpaq sahəsinə dair çıxarışın ona məxsus 2-ci yaşayış massivi 135 sayı sahədə deyil, 3cü yaşayış massivinə aid olması müəyyən edildikdən sonra ərizə əsasında şikayəti geri götürülmüşdür. Bundan sonra, qanuni və faktiki istifadəsində olan torpaq sahəsinə dair çıxarış əldə etmək üçün cavabdeh təşkilata müraciət edərək imtina aldıqdan sonra iş məhkəmənin icraatında olan ərəfədə cavabdeh təşkilatın təşəbbüsü ilə 2014-cü il tarixli çıxarış heç bir qanuni əsas olmadan və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədən 2-ci yaşayış massivinə dəyişdirilərək 135 Ç saylı sahəyə dair üçüncü şəxsə yeni çıxarış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarış və qeydiyyat yazısı qanunsuz olduğundan ləğv edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-28/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci 4 sentyabr tarixli, 2-1(103)-2343/18 saylı qərardadı ilə Səbail Rayon İcr a Hakimiyyəti üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli, 2-1(103)-2394/19 saylı qərardadına əsasən hər iki iddia tələbləri üzrə işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 2-1(103)-345/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 2019-cu il 22 iyul tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək x C ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxs X3 adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/16 saylı, 2016-cı il 4 oktyabr tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/16 saylı, 2016-cı il 4 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdr. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı ilə İddiaçı ayrılmış və Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilmiş, 2-ci yaşayış mas sivi, 135 saylı torpaq sahəsi üzərində üçüncü şəxs E.Məmmədovun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, həm torpaq qanunvericiliyinin istinad olunan normalarının, həm də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin tələblərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən torpaq sahəsinə dair üçüncü şəxs E.Məmmədovun adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbini təmin etməməklə göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, X tərəfindən Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xx x 1995-ci il tarixli, 1471 saylı sərəncamı əsasında X qəsəbəsi, X massivində yerləşən 1378a saylı torpaq sahəsi özəlləşdirilən zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması, iddiaçının hazırda qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Hazırki məhkəmə qərarı ilə iddiaçının sözügedən torpaq sahəsinə dair üçüncü şəxs X adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin olunmuşdur. Ona görə də, həmin dəlil də, iddiaçının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı ilə ayrılan x ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin iddiaçını n adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh və üçüncü şəxs X8 həmin qərardan kassasiya şikayəti vermişlər. Cavabdeh qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Üçüncü şəxs E.Məmmədov qərarın ləğv edilməsini, iddianın rədd edilməsini və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə göstərilmişdir ki, Torpaq Məcəlləsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Üçüncü şəxsin kassasiya şikayətin in dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi kobud qanun pozuntusuna yol vermiş, hazırkı mübahisə ilə bağlı göstərilən isə baxmaq hüququ olmadığı halda, iddiaçıya əsassız üstünlük hüququ verməklə həmin işi digər inzibati məhkəmə işi ilə birləşdirmiş və həm qanunsuz, həm də əsassız qərar çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində illərlə formalaşmiş hüquqi mövqeyə qarşı çıxaraq qanunsuz qərar qəbul etmişdir. İsin mübahisəsiz halıdır ki, iddia tələbi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində iş üzrə 3-cü şəxs Məmmədovun adına aparılmış qeydiyyatın ləğv olunmasıdır.Qeyd edilməlidir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəman ət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi sübutlara müqayisəli qiymət vermək əvəzinə, iddiaçının formal mülahizələrini və fərziyyələrini əsas tutaraq, iddiaçı tərəfindən təqdim olunan izahatlarına qanunsuz olaraq üstünlük vermişdir. Sübutlar birtərəfli araşdırılmış və nəyin bahasına olursa-olsun iddiaçının mövqeyinin müdafiə olunmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 11, 12, 68, 69-cu maddələrinin tələbləri təmin olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili şikayətin məzmunu ilə ey ni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Üçüncü şəxs E.Məmmədovun vəkili şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının vəkili şikayətlərə qarşı etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər üçüncü şəxslər A.Hüseynova və Səbail Rayon İcra Hakimiyyəti məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Üçüncü şəxslər A.Hüseynovanın və Səbail Rayon İcra Hakimiyyətinin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barəd ə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayətlər qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 27 iyun tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 21 noyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, “..apellyasiya məhkəməsi həmçinin müvafiq ekspertiza təyin edərək, ekspert qarşısında araşdırılması üçün suallar qoymuş, Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 23 oktyabr tarixli, 21522 nömrəli ekspert rəyində isə.. faktiki olaraq ekspert qarşısında qoyulmuş suallara cavab verilməmiş, beləliklə, müstəqil ekspertiza tədqiqatı aparılması təmin edilməmişdir.”. Qərarda həmçinin göstərilmişdir ki, “işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı,..iş üzrə yenidən ekspertiza təyin edilərək, onun aparılması cavabdehə hər hansı aidiyyəti olmayan müstəqil qurumlara həvalə edilməli, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci və 3-cü yaşayış massivlərinin harada və biri digərindən hansı məsafələrdə yerləşdikləri dəqiq müəyyən edilməlidir”. Azərbaycan Respublikasının İPM-nin 96.11-ci maddəsinə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası məqsədi ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi «xxxx» MMC-nin mütəxəssislərinin iştirakı təmin edilməklə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2019-cu il 22 fevral tarixli, 29330 saylı rəyi verilmişdir. Həmin rəylə müəyyən edilir ki, torpaq s ahələrinin koordinatlarının müəyyən olunması ilə əlaqədar «xxxx» MMC-nin mütəxəssisi tərəfindən «GPS» sistemli ölçmə aparatı vasitəsilə yerində ölçmə işləri aparılmış və ölçmə işlərinin nəticəsi kameral şəraitdə Google Planet proqramının ortofoto görüntülərinə əsasən araşdırılaraq, bu barədə 2019-cu il 4 yanvar tarixli, 01 saylı mütəxəssis rəyi tərtib olunmuşdur (həmin rəyin bir nüsxəsi apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur). Mütəxəssis rəyində göstərilənlər tədqiqat zamanı araşdırılarkən, rəydə qeyd olunan faktların məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş sualları tam əhatə etmədiyi müəyyən olunmuş və bununla əlaqədar ekspertizaya təqdim olunmuş iş materialları əsasında qərardadın 1-ci sualı ilə aparılmış tədqiqat nəticəsində - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1995-ci il 18 may tarixli, 1471 saylı sərəncam ilə X10 ayrılmış Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən «Torpağın mülkiyyətə verilməsi barədə» 2005-ci il 10 may tarixli Şəhadətnamədə göstərilən, 0,06 ha torpaq sahəsi ilə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuş ilkin cizgidə göstərilən torpaq sahəsinin ayrı-ayrı ünvanlarda yerləşməklə, eyni torpaq sahəsi olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin sərəncamda və Şəhadətnamədə A.Hüseynovaya ayrılmış torpaq sahəsinin Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşdiyi və 1378a nömrə ilə qeydə alındığı, cizgidə göstərilən torpaq sahəsinin isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşməklə 135 nömrə ilə qeydə alındığı göstərilmişd ir; 2-ci sual üzrə- mülki işin materiallarındakı sənədlərə və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən aparılmış araşdırmalar nəticəsində, tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən mübahisəli torpaq sahəsinin naturada (yerində) müəyyən edilmiş koordinatlarının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1995-ci il 18 may tarixli, 1471 saylı sərəncamı ilə X10 ayrılmış torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin İddiaçı ayrılmış torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş cizgidə göstərilən sahəyə uyğun olduğu, eləcə də Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1995-ci il 2 mart tarixli, 672 saylı sərəncamı ilə və RX seriyalı, 2016-cı il 22 oktyabr tarixli, ******* say lı çıxarış ilə X5 verilmiş torpaq sahəsinin koordinatlarının tədqiq olunan torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir; 3-cü sual üzrə-məhkəmənin 2019-cu il 21 fevral tarixli məktubu ilə ekspertizaya təqdim olunmuş Səbail RİH Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsinin müavini E.Əliyev tərəfindən verilmiş 197 saylı, 2019-cu il 6 fevral tarixli arayışa əsasən, İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 saylı torpaq sahəsi ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivinin ayrı-ayrı istiqamətlərdə yerləşdiyi və aralarındakı məsafənin 1,3 km təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyini şübhə altına alan sübutların olmadığına əsaslanaraq onu mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, mütəxəssis rəyi ekspert rəyi ilə müqayisəli tədqiq olunmamış, həmin rəylər arasında işin nəticəsinə təsir edə bilən əhəmiyyətli fərqlər olsa da, həmin fərqlər nəzərə alınmaqla mütəxəssis rəyinə münasibətdə digər rəyə hansı səbəbdən üstünlük verildiyi, həmin rəyin daha mötəbər olduğunun səbəbləri əsaslandırılmamışdır. Halbuki, ekspert rəyində 2-ci suala dair cavabında ekspertin gəldiyi nəticənin (uyğunluğun) hansı tədqiqat üsulu ilə müəyyən edildiyi göstərilməmişdir. Digər tərəfdən, işin materiallarına görə, tədqiqat aparılan torpaq sahəsinə mütəxəssisin və ekspertin birgə iştirakı ilə baxış keçirildiyi halda, tədqiq olunan (eyni vaxtda baxış keçirilən) o byektlərə münasibətdə rəylərdə fərqli mənzərələrin təsvir olunduğunun səbəbləri də aydın deyil. Bundan başqa, işdən və rəydən göründüyü kimi, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə mütəxəssisin iştirakı ilə 2018-ci il (rəydə 2019-cu il göstərilib) 25 dekabr tarixdə baxış keçirildikdən və əlavə sənədlər Mərkəzə 2019-cu il 10 yanvar və 22 fevral tarixlərdə daxil olduqdan sonra başlanılmışdır. Mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsinə 2019-cu il 18 yanvar tarixdə daxil olduqdan sonra iddiaçı tərəfindən Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsinin müavinin 2019-cu il 06 fevral tarixli 197 №-li arayışı apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş, apellyasiya instansiyası məhkəməsi həmin arayışı 2019-cu il 21 fevral tarixdə Ekspertiza Mərkəzinə göndər miş, ekspert bir gün sonra - 2019-cu il 22 fevral tarixli rəyində 3-cü sualla bağlı cavabında həmin arayışa “tədqiqatın mənbəyi” kimi istinad edərək arayışın mətnini rəydə 3-cü sualın cavabı kimi göstərmiş və bunu ekspertiza tədqiqatının nəticəsi kimi apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin rəyi mötəbər sübut kimi qəbul edərək gəldiyi nəticənin əsası kimi həmin rəyə istinad etmişdir. Qeyd edilən təqvim tarixləri nəzərə alındıqda, ekspertin 3-cü sualın cavabı kimi istinad etdiyi 2019-cu il 6 fevral tarixli 197 №-li arayışdakı məlumatlar məhkəmənin təyin etdiyi mütəxəssisə məlum olmamış, buradan, həmin məlumatlar mütəxəssis tədqiqatının predmeti olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadının “iş üzrə təkrar mə hkəmə tikinti-texniki ekspertizasının «xxxx» MMC-nin mütəxəssislərinin iştirakı təmin edilməklə keçirilməsi barədə” göstərişi tam təmin olunmamışdır. Eyni ilə, ekspert 2019-cu il 6 fevral tarixli 197 №-li arayışdakı məlumatları 3-cü sualın cavabı kimi (arayışda olduğu məzmunda) rəyə köçürməklə, əslində, həmin sualla bağlı hər hansı tədqiqat aparılmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icra atında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayətlər iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Üçüncü şəxsin şikayətinin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Hazırkı halda, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Formal-hüquqi baxımdan “İnzi bati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və qanunsuz olsaydı, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətin ə də şamil olunan və təkcə formalhüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs inzibati orqan tərəfindən aparılmış qeydin və ya verilmiş sənədlərin ləğv edilməsini, yaxud özünün hüquqlarının qeydə alınmasını həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra bilər. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəa liyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) daşınmaz əmlakın dövlət reyestrində qeydin düzgün aparılmamasında ifadə olunan nəticəsinin ləğv edilməsini, habelə, daşınmaz əmlaka hüququnun qeydə alınmasını tələb edir. Bu tələblərin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına dair şikayətin dəlili əsaslı hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hər hansı hüquqmüəyyənedici sənədə əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədi deyil, ondan irəli gəl ən qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da həmin mübahisəyə inzibati məhkəmələrdə baxılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 noyabr tarixli 2-1(103)-345/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissələrdə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Səfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar