Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1160/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2063/ 2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-ci il redaksiyalı Azərbaycan SSR Mənzil Məcəlləsinin 34, 35-ci maddələrini rəhbər tutaraq mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(112)-1387/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2063/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmə qərardadı iddiaçıya 27 oktyabr 2021-ci il tarixində təqdim edilmişdir.
6. İddiaçı 29 noyabr 2021-ci il tarixində məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 14 dekabr 2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
7. İddiaçı 25 aprel 2022-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2063/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ
9. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərardadı iddiaçıya 27 oktyabr 2021-ci il tarixində (iş v.110) təqdim edilmişdir. İddiaçı həmin tarixdən 1 ay keçdikdən (29 noyabr 2021-ci il tarixində) sonra dövlət büdcəsi hesabına vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçıya kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkil təyin olunmuş və 14 dekabr 2021-ci il tarixində vəkil orderi tərtib olunmuşdur (iş v.122). İddiaçı isə bundan 4 ay sonra, 25 aprel 2022-ci il tarixində (iş v.123) kassasiya şikayəti verərək qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüşdür.
10. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 20 iyun 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur
11. Lakin iddiaçı göstərilən vaxtadək nə müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
13. Göstərilənlərə əsasən məhkəm ə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2063/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.