Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1160/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əliliyə görə pensiyanın ödənilməsi, 6 aydan artıq müddətin keçməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2238/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilkin olaraq ümumi xəstəlik səbəbindən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, ipoxondrik əlamətlərlə” diaqnozu ilə xx.xx.2012-ci il tarixdə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Bundan sonra davamlı olaraq müxtəlif tarixlərdə ona ikinci dərəcə əlillik təyin olunmuşdur. Buna uyğun olaraq iddiaçıya xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2015- xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin müəyyən olunması barədə qərar verilmişdir.
3. İddiaçı əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa olunduğu xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (7 ay 17 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin olunmuş pensiya tamamilə əsassız olaraq ona ödənilmir. Buna əsas kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinin tələbinə istinad olunur. Həmin tələbə görə isə əlillik müddəti bitdikdən sonra 6 (altı) ay ərzində, şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddətdə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Cavabdeh bildirir ki, ona təyin olunmuş əliliyə görə pensiya əlilik müddəti bitdikdən sonra təkrar qiymətləndirilməklə bərpasına sərf olunan müddət altı aydan çox keçdiyi üçün ötən müddətə görə pensiyanın ödənilməsi iddiaçıya münasibətdə mümkün deyil. İddiaçının əlilliyinin müddətinin bitməsi onun sağlamlığına qovuşması mənasına gəlmir, onun əlilliyinin bərpasından söhbət gedə bilməz. Bərpa dedikdə onun əlillik müddətinin davam etdirilməli olduğu başa düşülməlidir. Ona görə də cavabdeh DSMF-nin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinin tələbini əsas götürməklə, əlillik müddəti ilə əlaqədar aparılan araşdırmalara sərf olunan müddətə görə ona pensiyanın ödənilməsindən imtinası qanuna uyğun sayıla bilməz.
7. Cavabdeh iddia ərizəsinə etiraz tə qdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2041/2023 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması öhdəliyi cavabdeh Аzərbаycаn Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksi nə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (2 nömrəli X1 ambulator kitabçadan çıxarışlarından) aydın olur ki, iddiaçıya həmin dövrlərdə (xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə) səhiyyə mərkəzində müayinələr aparılmış, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını, müddətin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil o lmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2238/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (sədrlik edən), X4 və X5) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-2041/2023 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Y.Müseybovaya növbəti dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuş və həmin müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin həmin tarixdən 7 ay 19 gün sonra Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında xx.xx.2022-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlilliyinin müəyyən edilməsi barədə TESK tərəfindən qərar qəbul edilmiş və həmin tarixdən cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə uyğun əlilliyi bərpa olunmuşdur. İddiaçının əlilliyi bitdiyi tarixdən 7 ay 19 gün, yəni 6 aydan çox müddət keçdiyi halda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbi baxımından, onun əlilliyi olan şəxs hesab edilməsi istisna olunur.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində Konstitusiyasının 26-cı, 38-ci maddələrinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddələrinə istinad edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
15. Kassator bildirmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş bunun nəticəsində ona “şizofreniya paranoid forma, fasiləsiz gedişli, ipoxondrik əlamətlərlə” diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, iddiaçıya həmin d övrlərdə (xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə) səhiyyə mərkəzində müayinələr aparılmış, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən e dildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Mə hkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ona pensiya ödənilməsini tələb edir.
26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
27. İş materiallarından isə görünür ki, İddiaçı növbəti dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin olunmuş 2-ci dərəcə əlillik təyin olunmuş və həmin müddət xx.xx.2021-ci il tarixdə bitmişdır. Lakin həmin tarixdən 7 ay 19 gün sonra Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında xx.xx.2022-ci il tarixdə onun 2-ci dərəcə müddətsiz əlilliyinin müəyyən edilməsi barədə TSEK tərəfindən qərar qəbul edilmiş və həmin tarixdən hazırki cavabdeh orqan tərəfindən əlilliyi müəyyən olunmuşdur. İddiaçının əlilliyi bitdiyi tarixdən 7 ay 19 gün, yəni, 6 aydan çox müddət keçdiyi halda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələbi baxımınd an, onun əlilliyi olan şəxs hesab edilməsi istisna olunur.
28. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-xx.xx.2022 dövrü üçün pensiya ödənişi aparılmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
30. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-2238/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.