Məhkəmə qərarları › İş №2-1(102)-1161/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1161/2017

20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1161/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-N(N02)-NN6N/20N7) Bakı şəhəri 20 iyun 20N7-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili XN2, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN3, vəkili XN iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin c avabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-N(N04)-55/20N7 saylı, 3N yanvar 20N7-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 20N7-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 0N.N0.N966-cı il tarixdə Bərdə rayonu, Xanağalı kəndində anadan olmuş və yaşayış yeri üzrə həmin kənddə qeydiyyatdadır. 0N.07.20N5-ci il tarixli, 22 nömrəli hərbi bilet əvəzi arayışa əsasən iddiaçı N984-N986cı illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət Baş idarəsinin iddiaçıya ünvanlanmış 20.N0.20N5-ci il tarixli, N/M-8407 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən “Müharib ə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N4.N0.20N5-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunmuş sənədlər geri qaytarılır. Hərbi xidməti təsdiq edən sənədlər olmadığından “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09.06.20N5-ci il tarixli, 9/2-382N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, N47 nömrəli əmrilə 5-ci tabora atıcı vəzifəsinə təyin edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin dekabr N994-cü il tarixli və ş əxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı N4 dekabr 20N5-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ hadisələri zamanı erməni işğalçılarına qarşı, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, müvafiq sənədləri və hərbi biletin surətini cavabdehə göndərmişdir. Müdafiə Nazirliyinin şəxsi heyət baş idarəsi tərəfindən ona ünvanlanmış məktubda müvafiq komissiyada sənədlərin müzakirə olunduğu və komissiyanın N4 oktyabr 20N5-ci il tarixli iclasında müzakirə edildikdən sonra sənə dlər hüquqi əsas verilmədiyinə görə geri qaytarıldığı bildirilmişdir. Xidmətini təsdiq edən sənədlər olmadığından ona müharibə veteranı adı və vəsiqəsi verilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin müvafiq komissiyası tərəfindən əsassız olaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. Belə ki, cavabdehin İşlər İdarəsinin mərkəzi arxivinin 09 iyun 20N5-ci il tarixli 9/2-382N saylı məktubunda onun 70N saylı hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N47 nömrəli əmri ilə 70N saylı hərbi hissənin 5-ci taboruna atıcı vəzifəsinə təyin olunması qeyd edilmişdir. Lakin sonrakı xidmətləri barədə müvafiq qeydlərin aparılmaması onun təqsiri üzündən baş verməmişdir. Məlum hadisələrlə bağlı sənədləşdirmə işləri döyüş əməliyyatları zamanı lazımı qay dada icra edilməməsi səbəbindən müvafiq qeydlərin olmaması hazırkı mübahisə ilə əlaqədar onun vətən qarşısında olan xidmətlərini əhəmiyyətsiz etməsi, qanunla qorunan hüquq və mənafeyinə ziddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2 və 33.N-ci maddələrinə istinad edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-N(83)-2N9/20N6 saylı iş) 30 mart 20N6-cı tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı iddiaçının izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən müəyyən olunur ki, həqiqətən də iddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iş tirak etmişdir. O, müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdehə müraciət etsə də, onun ərizələrinə müsbət cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər XN5məruzəçi, X7 və X4, 2-N(N04)-249/20N6 saylı iş) 05 iyul 20N6-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materialları ilə, habelə məhkəmə kollegiyası tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının hərbi hissənin siyahısına daxil olunması və həmçinin, iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.0N.N996-cı il tarixli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədov, 2-N(N02)-2035/N6 saylı iş) 23 noyabr 20N6-cı il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 05 iyul 20N6-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin i stinad etdiyi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin cavab məktubu” kimi qələmə verdiyi 20.N0.20N5-ci il tarixli N/M-8407 saylı sənədin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə heç bir aidiyyəti yoxdur, belə ki, bu sənəd cavabdehin iddiaçıya ünvanladığı imtina məktubudur (apelyasiya instansiyası məhkəməsi sözügedən məktubun XN0 ünvanlandığını göstərir, lakin X8 ümumiyyətlə kim olduğu məlum deyildir). Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi işdə olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Bərdə rayon Məhkəməsinə ünvanladığı 09 iyun 20N5-ci il tarixli 9/2-382N saylı cavab məktubunda yazılanları diqqətə almamış və onları araşdırmamışdır. Halbuki, sözügedən məktubda konkret olaraq deyilir ki, “sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli N47 nömrəli əmri ilə 5-ci tabora atıcı vəzifəsinə təyin olunmuşdur”. Apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həll edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən yuxarıda göstərilmiş halları araşdırmamış və onlara hüquqi qiymət verməmiş, bunun nəticəsində də iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X5 və X2, 2-N(N04)-55/20N7 saylı iş) 3N yanvar 20N7-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı həqiqətən də N nömrəli hərbi his sə komandirinin N avqust N993-cü il tarixli, N47 nömrəli əmrilə 5-ci tabora atıcı vəzifəsinə təyin edilmişdir. İddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan görünür ki, Ağdam və Murovdağda gedən döyüşlərdə iştirak etmiş, N994-cü ildə uşağının xəstəliyi ilə bağlı icazə alaraq evə getmiş və bir daha xidmət yerinə qayıtmamışdır. İddiaçının hansısa hərbi hissənin tərkibində döyüşdə iştirak etməsi iş materiallarında olan sənədlərlə təsdiq olunmur, iddiaçının hərbi xidmətə çağırılması isə onun heç də döyüşlərdə iştirak etdiyini təsdiq etmir. İddiaçı 06 mart 20N7-ci il tarixdə qərarın surətini almış, 07 mart 20N7-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 20N6-cı tarixli qərarının dəyişdirilmədən saxlanılması barə də qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı hesab edir ki, cavabdehin müvafiq komissiyası tərəfindən əsassız olaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan və onlara tətbiq edilməli olan hüquq normalarına əsasən lazımı qiymət vermədən apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin cavab verməli olduğu tələblər onun qanuniliyi və əsaslılığıdır. Qətnamənin əsaslı olması isə qətnamə ilə müəyyən edilən faktiki halların məhkəmə prosesində araşdırılmış sübutlar əsasında müəyyən edilməsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətna məsində işdə olan sübutları sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində sadaladığı bu sübutları bir daha qısa formada sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş halına hansı hüquq normasının tətbiq edildiyi və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qərarında göstərməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi hazırkı işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Şikayət əsaslandırılarkən Mülki Prosessual Məcəllənin N4.2, 77.N, 88, 2N7, 2N8.3, 220-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehi n vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, şikayət əsassızdır, iddiaçının ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir sübut yoxdur, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, dəyişdirilmədən saxlanılmalıdır. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən he sab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı Qarabağ hadisələri zamanı erməni işğalçıları na qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən ed ilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci ilin oktyabrın N-dən N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi b iletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma və kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair işdə mötəbər sübut olmamışdır. İddiaçıya məxsus təkrar hərbi biletin surətində onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair məlumat öz əksini tapmamışdır. Hərbi bilet əvəzi arayışda isə hərbi xidmət keçməsi N984-N986-cı illəri əhatə edir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissə tərəfindən arayış verilməmiş, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma və kontuziya) alma haqqında arayış və əmrdən çıxarış, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməmişdir. Mərkəzi Arxiv tərəfindən verilmiş 70N saylı hərbi hissənin N avqust N993-cü il tarixli əmrilə 5-ci tabora atıcı vəzifəsinə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmr iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. İPM-in N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsinə əsas o lan halları məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da həmin hal işdə olan sənədlərlə sübuta yetməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-N(N04)-55/20N7 saylı, 3N yanvar 20N7-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar