Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1161/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2444/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında,17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ilə “xxxx” MMC arasında 18.12.2005-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin predmetini xxxxnda yerləşən torpaq sahəsində iddiaçının vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 96 saylı mənzili təşkil etmişdir. Həmin müqaviləyə əsasən, “xxxx” MMC inşa ediləcək binanın B girişinin, 6-cı mərtəbəsində 96 saylı mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında iddiaçı yaşayış sahəsinin pay dəyərini tam ödəmiş, mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin mənzildə 2009cu ildən daimi yaşayır. “xxxx” MTK üzvlərin in ümumi iclasının 93 nömrəli protokolu ilə iddiaçının kooperativə üzv olunmaqla, MTK-nın xxxxnda yerləşən kooperativ yaşayış binasının B girişində, 6-cı mərtəbədə yaşayış sahəsinin tam payçısı olması öz təsdiqini tapmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə (X3, X4, X1, X2) sözügedən mənzilə qeydiyyata düşmək üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 24.12.2016-cı il tarixli məktubla bildirmişdir ki, iddiaçı qeydiyyata alınmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədlərini (dövlət reyestrindən çıxarış, icarə kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi) təqdim etməlidir, əks təqdirdə qeydiyyata alınma mümkün deyildir. İddiaçı 18 yanvar 2017 -ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “özünün və ailə üzvlərinin ünvan 1 ünvanına qeydiyyata alınması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-nin inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 864-cü məhəllə, R.Qafur küçəsi 20 ünvanda yerləşən yaşayış binasındakı 96 saylı 4 otaqlı mənzilin sahibidir. Həmin bina qaz, su və işıqla tam təchiz olunub və mənzil iddiaçının öz vəsaiti hesabına inşa olunub. İddiaçı artıq 7 ildir ailəsi ilə birlikdə həmin mənzildə yaşasa da, cavabdeh tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmamışlar. İddiaçı ailə üzvləri ilə birlikdə həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh imtina cavabı vermiş dir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərardadı ilə iddia “iddiaçının ərinin və yetkinlik yaşına çatmış uşaqlarının yaşayış yeri üzrə qeydiyyata alınması” hissəsində mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1153/2017 nömrəli, 15 mart 2017ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) qalan hissədə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ünvan 1 ünvanına order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh orqanın iddiaçının və onun yetkinlik yaşına çatmayan övladının həmin evə qeydiyyata alınmasından imtinası qanunsuz deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1402/17 nömrəli, 10 avqust 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1153/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilə n qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-199/2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli qərar ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1402/17 nömrəli, 10 avqust 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-852/2018 nömrəli, 02 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.Q.Hüseynov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1538/2018 nömrəli, 14 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2018-ci il tarixli, 2-1(103)-852/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2444/2018 nömrəli, 05 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 2-1(82)-1153/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2444/2018 saylı iş üzrə 05 dekabr 2018-ci il tarixli qərarının ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 12-ci və 58.7-ci maddələrinin tələblərini pozaraq həmin sübutlara düzgün hüquq qiyməti verməyib. Belə ki, apelyasiya məhkəməsi nəzərə almayıb ki, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi iddiaya qarşı bir dəfə də olsun yazılı etiraz və münasibət bildirməyib, iddiaçının yaşadığı bina “xxxx” MTK tərəfindən sakinlərin (payçıların) yaşaması üçün tikilib, binada yaşayış üçün bütün normal şərait var, sakinlərin təhlükəsizliyi tam təmin olunub və həmin binada yaşayan sakinlərin əksəriyyəti həmin ünvan üzrə cavabdeh orqan tərəfindən artıq qeydiyyata alınıblar. Bundan əlavə, məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiqində səhvə yol verib. Həmin Qanununun 1-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu ye r üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Apelyasiya məhkəməsinin gəldiyi nəticədən belə çıxır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 864-cü məhəllə, R.Qafur küçəsi 20 ünvanda yerləşən yaşayış binasındakı 96 saylı mənzildə ailəsi ilə birlikdə yaşasa da, həmin yer üzrə qeydiyyata alına bilməz. Məhkəmə nəzərə almayıb ki, iddiaçının yaşadığı mənzilin ona məxsus olmasına dair Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada bağlanmış müqavilə var. Məhkəm ə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin o laraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək m əqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı, yaşadığı həmin mənzilə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də, ca vabdeh inzibati orqan onun qeydiyyata alınmasından imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer -on un yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd edilən tələblərindən göründüyü kimi, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə - anketlə birlikdə şəxsiyyətini təsdiq edən sən ədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 518 saylı, 30 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiq ələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 1 ünvanı üzrə qeydiyyata alınması üçün qanunla tələb olunan sənədləri inzibati orqana və ya məhkəməyə təqdim edilməsi iş materialları ilə sübuta yetirilirmir. Bundan əlavə işdə olan sənədlərdən görünür ki, iddiaçının yaşadığı binanın yaşayış üçün istismara yararlı olması barədə səlahiyyətli orqanın müvafiq aktının olub-olmaması, olduğu təqdirdə aktın məhkəməyə təqdim edilməsi üçün apelyasiya instansiya məhkəməsi tərəfindən “xxxx” MTK-ya sorğu göndərilmiş, məhkəmənin sorğusuna cavab olaraq “xxxx” MTK-nın 04.12.2018-ci il tarixdə məhkəməyə ünvanladığı məktubda ünvan 2 yerləşən hündürmərtəbəli binanın MTK tərəfi ndən tikildiyi, sakinlərə təhvil verildiyi, istismara tam yararlı olduğu, binada tam yaşayış olduğu, işıq, qaz, su, binanın tam havalandırma sistemi, bütün lazım olan göstəricilərin tam təmin olunması, mənzillərin sənədləşdirilməsi və çıxarışla təmin olunmasının yaxın vaxtda təmin olunacağı bildirilmişdir. Lakin sorğuda tələb olunan sənəd, yəni binanın müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış istismara qəbul aktı məhkəməyə təqdim edilməmişdir. Həmçinin, sözügedən mənzilin yerləşdiyi binanın yaşayış üçün istismara yararlı olmasının səlahiyyətli orqanların müvafiq aktı ilə təsdiq edilməsi iş materialları ilə müəyyən edilmir. Halbuki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab edilir. İddiaçı yaşadığı mənzilə dair “xxxx” MTK ilə müqaviləni, maliyyə arayışını, protokoldan çıxarışı və mənzilin təhvil-təslim aktını təqdim etsə də, həmin mənzilə dair qanunvericiliklə tələb olunan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma sı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli ünvanda olan mənzilə qeydiyyata alınmasını tələb etsə də, həmin mənzilə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədin mövcudluğu sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası yuxarıda sadalan an qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mənzilə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin onun həmin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtinası qanuna zidd olmamışdır və bu səbəbdən iddiaçının hüquqları pozulmadığından apelyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2444/2018 saylı iş üzrə 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1161/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1161/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver