Məhkəmə qərarları › İş №2-1(102)-1161/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1161/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1161/2020 15.09.2020 ALİ MƏHKƏMƏ X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), X4, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-122/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********163609 saylı qərarına əsasən X1 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddələrinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlama xx.xx.2019-cu il tarixində başa çatdırılaraq, nəticəsi xx.xx.2019-cu il tarixli **********164273 nömrəli aktla rəsmiləşdirilmiş, ümumilikdə 896884,29 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənil məsindən yayınmağı qeyd edilməklə 448442,15 manat, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətə təqdim edilməməsinə görə 600 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

2. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********185185 saylı qərarından görünür ki, X2 39412,02 manat sadələşdirilmiş vergi, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, 376178,61 manat vergi məsuliyyətinə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək, 600 manat vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********185185 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edil məsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, səyyar vergi yoxlaması fərdi sahibkarın və onun nümayəndəsinin, vəkilinin, mühasibinin iştirakı olmadan keçirilmişdir. Səyyar vergi yoxlaması üzrə hesablamalar əsaslandırılmamış, fərdi sahibkar X1 uçotda olan obyektlərində prosedur qaydalara zidd onun nümayəndəsinin, şəxsiyyəti təsdiq edilmiş müşahidəçilərin iştirakı təmin edilməmiş, qanunvericiliyə uyğun olmadan protokollaşdırılmamışdır. Elektron baxış protokolu tərtib edilməmişdir. Yoxlamada fərdi sahibkar və onun hər hansı nümayəndəsinin iştirakının təmin edilməməsi yoxlamanın obyektiv keçirilməsinə şübhələr doğurduğu qədər, ədalətsiz keçirildiyini və Azərbaycan Respublikası Konstitusiyasının ədalətlilik prinsip inə zidd olduğunu göstərir. Qeyd olunan səbəblərdən iddiaçı vergi orqanının mübahisələndirilən qərarını əsassız hesab edir.

5. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18450 saylı məhkəmə-mühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fərdi sahibkar X3 tərəfindən aparılmış əməliyyatlara görə 1363,10 manat məbləğində ÖMV-nin dövlət büdcəsinə az hesablanması müəyyən olunur 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2052/2019 nömrəli qərarı ilə iddia qismən təmi n edilmiş, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019cu il tarixli **********185185 nömrəli qərarı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.363,10 manat məbləğində ÖMV-nin hesablanması hissəsi istisna olmaqla, qalan hissələrdə ləğv edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi az hesablanmış vergilərin səbəbi vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün 12-ci ayında vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olduğuna görə 2017-ci ilin iyul ayından etibarən məcburi ƏDV qeydiyyatına alınması olmuşdur. Halbuki, iddiaçı xx.xx.2017-ci il tarixdə vergi orqanına müraciət edərək, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai ia şə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmiş və 2017-ci ilin 3-cü rübündən etibarən sadələşdirilmiş vergi 8 faiz dərəcəsi ilə hesablanmışdır. Göründüyü kimi iddiaçı fərdi sahibkar kimi sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlama aparılan dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin tələblərinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməsi nəzərdə tutulmuşdur. Vergi orqanı məcburi ƏDV qeydiyyatına alınmasına əsas olaraq səyyar vergi yoxlaması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş ilkin sənədlər, nəzarət kassa aparatının “Z” hesabatları və bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumat əsasında vergi ödəyicisi X1 ikili fəaliyyə tinin olduğu, yəni həm ictimai iaşə fəaliyyəti, həm də mehmanxana xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olduğunu, sahibkarlıq fəaliyyətində gəlirlərin və xərclərinin ayrılıqda uçotunun aparılmadığı və bu barədə yoxlamaya sənədlərin təqdim edilmədiyi nəzərə alınaraq ən yuxarı həddə vergilərin hesablanması məqsədilə xx.xx.2017-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmaqla ƏDV hesablamışdır. Lakin məhkəmə araşdırması dövründə təqdim edilmiş sənədlər əsasında, həmçinin həmin sənədlər əsasında aparılmış ekspert rəyinə əsasən iddiaçının ikili fəaliyyətinin olduğu təsdiqini tapmamış, onun ictimai iaşə fəaliyyəti ilə məşğul olaraq, buna dair qanunvericiliklə müəyyən edilmiş sadələşdirilmiş vergini ödədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergini müəyyən edilmiş qaydada 8 faiz dərəcəsi ilə ödədiyindən, onun xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi kimi vergi hesablanması və bunun əsasında yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. Həmçinin, mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 600 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. İş üzrə verilmiş ekspert rəyi əsasında səyyar vergi yoxlaması ilə iddiaçı tərə findən aparılmış əməliyyatlara görə 1363,10 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Buna görə də məhkəmə mübahisələndirilən qərarı həmin hissədə əsaslı hesab etmişdir.

9. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, qismən,qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-122/2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2052/2019 nömrəli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, vergi borcunun hansı qaydada hesablanması əsaslandırılmamış, formal şəkildə xx.xx.2019-cu il tarixli **********164273 nömrəli Səyyar vergi yoxlaması aktına və “tarixli 0 nömrəli sənəd” adlı məchul materiala istinad olunmuşdur. Hətta iş materiallarının araşdırılması ilə də tam aydın olmur ki, həmin vergi borcu hansı əsasla və necə hesablanmışdır. Belə ki, nəinki xx.xx.2019-cu il tarixli qərar, xx.xx.2019-cu il tarixli akt da yalnız rəqəmlərdən və bu rəqəmlərin riyazi toplanmasından ibarətdir. Bu da onu göstərir ki, cavabdehin mübahisəli qərarı id diaçıya münasibətdə formal-hüquqi qanunilik baxımından icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati akt olmaqla, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin ciddi pozuntuları ilə qəbul edilmişdir.

12. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarında xx.xx.2019-cu il tarixli akta formal istinad olunmuş, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin yoxlanılmasının nəticələri, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən süb utlar qeyd olunmamışdır

13. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı, qəbul edildiyi andan qanuni qüvvəyə mindiyi üçün, iddiaçının CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə və cavabdeh tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması ilə yaranan hüquqi vəziyyət, yəni iddiaçının xx.xx.2019-cu il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla məsuliyyətə cəlb edildiyi cəmi 756.279,73 manat məbləğdə vergiləri ödəməkdən yayındırması hadisəsinin olmaması barədə nəticə hazırkı işə münasibətdə məcburi olduğundan, iddia bu bax ımdan da əsaslıdır. Bu mənada məhkəmə kollegiyası apelyasiya şikayəti ilə razılaşmır.

14. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.

15. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)122/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri 16.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusu ilə müşayiət olunan qərar qəbul etmişdir. Belə ki, vergi orqanı tərəfindən qəbul edil ən səyyar vergi yoxlamasının qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. O da öz növbəsində həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyini bəlli edir. Mübahisələndirilən qərar üzrə səyyar vergi yoxlaması aktında hər bir tədiyyə üzrə verginin hesablanması əsasları öz əksini tapmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi vergi orqanı tərəfindən qəbul edilən inzibati aktın əsaslandırılmasına istinad etməkdə haqlı olmamışdır.

17. Məhkəmə qərarına həmçinin mübahisələndirilən qərarın vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi baxımından formal-qanunilik tələblərini pozduğunu qeyd etmişdir. Bu dəlillə bağlı cavabdeh bildirmişdir ki, məh kəmənin inzibati aktda qeyd edilmədiyinə istinad etdiyi məlumatlar səyyar vergi yoxlaması aktında öz əksini tapmışdır. Bu səbəbdən məhkəmənin mübahisələndirilən qərar qəbul edərkən vergi qanunvericiliyi ilə bağlı formal-hüquqi qanunilik tələblərinə əməl edilməməsi barədə də mövqeyi öz təsdiqini tapmır.

18. Bundan başqa, məhkəmənin Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1534/2019 saylı qərarının preyudisial hüquqi əhəmiyyətini əsas götürərək, yekun nəticəyə gəlməsi ziddiyyətli məqamlar yaratmışdır. Belə ki, hökmdə əsassız və qanunsuz olaraq qanuni qüvvəyə minməmiş məhkəmə qərarına istinad olunmuş, inzibati məhkəmənin qərarına əsasən iddiaçı X1 təqsirliliyinin öz təsdiqini tapmadığı bildirilmişdir. Məhkəmə inzibati işə baxılan zaman cinayət işi ü zrə qərarın preyudisiallığını əsas kimi qəbul etməkdə haqlı olmamışdır. Odur ki, inzibati məhkəmə icraatında qəbul edilən qanuni qüvvəsini almamış qərarın əvvəlcədən müəyyən olunmuş hüquqi qüvvə faktına əsasən cinayət işi üzrə əsas qəbul edilməsi, daha sonra inzibati işin apelyasiya baxışı zamanı preyudisial əhəmiyyətinə görə cinayət işi üzrə qərara istinad edilməsi iş üzrə qanunsuz yekun qərarın qəbuluna gətirib çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsində cavabdehin bütün dəlilləri qiymətləndirilməmiş, bununla da məhkəmə tərəfindən prosessual normaların tələbləri pozulmuşdur.

19. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 58.7, 87.8, 90, 94, 96.5, 96.9-cu maddələrinə istinad etmişdir.

20. İddiaçı daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, sözügedən cinayət işinin istintaqı zamanı əldə edilmiş xx.xx.2019-cu il tarixli 18086 saylı ekspert rəyi ilə qara mühasibatlıq sənədlərinin mövcudluğu və iddiaçının real dövriyyəsini əks etdirməsi təsdiq olunmuş və hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmuşdur. Lakin işə aşağı instansiya məhkəmələri tərəfindən baxılarkən cavabdeh tərəfindən qeyd olunan hallar məhkəmənin nəzərinə çatdırılsa da adıçəkilən qara mühasibatlıq sənədləri, başqa sözlə iddiaçıya vergilərin hesablanmasına əsas olmuş sənədlər nəzərə alınmadan iş üzrə ekspertiza təyin edilmişdir ki, həmin ekspertizanın nəticəsi də iş üzrə mötəbər qüvvəyə malik ola bilməz.

21. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən iddiaçıdan götürülmüş “ACER” və “DELL” markalı kompüterlərdən əldə olunmuş iddiaçının dövr iyyəsini əks etdirən “Excel” və “Word” fayllarda olan elektron hesabatlar mənbəyi bəlli olan əlaqəli məlumatlardır və bu məlumatlara əsasən iddiaçıya vergilərin hesablanması vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Bu baxımdan cinayət işi üzrə qəbul edilmiş hökmdə əks olunan “qara mühasibatlıq” sənədlərinə istinadın Vergi Məcəlləsində nəzərdə tutulmaması və bu sənədlərin ilkin mühasibatlıq sənədləri sayılmaması ilə bağlı dəlil inzibati mübahisəyə baxan məhkəmə üçün heç bir preyudisiallıq əhəmiyyəti daşımır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını pozduğunu, düzgün tətbiq etmədiyini göstərməyib. Buna görə də cavabdehin formal mülahizələrinə əsasən apelyasiya məhkəməsinin qərarı ləğv oluna bilməz.

23. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər apelyasiya şikayətinin dəlillərinin təkrarıdır və apelyasiya məhkəməsinin qərarına həmin dəlillərə əsaslandırılmış cavab verilmişdir.

24. Cavabdehin yeganə dəlili birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı guya ekspertin “qara mühasibatlıq” sənədlərini tədqiq etmədən, araşdırmadan, işin hüquqi hallarına qiymət verməklə öz səlahiyyətlərinə aid olmayan məsələ barədə rəy verməklə yekun nəticəyə gəldiyindən ibarətdir.

25. Lakin cavabdeh nəzərə almayıb ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı qara mühasibatlıq da araşdırılıb, lakin vergilər hesablanarkən qara mühasibatlığa istinad edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmadığından qara mühasibatlıq sənədləri mötəbər sənədlər kimi qəbul edilməyib. Buna görə də ekspertin rəyi kifayət qədər aydın və tamdır. Bundan başqa, cavabdeh məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı olmamışsa da əlavə və ya təkrar ekspertizanın keçirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət verməmişdir. Digər tərəfdən eyni məsələ ilə bağlı məhkəmənin cinayət prosesində iddiaçıya bəraət verməsi ilə bağlı qanuni qüvvəsini almış hökmü var.

26. İddiaçı göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

27. İddiaçı daha sonra etiraza əlavə təqdim edərək kassasiya şikayətinin mümkünsüz sayılması barədə qəra rdad qəbul edilməsini xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı eyni məsələ ilə bağlı cinayət təqibinə məruz qalıb və Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə bəraət alıb. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)639/2020 saylı qərarı ilə cavabdehin mülki iddia ilə bağlı kassasiya şikayəti təmin edilməyib.

28. İddiaçı mövqeyinin hüquqi əsası kimi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə, həm çinin Avropa İnsan Hüquqları Məhkəməsinin Yahannessonun və digərlərinin İslandiyaya qarşı 22007/11 saylı işi üzrə xx.xx.2017-ci il tarixli qərarına istinad etmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etirazda və etiraza əlavədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsi nə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1 bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qe ydiyyata alınmamış və ardıcıl 12 alıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2 vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; Həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4- cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş ver gini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz; Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz. Həmin Məcəllənin 220.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz. 220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəb ul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

33. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məh kəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddihüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır.

39. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: a) inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); b) inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

40. Apelyasiya instansiyası məhkəməsi də bu mövqedən çıxış edərək iddianı həm formal-hüquqi baxımından, həm də maddi-hüquqi baxımından qanuni olub-olmadığını araşdırmış və haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir.

41. Cavabdehin hazırkı qərarın 13-14-cü bəndlərində göstərilən dəlillərinə münasibətdə kassasiya instansiyası məhkəməsi qeyd edir ki, işin apelyasiya instansiyası məhkəməsində araşdırılan halları ilə mübahisəli qərarın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qəbul edilmədiyi, qanunsuz əlverişsiz inzibati akt olduğu müəyyən edilmişdir.

42. Belə ki, mübahisəli qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rə dd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, vergi borcunun hansı qaydada hesablanması əsaslandırılmamış, formal şəkildə xx.xx.2019-cu il tarixli **********164273 nömrəli Səyyar vergi yoxlaması aktına və “tarixli 0 nömrəli sənəd” adlı məchul materiala istinad olunmuşdur.

43. Hazırkı qərarın 29-cu maddəsində göstərilən normalardan da aydın olur ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Odur ki, bu baxımdan cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

44. Cavabdehin kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, Bakı Apelyasiya Mə hkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı, qəbul edildiyi andan qanuni qüvvəyə mindiyi üçün, iddiaçının CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsinə və cavabdeh tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması ilə yaranan hüquqi vəziyyət, yəni iddiaçının xx.xx.2019-cu il tarixli akt əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla məsuliyyətə cəlb edildiyi cəmi 756.279,73 manat məbləğdə vergiləri ödəməkdən yayındırması hadisəsinin olmaması barədə nəticə hazırkı işə münasibətdə məcburidir.

45. Odur ki, iddia bu baxımdan əsaslı olduğundan apelyasiya inst ansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

46. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

47. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-122/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar