Məhkəmə qərarları › İş №2-1(102)-1161/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1161/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1161/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-652/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NZ ******* nömrəli hərbi biletə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1979cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

2. Azərbaycan SSR Nazirlər Sovetinin X1 Təhsili Komitəsinin verdiyi 5013 nömrəli attestata əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri, 22 № -li Texniki Peşə Məktəbində təhsil almış və ona 3-cü dərəcəli elektrik qaynaqçısı ixtisası verilmişdir.

3. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər təhsil almış, xx.xx.1978-ci ildən xx.xx.1979-cü ilə qədər “KƏM” Trestində elektrik qaynaqçısı çalışmış, xx.xx.1979-cü ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında xidmət etmiş, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin 10 №-li sexində 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər “Ulduz” zavodunda 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı, xx.xx.1990-cu ildən xx.xx.1994-cü ilə qədər “Xəzər” zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1994-cü ildən xx.xx.1994cü i lə qədər “Xəzər” kiçik müəssisəsində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2001ci ildən xx.xx.2008-ci ilə qədər AMSCO şirkətində qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər Finiks Konrekting S.A şirkətində qaynaqçı vəzifələrində işləmişdir, xx.xx.2013-cü ildən hal-hazıradək isə "xxxx" QSC-də qaynaqçı vəzifəsində işləyir. 4. “ULDUZ” Elm-İstehsalat Birliyinin 06 saylı, 04 mart 2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1987-ci il tarixində BAİB-dən köçürülmə yolu ilə Bakı ‘‘Ulduz” zavoduna 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixində Bakı “Ulduz” zavodundan köçürülmə yolu ilə zavodun tabeçiliyində olan Xəzər kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixində Xəzər KM-də köçürülmə yolu ilə ”Ulduz” EİB-nin tabeçiliyində olan BMPH zavoduna 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏQM-nın 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir. Bakı “Ulduz” zavodunda işlədiyi illər ərzində iddiaçı sexdə metal məmulatların kəsilməsi, doğranması və qaynaq edilməsi işləri ilə məşğul olmuş, bütün fəaliyyəti dövründə elektrik qaz qaynaqçısı peşəsində çalışmışdır. 5. "xxxx" QSC tərəfindən cavabdehə ünvanlanmış TİC-20-PA-OM-021 №-li, xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərardan irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr xüsusi bölməsi olaraq, iddiaçı aşağıdakı vəzifələrdə işləyirdi: xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər elektrik qaz qaynaqçısı - Stavropol trest “KEM”; xx.xx.1981-ci ildən xx.xx.1987 ci ilə qədər elektrik qaz qaynaqçısı- Bakı Aqreqat İstehsalat Birliyində; xx.xx.1987-ci ildən xx.xx.1990-ci ilə qədər elektrik qaz qaynaqçısı - Bakı “Ulduz” zavodu; xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - “Xəzər” Kiçik müəssisəsi; xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - Azərbaycan “Ulduz” Metal plastik hissələr zavodu; xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilə qədər qaynaqçı - AMSCO şirkəti; xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədə r qaynaqçı - FİNİKS Kontraktinq S.A.şirkətinin Azərbaycan Respublikasında filialı; xx.xx.2013-cü ildən hal hazıradək qaynaqçı - Ticarət- Sənaye Şirkəti QSC. Qanunvericilikdə nəzərdə tutulmuş Ümumi peşələr xüsusi sahəsində elektrik qaz qaynaqçısı, qaynaqçı vəzifələrində işləməsi nəzərə alınaraq, iddiaçı güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. 6. "xxxx" MMC tərəfindən verilmiş KŞ-118/05 №-li, xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırkı vaxtda "xxxx" MMC) xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə zərərli əmək şər aitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na uyğun müxtəlif poladlardan, əlvan metallardan detal, qovşaq və konstruksiyaların qaynaq edilməsi işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən XXXİİİ bölmə “Ümumi peşələr” 23200000-19756 “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtoma t maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” (hazırkı vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35-ci bölmə “Ümumi peşələr” “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları”) müəyyənləşdirilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi 13 yanvar 2021-ci il tarixli, **********5 №-li məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzıfələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i stehsalatların. peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi s ığorta (əmək) stajının xx.xx.2020-ci ilədək (60 yaşı tamam olan günədək) 36 il 01 ay 04 gün müddətində olmasının və bu müddətdən 32 il 09 ay 21 gününün “elektrik-qaz qaynaqçısı” peşəsində “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni xx.xx.2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur və hazırda 61 yaşındadır. Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Bakı şəhərində yerləşən 22 saylı X1 Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə əyani tə hsil almış və 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. xx.xx.1978ci ildən xx.xx.1979-cu ilədək ixtisası üzrə işləmiş və ordu sıralarına xidmətə çağırılmışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək ordu sıralarında xidmətdə olmuşdur. Bundan sonra müxtəlif yerlərdə - xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.2001-ci ildən xx.xx.2013-cü ilədək xarici şirkətlərdə, habelə xx.xx.2013-cü ildən hal-hazıradək "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Hal-hazıradək (xx.xx.2021-ci ilədək) peşə məktəbində əyani təhsil almağı və hərbi xidmətdə olmağı da nəzərə alınmaqla, ümumi əmək stajı 36 il 04 ay 02 gündür ki, bunun da 33 il 01 ay 04 günü əl ilə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Elektrik (qaz) qaynaqçısı peşəsi “əmək şəraiti zərərli və ağır olan digər işlər” kateqoriyasına aiddir. Bu şəraitdə olan əmək stajı 57 yaşı tamam olan günə (xx.xx.2017-ci il tarixinədək) 29 il 09 ay 21 gün təşkil edir. Halhazıradək (xx.xx.2021-ci ilədək) isə həmin müddət 33 il 01 ay 04 gün təşkil edir. xx.xx.2006-cı ilədək (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) “əmək şəraiti zərərli və ağır'' iş şəraitində olan əmək stajı isə 18 il 00 ay 06 gün təşkil edir. xx.xx.2006-cı ilədək onun artıq qanunla tələb olunan “əmək şəraiti zərərli və ağır iş şəraiti”ndə əmək stajı (12 il 6 ay) var idi, yəni həmin vaxtda 18 il 06 gün əmək stajı var idi. Lakin həmin vaxtlar onun 46 yaşı var idi və güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaşı tamam olmadığından mümkün deyildi. Həmin vaxtlarda “Vətəndaşların pensiya təmin atı haqqında” Qanunla tələb olunan əmək şəraiti zərərli və ağır olan əmək stajı (12 il 6 ay) artıq xx.xx.1994-cü ilədək var idi və yaş həddi 55 idi. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə şifahi qaydada müraciət etmişdir, lakin orada şifahi olaraq ona demişlər ki, ona güzəştli şərtlə pensiya almaq hüququ yoxdur. Hüquqi savadı olmadığından onlara inanmışdır. 60 yaşı tamam olanda yenidən hazırda cavabdeh olan təşkilata müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, onun işlədiyi peşə, yəni “elektrik-qaz qaynaqçısı" peşəsi həm hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də əvvəlki Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 saylı Qərarında (2 nömrəli “Siyahı”da “Ümumi peşələr”) da nəzərdə tutulmuşdur. Elektrik-qaz qaynaqçısı peşəsi üzrə yerinə yetirilən işləri həmişə əli ilə aparılmışdır və təbii ki, o da elektriklə, həm də qazla qaynaq işlərini əli ilə aparmışdır. Həmin peşələr üzrə olan təlimatlarda da işlərin əllə aparılması qeyd olunurdu, əməyin təhlükəsizliyi bar ədə təlimatlarda da bu faktlar qeyd olunmuşdur.

10. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Filiala iddiaçının təqdim etdiyi 27 iyul 1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının g üzəştli iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmiş Siyahının 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi müəssisələr, yəni “Ulduz” Elm-İstehsalat Birliyi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr adlanan 35-ci bölməsində “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının 60 ya şının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 13 il 4 ay 12 gün təşkil edir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-652/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4269/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış dır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edilməklə əsaslandırılmışdır. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz işin faktiki hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduq da və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (Ümumi peşələr adlanan 35-ci bölmə - qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları)

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qayda sında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Al i Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qa nunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1. iddiaçının 60 yaşının tamam olması; 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiya sının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

27. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 15 oktyabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq, yəni 35 il 10 ay 22 gündür, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53987,85 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğində artıqdır.

28. İddiaçının işlədiyi müəssisələr, yəni “Ulduz” Elm-İstehsalat Birliyi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir.

29. İddiaçının işlədiyi "elektrik qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr adlanan 35-ci bölməsində nəzərdə tutulan "qaz qaynaqçıları” və "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğun olmaqla güzəştli iş stajı 13 il 04 ay 12 gün təşkil edir.

30. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (15 oktyabr 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-652/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar