Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1161/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, prosessual müddətin bərpasında imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıgının itirilməsi barədə ərizələrinə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)2004/2023 nömrəli qərardadından iddiaçının verdiyi şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun 13 iyul 2022-ci il tarixli 12/T-1457 saylı məktubunun inzibati akt kimi ləğv edilməsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisinin üzərinə ərizələrinin məzmununa uyğun cavab verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-2445/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2004/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-2445/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-200 4/2023 nömrəli, 5 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
7. Bundan sonra həmin qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş və iddiaçıya hüquqi yardım göstərilməsi Vəkil həvalə edilmişdir.
8. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
9. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili eməhkəmə portalında ərizə ilə müraciət edərək kassasiya şikayəti tərtib etməyi üçün iş materialları ilə tanış olmağına şəraitin yaradılması və məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə olunmasını 23 noyabr 2023-cü il tarixdə xahiş etsə də, 1 dekabr 2023-c ü il tarixli eyni məzmunlu ərizədən sonra 4 dekabr 2023-cü il tarixdə vəkil kimi qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə koll egiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkil orderi 18 sentyabr 2023-cü il tarixdə verilmişdir. Kassasiya şikayəti isə 14 dekabr 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
14. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
15. İddiaçı tərəf ərizəsində kassasiya şikayəti tərtib etməyi üçün iş materialları ilə tanış olmağına şəraitin yaradılması və məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə olunması barədə ərizəsi 4 dekabr 2023-cü il tarixdə təmin olunduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmadığını qeyd etmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfin qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
17. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas xxxxxxx. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
19. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(103)-2004/2023 nömrəli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.