Məhkəmə qərarları › İş №2-1(102)-1162/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1162/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1162/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Aidə Tağıyevanın iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 12 dekabr 2018-ci il tari xli, 2-1(103)-2789/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. 10.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixinədək "Günəşli-2" kiçik müəssisəsində dərzi vəzifəsində işləmişdir. Xəstəlik nəticəsində yaranan fiziki qüsur səbəbindən əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinəmüraciət etmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsindən 10.07.201 7-ci il tarixli, 16/01-5919 saylı cavab məktubunda bildirildi ki, 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 12 il 04 ay siğorta stajı yaranmadığından ərizəni təmin etməyin mümkün olmadığını və təqdim etdiyi əmək kitabçasında 10.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixinədək məcburi dövlət sosial siğorta haqlarının ödəyib ödəməməsi barədə sorğu edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi sorğuya cavab olaraq bildirmişdi ki, İdarənin uçot məlumat bazası araşdırılarkən "Günəşli -2" müəssisəsi müəyyən olunmamışdır. "Günəşli -2" kiçik müəssisəsində işlədiyini həmin müəssisədə onunla birgə işləmiş iş yoldaşlarını da şahid qismində əmək kitabçaları ilə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə gətirsə də, onun bu sübutları nı əsassız olduğunu bildirmişlər və nəticə olaraq ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməmişdir. 01.01.2006-cı il tarixdən etibarən uçotun aparılmasına başlanılsa da həmin tarixə kimi uçot məlumat bazasının necə araşdırılması şübhə doğurur. Onun “Günəşli -2” kiçik müəssisədə işlədiyi illərdə sığorta ödənişləri müəssisə tərəfindən vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin araşdırmasına əsasən “Günəşli-2” müəssisəsi müəyyən edilməmişdir. Lakin, ona qeyrirəsmi məlumatla bildirilmişdir ki, “Günəşli -2” müəssisəsinin adı sonradan dəyişdirilərək “Günəşli -11” kimi qeydiyyata düşmüşdür. Məhz bu səbəbdən “Günəşli -2” kiçik müəssisəsi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi tərəfindən müəyyən edilməyib. H əmin dövrdə işləmə faktını şahidləri təsdiq edə bilərlər. İddiaçı cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 28.02.2018-ci il tarixli iş № 2-1(82)-670/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçının 10 yanvar 1997-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan iş illərinin sosial sığorta stajına daxil edilərək, 06 iyun 2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verər ək birinci instansiya məhkəməsinin 28.02.2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.05.2018-ci il tarixli iş № 2-1(103)-1299/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Ağayev və V.Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 18.05.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 17.10.2018-ci il tarixli iş № 2-1(102)1700/2018 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 18.05.2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 12.12.2018-ci il tarixli iş № 2-1(103)-2789/2018 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və C.Yusifov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onun la əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı ona xahiş edirəm ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.İddiaçı şöbəyə təqdim etdiyi sənədlər əsasında İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 12 il 04 ay sığorta staji yaranmadığından ərizəsini təmin etmək mümkün olmamışdır.Məlumat üçün bir daha təkrarən bildiririk ki, iddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 10.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək “Günəş-2” müəssisəsinin məcburi dövlət sosial sığorta haqlarının ödəyib ödəməməsi barədə sorğu edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, İdarənin uçot məlumat bazası araşdırılarkən “Günəş-2” müəssisəsi müəyyən olunmamışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 21(103)-2789/2018 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Tağıyeva kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmiş dir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(103)2789/2018 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsasla ndırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İ PM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 12 dekabr 2018-ci il tarixli qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2, 19.1, 19.2, 24.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qərarının ləğv etmək üçün heç bir əsas yoxdur. Cavabdehin kasasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirilən sığorta stajını əhatə edən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərba ycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üç ün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: (3.1.1.) Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. (3.1.2.) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaol unanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. Göründüyü kimi, həm əvvəlki, həm də qüvvədə olan qanunvericiliyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Bununla yanaşı qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş MT-İ ******* nömrəli əmək kitabçası ilə İddiaçı 10.01.1997-ci ildən 01.01.2006-cı ilədək “Günəş-2” KM-də işləməsi öz təsdiqini tapır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istis na edən faktiki şərtlərin mövcudluğuna istinad etsədə, bu şərtlərin mövcudluğunu sübut edə bilməmiş (İPM 14.3.), iddiaçının pensiya hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olan əsassız imtina vermişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25.01.1995-ci il tarixdə 21246 nömrə ilə dövlət qeydiyyatına alınmış “Günəş-2” kiçik müəssisəsinin adı dəyişdirilərək “xxxx” MMCyə çevirilməsi ilə əlaqədar həmin təşkilatın hüquq varisliyi “xxxx” MMC-yə keçmişdir (dövlət qeydiyyat nömrəsi VÖEN **********). Həmçinin cavabdeh tər əfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Bakı şəhər üzrə X1 İdarəsinin DSMF-nin Sabunçu rayon Şöbəsinə ünvanladığı 28.08.2018-ci il tarixli 88/03/089159 saylı məktubda “xxxx” MMC-nin (VÖEN **********, qn 1600487) 10.01.199701.01.2006-cı illər üzrə hesablanıb ödənilmiş sosial sığorta haqlarının ödənişləri barədə məlumat verilmişdir. Həmin məlumatda 1998-2005-ci illər üzrə müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməsi, 1997-ci il ərzində sığortaedənin rəsmi sənədinə əsasən fəaliyyətinin olmaması və əmək haqqının hesablanmaması barədə göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnı z formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə s ənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, inzibati orqan qanunvericiliklə üzərinə qoyulmuş müstəqil şəkildə imtina məktubunda göstərilən halın mötəbərliyinin müəyyən edilməsi üçün tədbir görməmişdir. İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehi n hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2789/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 12 dekabr 2018-ci il tarixl i, 21(103)-2789/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar