Məhkəmə qərarları › İş №2-1(102)-1162/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1162/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1162/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxslər Səbail rayon İcra Hakimiyyətinə, X5, X6 və X3 qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1162/2020) Açar sözlər: torpaq sahəsinin plan sxeminin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Səfərov Paşa İbiş oğlunun və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) “torpaq sahəsinin plan sxeminin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1381 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 36 saylı sahədə yerləşən 800 kv.m torpaq sahəsi X5 ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 478 saylı sərəncamı ilə X4 razılıq ərizəsinə əsasən əvvəlki - xx.xx.1998-ci il tarixli, 1381 saylı sərəncama dəyişiklik edilərək həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli ərizə ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, ona verilmiş torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini, habelə torpağa mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi onun xahişini təmin etməmiş və iddiaçıya xx.xx.2017-ci il tarixli məkt ubla cavab verərək bildirmişdir ki, Səbail rayon İH-nin 1381 sərəncamına əsasən bu torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına torpağın mülkiyyətə verilməsinə dair JN-15299D saylı şəhadətnamə verilmişdir. Buna görə də onun ərizəsini təmin etmək mümkün deyildir. İddiaçı DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin bu imtinasının dəlilləri ilə razılaşmamış və hazırki iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək və sonradan iddianın dəqiqləşdirliməsi barədə ərizə verərək, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 478 saylı sərəncamı ilə onun adına keçirilmiş, Səbail rayon İcra Hakimiyyəti ilə xx.xx.2016-cı il tarixdə razılaşdırılmaqla tərtib edilmiş situasiya planı və sxemində qeyd edilən ölçülər nəzərə alınmaq la, fərdi yaşayışevinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Köhnə bağlar sahəsində ayrılmış torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə X9, X10 və X8 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 478 saylı sərəncamı ilə bu torpaq sahəsi ona verilmişdir və 1999-cu ildə həmin torpaq sahəsində ev tikərək orada yaşayır. Hər il torpaq və əmlak vergisini ödəmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 1381 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı əsasında X5 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-15299D saylı şəhadətnamə verildiyi üçün, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu, 11.1-ci, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10, 14-cü maddələrinə əsasən, iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2-1 (81)-1585/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarı instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2201/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi) S.Hüseynov və V.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1585/2017 saylı 26 may 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Səbail rayonu Badamdar qəsəbəsinin “Köhnə bağ lar” ərazisində torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə Səbail rayon İH-nin xx.xx.1999-cu il tarixli 478 saylı qərarında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)789/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi) N.Rəsulbəyova və Z.Quliyev) apelyasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2201/2017 saylı 08 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən sərəncamı vermiş orqan tərəfindən həmin sərəncama istinadla tərtib etdiyi “torpaq sahəsinin situasiya planı və sxemi”ni hansı səbəbdən mötəbər sənəd kimi qəbul etmədiyini əsaslandırmamışdır. Bundan başqa, məhkəmə X4 adına verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-15299D saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin eyni və ya fərqli sahələr olduğunu mötəbər sübutlarla müəyyən etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi) M.Tağızadə və K.Abıyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş,1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1585/2017 saylı 26 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan hallar və cavabdehin etirazı təkrarlanmışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Səfərov Paşa İbiş oğlu kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, adına ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən ilkin hüquqi qeydiyyata alınaraq mülkiyyət hüquqlarına dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsini tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyə t hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməs inin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmu nda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu iş lərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyy ətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağacl ar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Apelyasiya instansiyası məhkəməsi bu normalara əsasən hesab etmişdir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi, bu iş üzrə Ali Məhkəmənin yuxarıda göstərilən qərarına əsasən mübahisəli torpaq sahəsinin Məmməd Ağayevin adına işlənmiş JN-15299D saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini araşdırmış, bununla bağlı ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14607 saylı xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olu nmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə sorğu əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2004-cü il tarixli, JN-15299D saylı şəhadətnamə əsasında X4 mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 36 saylı sahədə yerləşən 0,08 ha torpaq sahəsi ayrı-ayrı tarixlərdə digər şəxslərin adına alqı-satqı əsasında qeydiyyata alındıqdan sonra vahid əmlak şəklində **********51-10301 reyestr nömrəsi ilə sonuncu mülkiyyətçi X2 adına qeydiyyatda olan fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsinin (texniki pasportun) döngə nöqtələrinin koordinatları ilə (sxemdən göründüyü kimi) üst-üstə düşmür, başqa-başqa yerlərdir. Göründüyü kimi, iddiaçıya ve rilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata almaqlan imtina edərkən cavabdehin əsaslandığı başlıca dəlil, yəni iddiaçıya verilmiş torpaq sahəsinə X4 adına torpağın mülkiyyətə verilməsinə dair JN-15299D saylı şəhadətnamənin verilidiyi haqda dəlil, əsassızdır. Bundan başqa, iş materiallarının 1-ci cildinin 6-cı səhifəsində iddiaçıya verilmiş torpaq sahəsinin təsdiqlənmiş sxemi və ərazinin situasiya planı vardır və həmin sənəd iddiaçı tərəfindən qeydiyyat aparılması üçün müraciət olunarkən inzibati orqana təqdim olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası o nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2020 saylı 23 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar