Məhkəmə qərarları › İş №2-1(102)-1162/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1162/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1162/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəzalı vəziyyətə düşmüş yaşayış sahəsindən köçürülmə ilə bağlı kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: 2LZZX2F) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “pul tələbi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-922/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DƏDRX tərəfindən Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli, 3 aprel 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 184,8 kv.m. fərdi yaşayış evi və həmin daşınmaz əmlakın yerləşdiyi 0,02 ha. ölçüsü olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərində yaşayan ailələrin köçürülməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə vəsait ayrılması barədə” 20 dekabr 2018-ci il tarixli, 874 S №-li sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə 44 ədəd birmərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40.000,00 manat, 15 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55.000,00 manat olmaqla birdəfəlik maddi yardım verilməsi üçün 2.585.000,00 manat, həmçinin bank xidmətləri xərci üçün 15.510 manat olmaqla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X2 Rayon İcra Hakimiyyətinə cəmi 2.600.510,00 manat məbləğində vəsait ayrılmış, zərərçəkmiş 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,00 manat olmaqla 29.500,00 manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,00 manat olmaqla 61.950,00 manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200.000,00 manat olmaqla “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr 1756 nömrəli Fərmanının 1.14.3.2-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən Suraxanı Rayon İcra Hakimiyyətinə 291.450,00 manat məbləğində vəsait ayrılmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli, 407 s nömrəli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqsədi ilə Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 hektar torpaq sahəsindən həmin sakinlərə məxsus olan əvvəlki torpaq sahələrinə uyğun olmaqla (0,04 hektardan az olmamaq şərtilə), yeni yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətlərinə verilməsinin Zığ Bələdiyyəsi tərəfindən təmin edilməsinə və qalan torpaq sahəsinin başqa məqsədlər üçün verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmasına sərəncam verilmişdir.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun əməkdaşları tərəfindən tərtib ed ilərək imzalanmış “ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” 16 yanvar 2020-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər Tikintidə X1 Agentliyinin 17 dekabr 2019-cu il tarixli, H-0634 saylı və 26 dekabr 2019-cu il tarixli, B-0442/2 saylı tapşırıqlarına əsasən Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43 E ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və evin texniki vəziyyətinin qəzalı olduğunu müəyyən etmişlər. Aktda qeyd edilmişdir ki, bununla əlaqədar sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: - sakinlər köçürülməli; - evə daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; - evin ətrafı çəpərlənməli; - evə giriş qadağan edilməli və dig ər lazımi tədbirlər görülməlidir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan B-1/3-097/3 nömrəli, 21 yanvar 2020ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının yaşadığı evin qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq baxış keçirilməsı haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə ünvanladığı ərizə baxılmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bildirilmişdir ki, yaşadığı evin texni ki vəziyyətinin müəyyənləşdirilməsı məqsədi ilə baxış keçirərək müvafiq rəyin verilməsi üçün RİH tərəfindən yuxarıda adıçəkilən quruma müraciət edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsində RİH üçün təsdiq edilmiş xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin tikintisi, təmiri və ya onlara maddi yardım göstərilməsi məqsədi ilə maliyyə vəsaiti nəzərdə tutulmadığından baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması məqsədi ilə öz vəsaiti hesabına qəzalı vəziyyətdə olan evi ailə üzvləri ilə birgə tərk edərək başqa yerə köçməyi tövsiyə olunur, əks təqdirdə bütün məsuliyyət onun üzərində qalacaqdır.

5. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1 iyun 2020-ci il tarixli 115 nömrəli sərəncamına əsasən "xxxx" MMC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli 29 dekabr 2019-cu il tarixli əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitdən 2.980.868 manatını Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdiyi xəzinə hesabına köçürülməsini təmin etməsi, Suraxanı RİH-in Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evdə yaşayan sakinlərin köçürülməsi üçün tərtib olunan sənədləşmə işlərini qanunvericiliyə uyğun təşkil etməsi, ayrılmış vəsaitlə yuxarıda qeyd olunan ünvanda yaşayan sakinlərə birdəfəlik yardım ödəyib köçürülməni təmin etməsinə sərəncam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş ünvan 4 ünvanında ona məxsus 200,00 kvadratmetr ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58.000 manat birdəfəlik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050,00 manat kirayə haqqı və 500,00 manat daşıma xərcləri olmaqla 59.550 manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,00 hektar torpaq sahəsindən 300,00 kvadrat metr torpaq sahəsi nəzərə alınaraq, ödəniləcək vəsaitə 247.200,00 manat əlavə edilməsi və dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İdd iaçı tələbini belə əsaslandırmışdır ki, iki azyaşlı övladı və iki nəfər ailə üzvü ilə birlikdə ünvan 4 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi evin yerləşdiyi ərazidə sürüşmə prosesləri getdiyindən evi qəzalı vəziyyətə düşmüşdür. O, 16 iyun 2020-ci il tarixli məktublarla Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və digər qurumlara eyni məzmunlu müraciətlər edərək onun və ailəsinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməsi ilə bağlı görülmüş tədbirlər barədə məlumat verilməsini və verilmiş qərarların surətlərinin ona göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı RİH-nin başçısının birinci müavini tərəfindən ona ünvanlanan 30 iyun 2020-ci il tarixli məktubla onun bu müraciəti təmin edilməmişdir. Bundan başqa məktubda ona ümumilikdə 59.500 manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının nəzərdə tutulduğu qeyd edilmiş, lakin ayrılmış vəsaitin məbləğinin və torpaq sahəsinin ölçüsünün nəyə əsasən hesablanıldığı, ona münasibətdə 59.500 manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin ayrıldığının hansı aktda nəzərdə tutulduğu, ayrılan torpaq sahəsinin koordinatları, planı barədə heç nə qeyd edilməmişdir. Həmçinin Bakı şəhəri Suraxanı RİHnin başçısının birinci müavini tərəfindən ona ünvanlanan məktubda Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamın icrası üçün vaxtın məhdudluğu nəzərə alınaraq göstərilən sənədlərin üç gün müddətində təqdim ol unmamasının təklifdən imtina etməyi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyi ilə bağlı məsuliyyətin ona aid olacağı diqqətinə çatdırılsa da, sərəncamın icra müddəti göstərilməmiş, RİH tərəfindən ona 3 gün müddət tələbi qoyulmasının və həmin müddətdə sənədləri təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndirilməsinin hansı normativ aktlara əsaslandığı qeyd edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamın təsdiq olunmuş surətinin ona göndərilməsi, ona ayrılan ümumilikdə 59.500 manat vəsaitin və 300 kvadrat metr torpaq sahəsinin nəyə əsasən hesablandığı, ona münasibətdə məhz bu məbləğdə vəsaitin və bu ölçüdə torpaq sahəsinin ayrılmasının hansı aktda nəzərdə tutulduğu, RİH tərəfindən ona 3 gün müddət tələbinin qo yulmasının və həmin müddətdə sənədlərin təqdim olunmamasının təklifdən imtina etməyi kimi qiymətləndirilməsinin hansı normativ aktlara əsaslandığı barədə məlumat verilməsi ilə bağlı olaraq 28 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı RİH-ə tərəfindən ünvanlanan məktubu isə cavablandırılmamışdır. 18 avqust 2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamının təsdiq olunmuş surətinin ona göndərilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyətinin 18 avqust 2020-ci il tarixli, B140/2-112 nömrəli cavab məktubunda ərizəyə baxıldığı qeyd edilsə də, 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamın təsdiq olunmuş surətinin ona göndərilməsi xahişinə münasibət bildirilməmiş və göstərilmişdir ki, Bakı şə hər İcra Hakimiyyəti başçısının 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı kimi müəyyən edilmiş evlərin köçürülməsi üçün Bakı şəhəri Suraxanı RİH-nə maddi yardım ayrılmış, sərəncamın icra olunması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında komissiya yaradılmış, köçürmə prosesi sözü gedən komissiya tərəfindən həyata keçirilir. Lakin Suraxanı RİH tərəfindən təklif edilən maddi yardım və torpaq sahəsi ədalətli olmamaqla yanaşı, həmçinin dövlət tərəfindən köçürülmələr zamanı tətbiq edilən qiymətlərlə uyğun gəlmir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə bağlı olaraq verilən maddi yardım evin sa həsinin kvadratmetrinə görə hesablanmalı və ona ödənilməlidir, yəni eyni mühüm faktiki hallara malik olan işlər üzrə eyni yanaşma olmalıdır. Lakin konstitusion hüquq olan bərbarəlik hüququ pozularaq qanunsuzluğa yol verilmişdir. Bu qiymət həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının 76 nömrəli, 16 fevral 2011-ci il tarixli və 182 nömrəli, 4 may 2012-ci il tarixli sərəncamlarında da öz əksini tapmışdır. Belə ki, həmin sərəncamlarda vətəndaşların onların mülkiyyətində olan yaşayış sahələrindən köçürülməsi həmin sahələrin hər bir kvadrat metrinə görə 1500 manat pul vəsaiti ödənilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa hazırda əmlak bazarında təklif edilən torpaq satışı ilə bağlı elanlara baxılsa, görmək mümkündür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq s ahəsinin 1 kvadratmetri 200 manat, Suraxanı RİH tərəfindən ona təklif edilən torpaq sahəsinin 1 kvadrat metri 40 manat təşkil edir. ünvan 4 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evin 184,8 kvadrat metr və hər kvadratmetrinə görə 1500 manat ödənilməli olduğunu nəzərə alaraq, ona ödəniləcək birdəfəlik maddi yardım 277.200 (184,8*1500=277.200) manat təşkil etməlidir. İddiaçı hesab edir ki, ünvan 4 ünvanda yerləşən məxsus torpaq sahəsinin 200 kvadrat metr və hər kvadratmetrinə görə 200 manat ödənilməli olduğunu nəzərə alaraq, torpağa görə ona ödəniləcək vəsait 40000 (200*200=40000) manat təşkil etməlidir. Cavabdeh Bakı şəhəri Suraxanı RİH tərəfindən təklif edilmiş ünvan 4 ünvanda ona məxsus 200,0 kvadratmetr ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58.000 manat birdəfəl ik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050 manat kirayə haqqı və 500 manat daşıma xərcləri olmaqla 59.550 manat vəsaiti və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 hektar torpaq sahəsindən 300 kvadrat metr torpaq sahəsini nəzərə alınsa, birdəfəlik yardımın məbləğinə fərdi yaşayış evinə görə 219.200 (277.200 – 58.000 =219.200) manat, torpaq sahəsinə görə ödəniləcək vəsait 28.000 (40.000-12.000 = 28.000) manat, ümumilikdə 247.200 (219.200+28.000=247200) manat əlavə edilməli və dövlət büdcəsi hesabına cavabdehdən tutulmalıdır.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazı belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43E ünvanda yerləşən qəzalı fərdi yaşayış evindən köçürülməyi müqabilində ümumil ikdə 318.150,00 manat vəsaitin ödənilməsini xahiş etmişdir. Cavabdehin cavab məktubu ilə hazırki iddiaçıya Zığ qəsəbəsində yerləşən və FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan 56 fərdi yaşayış evinin sakinlərinin (o cümlədən iddiaçının) RİH-nə və digər dövlət orqanlarına ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alınaraq həmin sakinlərin (həmçinin iddiaçının) təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi köməkliyin göstərilməsi üçün RİH tərəfindən yuxarı instansiyalara müraciətlər olunmuş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 115 nömrəli, 1 iyun 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 fərdi yaşayış evində yaşayan sakinlərin kö çürülməsi məqsədi ilə bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43.000 manat, iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 58.000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri üçün Suraxanı Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrıldığı, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 43 E ünvanda iddiaçıya məxsus 200,0 kv.m. torpaq sahəsində yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evi ilə bağlı 58.000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri olmaqla ümumilikdə 59.500 manat vəsaitin və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha. torpaq sahəsindən 300,0 kv.m. torpaq sahəsinin iddiaçıya ay rılması nəzərdə tutulduğu bildirilmiş, həmçinin yuxarıda qeyd edilən sərəncamın icrası üçün vaxtın məhdudluğunu nəzərə alaraq iddiaçının təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq vəsaitin ödənilməsinə dair ailə üzvlərinin razılıq ərizələrinin, bank hesabının RİH-nə təqdim edilməsi və göstərilən sənədlərin təqdim olunmamasının təklifdən imtina etməsi kimi qiymətləndiriləcəyini, bu səbəbdən təhlükəsizliyi ilə bağlı məsuliyyətin vətəndaş iddiaçıya aid olacağı diqqətinə çatdırılmışdır.

9. Məhkəmənin 5 noyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Üçüncü şəxs iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış 2020-ci il 5 may tarixli, 203 nömrəli məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində evlərinin texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəylər verilmiş 56 fərdi yaşayış evinin (o cümlədən vətəndaş İddiaçı məxsus evin) sakinlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli, 407s nömrəli sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyinin sağ tərəfində Zığ bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadəsiz qalan 2,4 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə 38 ədəd bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 43.000,0 min manat, 18 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərin in hər birinə 58.000,0 manat olmaqla birdəfəlik maddi yardım, bank xidmətləri xərci üçün 16.068,0 manat, ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 manat olmaqla cəmi 28.000,0 manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 manat olmaqla cəmi 58.800,0 manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılmasına 200.000,0 manat olmaqla ümumilikdə 2.980.868,0 manat vəsaitin ayrılması barədə xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə Suraxanı Rayon İcra Hakimiyyətinə Fövqəladə Hallar Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdikləri rəylərə əsasən qəzalı kimi müəyyən edilmiş 56 ədəd fərdi evin sakinlərinə Bakı şəhər İcra Hakimiyyətinin sər əncamında olan vəsait hesabına 2.980.868,0 manat vəsaitin ayrılması üçün birgə zəruri tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Eyni zamanda sözügedən ünvanda yerləşən yaşayış sahəsindən köçürülməsi ilə əlaqədar iddiaçıya birdəfəlik maddi yardımın ödənilib-ödənilməməsi barədə Nazirlikdə hər hansı məlumat yoxdur. İddiaçı birdəfəlik maddi yardımın ödənilib-ödənilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin rəyinin öyrənilməsi məqsədəmüvafiqdir. İddiaçı iddia ərizəsində ona birdəfəlik yardımın dövlət büdcəsindən ayrılmasını xahiş etmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi birdəfəlik yardımın Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan vəsaitdən ayrılması nəzərdə tutulmuşdur. Kompensasiyanın dövlət büdcəsi hesabına ödənilməsi fikri ilə əlaqədar qeyd etmişlər ki, dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Bu baxımdan öhdəliyin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə dövlət büdcəsi qanunla təsdiq olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində inzibati təsnifata uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə görə yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalarla yanaşı büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Göründüyü kimi cavabdeh qurumun gəlirləri yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də formalaşır və kompensasiyanın dövlət büdcəsinə yönəldilməsi inzibati prosessual və büdcə qanunverciliyinin tələblərinə zidd olmaqla yanaşı, gələcəkdə məhkəmə qərarının icra imkanlarını məhdudlaşdırır.

11. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-2487/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə görə ona ödənilməli olan maddi yardımın məbləği ilə razı deyildir. Halbuki, həmin “maddi yardım”ın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir və həmin vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli, 29 dekabr 2019-cu il tarixli əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitdən 2.980.868 manatın cavabdehin hesabına köçürülməsi ilə ödənilir. Belə olan halda, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinə dəymiş ziyana görə ödənilməli vəsait maddi yardım olduğundan və onun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildiyindən həmin məbləğd ən artıq məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qeyri-mümkündür. Həmçinin iddiaçıya fərqli məbləğin ödənilməsi “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə də zidddir. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir

13. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-922/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Ə.Hüseyn, hakimlər – A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-2487/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə cavabdeh tərəfindən təklif edilmiş ünvan 4 ünvanında ona məxsus 200 kvadratmetr ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58.000 manat birdəfəlik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050 manat kirayə haqqı və 500 manat daşıma xərcləri olmaqla 59.550 manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6 hektar torpaq sahəsindən 300 kvadrat metr torpaq sahəsi üçün müəyyən edilmiş orta bazar dəyəri nəzərə alınaraq (3 st x1800=5400 manat) (110.000-59.550- 5400=45050), ödəniləcək vəsaitə 45.050 manat əlavə edilməklə dövlət büdcəsi hesabına cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən tutulması q ərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, maddi yardımın məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi iş materialları ilə müəyyən edilmir, əksinə iş materiallarından görünür ki, maliyyə vəsaiti Nazirlər Kabineti ilə razılaşdırılmış şəkildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılsa da, məhz ödəniləcək maddi yardımın məbləği və torpaq sahəsi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmişdir. Bundan başqa, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən 43E nömrəli fərdi yaşayış evi də “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 56 ədəd fərdi yaşayış evindən biridir. Cavabdeh tə rəfindən həmin evə görə iddiaçıya 58.000 manat birdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1.050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri olmaqla ümumilikdə 59.550 manat birdəfəlik maddi yardım təklif olunmuşdur. Qanunvericiliyə əsasən dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilə bilər. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan 1276/21/Mİ nömrəli, 10 iyun 2021-ci il tarixli məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində, iddiaçının mülkiyyətində olan 0,02 ha. torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 184,8 kv.m. ümumi sahədən ibarət 43E nömrəli fərdi yaşayış evinin qəzadan əvvəlki vəziyyətdə bazar dəyəri 110.000 manat t əşkil etmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 kv.m. torpaq sahəsi təklif olunmuşdur. Qanunvericiliyə əsasən zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli, 01/21531 nömrəli məktubdan görünür ki, Zığ Bələdiyyəsinin mülkiyyətində olan, Bakı şəhəri, Əmircan-Hövsan avtomobil yolunun 5-ci kilometrliyini sağ tərəfindən yerləşən 6,0 ha əraziyə daxil olan torpaq sahələrinin 19 oktyabr 2021-ci il tarixinə bir sotunun minimum bazar dəyəri 1200 manat, orta bazar dəyəri 1800 manat, maksimum bazar dəyəri 2400 manat təşkil edir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarında ona təklif olunan, Zığ Bələ diyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300 kv.m. hissənin verilməsinə razı olmadığını, onun müqabilində ekspert rəyi ilə müəyyən edilmiş məbləğin ödənilməsini xahiş etmişdir. Odur ki, tələb bu hissədə təmin olunmalıdır.

16. Üçüncü şəxs və cavabdeh kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-922/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

17. Məhkəmə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində baş vermiş təbii fəlakəti (sürüşməni) fövqəladə vəziyyət kimi qiymətləndirmiş və qərarında Azərbaycan Respublikası Nazirlər Kabineti nin 22 fevral 2005-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”na istinad etmişdir. Halbuki, Zığ qəsəbəsində baş vermiş təbii fəlakətlə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanı olmadığına görə həmin təbii fəlakət fövqəladə vəziyyət kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, məhkəmə qərarında səhv normativ akta istinad etmiş, qərarı düzgün əsaslandırmamış və cavabdehin üzərinə əlavə maliyyə öhdəliyi qoymuşdur.

18. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinin tələbinə görə mənz il təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə təmir və bərpa etmək vəzifəsini mülkiyyətçi daşıyır. Məhkəmə tərəfindən Mənzil Məcəlləsinin bu tələbi nəzərə alınmamış, qəzalı vəziyyətə düşmüş evə görə kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

19. İddiaçı “İcbari sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən əmlakını sığorta etdirməli olsa da, bunu etməmişdir. Belə olan halda iddiaçı əmlakın təbii fəlakət nəticəsində dəymiş zərərə görə özü məsuliyyət daşıyır. Bundan başqa, prosessual qanunvericiliyin tələblərinə əsasən dəymiş zərər o halda təmin edilə bilər ki, bu iddia həmin zərəri vurana yönəlmiş olsun, eyni zamanda zərərvuranın hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olsun. Hazırkı məhkəm ə işi üzrə cavabdehin iddiaçıya zərər dəyməsinə səbəb olan heç bir hərəkəti olmadığından iddianın cavabdehə qarşı yönəldilməsi və onun üzərinə öhdəlik qoyulması yanlışdır.

20. Azərbaycan Respublikasının Nazirlər Kabineti humanizm prinsipini əsas tutaraq sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sahiblərinə birdəfəlik maddi yardım və torpaq sahəsi verilməsi ilə bağlı 20 dekabr 2018-ci il tarixli 874s nömrəli Sərəncam imzalamışdır. Həmin Sərəncamda sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin sayı və fərdi yaşayış evlərinin sakinlərinin hər birinə ödəniləcək kompensasiyanın miqdarı konkret müəyyən olunmuşdur. Məhkəmənin kompensasiyanın əsası kimi həmin sərəncama istinad etdiyi halda, bu sərəncamın tələbini pozması (sərəncamda müəyyən edilmiş kompensasiyadan ar tıq kompensasiya müəyyən etməsi) aydın deyildir. Nazirlər Kabinetinin qeyd olunan sərəncamı qüvvədə olduğu müddətdə hazırkı iddia tələbinin təmin olunması həmin sərəncama ziddir.

21. Bununla yanaşı, məhkəmə sözügedən ərazidə yaşayan sakinlərin hüquqlarını da pozmuşdur. Belə ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş digər sakinlərə Nazirlər Kabinetinin Sərəncamı ilə müəyyən edilmiş maddi yardımlar ödənilsə də, hazırkı iş üzrə iddiaçıya həmin maddi yardımdan əlavə məbləğ müəyyən edilmişdir. Məhkəmənin qanunvericiliyin tələblərinə zidd yanaşması yeni məhkəmə mübahisələrinin yaranmasına və dövlət büdcəsi qarşısında əlavə maliyyə öhdəliyinin meydana gəlməsinə gətirib çıxaracaqdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kass asiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, İPM-in 92-ci maddəsinin tələbləri pozularaq əsaslandırılması zərəri olan qərar məhkəmə tərəfindən əsaslandırılmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı, cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın əsaslandırılmadığına istinad etsə də, məhkəmə qərarının 9-19-cu səhifələrində qərarın əsaslandırıcı hissəsi qeyd edilmişdir. Məhkəmə öz qərarında əsaslandırma hissəsini ayrıca olaraq həmin səhifələrdə göstərmişdir. Belə olan halda cavabdehin məhkəmə tərəfindən öz qərarını əsaslandırmaması barədə dəlili əsaslı hesab oluna bilməz. Kassasiya şikayəti ümumiyyətlə əsaslandırılmamış, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının pozulmasının və ya düzgün edilməməsinin nədən ibarət olması göstərilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

112. Fövqəladə vəziyyət tətbiq edilməsi Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının no rmal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 25. “Fövqəladə vəziyyət haqqında” Qanun Maddə

1. Fövqəladə vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir. Maddə

3. Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsaslar Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsi ilə müəyyən edilir. Maddə 4.1. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi akt ilə tətbiq edilir. Maddə 4.2. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal kütləvi informasiya vasitələri ilə elan olunmalı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc edilməlidir. Maddə 5.1. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt qəbul edildikdən sonra 24 saat müddətində onu Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. Maddə 5.4. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi aktın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı Milli Məclis deputatlarının 63 səs çoxluğu ilə qəbul edilir. Maddə 5.5. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə, o, rəsmi qaydada elan edildiyi andan 48 saat keçdikdən sonra öz qüvvəsini itirir və bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan qaydada müvafiq ərazinin əhalisinə bu barədə dərhal məlumat verilir. Maddə 22.2. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün yardım və digər zəruri kömək göstərilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Re spublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun olaraq fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarını təmin etmək məqsədilə hazırlanmışdır. Bənd 1.2. Bu Qayda fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsini, dəymiş maddi zərərin ödənilməsini, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsini (bundan sonra - zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi) tənzimləyir. Bənd 1.3. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Bənd 1.4. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlər fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması tam başa çatanadək həyata keçirilir. Bənd 2.1. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantının (bundan sonra - komendant) əmri ilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayənd ələrindən ibarət komissiya yaradılır və onun reqlamenti təsdiq edilir. Zərurət yarandıqda, komissiyanın tərkibinə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən dövlət təşkilatlarının, hüquqi şəxslərin nümayəndələri, habelə həmin ərazidə yaşayan fiziki şəxslər daxil edilə bilər. Bənd 2.2. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komissiya aşağıdakıları həyata keçirir: a) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ziyan dəymiş yaşayış yerlərinin (yaşayış evlərinin, yaşayış binalarının və digər yaşayış sahələrinin) siyahısını tərtib edir, onlara dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir; b) fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən dövlət, bələdi yyə və xüsusi mülkiyyətdə olan əmlaka (bu bəndin a) yarımbəndində göstərilən əmlak istisna olmaqla) dəymiş ziyanı müəyyən edir; (-) Bənd 3.1. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyan komendantlıq tərəfindən ümumiləşdirilir və bununla bağlı müvafiq sənədlər ziyanın ödənilməsinə dair təkliflərlə iki gün müddətində Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim edilir. Fövqəladə Hallar üzrə Dövlət Komissiyası təqdim edilən məlumatları araşdırıb təsdiq etdikdən sonra İki gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti fövqəladə vəziyyətin tə tbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir. Zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. İlkin olaraq, minimum yaşayış üçün zəruri olan ərzaq məhsulları, məişət avadanlıqları, tibbi və s. natura formasında olan ləvazimat təxirəsalınmadan verilməlidir. Pul formasında yardımın göstərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədən ayrılmış vəsaiti müəyyən edilmiş qaydada rayon (şəhər) yerli maliyyə orqanlarına köçürür. Yerli maliyyə orqanları həmin vəsaitin zə rər çəkmiş şəxsin adına yaşadığı və ya qeydiyyatda olduğu ərazi üzrə açılmış bank hesablarına müəyyən edilmiş qaydada köçürülməsini təmin edirlər. Dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Komendant sərəncamın icrasına nəzarət edir.

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət e dilməmiş, maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.

31. Belə ki, iddiaçının tələbi yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməyi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilmiş ünvan 4 ünvanında ona məxsus 200,00 kvadratmetr ərazidə yerləşən 2 mərtəbəli qəzalı fərdi yaşayış evinə görə 58.000 manat birdəfəlik yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq 1050,00 manat kirayə haqqı və 500,00 manat daşıma xərcləri olmaqla 59.550 manat vəsait və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,00 hektar torpaq sahəsindən 300,00 kvadrat metr torpaq sahəsi nəzərə alınaraq, ödəniləcək vəsaitə 247.200,00 manat əlavə edilməsindən ibarətdir.

32. İşin mübahisəsiz hallarından məlumdur ki, cavabdeh tərəfindən həmin evə görə iddiaçıya 58.000 manat b irdəfəlik maddi yardım, hər ay üçün 350 manat olmaqla 3 aylıq cəmi 1.050 manat kirayə haqqı və 500 manat daşınma xərcləri olmaqla ümumilikdə 59.550 manat birdəfəlik maddi yardım və Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmiş 6,0 ha torpaq sahəsindən 300,0 kv.m. torpaq sahəsi təklif olunmuşdur. İddiaçı isə həmin yardımın məbləği ilə razılaşmadığından məhkəməyə müraciət etmişdir.

33. Qeyd olunanlardan məlum olduğu kimi, hazırkı mübahisənin predmeti iddiaçıya maddi yardım edilib-edilməməsi ilə bağlı deyil. Başqa sözlə, iddiaçıya maddi yardım ödənilməli olduğu mübahisəsizdir, hazırkı icraat çərçivəsində mübahisə iddiaçıya ödəniləcək maddi yardımın məbləği ilə bağlıdır.

34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 32 nömrəli qərar ı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi” Qaydasına istinad edərək qeyd etmişdir ki, dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilə bilər.

35. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 24-25-ci bəndlərində göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Həmin normaların məzmunundan görünür ki, sözügedən Qaydalar məhz fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallarla əlaqədar zərər çəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsi qaydalarını müəyyən edir. Başqa sözlə, həmin Qaydaların iddiaçıya şamil olunması üçün onun məhz fövqəladə vəziyyətlə əlaqədar yaşadığı qəzalı fərdi yaşayış evindən köçürülməsi öz təsdiqini tapmalıdır.

36. Belə ki, istinad edilən Qaydanın 1.1-ci bəndinə əsasən bu Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarını təmin etmək məqsədilə hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndində isə göstərilmişdir ki, bu Qayda fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsini, dəymiş maddi zərərin ödənilməsini, işə düzəlmək üçün yardım və digə r zəruri köməklik göstərilməsini tənzimləyir.

37. Göründüyü kimi, iddiaçıya dəymiş zərərin məbləği o vaxt mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilə bilər ki, iş materialları ilə iddiaçının əmlakının yerləşdiyi yer üzrə fövqəladə vəziyyətin tətbiqi və qüvvədə olması öz təsdiqini tapmış olsun. Məhkəmə isə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılarkən ilk növbədə həmin ərazidə fövqəladə vəziyyətin qüvvədə olub-olmadığı aydınlaşdırılmalıdır.

38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hazırkı hallarına görə cavabdeh inzibati orqanın iddiaçı qarşısında ona bazar qiyməti ilə kompensasiya ödəmək kimi bir vəzifəsi yoxdur. Çünki, iddiaçının əmlakına cavabdehin hər hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində yox, torpaq sa həsinin sürüşməsi nəticəsində zərər dəymişdir. Bu halda isə maddi yardımın məbləği inzibati orqanın öz mülahizəsinə görə müəyyənləşdirildiyindən həmin məbləğin məhkəmə tərəfindən bazar qiymətinə uyğunlaşdırılması qanunauyğun deyil. Qanunvericilikdə bununla bağlı tələb yalnız yuxarıda qeyd olunan hala (fövqəladə vəziyyətin qüvvədə olduğu müddət) şamil olunmuşdur.

39. Odur ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq araşdırma aparmalıdır. 40.Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 21(103)-922/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar