Məhkəmə qərarları › İş №2-1(102)-1162/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1162/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1162/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qara mühasibatlıq sənədləri əsasında vergilərin hesablanması; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********294300 nömrəli vergilərin, sosial sığ orta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3168/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********294300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 tarixli, 2-1(112)-4238/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 27.112023cü il tarixli **********294300 nömrəli qərarı ləğv edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3168/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2023-cü ilin may ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticələrinə dair mübahisələndirilən qərara əsasən iddiaçıya hesablanmış 167.085,72 manat məbləğində ƏDV-nin hesablanmasına əsas olan hal ondan ibarətdir ki, vergi orqanı tərəf indən iddiaçı qurumda keçirilmiş operativ vergi nəzarəti zamanı əldə olunmuş elektron daşıyıcı məlumatlarına əsasən cəmiyyətin satış dövriyyəsinin 928.254,00 manat dəyərində olduğu müəyyən edilmişdir. Başqa sözlə, həmin hesablamanın əsasını operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcıda əks olunmuş “qara mühasibatlıq” məlumatları təşkil etmişdir. İş materiallarına əlavə edilmiş elektron daşıyıcıda (diskdə) təsbit olunmuş “exel” fayllardakı məlumatlar vergi ödəyicisinin fəaliyyəti barədə konkret məlumatlar, hansı ilkin sənədlərə əsasən tərtib olunduğu və kim tərəfindən malların təqdim edildiyi və ya təqdim edilməsi nəzərdə tutulduğu, təqdim etmənin baş tutub-tutmadğı, yəni, təhvil almanın mövcudluğu, təsbit olunan rəqəm göstəricilərinin hansı dövrləri əhatə etdiyi, malların hansı aylar üzrə, o cümlədən mübahisələndirilən dövrə (may 2023) aid olub-olmadığı və s. bu kimi halların dəqiq müəyyən edilməsi qeyri-müəyyəndir. Qeyd edilən bütün bu hallar iddiaçının 2023-cü ilin may ayı üzrə həqiqətdə real satış dövriyyəsinin nə qədər olduğunu müəyyənləşdirməyə imkan vermir. Mülahizələr əsasında isə həmin ay üzrə dövriyyənin müəyyənləşdirilməsi vergi qanunvericiliyin prinsiplərinə ziddir. Ən azından, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Belə olan halda, cavabdeh tərəfindən həmin cədvəl məlumatlarına əsasən qeyri m üəyyən meyarlardan çıxış edərək mübahisələndirilən hesabat dövründə iddiaçının satış dövriyyəsinin 928.254,00 manat dəyərində müəyyən edilərək, ona ƏDV hesablanması mötəbər hesab oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən, vergi məqsədləri üçün əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda da, məhz, vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin düzgünlüyü elektron daşıyıcıdakı cədvəl göstəricilərin əsasını təşkil edən ilkin mühasibat sənədləri (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri və s.) mövcud olmalıdır ki, həmin kəmiyyətlərin düzgünlüyünü yoxlamaq mümkün olsun. Konkret halda isə iddiaçıya cavabdeh tərəfindən abstrakt rəqəmlər əsa sında öz mülahizəsinə əsasən əlavə vergilər hesablanmışdır. Qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş elektron daşıyıcı məlumatları müəssisənin vergidən yayınması ilə bağlı vergi orqanında müəyyən şübhəli məqamları yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran hallar mövcud olmadığı, yəni, həmin məlumatların doğruluğu ilkin mənbə sənədləri ilə sübuta yetirilmədiyi halda, vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması əsaslı hesab edilə bilməz.

5. Cavabdeh iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasını n Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasi ya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əl çatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məb ləğinin hesablanmasına əsas olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-1902/2021 nömrəli, xx.xx.2021-cü il tarixli, 2-1(102)-970/2021 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)2504/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)874/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1083/2024 nömrəli qərarları və xx.xx.2024-cü il tarixli 2-1(102)2852/2024 nömrəli qərardadı).

10. Bundan başqa, nəzərə alınmalıdır ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli mə lumatları əks etdirməlidir. İlk növbədə, həmin sənədlərin, barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi - alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır.

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlan dığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəm ə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3168/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar