Məhkəmə qərarları › İş №2-1(102)-1163/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1163/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1163/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1163/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə X1 vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı pensiyasının yenidən hesablanması tə ləbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-3020/2018 saylı qərarından Cavabdeh və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1977-ci ilin xxx ayından 1982-ci ilin xxx ayınadək Cəlilabad rayon xalq məhkəməsində, 1982-ci ilin xxx ayından 1987-ci ilin xxx ayınadək Zərdab rayon xalq məhkəməsində xalq hakimi, 1987-ci ilin xxx ayından 2000-ci ilin xxx ayınadək Gəncə şəhəri Nizami rayon məhkəməsində məhkəmə sədri vəzifəsində, 2001-ci ilin xxx ayından 2015-ci ilin xxx ayının 15-dək Az ərbaycan Respublikası Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində işlədiyini, ona, cavabdeh tərəfindən hakimlik stajı nəzərə alınmaqla əmək pensiyası təyin olunduğunu, lakin ona pensiya təyin edilərkən bir sıra nöqsanlara yol verildiyini, xxxx 2018-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını və ödənilməmiş fərqin birdəfəlik ödənilməsini xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və vəzifə maaşının 15%-i miqdarında vergidən azad pul təminatı nəzərə alınmaqla pensiyanın hesablandığına istinad etməklə, müraciətdən imtina etdiyini bi ldirərək, onun pensiyanın yenidən hesablanmasını və pensiya hesablanarkən hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3334/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı pensiya hesablanmasında hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir (hakim - T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-3020/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və V.Ə.Baxışova) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından Cavabdeh və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilir, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin sonuncu abzasına əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizindən çox olmamaq şərti ilə)əlavə haqq verilir, hakim vəzifəsinə təyin edilmiş prokurorluq i şçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir, həmin haqq «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərin pensiyalarının hesablanması zamanı (əmək haqqı artımındakı sonrakı dəyişikliklər əmək haqqına şamil edilməklə) o halda nəzərə alına bilər ki, vətəndaşlar həmin əlavələri işlədikləri zaman aldıqları barədə təsdiqedici sənəd təqdim etmiş olsunlar, məhkəmə tərəfindən “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 106-cı maddəsi, həmin Qanuna əlavə və dəyişikliklər edilməsi barədə xxxx 2010-cu il tarixli qanunu, “Əmək pensiyaları haqqında” AR Qanununun 37-ci maddəsi nəzərə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya inst ansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-3020/2018 saylı qərarı dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1977-ci ilin xxxx ayından 1982-ci ilin xxx ayınadək Cəlilabad rayon xalq məhkəməsində, 1982-ci ilin xxxx ayından 1987-ci ilin xxxx ayınadək Zərdab rayon xalq məhkəməsində xalq hakimi, 1987-ci ilin xxxx ayından 2000-ci ilin xxxx ayınadək Gəncə şəhəri Nizami rayon məhkəməsində məhkəmə sədri vəzifəsində, 2001-ci ilin xxxx ayından 2015-ci ilin xxxx ayının 15-dək Azərbaycan Respublikası Ali Məhkəməsində Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri vəzifəsində işləmiş, iddiaçı, xxxx 2018-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını və ödənilməmiş fərqin birdəfəlik ödən ilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ona iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və vəzifə maaşının 15%-i miqdarında vergidən azad pul təminatının nəzərə alınmaqla pensiyanın hesablandığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya pensiya hesablanan zaman əmək haqqı 1596 manat, staja görə 45 % əlavə üzrə 718,20 manat, 15 % pul təminatına görə 239,40 manat, mükafata görə 182,48 manat, 2 aylıq əmək haqqı məbləğində müavinətə görə 385,70 manat (2314,20x10: 60 = 385,70) nəzərə alınmaqla ümumilikdə 2479,45 manat pensiya təyin olunmuş, bu zaman hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məb ləğində pul təminatı nəzərə alınmamış, iddiaçının tələbi hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı həcmində pul məbləği, həmçinin 1-ci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında verilən aylıq pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsindən ibarətdir, mövcud qanunvericiliyə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır, qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiya alan hakimlərin pensiya məbləğinin yenidən hesablanm asında hamının qanun qarşısında bərabərliyi prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı fərqli yanaşmaya yol verilməsi qanunvericiliyə zidd olduğundan, cavabdeh inzibati orqan iddiaçının pensiyasının hesablanmasından imtina etməkdə haqlı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artı mlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun 29.3-cü maddəsinə əsasən hakim vəzifəsində işləmiş şəxslərə hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə xxxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə edilən düzəlişə görə bu maddənin 2-ci cümləsindəki “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı veril ir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı, həmin Qanuna xxxx 2010-cu il tarixli yeni Qanuna düzəliş edildikdən sonra 107-ci maddənin yeni redaksiyada verilmiş 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «H.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair xxxx 2001-ci il, 27 xxxx 2001-ci il, xxxx 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məs ələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.» Həmin Qərardan həmçinin aydın olur ki, «1980-1987-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmış O.Gərəkməzlinin tələbi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının xxxx 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin vəzifə maaşının 25 faizi mi qdarında vergilərdən azad olunan aylıq pul təminatı və "Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xxxx 2010-cu il tarixli Sərəncamı ilə Ali Məhkəmənin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə nəzərə alınaraq pensiyanın yenidən hesablanmasından ibarət olmuş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin xxxx 2012-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə nəzərə alınmaqla, O.Gərəkməzlinin əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qərara alınmışdır». BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş məhkəmə hakimiyyətinin əsas prinsiplərinin 7- ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə, hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla t əmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirilməklə dövlət və cəmiyyət nəticə etibarı ilə hakim əməyini xüsusi dəyərləndirməni, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyi fərqli yanaşmanı tələb edir. Məhkəmələr iş materiallarına istinad etməkləiddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləğinin hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalı olduğunu, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanun pozuntusuna yol verildiyini, iddiaçıya pensiya təyin edilərkən hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının hesablanmadığını nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüq uq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, məhkəmə tərəfindən tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verilmədiyi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-3020/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-3020/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar