Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1163/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-66/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ИT-İ № ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdə Az. Dəmir yolu 9 saylı Mincivan distansiyasına 1-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985- ci il tarixdə İdarə rəisinin 27 saylı protokolu əsasında 2-ci dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə 3-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir.
2. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1998-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə Az. X11 MRK Körpü təmiri bərpa dəstəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir.
3. Az Respublikası Azərbaycan Dəmir Yolu QSC MRK körpü təmiri bərpa dəstəsinin xx.xx.2014-cü il tarixli, 164 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o həqiqətən xx.xx.1994- cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər MRK körpü təmiri bərpa dəstəsində xadimə vəzifəsində işləmişdir. İşlədiyi müddət 10 illik orta əmək haqqı yeni Azərbaycan manatı ilə cədvəl əsasında göstərilir. İşlədiyi müddət ərzində məzuniyyətdə olmamış, hər ay əmək haqqı almışdır. Ümumi cəmi: 23793 (iyirmi üç yeddi yüz doxsan üç) manat. Arayış MRK körpü təmiri bərpa dəstəsi Kadrlar şöbəsinin və Baş mühasibin imzası və Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilmişdir 4. "xxxx" QSC Arxiv Bölməsinin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, NÜA 1/N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 9 saylı Mincivan yol distansiyasının 1993-cü ilə qədər olan idarəçilik sənədləri torpaqların işğal altında qaldığına görə Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina et mişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kap italı cəmi 16453,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 21 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi barədə ərizə ilə müraciət edərək xx xxxxxxx 1965-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1965-ci ildə anadan olmuşdur. Halhazırda güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına 1-ci dərəcəli yol m ontyoru kimi daxil olaraq xx.xx.1982-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü il tarixdən öz xahişi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək Azərbaycan Dəmir Yolu Körpü Təmiri Dəstəsində xadimə vəzifəsində çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin oradan ona xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Əmək kitabçasının 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlər vardır. Əgər o möhürlər etibarsızdırlarsa, o möhürlərin etibarsızlığını sübut etmək yükü cavabdehi n üzərinə düşür.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 44-45-ci səhifələri həmin tarixdə mövcud olmaya n SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16453,76 manat təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin et mək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi və güzəştli stajını müəyyənləşdirmək mümkün olmadığına görə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
10. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)6829/2021nömrəli qərarı (hakim: X5) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində ИT-İ № ******* nömrəli əmək kitabçasındakı qeydlər 1982-1993-cü illəri əhatə etsə də, kitabçanın hər səhifəsi, qeydlərin hər biri eyni möhürlə təsdiqlənmiş, sonuncu xx.xx.199 3- cü il tarixli qeyd həmin dövrə uyğun olmayan SSR möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda "xxxx" QSC-nin məhkəmənin sorğusuna cavab məktublarında həmin əmək qeydlərini imzalayan Azərbaycan X11 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında kadrlar üzrə inspektor vəzifəsində isə T.Məmmədov və K.Hüseynov adlı şəxslərin, distansiyanın rəisi vəzifəsində C.Hacıyevin işləməsi müəyyən olunmadığından məhkəmə həmin şəxslərin imzaları ilə edilmiş qeydlərin də mötəbərliyini qəbul etmir. Eyni zamanda təqdim olunmuş ******* nömrəli ikinci əmək kitabçasında xx.xx.1994-xx.xx.2005-ci il tarixədək qeydlər, eləcə də həmin dövrlə bağlı "xxxx" QSC “MRK Körpü təmir bərpa dəstəsi”nin verdiyi xx.xx.2014-cü il tarixli arayışın mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, adıçəki lən arayış Azərbaycan Dəmir Yolu İdarəsinin Kadrlar şöbəsinin möhürü ilə təsdiqlənmiş, məhkəmənin sorğusuna cavablardan müəyyən olunmuşdur ki, ADYdə “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisat mövcud olmamışdır. Yalnız İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adında struktur vahidi fəaliyyət göstərmiş, lakin həmin müəssisə də ADY-nin xx.xx.2013-cü il tarixli 56/S nömrəli əmri ilə ləğv edilmişdir. Arxiv sənədlərində 1996- 2005-ci illər üzrə İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1 (103)-66/2023 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, iddiaçının iş yerindən güzəştli arayış təqdim edilməmişdir. İddiaçıya pensiyanın təyin edilməsi üçün güzəştli iş stajı tələbinin ödənilibödənilməməsinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışı zamanı "xxxx" QSC-yə ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları QSC xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısında 28-ci bölmənin 20-ci abzasında nəzərdə tutulmuş yol montyoru peşəsi üzrə işlərin xüsusiyyətlərinin əmək qanunvericil iyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda təsbit edildiyini, ADY-nin 9 saylı Mincivan yol distansiyasının magistral dəmir yolları üzrə xidmət göstərdiyini qeyd etsə də, iddiaçının yol montyoru vəzifəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə vəzifənin güzəştli iş stajına aid edilib-edilməməsi göstərilməmiş, beləliklə iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işl ərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının XXVİİİ bölməsində (Nəqliyyat, Dəmiryol nəqliyyatı) nəzərdə tutulmuş istehsalat sahəsinə aidiyyəti, həmçinin iddiaçının həmin istehsalat sahəsində gördüyü (icra etdiyi) işlərin/vəzifələrin zərərli işlərə/peşələrə aidiyyəti özü-özlüyündə, digər sübutlar olmadan, qeyd-şərtsiz təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarını İPM-in 14.3-cü, ƏPQnın 9-cu və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə əsaslanaraq qəbul etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsası nı iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, möhürün saxta olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən şəxs istinad etdiyi halları sübut etməyə borcludur. Eyni zamanda, məhkəmə öz təşəbbüsü ilə "xxxx" QSC-yə sorğu vermiş və həmin sorğuya belə bir cavab almışdır: “ADY-də keçmiş SSRİ-yə məxsus möhürlərin hansı tarixdən etibarən istifadə edilmədiyi və ya hansı dövrdən Azərbaycan Dəmir Yoluna məxsus möhürdən istifadə edilməyə başlaması barədə məlumatın ADY-nın arxiv sənədlərindən müəyyən edilməsi mümkün olmamışdır”. Göründüyü kimi, sorğuya cavab qeyri-müəyyəndir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 36, 68, 69, 73.1, 73.2, 75 və 81 -86-cı maddəsinə əsaslanaraq ape llyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia tələbinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanlar ın:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qan un qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin a vqustun 1dək hər il 6 ay artırılmışdır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin ş ikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pen siyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
29. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutul muş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
30. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
31. İddiaçının əmək kitabçasına və arayışına əsasən işlədiyi qeyd e dilən “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisat mövcud olmamışdır, İddiaçının işlədiyi müəssisənin İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adlı struktur vahidi olduğu qəbul edilsə belə 2013-cü ildə ləğv edilmiş həmin müəssisə tərəfindən 2014-cü il tarixdə arayış verilməsi, üstəlik bu arayışın müəssisənin özü tərəfindən deyil, Azərbaycan Dəmir Yolu İdarəsinin Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilməsi mümkün hesab edilmir. "xxxx" QSC özü təqdim olunmuş xx.xx.2014cü il tarixli, 164 nömrəli həmin arayışın hər hansı hüquqi nəticələrə səbəb ola bilmədiyini bilavasitə məhkəməyə bildirmişdir. Belə olan halda, iddiaçının xx.xx.1994xx.xx.2005-ci il tarixədək işləməsi barədə təqdim olunmuş arayış və buna müvafiq əmək kitabçası qeydləri də mötəbər sübut qismində qəbul olunmur.
32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı qərarın 20.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
33. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olması təsdiq olunmadığından, iddiaçı tərəfindən məhkəməyə güzəştli iş stajının mövcudluğu barəsində mötəbər sübut təqdim edilmədiyindən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz.
34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-66/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.