Məhkəmə qərarları › İş №2-1(102)-1163/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1163/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1163/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; mübahisələndirmə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********9523 və **** ******9521 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(106)362/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9521 nömrəli qərarı ilə İddiaçı1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

2. Cavabdehin “Vergi ödəyicisinin v ergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9523 nömrəli qərarı ilə İddiaçı1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edi lməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9523 və **********9521 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizə təqdim edərək sözügedən qərarların mübahisələndirilməsi ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xəstə və yaşlı olduğuna, kənd yerində poçt xidmətinin ləng işlədiyinə, hüquqi yardımla bağlı müqaviləni səhhəti ilə bağlı səbəblərə görə gec imzaladığına görə müddət üzrlü səbəblərdən ötürülmüşdür.

5. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2-1(120)-1699/2023 nömrəli qərardadı ilə (hakim Ş.C.Musayev) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə sorğusu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X5 Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 1/25 nömrəli məktubundan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsindən SS814247770AZ saylı məktub MXŞ-nin əməliyyatçısı Məmmədova Rəvanə tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilərək, xx.xx.2022-ci il tarixində Hacıqabul rayon poçt filialının Nəvahi poçt şöbəsinə göndərmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Filialının məhkəməyə göndərdiyi məktubunda qeyd edilmişdir ki, Nəvahi kənd sakini İddiaçı1 ünvanlanmış SS814248770AZ ştrix kodlu məktub xx.xx.2022-ci ildə Nəvahi kənd poçt şöbəsinə daxil olmuş və həmin gündə şöbə müdiri X2 tərəfindən İddiaçı1 oğlu X1 təqdim edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Filialının mə hkəməyə göndərdiyi məktubuna əlavə olunmuş D**********02506 nömrəli çatdırma vərəqindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə məktub imzalayaraq qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9521 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9523 nömrəli qərarları mübahisələndirərək ləğv edilməsini xahiş edir. Eyni zamanda məlum olmuşdur ki, iddiaçı mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9521 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9523 nömrəli qərardan xx. xx.2022-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə qanunvericiliyin normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni xx.xx.2022-ci il tarixli, **********9521 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9523 nömrəli qərardan xx.xx.2022-ci il tarixindən məlumatı olmuş və prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, İddiaçı1 inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, ****** ****9521 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9523 nömrəli qərardan məlumatlı olduğu vaxtdan 1 ay 20 gündən artıq vaxt keçdikdən sonra müraciət etmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(106)-362/2023 nömrəli qərardadı ilə (hakimlər M.K.Həsənov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və S.F.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1699/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən vergi orqanının xx.xx.2022-ci il tarixli, **********9523 və **********9521 nömrəli qərarlarında həmin qərarlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmuşdur. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadından narazı olduğunu bildirmişdir. Lakin iddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxıldığına dair əsaslı dəlillər gətirməmiş, iddia müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona g örə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdır sa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi v ə tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olu nan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi forma l şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

21. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzif əsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddia qaldırılarkən iddia müddəti ilə bağlı şərtə əməl olunmasıdır. İddia müddəti ötürüldükdə və iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verildikdə, məhkəmə ilkin olaraq müddətin bərpas ı ilə bağlı məsələni həll etməli, üzrlü səbəblərdən müddətin ötürülmədiyi müəyyən edildikdə iddia mümkün sayılmamalıdır.

23. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən iddia müddətinin bərpa edilməməsi və bunun nəticəsi olaraq iddianın mümkün sayılmaması əsaslı olmuşdur.

24. Belə ki, işin hallarından müəyyən olunur ki, mübahisələndirilən qərarlar xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmiş, müvafiq olaraq prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlanmışdır. İnzibati aktların, yəni qərarların özündə də şikayət vermə ilə bağlı hüquqların aydın şəkildə izah olunmasına baxmayaraq iddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi r, bu isə özlüyündə onun mübahisələndirmə haqqında iddialara xas olan xüsusi mümkünlük şərti - 30 günlük prosessual müddətinin ötürülməsi anlamına gəlir.

25. İddiaçının özü də prosessual müddətin ötürüldüyünü qəbul etmiş, xəstə və yaşlı olduğuna, kənd yerində poçt xidmətinin ləng işlədiyinə, hüquqi yardımla bağlı müqaviləni səhhəti ilə bağlı səbəblərə görə gec imzaladığına görə müddətin bərpasını xahiş etmişdir. Lakin iddiaçı qeyd edilən səbəblərin həqiqətən mövcudluğunu təsdiq edən sübutları təqdim etməmiş, eləcə də həmin səbəblərin həqiqətən iddianın vaxtında məhkəməyə verilməsinə maneçilik yaratdığını lazımi qaydada əsaslandırmamışdır. Odur ki, müddətin bərpasından imtina edilməsi və bunun üzərindən iddianın mümkün sayılmaması əsaslı olmuşdur.

26. Yuxarıda qeyd olunanları nəzərə alara q məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(106)-362/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar