Məhkəmə qərarları › İş №2-1(102)-1164/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1164/2017

06.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1164/2017 06.06.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1164/2017) Bakı şəhəri 06 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, nümayəndəsi X3, vəkili Vəkil, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hak imiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-405/2017 saylı, 27 fevral 2017-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” 18 avqust 2006-cı il tarixli Sərəncamına əsaslanaraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısı “Bakı şəhəri, Füzuli küçəsi 39 ünvanınd a yerləşən yaşayış binasının tarixi memarlıq abidəsi kimi qorunmasının təmin edilməsi ilə bağlı həmin ərazidə mövcud olan bir sıra yaşayış evlərinin köçürülməsi haqqında” 385 saylı 11 sentyabr 2012-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda göstərilmişdir ki, həyata keçirilən abadlıq işlərinin tərkib hissəsi olaraq Füzuli küçəsi 39 ünvanında yerləşən yaşayış binasının heyrətamiz tarixi görünüşünə və çox əsrlik memarlıq irsi ənənələrinə xələl gətirilmədən təmir-bərpa işlərinin aparılması və qədim memarlıq abidəsi kimi mühafizəsinin təmin edilməsi ilə əlaqədar həmin ərazidə mövcud olan bir sıra yaşayış evlərinin köçürülməsi zərurəti yaranmışdır. İddiaçının mənzili də həmin sərəncamın təsiri altına düşən, yəni müəyyən məsafədə sürüşdürülməsi nəzərdə tutulan ünvan 1 binanın birinci mərtəb əsində yerləşdiyindən, iddiaçı da öz mənzilindən cavabdeh tərəfindən kirayədə yaşaması üçün köçürülmüşdür. Kapital Bank ASC-nin Gənclik filialının əməliyyatlar üzrə 05 oktyabr 2016-cı il tarixli çıxarışına əsasən iddiaçının 29 noyabr 2012-ci il tarixdən 31 dekabr 2013-cü il tarixədək başqa yerdə kirayədə yaşaması üçün aylıq kirayə haqqı olaraq hər ay 500 manat cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Cavabdehin İstehsalat və texniki nəzarət şöbəsinin müdiri, Hollandiyanın hüquqi şəxsi “Bresser” şirkətinin nümayəndəsi, Mənzil fondunun istismarı və kommunal təsərrüfatı şöbəsinin mühəndisi, İstehsalat və texniki nəzarət şöbəsinin mühəndisləri tərəfindən tərtib olunan 25.10.2012-ci il tarixli aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Füzuli küçəsi 39 ünvanda yerləşən binanın tarixi- memarlıq abidəsi kimi qorunması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.09.2012-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə binaya 2012-ci ilin oktyabr ayının 25də vizual texniki baxış keçirilərək, binada yerləşən mənzillərdə döşəmə, yükdaşıyan və arakəsmə divarların binanın ümumi layihə və konstruksiyasına uyğunluğu yoxlanılmış, vizual texniki baxış zamanı binanın 4 saylı mənzili ilə bağlı müəyyən edilmişdir ki, bina Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidəsidir. Tarixi-memarlıq binası sürüşdürülməmişdən əvvəl binaya baxış keçirilərkən 4 saylı mənzildə yükdaşıyan konstruksiyaların özbaşına dəyişdirilməsi halları aşkar edilmişdir. Belə ki, mülkiyyətçisi mənzilin konstruksiyasını qanunazidd olaraq, heç bir icazə sənədi olmadan dəyişdirərək, döşəmənin aşağı hissələrini və binanın (təxminən 0,60-0,80 metr ölçüdə) özülünü özbaşına söküb, döşəməni layihə ilə müəyyən edilmiş səviyyədən aşağı salmaqla mənzilin daxilində əlavə mərtəbə (antrisol) yaratmışdır. Mütəxəssislərdən ibarət işçi qrupu hesab edir ki, 4 saylı mənzilin döşəməsi mülkiyyətçi tərəfindən özbaşına olaraq aşağı salındığından, gələcəkdə bina sürüşdürülən zaman edilmiş özbaşına dəyişikliklər binanın yerinin dəyişdirilməsi prosesinə maneçilik törədəcəkdir. Ona görə də mülkiyyətçinin öz vəsaiti hesabına özbaşına dəyişikliyin aradan qaldırılması və onun ilkin vəziyyətinin bərpa edilməsi məqsədəmüvafiq hesab olunur. Qeyd olunan özbaşına dəyişiklik aradan qaldırılmadığı təqdirdə binanın sürüşdür ülməsi təhlükəlidir. Bununla əlaqədar yaranmış çətinliyin aradan qaldırılması üçün layihənin icraçıları tərəfindən əlavə işlər həyata keçirilməlidir. İddiaçı mənzilinin təmir olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 03 oktyabr 2013-cü il tarixli məktubda göstərilmişdir ki, “iddiaçının yaşadığı binanın sürüşdürülməsi ilə əlaqədar mənzilində təmir-bərpa işlərinin aparılması barədə məktubla əlaqədar bildirilir ki, qeyd edilən binada hal-hazırda təmir-bərpa işləri aparılır. Ardıcıllıqla iddiaçının mənzilində də lazım olan təmir işləri aparılacaqdır. Cavabdehin iddiaçıya ünvanlandığı 30 dekabr 2014-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının Nəsimi rayonu, ünvan 1 binanın 4 saylı mənzilinin təmir edilməsi barədə müraciəti ilə əlaqədar olaraq bildirili r ki, qeyd edilən ünvanda 2013-cü ilin sentyabr ayına qədər müvafiq təmir-bərpa işləri görülmüşdür. Qeyd edilən vaxtdan sakinlərin mənzillərinə köçmələrinə icazə verilmişdir. Mənzildaxili təmir işləri isə sakinlərin öz vəsaitləri hesabına yerinə yetirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2016-cı il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı əldə məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 39 ünvanında yerləşən iddiaçıya məxsus 4 saylı mənzilə dair tərtib edilmiş 28 iyul 2015-ci il tarixli texniki pasportda və dövlət reyestrindən çıxarışda göstərilən ölçülər nəzərə alınmaqla yaşayış evinin sürüşdürülməsi nəticəsində, müxtəlif ölçüdə qüsurların yaranması və yaranmış qüs urların aradan qaldırılması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq 13.211,0 manat məbləğində pul vəsaitinin tələb olunması müəyyən edilir. İddiaçı 02 fevral 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsi 39 nömrəli binanın 4 nömrəli mənzilinin təmir edilməsi məqsədilə 50.000 manatın və 2013-cü ilin sentyabr ayından bu günədək aylıq 500 manat olan kirayə haqqının alınıb ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Nəsimi rayonu ünvan 1 binanın 4 saylı mənzili iddiaçının mülkiyyətindədir. Bina tarixi və memarlıq baxımından əhəmiyyətli olduğundan, binanın sökülməsi deyil, s ürüşdürülməsi zərurəti yaranmış, nəticədə bina sürüşdürülərək, yeri dəyişdirilmişdir. Adıçəkilən binada yaşayan sakinlərin evləri təmir üçün cavabdehin nümayəndələrı tərəfindən video kamera vasitəsilə lentə alınmış, başqa yerə müvəqqəti köçürülməklə, sakinlərə hər bir ailəyə aylıq 500 manat kirayə haqqı ödənilmişdir. İddiaçının evi binanın birinci mərtəbəsində yerləşdiyindən binanın təmiri yararsız vəziyyətə düşmüş, evində yaşamaq mümkün deyildir. Belə ki, iddiaçının ailəsi ilə birlikdə başqa yerdə yaşaması üçün aylıq kirayə haqqı olaraq hər ay iddiaçıya 500 manat pul verilmişdir. Lakin həmin kirayə haqqı olan 500 manat 2013-cü ilin sentyabr ayında kəsilmişdir, bir daha həmin pulu ala bilməmişdir. Nəticədə evinin təmir olunması məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq cavabdeh 03.10.2013-cü il tarixli məktubunda binada hal-hazırda təmir bərpa işlərinin aparıldığını, ardıcıllıqla iddiaçının mənzilində də təmir işlərinin aparılacağını bildirmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçının mənzili təmir edilməmişdir, mənzilinin təmir edilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq cavabdehin 30.12.2014-cü il tarixli məktubunda 2013-cü ilin sentyabr ayından köçürülən sakinlərin öz evlərinə qayıtmağa icazə verildiyini, mənzillərin təmir işlərinin aparılması isə sakinlərin öz vəsaitləri hesabına aparıldığı bildirilmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-101/2016 saylıiş)08 noyab r 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsi 39 nömrəli binanın 4 nömrəli mənzilinin təmir edilməsi məqsədi ilə 13.211 manat məbləğdə vəsaitin və 2014-cü ilin yanvar ayından 2016-cı ilin noyabr ayınadək aylıq 500 manat kirayə haqqının, ümumilikdə 30.211 manatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, 14 iyul 2016-cı il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus yaşayış evinin sürüşdürülməsi nəticəsində müxtəlif ölçüdə qüsurların yaranması və yaranmış qüsurların aradan qaldırılması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq 13.211 manat pul vəsaitinin tələb olunması müə yyən edilir. Cavabdeh iddiaçının 29.11.2012-ci il tarixdən 31.12.2013-cü il tarixədək başqa yerdə kirayədə yaşaması üçün aylıq kirayə haqqı ödəmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X7 və X2, 2-1(103)-405/2017 saylı iş) 27 fevral 2017-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı iddia təmin edilən hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçının mənzilinə vurulan zərər cavabdehin hərəkətlərindən irəli gəlməmişdir, bilavasitə iddiaçının təqsiri ilə bağlıdır. Ona görə də iddia mənzilin təmir edilməsi məqsədilə 50.000 manatın ödənilməsi hissədə təmin oluna bilməz. Eyni əsasla iddia 2014-cü ilin yanvar ayından bu günədək aylıq 500 manat olan kirayə haqqının tələbinə dair hissədə də təmin edilməməlidir. Bundan əlavə, iddiaçının başqa yerdə kirayədə qalması, kirayə haqqı ödəməsi heç bir mötəbər sübutla təsdiq olunmur. Eləcə də, iddiaçının işdə olan şəxsiyyət vəsiqəsinə görə 02.01.2014-cü il tarixdən onun yaşayış yeri Bakı şəhərinin Suraxanı rayonu olmuşdur. Digər tərəfdən, cavabdehin 30.12.2014-cü il tarixli məktubundan məlum olur ki, 2013-cü ilin sentyabr ayından köçürülən sakinlərin öz evlərinə qayıtmasına icazə verilmişdir. İddiaçı 20 mart 2017-ci il tarixdə qərarın surətini almış, 13 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə tərəfindən təyin edilmiş və işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş tədqiqat nəticəsində 28 avqust 2015 il tarixli ekspert rəyinə əsasən: rəyin tədqiqat hissəsində qeyd olunanları o cümlədən, baxış zamanı əldə olunmuş məlumatları və əlavə olaraq ekspertiza tədqiqatına təqdim olunmuş mütəxəssis arayışı nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 4 saylı mənzilində mənzilin yerləşdiyi 39 saylı yaşayış binasının sürüşdürülməsi nəticəsində müxtəlif ölçüdə qüsurların yaranması və yaranmış qüsu rların aradan qaldırılması üçün hazırkı bazar qiymətlərinə uyğun olaraq 10.705 manat məbləğində pul vəsaitinin tələb olunması müəyyən edilmişdir. 28 avqust 2015 il tarixli ekspert rəyindən narazı qalan iddiaçı məhkəməyə vəsatət ilə müraciət edərək əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. İddiaçının vəsatəti təmin edilmiş və əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilmişdir. Əlavə ekspertizada mənzilin sahəsi faktiki texniki pasportuna uyğun olaraq 62.2 kv.m olmaqla yəni (50 kv.m birinci ekspertizadan əlavə) 12.2 kv.m artıq olduğunu nəzərə alaraq təmir qiymətini 13.211 manat artırmaqla 14 iyul 2016 il tarixli rəy verilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarına əsasən 39 saylı yaşayış binasının sürüşdürülməsinə görə müxtəlif ölçüdə qüsurların yaranması və yaranmış qüsurların aradan qaldırılması üçün, hazırkı bazar qiymətlərinə uyğun olaraq 13.211 manat məbləğində pul vəsaitinin tələb olunması müəyyən edilmişdir. Apellyasiya məhkəməsi isə qərarında qeyd edib ki, mənzilin təmir edilməsi məqsədi ilə 13.211 manat məbləğdə vəsaitin ödənilməsi hissəsində məhkəmə həddindən artıq şişirtməyə yol vermişdir. Yuxarıda qeyd olunan hər iki ekspert rəylərini apellyasiya məhkəməsi nəzərə almadan sadəcə cavabdehin şifahi məlumatlarına əsaslanaraq və qondarma aktı rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, dəymiş ziyan cavabdeh tərəfindən deyil, iddiaçının öz qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Bu nəticə özlüyündə bütün prosessual normalarına zidd olan haldır. İddia predmeti olan dəymiş ziyanın məbləği ekspert və mütəxəssis tərəfindən müəyyən ol una bilər. Ona görə də. bu iddia üzrə iki ekspertiza keçirilib. Dəymiş ziyanın mənbəyi ekspert rəyinə əsasən konkret olaraq 39 saylı yaşayış binasının sürüşdürülməsi nəticəsində qeyd edilib. Cavabdeh tərəf bu iki ekspert rəylərini mübahisə etmədiyi halda, dəymiş ziyanın mənbəyi ilə razılaşmasına baxmayaraq və binadan əlavə ekspertizanın keçirilməsini tələb etmədən apellyasiya məhkəməsi tərəfindən bu faktlar və sübutlar nəzərə alınmayıb və ümumiyyətlə qərarda öz əksini tapmayıb. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə və qondarma akt arasında istinad edilmiş faktlar bir birinə ziddir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərar yanlış və ziddiyyətli olan məlumata əsaslanaraq səthi və formal qaydada, araşdırma aparılmadan və ziddi yyət aradan qaldırılmadan qəbul edilmişdir. Həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndində göstərilmişdir ki, “qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks edilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun." İş materiallarında olan “Kapital Bank” tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hər ay 500 manat məbləğində kirayə pulu ödənilib. Əgər bu ödənişlər sent yabr ayına qədər nəzərdə tutulmuşdursa, onda nəyə görə sonrakı bir neçə ay ödənişlər davam edilib? Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu məsələ də araşdırılmayıb və nəticədə formal qərar qəbul edilib. Bu məsələnin araşdırılması zəruridir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı qəbul olunarkən qərarın əsaslı hesab edilməsi üçün yuxarıda qeyd olunan hallara riayət edilməmiş, səthi və formal bir qərar çıxarılmışdır. Şikayətin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 88 və 106.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və b ildirmişdir ki, bina sürüşdürülərkən özbaşına konstruksiya dəyişikliyinin nəticəsində dəymiş ziyan cavabdehin deyil, iddiaçının qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Dəymiş ziyan iddiaçı tərəfindən mənzilin döşəməsində konstruktiv dəyişikliklərin aparılması səbəbindən yaranmışdır. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müdd ətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı mülkiyyətində olan mənzilə ziyan dəyməsinə görə inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona dəyən ziyana və kirayə haqqın a görə kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Apellyasiya instansiyası məhkəməsi mənzilin təmiri ilə bağlı hissədə iddianı rədd edərkən 25 oktyabr 2012-ci il tarixli akta əsaslanmışdır. Tərtib edilmə tarixi 25 oktyabr 2012-ci il göstərilən aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Füzuli küçəsi 39 ünvanda yerləşən binanın tarixi-memarlıq abidəsi kimi qorunması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.09.2012-ci il tarixli 385 saylı sərəncamının icrasını təmin etmək məq sədilə binaya 2012-ci ilin oktyabr ayının 25- də vizual texniki baxış keçirilərək, binada yerləşən mənzillərdə döşəmə, yükdaşıyan və arakəsmə divarların binanın ümumi layihə və konstruksiyasına uyğunluğu yoxlanıldı. Vizual texniki baxış zamanı binanın 4 saylı mənzili ilə bağlı aşağıdakılar müəyyən edildi. Bina Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidəsidir. Tarixi-memarlıq binası sürüşdürülməmişdən əvvəl binaya baxış keçirilərkən 4 saylı mənzildə yükdaşıyan konstruksiyaların özbaşına dəyişdirilməsi halları aşkar edilmişdir. Belə ki, mülkiyyətçisi İddiaçı mənzilin konstruksiyasını qanunazidd olaraq, heç bir icazə sənədi olmadan dəyişdirərək, döşəmənin aşağı hissələrini və binanın (təxminən 0,60-0,80 metr ölçüdə) özülünü özbaşına söküb, döşəməni layihə ilə müəyyən edilmiş səviyyədən aşağı salmaqla mənzilin daxilində əlavə mərtəbə (antrisol) yaratmışdır. Mütəxəssislərdən ibarət işçi qrupu hesab edir ki, 4 saylı mənzilin döşəməsi mülkiyyətçi tərəfindən özbaşına olaraq aşağı salındığından, gələcəkdə bina sürüşdürülən zaman edilmiş özbaşına dəyişikliklər binanın yerinin dəyişdirilməsi prosesinə maneçilik törədəcəkdir. Ona görə də mülkiyyətçinin öz vəsaiti hesabına özbaşına dəyişikliyin aradan qaldırılması və onun ilkin vəziyyətinin bərpa edilməsi məqsədəmüvafiq hesab olunur. Qeyd olunan özbaşına dəyişiklik aradan qaldırılmadığı təqdirdə binanın sürüşdürülməsi təhlükəlidir. Bununla əlaqədar yaranmış çətinliyin aradan qaldırılması üçün layihənin icraçıları tərəfindən əlavə işlər həyata keçirilməlidir. Cavabdehin nümayənd əsi birinci instansiya məhkəməsinin iclasında iştirak etsə də, apellyasiya instansiyası məhkəməsi həmin akt barədə məhkəməyə məlumat verməməsinin, məhkəməyə təqdim edilməməsinin səbəbini araşdırmamış, aktın məzmununa diqqət yetirməmiş, aktda iddiaçının imzasının olmamasına münasibət bildirməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllə nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəyir. İddiaçı mənzilə ziyan dəydiyini bildirib cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya göndərdiyi 03 oktyabr 2 013-cü il tarixli məktubunda (səh.5) qeyd edilən binada hazırda təmir bərpa işlərinin aparıldığını, ardıcıllıqla onun mənzilində də lazım olan təmir işlərinin aparılacağını bildirsə də, 30 dekabr 2013-cü il tarixli məktubunda (səh.3) qeyd edilən ünvanda 2013-cü ilin sentyabr ayına qədər müvafiq təmir bərpa işlərinin görüldüyünü, mənzildaxili işlərin sakinlərin öz vəsaitləri hesabına yerinə yetirildiyi bildirilmiş, apellyasiya instansiya məhkəməsinə isə 25 oktyabr 2012-ci il tarixli akt təqdim edilmişdir. Mənzilin iddiaçının özünün qeyri-qanuni hərəkəti nəticəsində yararsız vəziyyətə gətirilməsi barədə cavabdeh tərəfindən akt tərtib edilsə də, 2013-cü ilin oktyabr və dekabr aylarında iddiaçıya ünvanlanan məktublarda bu barədə hər hansı məlumatın verilməməsi səbəbi apellyasiya məhkəməsi tərə findən araşdırılmamışdir. Məhkəmə işdə olan 14 iyul 2016-cı il tarixli ekspertiza rəyi ilə bağlı da hüquqi qiymətləndirmə aparmamışdır. İşin 201-ci səhifəsində olan cavabdehin məktubuna əlavə edilən 1 ədəd disk yararsız vəziyyətdə olduğundan həmin diskdə olan görüntüləri tədqiq edib qiymətləndirmək mümkün olmamışdır. İşdə 28 iyul 1995-ci ildə tərtib edilmiş texniki pasportda mənzilin konstruktiv elementlərin və mühəndis avadanlıqların texniki vəziyyətini əksini tapmış, sonrakı dövrdə (2008-ci ildə və 2016-cı ildə mənzilə yeni çıxarış verilən vaxt) mənzilin texniki pasportunda mənzilin konstruktiv elementlərin və mühəndis avadanlıqların texniki vəziyyəti araşdırılıb müqayisə olunmamış, mənzilin faktiki vəziyyətinə, faktiki vəziyyətin yaranma zamanına aydınlıq gətirilməmişdir. İddia tələbi nin kirayə haqqı hissəsi də məhkəmə tərəfindən ətraflı tədqiq edilib hüquqi qiymətini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinə əməl etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçıya hansı dövr üçün kirayə haqqı ödənilməsi, iddiaçının sonrakı dövrlərdə həqiqətən başqa mənzildə kirayədə qalması və kirayə haqqı ödəməsi, eyni ünvana daşınmaz əmlakın dövlət reyestrindən başqa şəxsin adına verilmiş 03 noyabr 2016-cı il tarixli çıxarışın və adı çəkilən mənzillə bağlı işə əlavə edilmiş məhkəmə qətnamələrinin hazırkı mübahisəyə aidiyyətinə münasibət bildirməmişdir. Kirayə haqqı tələbi ilə bağlı hissədə iddiaçının əvvəllər cavabdehə müraciət etməsi, bununla bağlı iddianın mümkünlük şərtləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini fo rmalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları əlaqəli şəkildə araşdırmamış, onlara hüquqi qiymət verməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 fevral 2017-ci il tarixli 2-1(103)-405/2017 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar