Məhkəmə qərarları › İş №2-1(102)-1164/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1164/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1164/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-1(103)-2970/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 aprel 201 9-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1992-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 35, mənzil 15 də anadan olmuşdur, 2013-cü ildə Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti”-nin "Texnosfera təhlükəsizliyi" ixtisasının əyani şöbəsinə daxil oldu. 2017-ci ildə universiteti bitirərək, 14 iyun 2017-ci il tarixdə 106631 ******* qeydiyyat nömrəli bakalavr dərəcəsi üzrə diplomunu almışdır. O, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi "X2-Mədən Universiteti" tərəfindən 14 iyun 2017-ci il tarixdə verilmiş 106631 ******* qeydiyyat nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınmasını və ekvivalentin müəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 iyun 2018-ci il tarixli 23-04380/ANJ saylı məktubu ilə xahişini təmin etməyərək bildirmişdir ki, Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi "X2-Mədən Universiteti"-nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyun 2018-ci il tarixli 23-04-380/ANJ saylı məktubunda imtinaya əsas olan səbəblər əsassızdı, çünki iddiaçı dərslərə həmişə vaxtı vaxtında getmiş və bəzi üzrlü səbəblərdən gedə bilməsələrdə, onlara oxuyaraq iş materialları verilmiş, getdikdə keçmədikləri dərs saatları onlara artıqlaması ilə keçirilmiş və aldıqları qiymətlər cədvəldə öz təsdiqini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarında üzrlü səbəblərdən bir müddət təhsil müəssisəsində olmamaq imtina üçün əsas hesab edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təh sil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğun olmasını bildirir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını, beynəlxalq aktlara istinad edərək, Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti”-nin “Texnosfera təhlükəsizliyi” ixtisası əyani şöbəsini bitirməyinə dair 14 iyun 2017-ci il tarixdə verilmiş 1066** DO ***27 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə hə valə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Rusiya Federasiyası Ali Təhsilinin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti”-nin “Texnosfera Təhlükəsizliyi” ixtisasını əyani bitirdiyinə dair 14 iyun 2017-ci ildə verilmiş 106631 ******* qeydiyyat nömrə nişanlı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli iş № 2-1(82)3594/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi, Rusiya Federasiyası Ali Təhsilinin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti”-nin “Texnosfera Təhlükəsizliyi” ixtisasını əyani bitirdiyinə dair 14 iyun 2017-ci ildə verilmiş 106631 ******* qeydiyyat nömrə nişanlı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.12.20 18-ci il tarixli iş № 2-1(103)-2970/2018 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin18.09.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə öz qərarını əsaslandırmaq üçün bəzi maddi hüquq normalarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pe daqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (tibb təhsili istisna olmaqla); 22.2.2. magistratura (tibb təhsili istisna olmaqla); 22.2.3. doktorantura. Həmin Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən müəyyən edilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsəl əsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Lakin apelyasiya instansiyası məhkəməsi qanunu tətbiq edərkən unutmuşdur ki, onun istinad etdiyi normalar sadəcə tövsiyə xarakterlidir və həmin tələblər diplomun tanınması üçün deyil, diplomun verilməsinə qədər olan məsələlərə aiddir. Məhkəmə işə baxarkən tövsiyələri deyil, qanunvericiliyin normalarını rəhbər tutmalıdır. Qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla beynəlxalq hüquq normaları arasında ziddiyyət olarsa, beynəlxalq hüquq normalarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Həmin Sazişin 1-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Bu Saziş tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur”. Həmin Sazişin 6-cı maddəsinə əsasən “Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və R usiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.” “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən K onvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə əsasən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir”. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə bel ə təhsil formasına yol verilmədikdə. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-1(103)-2970/2018 saylı qərarını ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarını lə ğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili Vəkil1çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarını ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbuledilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzr ə apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili Vəkil2çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 26 dekabr 2018-ci il tarixli, 21(103)-2970/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tar ixli, 2-1(82)-3594/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasının təmin olunmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 73.1, 87.6-cı maddələrinə, “Təhsil haqqında” qanunun 1.0.43-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6, 2.3, 2.5, 2.7, 2.13, 2.15, 2.16, 4.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kuriku lumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.1, 1.6, 3.3, 3.5, 3.6, 3.7-ci bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qərarında sübutları hərtərəfli araşdırıb onları qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bütün bunların nəticəsi olaraq iddianın təmin olunması barədə düzgün olmayan qərara gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır, belə ki, kasasiya şikayətində bir çox maddi hüquq normalarına, o cü mlədən beynəlxalq qanunlara istinad etsə də, onlar deklarativ və formal xarakter daşımaqla hazırkı işin konkret hallarını əhatə etmir və faktiki olaraq həmin hallara yönəlməmişlər, yəni, iddiaçı kasasiya şikayətində sadəcə bildirir ki, təhsil sahəsində onun qeyd etdiyi maddi hüquq normaları mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əksinə apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəni həll edərkən əsaslandığı maddi hüquq normaları işin faktiki hallarını tam və hərtərəfli şəkildə nəzərə almaqdadır. İlk öncə məhkəmə kollegiyası iddiaçının özünün hüquqi mövqeyində ziddiyyətli məqamı qeyd etməyi zəruri hesab edir. Belə ki, İddiaçı bir tərəfdən məhkəməyə verdiyi iddia ərizəsində yazır ki, “2013-cü ildə Rusiya Federasiyası Ali Təhsili X1 Təhsil Müəssisəsi “X2-Mədən Unive rsiteti”nin “Texnosfera təhlükəsizliyi” ixtisasının əyani şöbəsinə daxil oldum” (iş vərəqi 1), digər tərəfdən iddiaçı kasasiya şikayətində özü göstərir ki, “mən Rusiya Federasiyası Ali Təhsili üzrə X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti”nin qiyabi şöbəsini müvəffəqiyyətlə bitirmişəm”. Beləliklə, iddiaçı iddiada sözügedən Universitetinin əyani şöbəsinə daxil olduğunu yazdığı halda, kasasiya şikayətində həmin Universitetinin qiyabi şöbəsini bitirdiyini qeyd edir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti” tərəfindən verilmiş 10 iyul 2017- ci il tarixli 106631 0015127 saylı diplomuna əsasən İddiaçı 2017-ci ildə “Texnosfera təhlükəsizliyi” ixtisasına əsasən bakalavr dərəcəsi v erilmişdir. Rusiya Federasiyası Ali Təhsilin X1 Təhsil Müəssisəsi “X2-Mədən Universiteti” tərəfindən verilmiş 10 iyul 2017-ci il tarixli 106631 ******* saylı diplomunun əlavəsinə görə İddiaçı 2013–2017-ci illərdə ona keçilən fənlər üzrə məqbul, yaxşı, kafi qiymətlər almış, ona “Texnosfera təhlükəsizliyi” ixtisası üzrə bakalavr dərəcəsi verilmiş və apostil möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, P4787554 nömrəli pasportuna əsasən İddiaçı 16.05.2013–30.05.2013, 31.08.2014, 31.08.2015, 30.01.2016 11.02.2016, 12.06.2017–18.06.2017-ci il tarixlərdə Rusiya Federasiyasına gedib-gəlmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və N ostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12 iyun 2018-ci il tarixli 23-04–380/ANJ saylı məktubda qeyd edilmişdir ki, "Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası X2-Mədən Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostr ifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Rusiya Federasiyası X2-Mədən Universiteti tərəfindən Sizin adınıza verilmiş 14 iyun 2017-ci il tarixli, 106631 0015127 nömrəli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir". Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu imtinasını haqlı saymaqla düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etmişdir. Belə ki, Rusiya Federasiyasının X2-Mədən Universitetinin normativi üzrə tələb olunan imtahan sessiyalarının müddəti qarşılığında həmin ölkədə iddiaçının çox az müddət olduğu müəyyən edilmiş, imtahan sessiyalarında az müddət ərzində iştirak etməklə diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsinin mümkün olmadığını, iddiaçının sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edil məsi (nostrifıkasiya) Qaydaları"na uyğun gəlmədiyinin Komissiya tərəfindən müəyyən olunduğu və iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmadığı barədə qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2-1(103)-2970/2018 saylı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-1(103)2970/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hak

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar