Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1164/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci ildə anadan olub; FİN- xxxxxxx) cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına q arşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-568/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək - 2 il 11 ay orta-texniki təhsil almış, əmək fəaliyyətinə 1985-ci ildə başlamış, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək 2 il 10 ay 23 gün, xx.xx.1988-ci ildən xx.xx.1994- cü ilədək 6 il 3 ay, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 1 il 1 ay 10 gün, xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək 10 il 4 ay 9 gün olmaqla, ümumilikdə stajı 20 ildən çox müddət təşkil edi r.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Heydər Əliyev adına X6 işçisi İddiaçı tərəfindən Zavoda daxil olmuş 18 iyun 2020-ci il tarixli ərizəyə əsasən bildiririk ki, işçi 16 avqust 1995-ci il tarixindən 01 oktyabr 2007-ci il tarixinədək “Azərneftyağ” X6 1 nömrəli turşu-qələvi filtirləmə yolu ilə yağların təmizlənməsi üzrə texnoloji sahənin qurğularına daxil dan və qurğulardan çıxan neft məhsullarının qəbulu üzrə texnoloji qurğuların əməliyyatçısı (texnoloji qurğuların operatoru), əmtəə bölməsində isə əmtəə əməliyyatçısı (əmtəə operatoru) peşəsində çalışmışdır. Xidmət etdiyi sahənin əsas fəaliyyəti bilavasitə xam neftin qəbulu, qurğuya ötürülməsi və texnoloji əməliyyatlardan keçdikdən sonra, haz ır əmtəəlik neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsindən ibarət olmuş, işçi iş müddətində yüksək keyfiyyətli neft məhsullarının kompaund edilməsi, aşqarlar və inkibitorlar əlavə edilməsi, əmtəə parkının işi barədə uçotun və operativ hesabatın aparılması, məhsulların qəbulu və təhvili, boş vaqonların qəbulu sənədlərinin rəsmiləşdirilməsi, daha yüksək keyfiyyətli məhsulların doldurulması üçün rezervuarların və çənlərin hazırlanması kimi funksiyaları yerinə yetirmişdir. Eyni zamanda nəqliyyat təşkilatları ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, neft məhsullarının əmtəə parkından dəmir yol estakadasına və -magistral neft məhsulları doldurma məntəqələrinə ötürülməsinin təmin edilməsi də işçinin əsas funksiyaları sırasına daxil olmuşdur. Əmək kitabçasında qeyd olunan “əməliyyatçı” peşəsi “operator” peşəsi ilə mahiyyət və funksiya baxımından eynidir və həmin dövr üçün iş yerlərində Azərbaycan dilinə keçidlə əlaqədar tərcümə zamanı buraxılan texniki səhv kimi qiymətləndirilməlidir.
3. AMEA "xxxx" MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, o, həqiqətən 01 avqust 1985-ci il tarixindən 23 iyun 1988-ci il tarixinədək Azərbaycan SSR X5 – X4 Təcrübə-Sənaye zavodunun 5 (4) saylı texnoloji sexində aparatçı vəzifəsində zərərli şəraitdə aşağıda göstərilən istehsalatlarda tam iş günü işləmişdir: - neft məhsulların selektiv və turşulu təmizlənməsi - 1 saylı Siyahı X bölmə b. 311000000-10065- neft, qaz, qaz kondensatı, kömür və şistin emalı N.Q.QK.K və Ş emalı katalizatorun alınması-1 saylı Siy ahı X bölmə bənd.3-11000000-10065- N.Q.QK.K və Ş emalı sintetik naften turşusu-üzvi turşuların alınması-1 saylı Siyahı Vİİİ bölmə bənd A.§11080A00-17541-kimya istehsalatı-(Kİ).
4. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbi ilə bağlı cavabdeh orqana 13 avqust 2020-ci il tarixdə müraciət etmişdir.
5. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********1 №li imtina məktubunda göstərilmişdir ki, müraciətçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona mü nasibətdə 51600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
6. İddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 12 noyabr 2020-ci il tarixli, **********1 №li qərarının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəl i Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yəni 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 12 noyabr 2020-ci il tarixli, **********1 №li qərarının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yəni 47 yaşının tamam olan tarixdən yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə doğulmuşdur. xx.xx.1982-ci il tarixdə Bakı şəhəri 29 №li orta texniki peşə məktəbinə qəbul olunmuşdur, xx.xx.1985-ci il tarixdə həmin texniki peşə məktəbini bitirmişdir və ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir (təhsil müddəti 2 il 11 ay). xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X2 Təcrübə-Sənaye z avodunun 4 və 5 №li sexlərində 3-cü dərəcəli aparatçı vəzifəsində (2 il 10 ay 23 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X1 laborant vəzifəsində (6 il 3 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 47 №li Təmir-Tikinti İdarəsində mühəndis vəzifəsində (1 il 1 ay 10 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin (xx.xx.2003-cü il tarixdən “Azərneftyağ” X8 adlanır) 1 №li sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə texnoloji qurğu operatoru (əməliyyatçısı), həmin zavodun 11 saylı sexinin əmtəə bölməsində 5-ci dərəcəli əmtəə operatoru (əməliyyatçısı) vəzifələrində işləmişdir. xx.xx.2007-ci il tarixdən hal-hazıradək həmin zavodda müxtəlif vəzifələrdə işləyi r. Həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir.
9. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixədək ümumi əmək stajı (texniki peşə məktəbində təhsil aldığı dövr nəzərə alınmaqla), 23 il 4 aydır, həmin əmək stajının 13 il 2 ayını, yəni 2 il 10 ay 23 gün Azərbaycan Respublikası Elmlər Akademiyası X2 Təcrübə-Sənaye zavodunun 4 və 5 №li sexlərində 3cü dərəcəli aparatçı vəzifəsində və 10 il 4 ay 9 gün “Azərteftyağ” İB-nin 1 №li sahəsində 3cü, 4-cü və 5-ci dərəcə texnol oji qurğuların operatoru (əməliyyatçı) vəzifəsində, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranan sahələrdə işləmişdir. cavabdehin etirazları:
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, a zı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019cu il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51600,00 manat hsablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Bundan əlavə iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 05 avqust 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına X8”nda texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007-ci il tarixli, 12 №li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. birinci instansiya məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 № li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Xİİ fəsil Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsi; texnoloji qurğuların operatorları (kod 2130301a—16081). İddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 10 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı xx.xx.2019-cu il tarixdə tamam olduğuna görə, həmin t arixdən ona pensiya təyin edilməlidir.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-568/2022 nömrəli (hakimlər X.A.Cəmilova - sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barə də yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavabında göstərilir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSRİ Elmlər Akademiyası X2 TəcrübəSənaye Zavodunun 5(4) saylı texnoloji sexində “aparatçı” vəzifəsində işləmişdir. Onun icra etdiyi “aparatçı” peşəsinin vəzifə təlimatına neft məhsullarının selektiv və turşulu təmizlənməsi katalizatorun alınması, sintetik naften turşusu-üzvi turşuların alınması və sair əmlak fun ksiyaları aiddir. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSRİ Elmlər Akademiyası X2 Təcrübə-Sənaye Zavodunun 5(4) saylı texnoloji sexində “aparatçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı Siyahısının X bölməsinin “Neft, qaz, qaz kondensantı, kömür və şistin emalı” 3-cü bəndindəki (kod: ********) “bütün adlarda aparatçılar” (kod: 11000000- 10065) peşəsinə uyğundur. Apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmalar nəticəsində bir daha təsdiq olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək 2 il 10 ay 23 gün, xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək 10 il 4 ay 9 gün olmaqla, 10 ildən artıqdır.
19. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il-ci il tarixli, 2-1(103)568/2022 saylı qərarından verdiyi kassasiya şikayəti əsassızdır, həmin qərar qəbul olunarkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən e dilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışars a;...
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveri ciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi idd iaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, məhkəmə kolleg iyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 1 yanvar 2006-cı il tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 52 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilə nlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-568/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.