Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1164/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-803/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 9 mart 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını və 2019-cu ilin dekabr ayından olan fərqin ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. "Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı, X1 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 sayl ı region üzrə X2 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475,00 manat məbləğində müəyyən edilmişdir.
3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrində (əhalisinin sayı 100.000 nəfərdən çox olan) işləyən dövlət qulluqçularının vəzifə maaşları artırıldıqda müvafiq olaraq əmək pensiyası yenidən hesablanacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun dövlət qulluğu pensiyasının ləğv edilmiş 21 saylı region üzrə X1 bazasında yaradılmış Gəncə regional şöbəsinin baş məsləhətçisinin - baş əmək müfəttişinin əmək haq qına əsasən yenidən hesablanması və 2019-cu ilin dekabr ayından alınan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbində göstərmişdir ki o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Xidmətinin 21 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsindən dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün öz arzusu ilə 26 iyul 2019-cu il tarixdən onun dövlət qulluğunda fəaliyyətinə xitam verilmişdir və həmin tarixdən ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona təyin edilmiş pensiya Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu i l tarixdən yenidən hesablanaraq 720,16 manat təyin edilmişdir. 2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X3 Gəncə regional ərazi şöbəsi adlandırılmışdır. Bunun nəticəsində onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X1 baş məsləhətçisinin - baş əmək müfəttişinin əsas vəzifə maaşı 475 manatdan 480 manata qaldırılmışdır. Ləğv edilmiş 21 saylı region üzrə X2 çalışdığı baş məsləhətçinin-baş əmək müfəttişinin əsas vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 7-ci təsnifatı üzrə 1.7.7.2.2 sıra n ömrəsi ilə Gəncə şəhəri üçün təyin edilmiş tələbi pozularaq 480.00 manat əvəzinə 1.7.7.2.3 sıra nömrəsi ilə əhalisinin sayı 100 min nəfərdən çox olan şəhər kimi götürülərək 475.00 manat müəyyən edilmişdir. Bu hal 21 saylı region üzrə X3 Gəncə regional ərazi şöbəsi adlandırılarkən 2019-cu ilin dekabr ayında aradan qaldırılaraq 1.7.7.2.2 sıra nömrəsi ilə 480 manat müəyyən edilmişdir. Onun ləğv edilmiş 21 saylı region üzrə X2 işləmiş olduğu baş məsləhətçinin baş əmək müfəttişinin işini onun bazasında yaradılan Gəncə regional şöbəsində işləyən baş məsləhətçi - baş əmək müfəttişi yerinə yetirir. Onun pensiyası işləmiş olduğu baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinin əsas vəzifə maaşı artdığı üçün yenidən hesablanmadığından cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin tə min olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır.
6. Cavabdeh orqan iddia tələbinə dair etirazda göstərmişdir ki, iddiaçı 9 mart 2021ci il tarixində cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə iddiaçıya 29 aprel 2021-ci il tarixli **********3 nömrəli "Əmək pensiyasının hesablanması haqında” cavab məktubu göndərilmişdir. Belə ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. "Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,0 0 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirir ki, adıçəkilən şəxs X1 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X2 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475,00 manat məbləğində müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1( 112)-1920/2022 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək iddiaçıya təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişinin dövlət məvacibinin məbləğinə əsasən yenidən hesablanması və xx.xx.2019-cu il tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin 21 saylı region üzrə X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Gəncə regional ərazi şöbəsi adlandırılmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə əsasən Nazirliyin yanında X3 Xidmətinin 21 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləyən əməkdaşlar həmin vəzifədən Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə keçirilmişlər. Göründüyü kimi, iddiçının işlədiyi və əmək pensiyasının hesablandığı vəzifə hazırda Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi adlanır. Bu səbəbdən də qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən iddiaçıya təyin edilmiş pensiya məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalı və yaranmış pensiya məbləği fərqi hesablanaraq iddiaçıya ödənilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-803/2023 nömrəli qərarı ilə (hakimlər F.F.Babayev /sədrlik edən və məruzəçi/ E.C.Kazımov və G.T.Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(112)-1920/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barəd ə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciəti araşdırılaraq xx.xx.2021-ci il tarixli **********3 saylı məktubla onun müraciətindən imtina edilmişdir. Belə ki, “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 142,50 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi - 720,16 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iddiaçının 21 saylı region üzrə X2 baş əmək müfəttişi vəzifəsində işlədiyi dövr üzrə vəzifə maaşı 475,00 manat məbləğində müəyyən edilmişdir.
14. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci, 20.11-ci, “Dövlət qulluğu haqqında" Qanunun 23.1-ci, 23.2-ci maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə qarşı eti razın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:.... 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlə t məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 17. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur..... Maddə 23.4. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”: 1-ci bənd. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənziml əyir. 2-ci bənd. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. 2-1-ci bənd. Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Madd ə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli h esab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı 21 saylı region üzrə X2 baş əmək müfəttişi vəzifəsində işləmiş, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu ildə iddiaçının işləmiş olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin 21 saylı region üzrə X3 X3 Xidmətinin Gəncə regional ərazi şöbəsi adlandırılmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə əsasən Nazirliyin yanında X3 Xidmətinin 21 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləyən əməkdaşlar həmin vəzifədən G əncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə keçirilmişlər.
25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi və əmək pensiyasının hesablandığı vəzifə hazırda Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi adlandığı üçün iddiaçı, ona təyin edilmiş pensiya məbləğinin fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmasını və yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsini tələb etməkdə haqlıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanuna uyğun olmamışdır. Odur ki, iddiaçıya həmin pensiyanın yenidən he sablanması ilə bağlı Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 21(103)-803/2023 nömrəli qərarı d