Məhkəmə qərarları › İş №2-1(102)-1165/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1165/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1165/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Faiq Qarayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə plan, ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın veri lməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3024/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.12.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evə qeydiyyata da düşmüşdür. Artıq uzun müddətdir ki, ünvan 1 evdə yaşayır. Torpaq sahəsi də hazırda onun istifadəsindədir. Müva fiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 06.07.2018-ci il tarixli məktubu ilə sözügedən ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığını və torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşdiyini bildirərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunaziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus evin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır, Belə ki, o, fərdi yaşayış evini Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən ona ayrılmış ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməs i barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12.10.2018-ci il tarixli iş №2-1(81)4075/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın və plan və ölçünün verilməsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasın dan xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.12.2018-ci il tarixli iş № 2-1(103)-3024/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) qərarı iləcavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30.12.2000-ci il tarixli sərəncamına əsasən ona Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 55A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evə qeydiyyata da düşmüşdür. Artıq uzun müddətdir ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 55A saylı evdə yaşayır. Torpaq sahəsi də hazırda onun istifadəsindədir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 06 iyul 2018-ci il tarixli məktubla həmin torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığını və torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşdiyini bildirərək daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunaziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən həmin torpaq sahəsində hüquqların qeydiyyata alınması üçün əsasdır və həmin sahədə fərdi yaşayış evini Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən tikmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, 30 dekabr 2000-ci il tarixli sərəncamına əsasən İddiaçı ünvan 5 binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrıl mış 600 kvadrat metr torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı ünvanlanmış Bakı şəhər İcra Hakimiyyəti X1nin 24 avqust 2018-ci il tarixli, 155 saylı məktubundan görünür ki, həmin idarənin Bitkilərin mühafizəsi şöbəsinin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən iddiaçıya ayrılmış 600 kvadrat metr torpaq sahəsində çoxsaylı ağac və kollar mövcud olması, həmin ağac və kolların bioloji inkişafda olması müəyyən edilmiş və X1 həmin torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsinə və dövlət reyestrindən müvafiq çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının istifadəsində olan torpaq sa həsinin yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlandığı 05 iyun 2018-ci il tarixli **********52 saylı məktubuna Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 02/12-1131/1096 saylı 20 iyun 2018-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsi mövcud vəziyyətdə yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslərin arasında bağlanan müqavilələr, torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu və 10-cu maddələrinə əsasən vətəndaşların qanuni istifadəsində olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməklə həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüquqları yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun” 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri qanu nla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə dair qəbul olunmuş aktlardır. Məlum olduğu kimi 1 saylı Bakı Ərazi İdarəsı təqdim olunmuş müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanının struktur vahididir. 1 saylı Bakı Ərazi İdarəsi qeydiyyat orqanı kimi təqdim olunmuş sənədlərin həqiqiliyi ekspertizadan keçirildikdən sonra saxtalığına şübhə yaranmazsa, müvafiq hüquqmüəyyənedici sənədlər əsasında hüquqların dövlət qeydiyyatını aparmağa borcludur. İddiaçıya torpaqayırmaya dair Binəqədi rayon “icra hakimiyyəti başçısının müvafiq sərəncamı hal-hazırda qüvvədə olduğu, torpaq sahəsinin qanuni əsaslarla ayrıld ığı, torpaqayırma sənədinə torpaq sahəsinin yerləşmə sxemi əlavə edildiyi, ayrılan torpaq sahəsi cizgi planının ölçülərinə tam uyğun istifadə edildiyi halda, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilməsinə heç bir qanuni əsas olmamışdır. Bundan əlavə cavabdehin iddiaçıya ayrılmış həmin torpaq sahəsinin fərdi ev tikintisi üçün nəzərdə tutulmaması qənaətinə gəlməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı həmin torpaq sahəsindən 2000-ci ildən etibarən fasiləsiz və mübahisəsiz istifadə edir, həmin torpaq sahəsinin vətəndaşın istifadəsinə verilməsi bu günə kimi heç bir dövlət orqanının yaxud hər hansı bir vətəndaşların mənafeyinə və yaxud qanunla qorunan maraqlarına toxunmamış, hər hansı bir zərər vurmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3024/2018 saylı qərarının ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili F.Qarayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edil məsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə çox sayda sübutların araşdırılmasına zərurət olduğundan, iş təkrar baxılması üçün apely asiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti bu səbəbdən qalan hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli, 2-1(103)3024/2018 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4075/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 1.2, 2.2.3, 34, 58.7, 82-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8.0.1, 10.1, 11.1, 15.1.1, 23.1, 23.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 21.1, 44, 45, 55, 67.1, 68-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, iş üzrə aidiyyəti olmayan maddi hüquq normalarına istinad edilmişdir, cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərlə və apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarının iddiaçının iddiasının rədd edilməsinə dair gəldiyi qənaəti ilə əlaqədar olaraq, ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilmiş bir çox maddi və prosessual hüquq normalarına istinad etsə də, əslində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə çox konkret və qısa olmuşdur. Belə ki, sözügedən qərarın “əsaslandırma hissəsi”nin 3-cü səhifəsinin 3-cü abzasında apelyasiya instansiyası məhkəməsi tərəfindən göstərilmişdir ki, Binəqədi rayon İc ra Hakimiyyəti Başçısının 30 dekabr 2000-ci il tarixli 2204 saylı sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının aparatına rayon ərazisində 600 kvadrat metr torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, həmin sərəncamın 3.4-cü bəndində obyektin tikintisinə torpaq sahəsi üzərində hüquqi təsdiq edən sənəd əldə edildikdən sahənin eskizi və evin layihəsi müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra başlanılması qeyd edilmişdir. Lakin iş materiallarına əsasən iddiaçının belə bir hüquqi əldə etməsi öz təsdiqini tapmır və ya bu barədə hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərini pozmaqla belə nəticəyə gəlmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi apelyasiya instansiyası məhkəməsi özü qərarında yazır ki, İddiaçı sözügedən torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı 30 dekabr 2000-ci il tarixli sərəncamına əsasən verilmiş və bu işin təkzibolunmaz faktını təşkil edir. Məlum olduğu kimi isə Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilə lər və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Digər tərəfdən qeyd edilməlidir ki, işin 11-ci sahifəsində həmin sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış torpaq sahəsinin Binəqədi rayon İcra Hakimiyyətinin memarı S.Əzizov tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmiş sözügedən torpaq sahəsinin cizgisi mövcuddur. Eyni zamanda Ali Məhkəməyə təqdim edilmiş Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 95 saylı MKİS-nin 02 aprel 2019-cu il tarixli, 216 saylı arayışından görünür ki, iddiaçı İ.S.Nəsənov həmin torpaq sahəsində 12 kvadrat metr sahəsi olan 1 otaqda faktiki yaşayır və 23 fevral 2018-ci ildən da imi qeydiyyatdadır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin 06 iyul 2018-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, imtinanın yeganə səbəbi göstərilən torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazisində yerləşməsidir. Lakin həmin məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, halbuki bununla bağlı müvafiq ekspertizanın keçirilməsi zəruridir. Belə ki, ekspertizanın nəticələrindən asılı olaraq mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin həqiqətən hansı torpaq zonasında yerləşməsi və onun statusunun müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ləğv e dilməli, iş üzrə çox sayda sübutların araşdırılmasına zərurət olduğundan, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti bu səbəbdən qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)3024/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar