Məhkəmə qərarları › İş №2-1(102)-1165/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1165/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1165/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Silahlı Qüvvələrdə 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin qoyulması tələblərinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-455/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı 13.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə müvafiq komanda üzrə rəhbərliyinə raport təqdim etmişdir.

2. Azərbaycan Respublikas ı Müdafiə Nazirliyinin 07.03.2020-ci il tarixli 0119 nömrəli əmri ilə iddiaçı digər vəzifəyə təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.03.2020ci il tarixli 0119 nömrəli əmrin ona aid hissədə ləğv edilməsini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən onun öz arzusu ilə müvafiq hərbi hissənin komandirinin müavini (bölmə rəisi) vəzifəsindən azad olunması və hərbi pensiyanın təmin edilməsi üçün müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09.08.1999-cu il tarixdən 27.07.2003-cü il tarixədək Azərbaycan Təyyarəçilik Məkt əbində hava gəmilərinin uçuş istismarı ixtisası üzrə ali peşə istiqamətində təhsil almış və bakalavr dərəcəsi ilə təhsilini başa vurmuş, ona leytenant rütbəsi verilmiş, 21.04.2004-cü il tarixdən 24.06.2004-cü il tarixədək X3 təlim mərkəzinə daxil olmuş, uçan aparatların uçuş istismarı kursunu bitirmiş, 24.06.2016-cı il tarixdən 25.10.2016-cı il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində təyyarəçi olaraq müxtəlif vəzifələrdə xidmət etmiş, 25.10.2016-cı il tarixdən 24.06.2017-ci il tarixədək AR Silahlı Qüvvələrinin Hava Akademiyasında hərbi və dövlət müdafiəsini idarəetmə ixtisasının hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr təhsili almışdır. 24.06.2017-ci il tarixdən 07.03.2020-ci il tarixədək Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində müxtəl if vəzifələrdə işləyərək, hərbi hissə komandirinin idealoji iş və mənəvi-psixoloji təminat üzrə müavini – ideoloji iş və təminat bölməsinin rəisi vəzifəsinədək yüksəlmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07.03.2020-ci il tarixli əmri ilə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsində xidmət edir. 20 il 7 aydan artıq müddətdir Silahlı Qüvvələrdə xidmət edir. Həmin dövrün 17 təqvim ilini zabit kimi xidmət etmişdir. Qanunvericiliyə görə, AR Silahlı Qüvvələrinin sıralarında 10 il zabit vəzifəsində xidmət edən hərbi qulluqçular öz arzusu ilə ehtiyata buraxılırlar. Ona görə də hərbi xidmətkeçməni tənzimləyən normativ hüquqi aktlara əsasən 13.02.2020-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinin müvafiq hərbi h issəsinin komandirinə raportla müraciət etmişdir. Həmin raport qeydiyyata alınmış və 14.02.2020-ci il tarixdə hərbi hissədən yuxarı komandanlığa göndərilmişdir. Lakin 45 gün keçsə də, onunla heç bir söhbətləşmə aparılmamış və onun qanunamüvafiq surətdə ehtiyata buraxılması təmin edilməmişdir. Halbuki, qanunvericiliyə görə, hərbi hissə komandirinə təqdim etdiyi raport müvafiq əmrin verilməsi üçün AR Müdafiə Nazirliyinə göndərilməli və 15 gün müddətində ehtiyata buraxılması təmin olunmalı idi. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 18, 22-ci maddələrinin, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin tələblərinə əsasən, 10 il zabit kimi xidmət edən hərbi qulluqçular tərəfindən öz arzusu ilə ehtiyata buraxılması barəsində verilən raporta 15 gün müddətində baxılmalı dır. Hərbi hissə komandiri tərəfindən qanuni tələblərin təmin olunmaması məlum olduqda o, 11.03.2020-ci il tarixdə müvafiq hərbi hissə komandirinə ərizə yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, müvafiq raporta baxılıbbaxılmaması, əgər baxılıbsa nəticəsi barədə məlumatın verilməsini xahiş etmişdir. Hərbi hissə komandirinin cavab məktubunda qeyd olunur ki, sözügedən raport 14.02.2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Lakin raporta cavab verilmədən o, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07.03.2020-ci il tarixli 0119 nömrəli əmri ilə Naxçıvan MR-də yerləşən müvafiq hərbi hissədə texniki istismar dəstəsinin rəisi vəzifəsinə göndərilmişdir. Hazırkı vəzifəsi qeyri-uçuş sahəsi olmaqla, əvvəlki vəzifəsindən aş ağı sayılır. Vəzifədə aşağı salınmaqla yanaşı, vəzifə üzrə aldığı əmək haqqı əvvəlki vəzifə üzrə əmək haqqından iki dəfə aşağıdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia tələbi qismən təmin edilmiş, cavabdehin 07 mart 2020ci il tarixli 0119 nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin 7 mart 2020-ci il tarixli 0119 saylı əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və onun qəbulu iddiaçının hüquq larının pozulmasına səbəb olmuşdur. İddiaçının ikinci tələbi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçının müraciəti inzibati icraatda cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, müraciətlə bağlı bütün xüsusatlara qiymət verilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia, pensiya təyinatı ilə bağlı müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi hissəsində mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hal - hazıradək xidmət keçdiyindən, habelə onun cavabdehə müvafiq müraciəti olmadığından tərəflər arasında pensiya təminatı ilə bağlı müvafiq sənədlərin aidiyyəti orqana göndərilməsi məsələsi üzrə inzibati mübahisə mövcud deyil.

10. Cavabdeh həmin qərardan apelyasiya şik ayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-455/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və E.Ə.Mehdiyev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, iddiaçı, ehtiyata buraxılması ilə əlaqədar 13.02.2020-ci il tarixli raport əsasında qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyini hesab edirdisə, N nömrəli hərbi hissə komandirinə müraciət etməli, onun icazəsi alındıqdan sonra isə raportu komanda üzrə daha böyük rəisə təqdim etməli idi. Məhz həmin raport üzrə qərar qəbul edilmədiyi halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə uyğun olaraq iddiaçı müraciətdən 35 gün keçəndən sonra məhkəmədə inzibati aktın qəbulundan imtina olunmasının (“Hərbi xidmətkeçmə ha qqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmaması) mübahisələndirilməsi hüququnu əldə edə bilərdi. Lakin iddiaçı, cavabdeh kimi göstərdiyi inzibati orqanın aktın qəbulundan imtina etmədiyi halda, tələblərin irəli sürülməsi üzrə müəyyən edilmiş prosessual qaydalara riayət etmədən, ehtiyata buraxılma hüququnun təmin edilməsi üçün bütün hüquqi vasitələrdən istifadə etmədən və inzibati aktın qəbulundan imtina olunmasını mübahisələndirmədən, Müdafiə Nazirliyinin xidmət yerinin dəyişilməsi ilə bağlı qanuni əsaslarla qəbul edilmiş qərarının məhkəmədə ləğv olunmasını tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclas ında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ

1. Azərb aycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə

22. Təklif, ərizə və şikayət hüququ...

2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsu z xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. 20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə isti fadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Maddə

81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə Maddə

156. Hərbi qulluqçular Azə rbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraa t haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

22. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi: Bənd

6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərb i qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakəı səbəblərdən irəli gəlir.

27. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi x idmətdə olmağın son yaş həddinə çatmasa da malik olur.

28. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 13.02.2020-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun həmin tarixdə vəzifəsi hərbi hissə komandirinin müavini – ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi olmuşdur. Sözügedən raport 14.02.2020-ci il tarixdə hərbi hissə tərəfindən yuxarı komandanlığa göndərilmişdir. Lakin, müraciət (raport) araşdırılmadan, onun özü ilə söhbət aparılmadan MN Baş Qərargah rəisinin 07.03.2020-ci il tarixli 0119 nömrəli əmri ilə o, digər vəzifəyə – başqa hərbi hissənin texniki istismar dəstəsinin rəisi vəzifə sinə təyin olunmuşdur.

29. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, onun ehtiyata buraxılması və ya bundan imtina olunması məsələsi araşdırılmamışdır. İddiaçı 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu halda, müraciətindən 22 gün keçdikdən sonra heç bir əsas göstərilmədən, öz razılığı olmadan, ixtisasına və əvvəlki vəzifəsinə bərabər olmayan başqa, əmək haqqısı daha aşağı olan vəzifəyə keçirilmiş, bununla da cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur. 30.Həmçinin, iddiaçı 07.03.2020-ci il tarixli qərarı mübahisələndirmək üçün subyektiv hüquqa malikdir və iddia müddətini buraxmadan iddia qaldırmışdır.

31. Kassasiya şikayətinin İPM-in 39.1-ci maddəsinə istinad edən dəlili də əsaslı deyil. Belə ki, həmin maddədə nəzərdə tutulan 35 günlük müddətə əməl olunmuşdur.

32. Göstərilənlərə əsasən, cavabdehin 07.03.2020-ci il tarixli əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, həmin inzibati aktın qismən (iddiaçıya aid hissədə) ləğv olunması barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tərxis olunması məsələsi cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan, sonuncu bu məsələyə dair hər hansı konkret münasibət bildirmədiyindən və bu əsasla iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olma dığından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdehin üzərinə qoyması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İPM-in 73.2-ci maddəsinin tələbinə uyğun olmuşdur.

34. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

35. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispoz isiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

36. Məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiy a şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) isə iş üzrə qismən təsdiqini tapsa da, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığından (İPM-in 73.2-ci maddəsi), cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının müraciətinə baxılması öhdəliyinin qoyulması düzgün olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasi ya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-455/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar