Məhkəmə qərarları › İş №2-1(102)-1165/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1165/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1165/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı (xx.xx.1958-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən, yəni 50 yaşdan, 20042005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-186/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1973-1976-cı illərdə elektrik-qaz qaynaqçısı peşəsi üzrə Bakı şəhər 19 nömrəli orta texniki peşə məktəbində ümumi orta təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tar ixədək işləmiş, xx.xx.1977-xx.xx.1979- cu illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək "xxxx" TASC-də “Metalkonstruksiya” sexində yarımavtomat avadanlıqda elektrik qaynaqçısı peşəsində işləmiş, xx.xx.1997-ci ildə "xxxx"nda əhaliyə sosial məişət xidməti sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən Metalkonstruksiya və mexaniki yığma sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, xx.xx.2003-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-yə 6-cı dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2010-cu il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında TİQ qaynaqçısı peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixdə öz xa hişinə əsasən işdən azad olunmuşdur. xx.xx.2017ci il tarixdə "xxxx" MMC-yə TİQ qaynaqçısı (karbon-metol) vəzifəsinə işə qəbul edilmişdir.

3. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" TASC tərəfindən verilmiş 28 noyabr 2017-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında "xxxx" TASC-də xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək “Metalkonstruksiya” sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsində işləməsi göstərildiyinə baxmayaraq, həqiqətdə əsasən 80-90 % əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Yarımavtomat avadanlığında işin həcminin az olması onun digər qaynaq işlərini əl ilə yerinə yetirilməsinə vadar etmiş, tələb olunduğu hallarda, həmçinin gündəlik 0.5-1.0 saat olmaqla yarımavtomat dəzgahında işi icra etmişdir. Bundan sonra xx.xx.1997-ci i l tarixdən yenidən "xxxx"nun Əhaliyə sosial məişət xidməti sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, həmçinin Metalkonstruksiya və mexaniki yığma sexində elektrik qaynaqçısı işləmişdir. xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı 1979-1997ci illər, istərsə də, ondan sonra 2003-cü ilə qədər zavodun istehsal etdiyi məhsulların elektrik qaynaq işlərini tam iş qrafikində icra etmiş, əl ilə qaynaq işlərini əvvəl 80-90 %, sonra 100% icra etmişdir. Həmin sex və iş yeri, peşəsi zərərli sahə və iş qrupuna daxildir. İddiaçı işin xarakter və xüsusiyyətinə görə iş stajı illərində əmək fəaliyyətini ağır və zərərli peşə üzrə davam etdirmişdir. Göstərilən peşə üzrə işləyən işçilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərar ı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifə və göstəricilərin siyahısı”nın 11-ci bölmə “Metal emalı”, 11.5. “metal emalı üzrə sair peşələr” a) qrupu, “elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edənlər elektrik qaynaqçıları” zərərli sahələrdə, işlərdə məşğul olan, fəaliyyət göstərən işçilərin güzəştli təqaüdə çıxmaları təsdiq edilmişdir. 4. "xxxx" TASC tərəfindən təsdiq edilmiş akta əsasən iddiaçının xx.xx.2017-ci il tarixli ərizə ilə müraciətinə əsasən, zavodun işçiləri, elektrik qaynaqçısı X1, yığıcı çilingər X2, çilingər X3, qaynaqçı X4 həmin aktı tərtib etmişlər ona görə ki, keçmiş zavod işçisi İddiaçı “Bakı fəhləsi maşınqayırma zavodunda” 1979-cu ildən işləməyə başlamışdır. Keçmiş dövrdə zavodda cəmi bir əd əd yarımavtomat qaynaq avadanlığı olmuş, heç kim bacarmadığına görə İddiaçı əmək kitabçasında qeyd edilməklə elektrik qaynaqçısı kimi qəbul etmişlər ki, həmin dəzgahda olan işlər də yerinə yetirilsin. Həqiqətdə həmin yarımavtomat qaynaq dəzgahında işin həcmi az olmuş, iş qrafikində işin əsas hissəsini Ə. Mirzəyev əl ilə qaynaq etmişdir. Həmin dəzgahda olan işin həcmi 1 (bir) saata qədər olar və ya olmazdı. Onlar öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı 1979-cu ildən 1997-ci ilədək həmin dəzgahda işə təyin edilməsinə baxmayaraq işin həcminin 80-90 faizini əl ilə qaynaq etmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.1979-cu ildən Metalkonstruksiya sexində yarımavtomat avadanlığında elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildən blok sexdə 3-cü dərəcəli əl qaynaqçısı, xx.xx.1992-ci ildən blok sexdə 4-cü dərəcəli əl qaynaqçısı işləmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi qapalı iş şəraitində olmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 1 nömrəli siyahısına uyğundur.

6. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3 iyun 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti nin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın ümumi peşələr bölməsində (XXİİİ) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları və rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi sənədlərdə xx.xx.1979-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodun da yarımavtomat elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan müəyyən edilməklə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən, yəni 50 yaşdan, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ağır və zərərli iş şəraitində elektrik qaynaqçısı peşəsində işlədiyinə görə 2015-ci ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin, onun pensiyasının vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, xx.xx.1979-cu il tarixdən, xx.xx.1997-ci il tarixə kimi müddətdə “Bakı fəhləsi” maşınqayırma zavodunda qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində zərərli iş sahəsində işləmişdir. Ona görə də, 1 nömrəli siyahı üzrə 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ vardır. 1973-1976-cı illərdə Bakı şəhər 19 saylı orta texniki-peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır. xx.xx.1976-xx.xx.1977-ci illərdə elektrik-qaz qaynaqçısı işləmişdir. xx.xx.1977- xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1979-xx.xx.1997-ci illərdə “Bakı fəhləsi” maşınqayırma zavodunda əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 17 il 10 ay 23 gün xüsusi stajı vardır. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (11 00000),

5. Metal e malı üzrə aid peşələr hissəsinin (1********), a)fəhlələr bəndinə aiddir (1110400a-199606). Ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı mövcud olmuşdur. Onun xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq, 1 avqust 1997-ci il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 50 yaşdan, yəni 17 sentyabr 2008-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2010-cu ilin 1 yanvar tarixindən əvvəl y arandığından, müvafiq pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin 17 sentyabr 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsas götürülməlidir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdeh inzibati orqan ona əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da, onun konstitusion hüquqları pozulmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2903/2021 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddiа təmin edilərək iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciə t etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.1997ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə (peşə kodu 1110400a19906) işlədiyindən, həmçinin xx.xx.2008-ci il tarixdə 50 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası h üququ xx.xx.2008ci il tarixdə yarandığından, ona əmək pensiyası hesablanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010cu il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 1 dekabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.1979-cu ildən Metalkonstruksiya sexində yarımavto mat avadanlığında elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildən blok sexdə 3-cü dərəcəli əl qaynaqçısı, xx.xx.1992-ci ildən blok sexdə 4-cü dərəcəli əl qaynaqçısı işləmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi qapalı iş şəraitində olmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 1 nömrəli siyahısına, Xİ. metal emalı bölməsi (1100000), 5.Metal emalı üzrə sair peşələr hissəsi (********), a) fəhlələr (1110400a-19906) bəndinə uyğundur.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-186/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstər icilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın ümumi peşələr bölməsində (XXİİİ) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları və rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur.

19. İddiaçının idarəyə təqdim etdiyi sənədlərdə xx.xx.1979-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodunda yarımavtomat elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi və zifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan müəyyən edilməklə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

20. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və işdəki sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığort a stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1 əmək pensiyası onu almaq hü ququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ili ni həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanu nun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlər lə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının iddiaçıya müna sibətdə mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Belə ki, iddiaçının 20 ildən çox ümumi iş stajına, o cümlədən “əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan” işlərdə 10 ildən çox iş stajına malik olduğu, onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulduğu, eləcə də iş yerindən iddiaçının işlədiyi vəzifələr barədə müvafiq arayış təqdim edildiyi və ona görə də iddiaçının 50 yaşdan (xx.xx.2008-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair işin məhkəmələr tərəfi ndən müəyyən olunmuş halları ilə təsdiq olunur.

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddiaçının xx.xx.1979xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bakı fəhləsi” maşınqayırma zavodunda yarımavtomat qurğuda elektrik qaynaqçısı vəzifəsində işlədiyi vəzifənin müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğun olmaması ilə bağlı (təkrarladığı) dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, yuxarıda istinad olunan normalar baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun müəyyən edilməsi zamanı onun çalışdığı peşənin müvafiq siyahıda təsbit edilmiş peşəyə uyğunluğu məsələsinə qiymət verərkən eyni zamanda və həmçinin onun işlədiyi peşənin, gördüyü işin və yerinə yetirdiyi əmək funksiyalarının xarakteri və məzmunu, eləcə də onun qeyd olunan işləri və fun ksiyaları yerinə yetirdiyi əmək şəraiti (xüsusilə zərərli və xüsusilə ağır və ya zərərli və ağır əmək şəraiti olması səbəbindən), bununla əlaqədar işçinin işlədiyi peşə, onun yerinə yetirdiyi əmək funksiyaları, peşə fəaliyyətinin məzmunu və peşə vəzifələrinin yerinə yetirildiyi əmək şəraiti barədə işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışda qeyd olunmuş məlumatlar, habelə siyahıda nəzərdə tutulmuş peşə üzrə müəssisənin istehsalat ehtiyaclarının təmin olunmasına şəxsin cəlb olunması ilə əlaqədar istehsalat zərurəti kimi xüsusatlar da nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, son nəticədə işçinin bu və ya digər peşə üzrə əmək fəaliyyətinə cəlb olunması işəgötürənin istehsalat tələbatlarına və ehtiyaclarına da bağlıdır. Bu zaman həlledici məqam şəxsin işlədiyi peşənin, gördüyü işin və yerinə yetirdiyi əmək funksiyalarının məzmun və xarakter, eləcə də əmək şəraiti baxımından siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

34. Bununla bağlı iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi və həmin peşə üzrə onun əmək şəraiti barədə "xxxx" MMC tərəfindən verilmiş 1 dekabr 2021-ci il tarixli arayışda qeyd olunmuş məlumatlar mötəbər məlumatlar kimi nəzərə alınmalıdır. Həmin məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal iş üzrə materiallardan müəyyən olunmamışdır. Cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

35. Beləliklə, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənildiyindən, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.

37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-186/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar