Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1165/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1955, FİN:xxxxxxx) cavabdeh Azərbayc an Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1211/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(82)551/2019 saylı qərardadına əsasən müəyyən olunur ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlə t Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər Qontyuk (Çernomazova) Angelina Sergeyevna, X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, həmin qərardadla iddia mümkün sayılmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019cu il tarixli, 2-1(103)-1807/2019 saylı qərardadı ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-551/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İ nzibati Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1596/20022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiyanın mümkün sayılmaması, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 17 ünvanının X5 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə X10 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırda qaldırdığı iddianın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanının X5 paylı mülkiyyətinə verilməsinə dair 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışının ləğv olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə idd ianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır.
8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1211/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10307/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilməd ən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində işin faktiki hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, barışıq sazişinin məzmunundan göründüyü kimi, burada ünvan 2 ünvanında yerləşən fərdi mənzilə dair tərəflərin paylı mülkiyyət hüquqlarının qeydiyyatından deyil, onların istifadə hüquqlarını qeydiyyatından bəhs edilir. Və cavabdeh olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi ida rəsi isə onların barışıq sazişinə əsasən bölünmüş mənzil sahəsini tərəflərin paylı mülkiyyətinə dair hüquqlarını qeydiyyatını aparmış, ilkin iddiaçı X6 və X3 adına MN ******* saylı, 22 iyul 2008-ci il tarixli çıxarış verməklə X4 mülkiyyət hüququnu pozmuşdur. Barışıq sazişi bağlanan zaman onların həmin mənzilə dair mülkiyyət hüquqlari əldə etmək üçün onların heç bir subyektiv hüquqları yox idi. İlkin iddiaçının yalnız istifadə hüququ, qarşılıqlı iddiaçının isə istifadə hüququ ilə yanaşı mənzilin mülkiyyətçisi mərhum X8 hüquqi varisi olduğu üçün gələcəkdə əmlakın mülkiyyətçisi olmaq hüququ vardır. Cavabdeh hansı əsasla hər iki iddiaçını paylı mülkiyyətçi edib? Bu haqda sübutlar yoxdur. Belə olan halda iddia ona görə inzibati orqana qarşı qaldırılıb ki, X4 hüquqları inzibati orqan tərəfindən pozulub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Üçüncü şəxs X10 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. H əmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
45. İddianın qaldırılması 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz;... Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası m əhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycan a qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Belə ki, iş üzrə ilkin olaraq müəyyən olunur ki, 24 oktyabr 2017-ci il tarixdə X7, X10 və X2 arasında Bakı şəhəri Xətai rayonu Dostluq küçəsi 17 saylı evlə bağlı barışıq sazişi bağlanmış və həmin sazi ş notarial qaydada təsdiq edilmişdir. Sözügedən barışıq sazişini imzalayan şəxslər aşağıdakı razılığa gəlmişdirlər: “1. X10 və X2 istifadələrində olan 20,3 kv.metrlik iki otaq və 17,7 kv metrlik mətbəx, hamam və tualetdən başqa həmin evin 14,0 kv.metrlik, hazırda X4 istifadəsində olan bir otaq hesabına dəhliz (İddiaçı tərəfdən divarda olan soba sonuncuda qalmaq şərtilə) verilir.
2. X4 mülkiyyətində həmin evin 36,2 kv.m sahəsi olan 2 otaq, 25,9 kv.m sahəsi olan mətbəx, hamam, dəhliz və həyətdəki qaraj saxlanılır...” Barışıq sazişi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007-ci saylı qərardadı ilə təsdiq edilmişdir (Barışıq sazişi təsdiq edilməsi üçün iddiaçı X9 cavabdeh X10 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə və mənzildən çıx arılmalarına dair ilkin, sonuncuların isə birinciyə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddialarına dair işə baxılarkən məhkəməyə müraciət etmişlər). Məhkəmə tərəfindən təsdiq olunmuş həmin barışıq sazişinin sözügedən şərtlərinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə fərdi yaşayış evin aşağıdakı paylarda mülkiyyət hüququ qeydə alınmışdır: “- X4 2 otaq-36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj.; - X1 və X5 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində cavabdeh orqan tərəfindən qeydiyyata alınmış və bu barədə onlara 164526 saylı çıxarış verilmiş dir.
23. Daha sonra iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər Qontyuk (Çernomazova) Angelina Sergeyevna, X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəmə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, apellyasiya instansiyası məhkəməsi isə həmin qərardadı dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmələr iddianın mümkün sayılmaması barədə mövqelərini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfində n mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtləri əsasında aparılmışdır. Belə olan halda, həmin barışıq sazişi, o cümlədən onu təsdiq edən məhkəmə qərardadı qüvvədə ola-ola həmin sənədlər əsasında cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddianın məhkəmə icraatı mümkün sayıla bilməz. Ən azından, barışıq sazişi onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır və sazişin tərəfi olmayan, o cümlədən həmin məhkəmə prosesinin iştirakçısı olmayan cavabdeh orqana aid ola bilməz. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxslər arasında, hətta onun cavabdehlə aralarında mübahisə mülki münasibətlərdən irəli gələn bir mübahisə mövcuddur.
24. Hazırkı icraat çərçivəsində isə İddiaçı cavabdeh Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 3 ünvanının X5 paylı mülkiyyətinə verilməsinə dair 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasına dair tələbinə münasibətdə də iddia tələbi aşağı instansiya məhkəmələri tərəfindən mümkün sayılmamışdır.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəyə minmiş, həmçinin iddiaçının hazırkı iddia tələbinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanının X5 paylı mülkiyyətinə verilməsinə dair 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışının ləğv olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır.
26. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərə flərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1211/2023 n ömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.