Məhkəmə qərarları › İş №2-1(102)-1165/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1165/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1165/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçünün ləğv olunması, işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16, X25 və X26) “torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)3440/2024 saylı qərarından iddiaçının prosessual hüquqi varisi X17 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən X8 Ləhiş bağlar sahəsində 153 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır.

2. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsa sən X18 Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4594b nömrəli bağ ayrılmışdır.

3. Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən X8 Bakı şəhər İK-nin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarı, BTİ və İB-nin 05 saylı orderi ilə 1200 kv.metr 4594b saylı bağ evin tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib edilmişdir.

4. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 4594b saylı bağ sahəsinə X5 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış, K.Əliyeva həmin bağ sahəsini xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, İ.Əhmədov da öz növbəsində xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. 4594b saylı bağ sahəsi hazırda X12 mülkiyyətindədir və mülkiyyət hüququna dair dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594 “b” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4594 “v” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Həmçinin göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X27 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ayrılmış bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. İş məhkəmə icraatına daxil olduqdan sonra hazırlıq icraatına başlanılmış, son olaraq məhkəmə qərardadı ilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3333 saylı rəyi xx.xx.2021-ci il tari xdə təqdim edildikdən sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminə əsasən 153 nömrəli BTK nəzdində 4594b saylı bağ sahəsinin mövcud olmadığı müəyyən olunur. Bu səbəbdən X9 05 nömrəli order ilə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, X6 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar X1 8 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594b nömrəli 0,12 hektar torpaq sahəsinin naturada mövcud olan koordinatlarının üstünə düşür. Yuxarıda göstərilən xüsusat onun mülkiyyət hüquqlarının realizəsinə mane olduğundan X6 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi zərurəti vardır. Bakı şəhər İK-nın xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarına əsasən 05 saylı orderlə X6 istifadəsinə verilmiş bağ sahəsinə dair tərtib edilmiş plan və ölçü texniki sənəd hesab olunsa da, həmin sənəddə olan koordinatlar hazırda Bakı Şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli, 162 saylı qərarı ilə Bakı şəhər i Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4594b saylı bağ sahəsi onun istifadəsinə verilmiş torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən həmin plan və ölçü ləğv edilməli və K.Əliyevaya mövcud əsaslarla naturada yerləşmə yerinə görə koordinatlar yenidən işlənilməlidir.

9. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12160/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə X16 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakim X23) iddia tələbi təmin edilmiş, üçüncü şəxs X5 adına Azərbaycan Respublikasının Dövlət To rpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X28 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 4594B nömrəli bağ sahəsi 241 №-li BTK-in nəzdində olan torpaq sahəsində, üçüncü şəxs Kubra Əliyevaya isə 4594B nömrəli bağ sahəsi 153 №-li BTK-in nəzdində olan torpaq sahəsində ayrılmışdır. Göründüyü kimi bağ sahələrinin nömrələri eyni olsa da həmin bağ sahələri müxtəlif bağ tikinti kooperativlərin nəzdində olan müxtəlif torpaq sahələrindən ayrılmışdır. İddiaçının qanuni istifadəsinə verilmiş və hal-hazırda istifadəsində olan bağ torpaq sahəsinin koordinatları səhvən Kubra Əliyevanın adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsündə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlar ına uyğun olaraq verilmişdir. Həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir.

13. Daha sonra ərizəçilər X25 və X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri ilə əlaqədar olaraq birinci instansiya məhkəməsinə müraciət etmişlər.

14. Bakı İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2-1(112)-9745/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3656/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnərək X25 və X26 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişlər.

15. İddiaçı X27 xx.xx.2024-cü il tarixdə öldüyündən Bakı İnzibati Məhkəməsinin 05 iyu n 2024-cü il tarixli qərardadı ilə X17 hüquq varisi kimi prosesə cəlb edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(112)-145/2024 saylı qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, üçüncü şəxs X5 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X28 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 4594B nömrəli bağ sahəsi 241 №-li BTK-in nəzdində olan torpaq sahəsində, üçüncü şəxs Kubra Əliyevaya isə 4594B nömrəli bağ sahəsi 153 №-li BTK-in nəzdində olan torpaq sahəsində ayrılmışdır. Göründüyü kimi bağ sahələrinin nömrələri eyni olsa da həmin ba ğ sahələri müxtəlif bağ tikinti kooperativlərin nəzdində olan müxtəlif torpaq sahələrindən ayrılmışdır. İddiaçının qanuni istifadəsinə verilmiş və hal-hazırda istifadəsində olan bağ torpaq sahəsinin koordinatları səhvən Kubra Əliyevanın adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsündə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə re al olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmişdir.

18. Üçüncü şəxs X26 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3440/2024 nömrəli qərarı ilə (hakimlər X21 (məruzəçi), X13 və X22) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-3817/2023 saylı qərarı ləğ v edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi xx.xx.2013-cü il tarixdə səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 65.1-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud olmadığından üçüncü şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, torpaq sahəsi Bakı şəhər XDS İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli, 1/23 nömrəli qərarına və Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismar Birliyinin orderinə əsasən ayrılmışdır, Torpaq sahəsinin planı və ölçüsü də həmin sənədlərə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Ayrılmış t orpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçüncü şəxsin səlahiyyətində deyil. Torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır, torpaq sahəsi naturada ayrılaraq üçüncü şəxsə verilmişdir, uzun müddətdir onun istifadəsindədir. Üçüncü şəxs ona münasibətdə əlverişli xarakter daşıyan sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmişdir. Üçüncü şəxsin qeyd olunan koordinatların düzgün müəyyən edilib-edilməməsi məsələsini bilməsi imkanı olmamışdır. Bu zamanı onun tərəfindən hər hansı qanunsuzluğa yol verilməsi, aldatma yolu ilə, eləcə də səhv və təhrif olunmuş məlumatları özündə əks etdirən sənədlər təqdim edilməklə torpaq sahəsinin planı və ölüçüsünün tərtib edilməsinə nail olması halı mövcud olmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. İş materiallarından göründüyü kimi, üçüncü şəxs X26 qeyd olunan bağ sahəsini Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 almış, həmin bağ sahəsini X19 isə X16 bağışlamışdır. Özgəninkiləşdirmə ilə bağlı müqavilələr imzalanarkən, eləcə də torpaq sahəsinin üçüncü şəxsə ayrıldığı vaxtdan keçən 30 ildən artıq müddət ərzində qeyd olunan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, o cümlədən torpaq sahəsinin koordinatları ilə bağlı hər hansı problem, mübahisə olmamış, bununla bağlı reyestrdə hər hansı etiraz qeydə alınmamışdır. Cavabdeh inzibati orqan da həm daşınmaz əmlaka mülkiyyət hüquqlarını qeydiyyata alarkən, həm də qeyd olunan hərkətlərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklər edərkən hər hansı pozuntu, qeyri-dəqiqlik və digər şəxslərin hüquqlarının pozulması hallarının mövcud olması halları barədə etiraz (imtina) etməmiş, əməliyyatlara məhdudiyyət qoymam ışdır. Göründüyü kimi, üçüncü şəxs K.Əliyeva torpaq sahəsi ona ayrıldığı tarixdən (xx.xx.1990-cı ildən) ona sahiblik etmiş, torpaq sahəsi onun istifadəsində olmuş, o, torpaq sahəsinin planı və ölçüsünü tərtib etdirərək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydiyyata aldırmış, digər üçüncü şəxslər isə qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsini almışlar, hazırda həmin torpaq sahəsi üçüncü şəxs R.Aslanovun mülkiyyətindədir və o, həmin torpaq sahəsində fərdi yaşayış evi də tikmişdir. Bu zaman üçüncü şəxslər tərəfindən hər hansı qanun pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa, üçüncü şəxslər uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edirlər ki, burada ədalət, tarazlıq və hüquqi müəyyənlik prinsipləri nəzərə alınmalıdır.

22. İddiaçı kassasiya şikayəti v erərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

23. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyildir.

24. Belə ki, iddiaçıya 4594B nömrəli bağ sahəsi 241 №-li BTK-in nəzdində olan torpaq sahəsində, üçüncü şəxs Kubra Əliyevaya isə 4594B nömrəli bağ sahəsi 153 №-li BTK-in nəzdində olan torpaq sahəsində ayrılmışdır. Göründüyü kimi bağ sahələrinin nömrələri eyni olsa da həmin bağ sahələri müxtəlif bağ tikinti kooperativlə rin nəzdində olan müxtəlif torpaq sahələrindən ayrılmışdır. İddiaçının qanuni istifadəsinə verilmiş və halhazırda istifadəsində olan bağ torpaq sahəsinin koordinatları səhvən Kubra Əliyevanın adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, AN 466757 saylı torpaq sahəsinin plan və ölçüsündə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Barəsində torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müva fiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanının səhvi nəticəsində koordinatları iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmişdir. Həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahəl ərin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər ob yektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hü quqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 28. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamı 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanu nunun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahə lərinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; 2.3. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

29. Azərbaycan Respublikasın ın İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxs X6 adına tərtib edilmiş Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN seriyalı 466757 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə yönəlmişdir.

33. Birinci instansiya məhkəməsi iddiaçının tələbini qanuni hesab etsə də, apelly asiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanunvericiliyin tələbinə zidd hesab etmişdir. İddia tələbini rədd edən məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi 1990-cı ildə Kubra Əliyevaya ayrılarkən koordinatları müəyyən edilərək ona təhvil verilmiş, xx.xx.2013-cü ildə səlahiyyətli dövlət orqanı tərəfindən həmin torpaq sahəsinin koordinatları müəyyən edilərək Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Səlahiyyətli dövlət orqanı tərəfindən Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən digər şəxsə (şəxslərə) məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən edilməmiş, bu barədə hər hansı etiraz və mübahisə mövcud olmamışdır. Bundan sonra K.Əliyeva yenə uzun müddət torpağa sahiblik etmiş, mülkiyyət hüquqlarını qeydiyyata aldı rmış, torpaq sahəsini İ.Əhmədova bağışlamış, o da mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq çıxarış almış, daha sonra İ.Əhmədov həmin torpaq sahəsini R.Aslanova satmış, o da mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq çıxarış almışdır. Lakin keçən uzun müddət ərzində və çoxsaylı əməliyyatlar zamanı cavabdeh inzibati orqan həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasını bildirməmiş, bununla əlaqədar etirazını bildirməmişdir. Həmçinin 30 ildən çox vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində torpaqların koordinatlarının üst-üstə düşməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparan cavabdeh inzibati orqana, habelə üçüncü şəxslərə digər şəxslər tərəfindən etiraz daxil olmamışdır.

34. Məhkəmə kollegiyası iş materiallarını və kassasi ya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

35. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həm iddiaçıya, həm də üçüncü şəxs X8 Ləhiş bağ massivindən torpaq sahələri ayrılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi BTK-241-də (cild 1, iş vər 227), üçüncü şəxsə ayrılmış torpaq sahəsi BTK-153-də (cild 1, iş vər 224) yerləşir. Bu iş materiallarında olan torpaqların yerləşmə sxemində öz əksini tapmışdır.

36. Üçüncü şəxs bildirir ki, onun bağ torpaq sahəsi 4594 “b”-dir. Lakin qeyd edilən sxemlərə nəzər saldıqda üçüncü şəxs X8 BTK-153-də ayrılmış torpaq sahəsində 4594 “b” bağ sahəsi olması müəyyən edilmir.

37. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, X18 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “b" nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yeri müəyyən edilmişdir. Həmin bağ sahəsi hazırda mübahisələndirilən sahə olmaqla 4594v nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşir, koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Ləhiş bağlar sahəsində 241 №-li BTK üzrə bağ sahələrinə dair siyahıda (i.v.225) X11 adının qeyd olunmasını və 241 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 “B” №-li bağ sahəsinin mövcud olmasını nəzərə alaraq, X18 ayrılan 4594 “B” nömrəli torpaq sahəsi 241 nömrəli BTK üçün ayrılan torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerl əşmə sxemində 4594B nömrəli bağ sahəsi mövcud olmadığından X8 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər icraiyyə komitəsinin 12 mart 1990-ci il tarixli, 1/23 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində yaradılmış 153 №-li BTK üzvlərinin 22 nəfərdən ibarət siyahısında 19-cu sırada X5 adı qeyd edilmişdir (i.v.222-223), lakin 153 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətindən görünür ki, 153 nömrəli BKT-nin nəzdində 4594 B nömrəli bağ sahəsi mövcud olmamışdır (i.v.224). X18 7 nömrəli order ilə ayrılmış 241 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsi faktiki olaraq 241 nömrəli BTK nəzdində yerləşir və koordinatları rəyin tədqiqat hissəsində verilmişdir. Ləhiş bağlar sahəsində 153 №-li BTK üzrə bağ sahələrinin yerləşmə sxemində 4594 B nömrəli bağ sahəsi mövcud olmadığından X8 05 nömrəli orderlə ayrılmış 153 nömrəli BTK nəzdində olan 4594 “B” nömrəli 0,12 ha torpaq sahəsinin naturada yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. X5 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd olunan koordinatlar 241 №-li BTK-nın ərazisinə, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 241 № li BTK nəzdində X18 ayrılmış 4594 “B” nömrəli 0,12 ha bağ sa həsinə uyğun gəlir. İş materiallarında olan BTK-ların arxiv qovluğundan göründüyü kimi, iddiaçıya 241 BTK nəzdində 4594b saylı bağ ayrılmışdır. Həmin BTK-nın arxiv qovluğunda olan bağların sxematik xəritəsi və bölgü sxemində 4594b saylı bağ əksini tapmışdır. X24 153 №-li BTK nəzdində bağ sahəsi ayrılmış, lakin həmin BTK arxiv qovluğunda olan sənədlərindən (sxematik xəritə bağların bölgü sxemində) 4594 “B” nömrəli bağ sahəsi mövcud deyil. Həmçinin rəylə müəyyən edilmişdir ki, X5 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd olunan koordinatlar 241 №-li BTK-nın ərazisinə, Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 241 № li BTK nəzdjndə X18 ayrılmış 4594 “B” nömrəli 0,12 ha bağ sahəsinə uyğun gəlir”.

38. Həmçinin iş materiallarında mövcud olan mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.12 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları əlavə olunur. X-410718.296; 410708.566; 410753.911; 410763.056; Y-4491386.290; 4491409.291; 4491425.876; 4491402.646. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları təqdim olunmuş 0.12 ha sahə 4594b saylı bağ kimi qeydiyyata alınıb (hazırda X12 xüsusi mülkiyyətindədir). Sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları plan-ölçüdə öz əksini tapıb. Vahid elektron kadastr baza məlumatlarına əsasən X11 iddia etdiyi sözügedən bağ sahəsi (0.12 ha t orpaq sahəsinin koordinatları) qeydiyyatdan keçmiş X5 (hazırda X12 xüsusi mülkiyyətindədir) vaxtilə mülkiyyətində olmuş 0.12 ha torpaq sahəsi ilə üstüstə düşür. 4594B saylı bağ sahəsinə aid digər yeri müəyyən etmək mümkün olmur. Cavabdeh X8 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixili, 1/23 saylı qərarına əsasən, 153 saylı BTK-nın nəzdində, 05 saylı orderlə 4594B saylı bağ sahəsi ayrılmış və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, A 466757 nömrəli “torpaq sahəsinin plan və ölçü” əsasında bağ sahəsi dövlət qeydiyyatına alınmışdır.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sənədlərə, eləcə də iş materiallarında olan ekspert və mütəxəssis rəylərinə istinad edərək bildirir ki, apellyasiya inst ansiya məhkəməsi qərar qəbul edərkən işin əhəmiyyətli xüsusatlarını özündə əks etdirən sxemlərə, ekspert və mütəxəssis rəyinə diqqət yetirməmiş, sübutları qanunvericiliklə müəyyən edilmiş qaydada mümkünlüyü, mənsubiyyəti, eləcə də mötəbərliyi ilə bağlı təhlil etməmişdir.

40. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir: “... həm mütəxəssis rəyində, həm də ekspert rəyində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına və 7 saylı orderə əsasən X18 ayrılmış 4594b nömrəli bağ sahəsinin koordinatlarının necə müəyyən edildiyi göstərilməmiş, iddiaçının faktiki göstərdiyi sahənin (üçüncü şəxsin torpaq sahəsinin koordinatları) koordinatları qeyd edilməklə kifayətlənilmişdir. Belə ki, qeyd olunan sənədlərə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmas ı qeyd olunsa da, torpaq sahəsinin cizgisi (plan-sxemi) tərtib edilməmiş və iddiaçıya yerində təqdim edilməmişdir. Halbuki sadalanan qanunvericilik normalarından görünür ki, torpaq sahəsinin istifadəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır”.

41. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin ona vermiş olduğu imkanlardan istifadə etməyərək obyektiv həqiqətə nail olmaq üçün müvafiq orqanlardan işin hallarının ətraflı araşdırılması ilə bağlı zəruri məlumatlar almamışdır. Məhkəmə kollegiyası nə ekspertiza tərəfindən, nə də mütəxəssis tərəfindən verilmiş rəylə ri işin hallarına münasibətdə əsaslandırılmış rəy hesab etmir. Rəy vahid elektron kadastr məlumatlarına əsaslanmış, məhkəmə mübahisə olunan torpaq sahəsinin nə vaxt (torpaq sahəsinin planı və ölçüsü tərtib edilənədək, yoxsa ondan sonra) vahid elektron kadastr məlumatlarına daxil edilməsini müəyyən etməmişdir. Mütəxəssis rəyi iddiaçının mübahisə açdığı torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara istinad edilərək tərtib edilmişdir. Halbuki iddianın predmeti elə torpaq sahəsinin planı və ölçüsünün (koordinatlarının) düzgün tərtib edilməməsi ilə bağlıdır. Bu zaman mütəxəssis rəyində istinad edilən koordinatların məhz 153 nömrəli BTK-da əksini tapan üçüncü şəxsə məxsus orderdə qeyd edilən bağ sahəsinə aid olması əsaslandırılmalı idi. Lakin rəydə belə əsaslandırma olmamışdır. 4

2. Məhkəmə kollegiyası həmçinin ekspert rəyi ilə bağlı qeyd edir ki, rəy 153 nömrəli və 241 nömrəli BTK-ların yerləşmə sxeminə əsasən tərtib edilmiş, iddianın predmeti olan torpaq sahəsinin planı və ölçüsünün koordinatlarının iddiaçıya məxsus bağ sahəsinə uyğun gəldiyi qeyd edilmiş, lakin rəydə bu, əsaslandırılmamışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, növbəti apelyasiya baxışı zamanı üçüncü şəxs X5 torpaq sahəsi ilə bağlı plan və ölçü sənədinin tərtib edilmə əsasını, yəni bu barədə olan hüquqi sənədləri müəyyən etməli və qanunvericiliyə uyğun olaraq qiymətləndirməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tərəflərin və Cəmiyyətin mütəxəssisinin iştirakı ilə mübahisə olunan torpaq sahəsinə yerində baxış keçirilməli, bundan sonra ətraflı müvafiq mütəxəssis rəyi alınmalıdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi reyestr xidmətinin müvafiq baza məlumatlarına əsaslanmaqla tərtib edilir. 44.Məhkəmə kollegiyası onu da vurğulayır ki, iş materiallarına əlavə edilmiş hər iki BTK-nın bağ sahələrinin yerləşmə sxemlərində müxtəlif nömrələr altında bağ torpaq sahələri göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi təkrar məhkəmə baxışında bağ sahələrinin yerləşmə sxemlərində əksini tapmış ən yaxın qonşu torpaq sahələrinin sənədlərini cavabdehdən tələb etməli, həmin sənədlər əsasında mübahisə o lunan torpaq sahəsinin məhz hansı BTK-nın yerləşmə sxemində olmasını, nəticədə iddiaçıya, yaxud üçüncü şəxsə məxsusluğunu müəyyən etməlidir.

45. Xüsusilə vurğulanmalı məqamlardan biri də ondan ibarətdir ki, iş materiallarında 241 nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahı mövcuddur. Həmin siyahıda 7-ci sırada X14 adı vardır (cild 1, iş vər 225). Apellyasiya instansiya məhkəməsi xidmət vəzifəsinə uyğun olaraq 241 nömrəli BTK-nın yerləşmə sxemində olan torpaq sahələri ilə həmin siyahıdakı məlumatların uyğunluğunu, yəni iddiaçıya ayrılmış bağ sahəsinin ən yaxın qonşuluğundakı sahələrin sahiblərinin həmin siyahıda öz əksini tapıb tapmadığını müəyyən etməlidir.

46. Eyni təhlil üçüncü şəxsə ayrılmış torpaq sahəsinə münasibətdə də aparılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi üçüncü şəxs X7 adı 153 nömrəli Bağ-tikinti kooperativinin siyahısında mövcuddur (cild 1, iş vər 223). Apellyasiya instansiya məhkəməsi həmin siyahıda adları qeyd edilən şəxslərin, o cümlədən üçüncü şəxsin torpaq sahəsinin 241 nömrəli BTK-nın yerləşmə sxemində olub olmadığını aydınlaşdırmalıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adında n çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir

49. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının prosessual hüquqi varisi X17 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3440/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar