Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1166/2019 20.02.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-1166/19 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev İş üzrə üçüncü şəxs X1nın kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2-1(81)3271/2018 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 140 saylı 25.04.2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2-1(103)-2117/18 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməs i, birinci instansiya məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi öz qərardadı ilə faktiki olaraq hazırkı iddianı mümkün saymışdır. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2-1(81)-3271/18 saylı qərardadı ilə iş üzrə X2 üçüncü şəxs kimi cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarixli qərardadından narazı qalan üçüncü şəxs X1 həmin qərardaddan kasasiya şikayəti vermişdir. Üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayəti mümkün s ayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Hazırki işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərəkİddiaçı Cavabdehnə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə işi sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarmasına baxmayaraq qərardadın məzmunundan müəyyən olunur ki, yeni baxış zamanı mümkünlük məsələsinin həll edilməsi üçün əlavə araşdırılmanın aparılmasına dair hər hansı göstəriş verilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, öz qərardadında hazırkı iddianın inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid olmasını qeyd etmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur və birinci instansiya məhkəməsinin yerinə yetirməli olduğu sonrakı prosessual hərəkətlər iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar olmalıdır. B elə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-in 83.4-cü maddəsinə görə müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X1nın kasasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina edilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1nın kasasiya şikayəti mümkün sayılmasın və onu n icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1166/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1166/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver