Məhkəmə qərarları › İş №2-1(102)-1166/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1166/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1166/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması, sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi. 01.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-58/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və Şəki rayonun Turan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda fəhlə işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı ildən xx.xx.2000-ci ilədək Şəki rayonun Orconikidze adına Taxılçılıq sovxozunda tornaçı işləmişdir. İddiaçı 2019-cu ilin aprel ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra ixtisarla DSMF-nin Şəki şəhər şöbəsi və ya cavabdeh yazılacaq) müraciət etmiş, lakin cavabdeh pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktub göndərərək bildirmişdir ki, onun cəmi 23 il 7 ay sığorta stajı və buna uyğun olaraq 17039,47 manat pensiya kapitalı vardır. Bu isə pensiya təyin olunması üçün kifayət etmir. Əmək kitabçasındakı 2 nömrəli qeyddə onun xx.xx.1974-cü ildə işdən azad olunması göstərilsə də, hərbi biletində xx.xx.1974-cü ildən hərbi xidmətdə olması qeyd edilmişdir. Bundan başqa, Taxılçılıq sovxozunun sənədləri 1992-ci ilədək Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən çıxma əmrini yoxlamaq mümkün olma dığına görə 1973-1974-cü illər sosial sığorta stajına daxil edilmir. Bundan sonra İddiaçı cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Çünki onun hərbi xidmətdə olduğu dövr və əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti ümumilikdə 25 il 5 ay təşkil edir. Hərbi biletdə hərbi xidmətə getməsi tarixi ilə hərbi xidmətə getməklə əlaqədar sovxozdan işdən çıxdığı barədə əmək kitabçasında olan tarixlərin ziddiyyətli olması b arədə bildirir ki, sovxozda xx.xx.1973-cü ildən, hərbi xidmətə getdiyi xx.xx.1974cü il tarixədək işləmişdir. Sovxozun səlahiyyətli şəxslərinin səhlənkarlığı səbəbindən onun işdən çıxma əmri xx.xx.1974-cü ildə qeydiyyata alınmışdır. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş, xx xxxxxxxx 2019-cu il tarixli yazılı etirazında bildirmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün 25 il sığorta stajı, yaxud 23.040 manat pensiya kapitalı tələb olunur. İddiaçının cəmi 23 il 7 ay sosial sığorta stajı və buna uyğun 17039,47 manat pensiya kapitalı vardır. Əmək kitabçasında xx.xx.1974-cü ildə işdən azad olunması qeyd edilsə də, hərbi biletində xx.xx.1974-cü ildən hərbi xidmətdə olması qeyd olunmuşdur. Taxılçılıq sovxozunun sənədləri 1992-ci ilədək Dövlət Arxivinə təhvil veri lmədiyi üçün işdən çıxma əmrinin yoxlanması mümkün deyildir. Buna görə də iddiaçının əmək kitabçasında göstərilən 1973-1974-cü illər sosial sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1381/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddia təmin edilərək, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu ildə pensiya almaq hüququ verən 64 yaş həddinə çatmışdır və xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək, yəni 2 il 7 gün müddətində Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olması hərbi bileti ilə təsdiq edilir. Həmçinin iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı ildən xx.xx.2000-ci ilədək Şəki rayonun Orconikidze adına sovxozunda (sonrakı adı «Turan» sovxozu) işləmişdir. Həmin müddətin cəmi 23 il 5 ay 2 gün təşkil edir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olnmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-58/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), G.Abbasov və R.Rəfiyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, i ddiaçı pensiya almaq hüququ verən yaş həddinə çatmışdır və 25 ildən artıq sığorta stajı vardır. Apelyasiya instansiyası məhkəməsi də iş üzrə birinci instansiya məhkəməsinin gəlidiyi nəticə ilə razilaşaraq «Əmək pensiyaları haqqında» Qanunun 7-ci və 21.2.3cü maddələrinin tətbiq edilməsini qanuni hesab etmişdir. Məhkəmənin qeyd olunan qərarından cavabdeh xx.xx.2020-ci ildə kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əm ək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Göründüyü kimi iddiaçının əmək kitabçası olsa da, kitabçada olan qeydlərin həqiqiliyi müvafiq əmrlərlə təsdiq olunmur. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, teleqram göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə yaşa görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta staj ına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 63 yaşı xx.xx.2018ci il tarixdə tamam olmuşdur. Lakin pensiya yaşı uzadıldığına görə iddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. Həmçinin pensiya təyin edən orqana müraciət etdiyi vaxt iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamasına baxmayaraq, sosial sığorta stajı ona pensiya təyin olunmasına imkan verirdi. Belə ki, iş materiallarına əlavə olunmuş, i ddiaçının adına xx xxxx 1982-ci il tarixdə açılmış əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (9 ay 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.2000-ci ilədək (23 il 5 ay 2 gün) Şəki rayonun Orconikidze adına Taxılçılıq sovxozunda tornaçı işləmişdir. Həmçinin iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir və bu müddət də sığorta stajına daxil edilir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.3-cü maddəsinə əsasən xx.xx.1992-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü sığortaolunan sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 64 yaşı tamam olduğu vaxtı ümumilikdə 25 ildən çox sosial sığorta stajı olmuşdur. Cavabdehin «sovxozun 1992-ci ilədək müddətə aid sənədləri arxivə t əhvil verilmədiyinə görə iddiaçının işdən çıxma əmrinin yoxlanılması mümkün deyil, bu səbəbdən də 1973-1974-cü illər iddiaçının sığorta stajına daxil edilməməlidir» dəlili məhkəmələr tərəfindən araşdırılaraq rədd edilmişdir. Məhkəmələr bü mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxarılması barədə əmrin onun hərbi xidmətə getməsindən bir neçə gün sonra verilməsində hər hansı qanunsuzluq yoxdur və bu hal iddiaçının xx.xx.1973-cü ildən hərbi xidmətə getdiyi günədək (xx.xx.1974-cü il) sovxozda işləməsini şübhə altına almaq üçün əsas vermir. Bundan başqa, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı ildə Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunda (sonrakı-“Turan” taxılçılıq sovxozu) tornaçı işinə götürülmüş və aqrar islahatla bağlı sovxoz ləğv edildiyinə görə xx.xx.2000-ci ildə işdən azad edilmişdir. Həmin müddətin cəmi 23 il 5 ay 2 gün təşkil edir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır. Çünki məsələnin məntiqi təhlili, başqa nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası kassatorun «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 25-ci bəndinə əsasən iriəli sürdüyü «əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır» dəlilini də şikayətin təmin olunması üçün əsas kimi qəbul etmir. Ona görə ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublika sı Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıra n və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sən ədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasında iddiaçının hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxarılması barədə əmrin onun hərbi xidmətə getməsindən bir neçə gün sonra verilməsi ilə bağlı qüsur, əmək kitabçasında əksini tapmış əmək stajı barədə məl umatların mötəbərliyinə təsiri məsələsi də, həmin fakta birinci instansiya məhkəməsinin vermiş olduğu hüquqi qiymətlə əhatə olunur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Q anunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının pensiya yaşına çatması və 25 il sığorta stajına malik olması «Əmək pensiyaları haqqında » Qanunun 7-ci maddəsinə əsasən ona pensiya təyin olunması üçün yetərlidir və onun fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olub-olmamasının araşdırılmasına zərurət yoxdur. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiy a şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-58/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar