Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1166/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 (55+2) yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini, yeraltı işlərdə betonçu, metallurgiya sahəsində dəmirçi-çilingər peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “əmək kitabçasında olan qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşdan, yəni 1 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)564/2021 sa ylı, 3 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxxcı il tarixdə Ermənistan, İcevan rayonunda doğulmuş, 11.11.1974-cü ildən 06.12.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 21.03.1977-19.07.1978-ci il tarixədək F.E.Dzerjinski adına Volqoqrad Traktor zavodunda frez-maşinisti, 18.05.1978-15.09.1987-ci il tarixədək “TO-17" Armtuneltikinti müəssisəsində beton-qarışdıran və tələbə, 02.10.1987-28.04.1989-cü il tarixədək İndjevan Stansiyasında quraşdırıcı, 02.06.1989-21.04.1997-ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yayma təmirçi-çilingər, 25.04.1997-28.12.2005-ci il tarixədək 5-ci dərəcəli elektrikçilingər vəzifələ rində işləmişdir.
2. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə 15.09.1987ci il və 02.10.1987-ci illərdə əmək fəaliyyəti ilə bağlı düzəliş edilmişdir. 3. “Azərboru” Azərbaycan Boru Yayma Zavodunun 16.09.2019-cu il tarixli arayışına əsasən iddiaçı 02.06.1989-cu ildən 21.04.1997-ci il tarixədək Metallurgiya avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər işləmişdir. İddiaçının yerinə yetirdiyi peşə (təmirçi-çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbəndinin 2040400a18559 şifrə ilə güzəştli əmək pensiyası hüququ verir.
4. Bakı şəhər Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən verilmiş arayışa əsasən iddiaçı həqiqətən 25.04.1997-ci ildən 28.12.2005 -ci ilə qədər Bakı şəhəri rayonlararası Təmir-Tikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində çalışmışdır. Ştat cədvəli üzrə təzə çıxarışla 480 manat təşkil etmişdir.
5. Cavabdehin iddiaçının 28.01.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 03.02.2020-ci il tarixli məktubda qeyd olunur ki, təqdim etdiyi 9 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına aid etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətində olmaq mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı müm kün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 25 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni 1 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 36 ildir. 18.05.1978-ci ildə “TO-17” Armtuneltikinti müəssisəsində işə başlamış və həmin müəssisədə 28.04.1989-cu ilə qədər orada işləmişdir, işlədiyi dövrdə yeraltı işlərin görülməsində betonçu kimi işləmişdir. Həmin dövrdə işlədiyi iş yeri zərərli istehsal sahəsi olmuşdur. Həmçinin 02.06.1989-21.04.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma zavodunda işləmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının notariat təsdiqi imtinanın əsassız olduğunu təsdiq edir. Digər tərəfdən cavabdehin qeyd etdiyi 8-9 saylı qeydiyyatlar Ermənistan Respublikasında işlədiyi dövrə aiddir. Məlum səbəblərə görə Ermənistan Respublikasına sorğu vermək mümkün deyildir. Lakin həmin dövrdə “TO-17” Armtuneltikinti müəssisəsində onunla eyni vaxtda işləmiş X2 və Əliyev Əhəd (Aram) Əbdülkərim oğlu dediklərini təsdiq edə bilər. Həmçinin ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir ki, əmək kitabçasının 6-cı səhifəs ində edilmiş 24.06.1982-ci il düzəlişi düzdür. Belə olan halda cavabdehin imtinası tam əsasızdır və ona zərərli iş stajına görə 57 yaşı tamam olan tarixdə güzəştli pensiya təyin olunmalıdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-3625/2020 saylı iş) 18 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.
10. İddiaçı həm in qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X9, 2-1(103)-564/2021 saylı iş) 3 mart 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.
12. İddiaçı 8 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 6 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakç ılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Məhkəmə qərarı əsassızdır və mövcud qanunvericilik normalarına ziddir, məhkəmə prosesdə tərəflərin iştirakını lazımınca təmin etməyərək işə baxaraq birtərəfli aparmış və qərəzli qərar çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur.
14. İddiaçı 26.08.2019-cu ildə 3 saylı notariusda əmək kitabçasının notariat təsdiqini etmiş, həmin vaxt əmək kitabçasında heç bir pozuntu olmamışdır. Evdə yazı yazanda uşaq təsadüfən əmək kitabçasına çernil tökmüş, o da məcbur olub birinci notariusda təsdiq etdirdiyi əmək kitabçasına baxmadan əmək kitabçasının üstünə tökülmüş çernilə baxıb düzəliş edib 1 saylı notariusa getmiş əmək kitabçasını təzədən təsdiq etdirmişdir. İddiaçı səhvən 26. 08.2019-cu ildə 3 saylı notariusda təsdiq olunmuş əmək kitabçasını cavabdehə göndərmək əvəzinə əmək kitabçasının üstünə tökülmüş çernilə baxıb düzəliş edib 1 saylı notariusda təsdiq etdirdiyi əmək kitabçasını göndərmişdir. Ona görə də, cavabdeh imtina etmişdi. 15. 26.08.2019-cu ildə 3 saylı notariusda təsdiq edilmiş əmək kitabçası ilə üzərinə təsadüfən çernil dağıldığı üçün düzəliş edib 1 saylı notariusda təsdiq etdirdiyi əmək kitabçası arasında 24 gün fərq olduğu üçün 26.08.2019-cu il tarixi və 20.09.2019-cu il tarixləri barədə ekspertiza təyin olunması barədə dəfələrlə müraciət etməsinə baxmayaraq məhkəmə bu pozuntuya da göz yumaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün ekspertiza keçirməmişdir. İddiaçının əmək stajını təsdiq edən onunla işləmiş şəxslərin şahid kimi məhkəmə də dindirilməsini xahiş etsə də məhkəmə bunu da etməkdən qanunsuz olaraq imtina etmişdir. Bundan başqa, məhkəmə iddiaçının Rayonlararası təmir tikinti birliyində işlədiyi illəri, zəhərli istehsalatda işlədiyim 1997-ci ildən-2005-ci illəri də əmək stajı kimi hesab etməkdən qanunsuz olaraq imtina etmişdir.. 16. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə müvafiq olaraq sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən, müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında müəyyən edilir. İddiaçının qeyd edilmiş və məhkəmə tərəfindən “şübhə altına alınmış” müəssisələrdə işləməsi f aktı məhkəmə tərəfindən dərindən və keyfiyyətli araşdırılsaydı məlum olardı ki, həmin dövrün “Əmək pensiyaları haqqında” Qanuna əsasən, “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən, kifayət qədər sübutların olması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olardı. Bu səbəbdən də həmin dövr sosial sığorta stajı kimi hesab edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq oluna n siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyi n edilir. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri (-). 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (-); 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qa dınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən isteh salatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
24. SSRİ Nazirlər Sovetinin 4 avqust xxxcı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində texniki peşə məktəblərində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidə n ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə
32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olu nmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. (-).
27. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obye ktiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
31. İddiaçı AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək qeydlərdə olan dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni 1 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
32. Cavabdehin və onunla razılaşa n apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə düzəliş aparılmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciətinə əlavə etdiyi əmək kitabçasının surəti ilə məhkəməyə təqdim etdiyi əmək kitabçasının əslində həmin düzəlişlər müxtəlif cür qeyd edilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmamışdır.
33. İddiaçının şikayətinin dəlillərinə görə apelyasiya məhkəməsi əmək kitabçasında olan məlumatları nəzərə almadan, əmək kitabçasında pozuntu apar ılmasını müəyyən etmək üçün ekspertiza təyin etmədən, habelə güzəştli iş stajını nəzərə almadan əsassız olaraq pensiya hüququnu bərpa etməkdən imtina etmişdir.
34. Kasasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
36. Cavabdeh 3 fevral 2020-ci il tarixli imtina məktubunda AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində o lan 8 və 9 saylı qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək ümumi iş stajının artıq göstərildiyini bildirmişdir.
37. İddiaçı iddia ərizəsində AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsini arzu etmişdir.
38. Apelyasiya məhkəməsi iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə düzəliş aparıldığını, bu səbəbdən iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajının tamamlanmadığını bildirmişdir.
39. Cavabdeh və apelyasiya məhkəməsi iddiaçıya məxsus fərqli əmək kitabçalarına istinad etmişdir.
40. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi iddiaçıya məxsus olan İT-İ ******* nömrəli əmək ki tabçası və ya onun surəti iş materiallarında müəyyən olunmamışdır.
41. İşdə iddiaçıya aid AT-İ seriyalı ******* saylı əmək kitabçası və onun ayrı-ayrı vaxtlarda notarius tərəfindən təsdiq edilmiş surətləri mövcud olmuşdur.
42. İşin 38-ci səhifəsində olan iddiaçıya aid əmək kitabçasının əslində 8 və 9-cu qeydlərdə düzəliş aparıldığı aşkardır. Belə düzəlişin aparılmadığını iddiaçı da təkzib etməmişdir.
43. Əmək kitabçasının surətləri Sumqayıt şəhəri 3 saylı notariat ofisində, biri 26 avqust 2019-cu il, digəri 9 sentyabr 2020-ci il tarixdə təsdiq edilmişdir.
44. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin Vəkil ünvanladığı 2 mart 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, notariat ofisində 26 avqust 2019-cu il tarixdə əmək kitabçası təsdiq edilərkən əmək kitabçasında düzəliş və pozuntu aşkar edilməmişdir, sənədin surəti təsdiq olunarkən sənədin nüsxəsi ofisdə saxlanılmır.
45. Apelyasiya məhkəməsi həmin məktubla bağlı araşdırma aparmamış, sənədin surəti notariat ofisində saxlanılmadığı halda 26 avqust 2019-cu il tarixdə təsdiq olunan vaxt əmək kitabçasının 8 və 9-cu qeydlərində düzəliş aparılıb-aparılmadığını 2 mart 2021ci il tarixli məktubu imzalayarkən necə müəyyən etməsini yoxlamamışdır.
46. Apelyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə düzəliş aparılması səbəbi ilə iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajının tamamlanmadığı nəticəsinə gəlmiş, lakin iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi stajının müddəti ilə bağlı heç bir araşdırma aparmamışdır.
47. İddiaçının hərbi biletində olan məlumata görə 11 noyabr 1974-cü il tarixdən 6 dekabr 1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur.
48. Əmək kitabçasında 8 və 9-cu sırada pozuntu aparılan dövr, habelə həmin sırada olan iş yerləri üzrə əmək fəaliyyəti nəzərə alınmadığı halda iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı cavabdeh tərəfindən müəyyən edilməmiş, hərbi xidmət dövrü ilə birlikdə qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olmayan ümumi stajın mövcud olubolmaması yoxlanılmamışdır.
49. Apelyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlə pensiya hüququ verən azı 12 il 6 ay staja malik olması barədə də heç bir araşdırma aparmamışdır.
50. İddiaçıya aid sənədlərdə onun 18.05.1978-15.09.1987-ci il tarixədək “TO-17” Armtuneltikinti müəssisəsində beton-qarışdıran və tələbə, 02.10.1987-28.04.1989-cü il tarixədək İndje van Stansiyasında quraşdırıcı, 02.06.1989-21.04.1997-ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yayma təmirçi-çilingər, 25.04.1997-28.12.2005-ci il tarixədək 5-ci dərəcəli elektrik-çilingər vəzifələrində işləməsi, “Azərboru” Azərbaycan Boru Yayma Zavodunun 16.09.2019-cu il tarixli arayışında 02.06.1989-cu il tarixdən 21.04.1997-ci il tarixədək Metallurgiya avadanlıqlarının təmiri üzrə təmirçi-çilingər işləməsi, 25.04.1997-ci il tarixdən 28.12.2005-ci il tarixə qədər Bakı şəhəri rayonlararası Təmir-Tikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində çalışması qeyd edilmişdir. 51. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, s osial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
52. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
53. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan iş lərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
54. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında olması, müddəti, güzəştli iş arayışının mövcudluğu, habelə əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsinin alınmasının zəruriliyi və əmək kitabçasında saxtakarlıq edilməsi barədə ekspertiza təyin edilməsinin zəruriliyi barədə araşdırma aparmamışdır.
55. Bəhs olunan halların müəyyən edilməsi işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
56. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
57. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində rədd olunmalıdır.
58. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara ald ı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-564/2021 saylı 3 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.