Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1166/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1992-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-396/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraa t qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli, B17№-167555 nömrəli bakalavr diplomuna əsasən, İddiaçı Ukrayna Respublikasının “X2 Edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsinin “maliyyə və kredit” ixtisası üzrə təhsil almış, ona Maliyyə Menecmenti tədris proqramı üzrə bakalavr dərəcəsi və bu barədə, xx.xx.2017-ci il tarixli, B17N-167555 nömrəli diplom verilmişdir. Diplom Ukrayna Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 31 iyul 2018-ci ildə apostil edilmişdir.
2. GUMA meridianı tərəfindən verilmiş 19 aprel 2019-cu il tarixli, 04/26 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən də 2017-ci ildə Gürcüstand a (Tbilisi ş.) “X2 edilməsi Akademiyasını” distansiyalı olaraq maliyyə və kredit ixtisası üzrə bitirdi və qeyd edilən təhsil ocağı onun adına B17№-167555 nömrəli diplom verdi. Əsas: arayış tədris–məsləhətxanası mərkəzi “GUMA meridianı” və Kiyevin “X2 edilməsi Akademiyası” arasında bağlanan müqavilə. 3. 3 fevral 2021-ci il tarixli ekspert rəyindən çıxarışa əsasən, iddiaçı 3 fevral 2021-ci il tarixdə ekspertizanın tərkib hissəsi olan müsahibə mərhələsində iştirak etmiş və müsahibənin nəticələri aşağıdakı kimi qiymətləndirilmişdir: İddiaçı danışıq mərhələsində sualları anlayır, düzgün tələffüz etmir, qısa cavablara üstünlük verir (hə, yox), fikrini natamam ifadə edir. Tərcümə mərhələsində çətinliklə tərcümə edir, məhdud söz ehtiyatı var (mətnin 1/4-2/4-dək hissəsini tərcümə edir). Yazı mərhəl əsində sualı oxuyur, suala əlaqəsiz və natamam cavab yazır, 3-dən artıq qrammatik və ya orfoqrafik səhvləri var. Yekun olaraq tədris dili qeyri-qənaətbəxş hesab edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən onun adına verilmiş 30 iyun 2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınmasını və ekvivalentliyin müəyyən edilməsini xahiş etmişdir.
5. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın “X2 edilməsi Akademiyası”nın tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. E yni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, iddiaçının 11E71DE362B nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 12 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabd ehin 11 fevral 2021-ci il tarixli məktubu ilə diplomun tanınmasından imtinanın qanunsuz hesab edilməsi və Ukrayna Respublikasının “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən iddiaçının adına verilmiş 30 iyun 2017-ci il tarixli, B17 167555 nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ukrayna Respublikasının “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsinin “maliyyə və kredit” ixtisası üzrə təhsil almış və bu barədə, həmin təhsil müəssisəsi tərəfindən ona 30 iyun 2017-ci il tarixli, B17N-167555 nömrəli diplom verilmişdir. Bununla bağlı, o, cavabdehə diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə müraciət etmişdir. 3 fevral 2021-ci il tarixdə onunla 15 dəqiqəlik onlayn müsabiqə keçirilmiş, 11 fevral 2021-ci il tarixdə müraciətin təmin olunmasından imtina edilməsinə dair elektron formasında cavab göndərilmişdir. Ona diplom Ukrayna Respublikasının “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş, lakin o,ı təhsilini həmin Akademiyanın Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən “Quma Meridiani” tədris mərkəzi ilə aralarında bağlanmış müqaviləyə əsasən Tiflis şəhərində almışdır. Bununla bağlı, “Guma Meridiani” tədris mərkəzi tərəfindən 19 aprel 2019-ci il tarixli, 04/26 saylı arayış da verilmişdir. Eyni zamanda, Təhsil Nazirliyinə təqdim edilmiş pasportun təsdiq olunmuş surəti ilə də müəyyən edilmişdir ki, o, tədris normativi üzrə tələb olunan müddətlərdə Tiflis şəhərində olmuşdur. AR Təhsil Nazirliyinin imtina üçün əsas götürdüyü ekspert qrupunun mənfi rəyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsi ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın tələbləri pozulmaqla verilmişdir. Mənfi rəyin verilməsinin əsasları qeyd olunan qaydalarda açıq şəkildə göstərilmişdir. Həmin qaydaların heç bir bəndində belə bir əsasla mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, ona imtina cavabı verilməsi Azərbaycan Hökuməti ilə Ukrayna Hökuməti arasında imzalanmış “Təhsil, elmi dərəcədə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 16 mart 2000-ci il tarixli Sazişin tələblərinə ziddir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçının sözügedən təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında tədris dövrü ərzində həmin ölkədə ümumiyyətlə olmadığı məlum olmuşdur. İddiaçı ərizəsində sözügedən təhsil müəssisəsinin Tiflis şəhərində yerləşən tədris mərkəzi ilə müqaviləsi olduğunu və Gürcüstanda təhsil aldığını bildirmişdir. Ukraynanın “X2 edilməsi Akademiyası”nın Gürcüstan Respublikasında təhsil fəaliyyəti üçün hər hansı xüsusi razılıq (lisenziya) verilmədiyi müəyyən edilmişdir. İddiaçının təhsil aldığı Gürcüstanın “GUMA Meridiani” təhsil mərkəzi isə ümumiyyətlə ali təhsil müəssisəsi statusuna malik olmamışdır. Akkreditasiyadan keçməyən və lisenziyası olmayan təhsil müəssisəsinin verdiyi diplom isə qanuni hesab oluna bilməz. Bundan əlavə, yenidən araşdırma zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı da müəyyən edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-4970/2021 nömrəli qərardadı ilə iddia Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə mümkün sayılmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-4970/2021 nömrəli qərarı (hakim: M.Hacıbəyova) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən, iddiaçı Ukrayna Respublikası ərazisində olmamış, yəni cavabdehin etirazında göstərildiyi kimi, təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X2 Edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsində təhs il aldığını, Akademiya ilə təşkilati-məsləhət və informasiya xidmətləri təminatı əsasında əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərən “Quma Meridiani”-nın ali təhsil müəssisəsi olmasını sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçının təhsil aldığı Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına almağa əsas verir. Belə olan halda, iddiaçının diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən cavabd ehin imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-396/2022 nömrəli qərarı (hakimlər: S.Bəktaşi (sədrlik edən və məruzəçi), M.Tağızadə və A.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı Gürcüstan Respublikasında “Guma Meridiani” təhsil mərkəzində qiyabi formada distant təhsil almışdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.1.3-cü maddəsində distant təhsil mövcuddur. Bu barədə, “Quma Meridiani” Təhsil mərkəzinin rəhbəri tərəfindən 19 aprel 2019-cü il tarixli, 04/26 saylı arayış verilmiş və həmin arayış iş materialına əlavə olunmuşdur. Həmçinin, iddiaçı rus dilini normal bilir və buna görə də xarici ölkədə 4 il yarım təhsil almışdır. Xarici ölkədə tədris aldığı müddətlərdə sərhədkeçmə vaxtları pasportunda qeyd edilmişdir. Pasportunun təsdiq edilmiş surə ti iş materialına əlavə olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsindən Ukrayna Respublikasına LTM Regionlararası rəhbərliyinə sorğu göndərilmiş, 12 oktyabr 2020ci il tarixli, 1201 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd olunmuşdur ki, LTM Regionlararası personalın idarə edilməsi Akademiyasında iddiaçı 30 iyun 2017-ci il tarixli, B 17 N-167555 saylı diplom almışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtis aslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsi ni bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları": Bənd 1.1 Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nöm rəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilmə sinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səvi yyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
21. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» Maddə 1 Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; Maddə 2 Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır; Maddə 5 Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «m agistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; Maddə 6 Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
22. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyası Maddə
6. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması təl əbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası i lə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, Ukrayna Respublikasının Özəl Səhmdar Cəmiyyət olan “X2 edilməsi Akademiyası” Ali Təhsil Müəssisəsi tərəfindən ona verilmiş ali təhsil haqqında (bakalavr) diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmiş, imtina cavabı vermişdir.
28. Hazırkı iş üzrə iddiaçının diplomunun tanınmasından imtinanın əsasını onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin kifayət qədər qənaətbəxş olmaması təşkil edir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, şəxsin xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Belə ki, xarici ölkədə alınmış təhsil üz rə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır.
30. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının ixtisas üzrə tədris dilini bilməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun qaydada yoxlanılaraq iddiaçının tədris dilini tələb olunan səviyyədə bilməməsi müəyyən edilmişdir. Hazırkı iş üzrə iş materiallarında olan 3 fevral 2021-ci il tarixli ekspert rəyindən id diaçının tədris dilini bilmə səviyyəsinin kifayət qədər qənaətbəxş olmaması müəyyən edilmişdir.
31. Hazırkı qərarın 22-ci bəndində isə qeyd olunmuşdur ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələbləri müəyyən edən anlayışdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsində n imtina edilməsi qanuni və əsaslı olmuşdur.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ukrayna Respublikası ərazisində olmamış, yəni təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir.
33. Beləliklə, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansi yası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının diplomunun tanınmas ı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-396/2022 nömrəli qərarı dəyişdirilmədən saxl