Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1166/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli 2-1(103)-1158/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1965-ci il tarixində doğulmuşdur. xx.xx.1980-ci ildə 56 nömrəli Bakı Texniki Peşə Məktəbinə qəbul olmuş, həmin məktəbi xx.xx.1983-cü ildə “Avtomobil təmiri üzrə çilingər” ixtisası üzrə tam əyani formada bitirmiş, Dövlət İmtahan Komissiyasının 14 iyul 1983-cü il tarixli qərarı ilə ona çilingər ixtisası verilmiş, bu bar ədə müvafiq diplom almışdır (3 il ümumi staj).
2. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdur (2 il 21 gün ümumi staj).
3. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 18 dekabr 1985-ci il tarixli əmək kitabçasının və xx.xx.2022-ci il tarixli arayışın məlumatlarına əsasən, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Azərbaycan SSR MSN-nin Nəqliyyat Kontorunda birinci dərəcəli motorçu işləmişdir (4 il 7 ay 6 gün güzəştli staj). xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək “Yeganə” kooperativində santexnik peşəsində işləmişdir (4 ay 2 gün ümumi staj). xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Azərbaycan SSR Qlavuprjivprom PMK-da 3-cü dərəcəli motorçu peşəsində işləmişdir (8 ay 10 gün güzəştli staj). xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək X3 Donanma İdarəsinin “Dm.Dudçenko” gəmisində 2-ci dərəcəli motorçu peşəsində işləmişdir (5 il 6 ay 19 gün güzəştli staj). xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək X3 Donanma İdarəsinin “İ.Xankişiyev” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləmişdir (4 il 1 ay 27 gün güzəştli staj). xx.xx.2001-ci ildən xx.xx.2012-ci ilədək X3 Donanma İdarəsinin “S.Vəzirov”, “Atlet-2”, “A.Mustafayev”, “Şirvan-3” gəmilərində kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, dublyorkapitan və kapitan vəzifələrində işləmişdir (11 il 4 ay 10 gün güzəştli staj). xx.xx.2012-ci ildən hal-hazıradək X3 Donanma İdarəsinin “Bunkerovişik-7”, sonradan “Əli Əmirov” gəmilərində kapitan vəzifələrində işləyir. (xx.xx.2017-ci ilədək 4 il 9 ay 14 gün güzəştli staj).
4. İddiaçı cavabdehə müraciət edərək, 57 yaşının tamam olduğu tarixdən ona güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (cəmi 24 il 10 ay 28 gün) olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödən ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 19 aprel 2022-ci il tarixində tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana (etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə) müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 may 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsilə almışdır) ona məxsus əmək kitabçasının əslini təqdim etməyini bildirmişdir. O, əmək kitabçasının əsli və digər tələb olunan sənədlərlə birlikdə 24 may 2022-ci il tarixində cavabdehə təkrar müraciət etmişdir. Cavabdeh 10 iyun 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsilə almışdır) ona pe nsiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 10 ay 28 gün) olması göstərilmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 12 il 06 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. xx.xx.2017-ci il tarix inədək onun ümimi iş stajı 39 il 9 ay 5 gün təşkil edir. Həmin 39 il 9 ay 5 gün əmək stajın yarıdan çoxu, yəni 31 il 1 ay 25 günü ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun xx.xx.1991-ci ildən hal-hazıradək X3 Donanması İdarəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. O, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyədək 39 il 9 ay 5 gün ümumi, 31 il 1 ay 25 gün xüsusi staj qazandığına görə, hazırkı işə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 57 yaşından pensiya təyin edilməlidir. Qeyd edir ki, analoji işlə bağlı vahid məhkəmə təcrübəsi var. Azərbaycan Respublikasının yüksək məhkəməsi olan Ali Məhkəmə oxşar işlə bağlı aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv etmiş, qanunamüvafiq göstərişlər vermişdir.
8. Cavabdeh iddia tə ləbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır ol an digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsa latların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1980 xx.xx.1983; xx.xx.1983 - xx.xx.1985; xx.xx.1985 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1991; xx.xx.1991 - xx.xx.2005-ci illər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı cəmi 24 il 10 ay 28 gün təşkil edir. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi də mümkün deyildir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası da iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda v ə bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasının iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2017-ci il tarixinədək 57 yaşı tamam olmalı idi. Lakin iddiaçının 57 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur, həmin tarixdə isə həmin normaya əsasən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün yaş həddi artıq 60 yaş olaraq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.Həsənova) 26 oktyabr 2022-ci il tarixli, 21(112)-10178/2022 nömrəli qərarı i lə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının Sovet ordusunda hərbi xidməti, təhsil müddəti və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 11 ay, yəni 25 ildən az olması müəyyən edilmişdir. Odur ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə tamam olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən də ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. Çünki, bu normanın hazırkı mübahisəyə tətbiqi o halda mümkün olardı ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixinədək tamam olsun.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Səmədov sədrlik edən və məruzəçi, X.Cəmilova, A.Oruczadə) 07 fevral 2023-cü il tarixli, 2-1(103)1158/2023 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10178/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2-1(103)-1158/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Bundan əlavə, iddiaçı bildirir ki, xx.xx.2006-cı il tarixinədək ümumi iş stajım 24 il 11 ay 6 gün təşkil edir. Lakin hərbi xidmətdən xx.xx.1985ci ildə tərxis olunmuş, xx.xx.1985-ci ildən isə işləməyə başlamışdır. İşləmədiyi bu 1 ay staja daxil edilməklə, xx.xx.2006-cı il tarixədək onun ümumi stajı 25 ildən çox olur.
16. Belə ki, SSRİ Nazirlər Sovetinin 1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial s ığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən, SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə, fasiləsiz əmək stajına daxildir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. Etiraza əsasən cavabdeh kassasiya şikayətini təmin edilməməsini və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli 2-1(103)-1158/2023 nömrəli qərarının dəyişdirilmədən sa xlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi h esabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələr in və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İddiaçını n 57 yaşının xx.xx.2022-ci il tarixdə tamam olması, Sovet ordusunda hərbi xidməti, təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 11 ay, yəni 25 ildən az təşkil etməsi işin mübahisə edilməyən hallarıdır. 30. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsəinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün o, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajına malik olmalıdır. Yuxarıdakı bənddə qeyd edildiyi kimi, iddiaçıya münasibətdə bu şərtin ödənilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, qeyd edilən normalara əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb edilən digər şərtlərin ödənilib-ödənilməməsinin yoxlanılmasına zərurət qalmır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas yoxdur.
31. İddiaçı kassasiya şikayətində qeyd edir ki, SSRİ Nazirlər Sovetinin 1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nm 8-ci bəndinin “a” yarımbəndinə əsasən, SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma tarixi arasında fasilə üç a ydan artıq deyilsə, fasiləsiz əmək stajına daxildir.
32. Hərbi xidmətdən xx.xx.1985-ci ildə tərxis olunmuş, xx.xx.1985-ci ildən isə işləməyə başlamışdır. Odur ki, işləmədiyi bu 1 ay iş staja daxil edilməlidir ki, bu halda xx.xx.2006-cı il tarixədək onun ümumi stajı 25 ildən çox olur.
33. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, istinad edilən qərarda təsbit edilən bu müddəa şəxsin əmək fəaliyyəti ilə məşğul olduğu müddətin hansı hallarda fasiləsiz əmək stajına daxil edildiyini müəyyən edir. Bu isə şəxsin faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmadığı müddətin onun iş stajına daxil edilməsi anlamına gəlməyə əsas vermir. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaç ıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ilkin şərt onun 57 yaşının həmin normanın qüvvədə olduğu vaxtda, yəni xx.xx.2017-ci il tarixədək tamam olmasıdır. İddiaçının 57 yaşının xx.xx.2022-ci il tarixində, yəni həmin norma qüvvədən düşdükdən sonra tamam olması işin mübahisəsiz halıdır ki, bu da həmin norma əsasında ona güzətli pensiya təyin olunmasını istisna edir. Qeyd edilməlidir ki, iddiaçıya münasibətdə pensiya yaşı ilə bağlı şərt ödənilmədiyindən, sözügedən normanın digər dispozisiya şərtlərinin yoxlanılmasına zərurət yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 21(103)-1158/2023 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.