Məhkəmə qərarları › İş №2-1(102)-1167/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1167/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1167/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X3” Bakı filialı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı “X3” Bakı filialının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin vəki li Vəkil iştirakı ilə iddiaçı “X3” Bakı filialının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103.3 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2817/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışla Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 3-cü mərtəbəsində 13103.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 4259 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 21(82)1578/2016 saylı qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 13103.3 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ “X3” Bakı filialı adına daşınmaz əmlakın döv lət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrinə çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışla Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 32 ünvanında yerləşən 13103.3 kv.m-lik qeyriyaşayış sahəsi “X3” Bakı filialının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan həmin qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 25.08.2017-ci il tarixli, **********73 saylı, 14.10.2017ci i l tarixli, **********25 saylı və 05.03.2018-ci il tarixli, **********28 saylı cavab məktubları ilə bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyinə dair hər hansı sənəd olmadığından və təqdim edilmiş eskizlə faktiki vəziyyət uyğunsuzluq təşkil etdiyindən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103.3 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reysestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Bak ı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanda olan binada ümumi sahəsi 13103.3 kv.m qeyri yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, mülkiyyətin olan qeyri - yaşayış sahəsinə texniki pasportun verilməsini xahiş etmiş, cavabdehin 25.08.2017-ci il tarixli **********73 nömrəli, 14.10.2017ci il tarixli **********25 nömrəli və nəhayət 05.03.2018-ci il tarixli **********28 nömrəli məktubları ilə qeyri - yaşayış sahəsinin yerləşmə mövqeyinə dair hər hansı sənəd olmadığından və sonradan təqdim olunmuş eskizlə faktiki vəziyyət uyğunsuzluq təşkil etdiyindən texniki pasportun verilməsindən imtina olunmuşdur. Cavabdehlə aparılmış danışıqlar isə heç bir nəticə verməmişdir. Həmin qeyri - yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olmuş “xxxx” MMC-yə verilmiş çıxarışa görə hazırda iddiaçıya məxsus 13103.3 kv.m qeyri - yaşayış sahəsi 3-cü mərtəbədə yerləşir. Bu hissənin ümumi sahəsi isə pilləkən qəfəsləri və lift boşluğu da nəzərə alınmaqla 15670 kv.m-dir. Və bu barədə çıxarışla yanaşı texniki pasport da verilmişdir. Dövlət Reyestrində həmin əmlaka aid onu fərdiləşdirən məlumatlarla yanaşı, onun yerləşmə yeri və eskiz layihəsi də tərtib olunur və qovluqda yığılır. Mülkiyyətçi dəyişdikdə əmlak müqaviləyə uyğun olaraq, yeni mülkiyyətçiyə əvvəlki həddə keçir. Ona görə də iddiaçı cavabdehin texniki pasport verilməsindən imtinasını əsassız hesab edir. Cavabdeh 09 iyul 2018-ci il tarixdə iddiaya qarşı etiraz təqdim etmiş, etirazını imtina cavabında istinad etdiyi eyni dəlillərlə əsaslandırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 30 avqust 2018-ci il tarixli 2-1(82)2941/2018 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən ümumi sahəsi 13103.3 kv.m qeyri- yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya texniki pasportun verilməsindən imtina edilməsi üçün hər hansı bir qanuni əsas yoxdur, ona görə də imtina əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 21(103)-2817/2018 nömrəli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şi kayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2-1(82)-2941/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 2-1(103)-2817/2018 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, müvafiq qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyinə dair İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Bundan əlavə, İdar əyə təqdim olunmuş eskizlə sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq qeyriyaşayış sahəsi daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. Lakin aparılmış yenidənqurma işlərinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Daha sonra qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Müvafiq inzibati işlə bağlı sonuncu 19.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cava bdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 2-1(103)-2817/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.3- cü bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etməkdir. Həmin Əsasnamənin 3.0.24-cü bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.10-cu bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərini və texniki sənədlərin tərtibini, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini təşkil etmək və akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək xidmətin vəzifəsidir. Apelyasiya məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən qeyd etmişdir ki, cavabdeh təqdim olunmuş qeyri-yaşayış sahəsinin eskiz cizgisinin olmaması əsası ilə iddi açının əmlakına dair texniki pasportun verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, sözügedən qeyriyaşayış sahəsi əvvəllər “xxxx” MMC-nin mülkiyyətində olmuş, sonuncunun buna dair dövlət reyestrindən çıxarışı və müvafiq texniki pasportu olmuşdur. Sonradan isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş, hazırda həmin sahəyə iddiaçının adına mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda mübahisəli qeyri - yaşayış sahəsi ilə bağlı arxiv qovluğunda yerləşmə cizgisinin olmaması ağlabatan hesab edilmir. Bununla bağlı, cavabdehə arxiv qovluğunun təqdim edilməsi təklif olunsa da, qovluq təqdim edilməmişdir. Hər bir halda mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədin (mərzləşdirmənin aparılması) saxlanılması cavabdehin məsuliyy ət dairəsinə aiddir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdehin kassasiya şikayətinin dəlillərində biri də prosessual hüquq normalarının apelyasiya məhkəməsi tərəfindən pozulması ilə bağlıdır. Cavabdeh bildirmişdir ki, müvafiq inzibati işlə bağlı sonuncu – 19.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə apelyasiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 19.12.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X1 iştirak etmiş, işin 19.12.2018-ci il tarixə, saat 10:40-a təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. Qeyd edilənlərə əsasə n məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 2-1(103) -2817/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar