Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1167/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Açar söz: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, hərbi xidmət keçmənin hərbi biletlə yanaşı hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsbiq olunması, qanuni əsaslarla tərxis olunma. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 və vəkili Vəkil i ştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)56/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1963-cü ildə İsmayıllı rayonun Ərəgit kəndində doğulmuşdur və hazırda həmin kənddə yaşayır. 1985-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmiş və hərbi kafedra tərəfindən ona leytenant rütbəsi və "radiasiya və kimyəvi kəşfiyyat üzrə taqım komandiri" hərbi ixtisas ı verilmişdir. İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiya onun N saylı hərbi hissədə xidməti barədə Müdafiə Nazirliyinin arxivində məlumat aşkar olunmamasını əsas tutaraq tələbini təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin oktyabr ayının axırlarında İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən ehtiyatda olan hərbi zabit kimi hərbi xidmətə çağırılmışdır. Noyabr ayının 11-dək İsmayıllı-Qəbələ batalyonunda xidmət etdikdən sonra gözünün müa yinəsi üçün Bakı şəhər Göz İnstitutuna göndərilmiş, xx.xx.1993-cü ildə Hərbi Komissarlıq tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir. Lakin hərbi ixtisası uyğun gəlmədiyindən geri qaytarılmış, 1993-cü ilin dekabr ayının 9-da yenidən hərbi xidmətə çağırılmış, bir ay Abşeron rayonun "Pirəkəşkül" adlanan hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsində olan N saylı hərbi hissəyə zabit kimi hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissədə xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış və ilk gündən Ağdam rayonun Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ildə N saylı hərbi hissənin komandirinin xx.xx.1994-cü il tarixli 1041 saylı məktubu ilə İsmayıllı Rayon Hərbi Komissarlığına qaytarılmışdır. Həmin məktub İsmayıllı Rayon Hərbi Komissarlığında ona aid olan sən ədlər qovluğunda saxlanılır və hərbi biletində də qeyd edilmişdir. Onun xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə xidmətini və döyüşlərdə iştirak etməyini onunla birlikdə xidmət etmiş və döyüşdə iştirak etmiş döyüş yoldaşları da təsdiq edə bilərlər. Cavabdehin etiraz dəlilləri: Cavabdeh arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti barədə məlumat olmadığından ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-486/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilmiş, Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məh kəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə hərbi bilet şəxsin döyüşlərdə iştirak etməsini sübut edən sənəddir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus xx.xx.1986-cı il tarixli VŞ seriyalı 117503 nömrəli hərbi biletdə qeyd edilmişdir. Hərbi biletin 11-ci səhifəsində onun xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində və xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi göstərilmişdir. Biletin 12-ci səhifəsində isə qeyd edilir ki, xx.xx.1995-ci il tarixli 74 nömrəli əmr ilə ehtiyata buraxılmışdır. İddiaçının döyüş ə məliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar möcvuddur. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. İddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 395/2019 saylı,xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və M.Hüseynov) Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-486/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi tə min olunmamışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilir ki, N nömrəli hərbi hissənin 1993-cü ilin noyabr ayına aid əsgər zabit heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin 1993-cü ilin noyabr-dekabr ayları və 1994-cü ilin yanvar ayı tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin 1994-cü ilə aid əsgər və zabit heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin 1994-cü ilin yanvar ayı tarixi nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasnın xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və m əuzəçi), N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti təmi edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən prosessual-hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının hərbi biletindəki rəsmi qeydləri ümumiyyətlə araşdırmamış, onların hansı səbəbə görə diqqətə almadığını yazmamış, nəticə etibarı ilə də sözügedən məlumatlara hüquqi qiymət verməmiş, yəni arxivdə məlumatın olmaması, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hərbi biletdəki rəsmi qeydlərin mötəbərliliyini nədən şübhə altına al ınması barədə apelyasiya instansiyası məhkəməsi heç bir hüquqi mövqe ortaya qoymamışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-56/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-486/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiysı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-56/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kass asiya şikayətinin dəlilləri: Məhkəmə qərar qəbul edərkən arxiv arayışına əsasən iddiaçının N və N nömrəli hərbi hissələrdə xidməti barədə məlumatın aşkar olunmadığını, həmçinin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyini, N nömrəli hərbi hissənin isə iddiaçının orada xidmət etdiyi vaxt (atəşkəsdən sonra - xx.xx.1994-xx.xx.1995) artıq döyüş əməliyyatlarında iştirak etmədiyini nəzərə almamışdır. Halbuki həmin halların mövcud olub-olmaması “Müharibə veteranı” sayılıb-sayılmamasına birbaşa təsiri var. İddiaçının hərbi biletində N nömrəli hərbi hissədə xidmət etməsi barədə qeydlərin arxiv arayışı ilə təsdiq olunmaması onların “İnzibati İcraat haqqında” Qanununun 19-cu maddəsinə əsasən mötəbər sayılmamasına dəlalət edir. Məhkəmə qərar qəbul edərkən aşağıda qeyd olunmuş Əsa snaməyə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarını nəzərə almamışdır. Çünki həmin dəyişikliklərə əsasən hərbi biletdə olan məlumatların əsaslığı üçün şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmalıdır. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6.-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar mütləq təqdim edilməlidir. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə çıxışlarda iştirak etmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlə rə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçının təqdim etdiyi və surəti iş materiallarına əlavə olunmuş xx.xx.1986-cı il tarixli 117503 nömrəli hərbi biletin 12-ci və 16-cı səhifələrində qeyd edilir ki, iddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış və Baş Qərərgah rəisinin xx.xx.1995-ci il tarixli 74 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Eyni zamanda hərbi biletin 1 1-ci səhifəsində olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində və xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, iddiaçının məhkumluğu barədə məlumat yoxdur. Yəni iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqı nda» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında h ərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hallarda), şəxsi işlər, orden və medallarla təlti f olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Adı çəkilən Əsasnamədən də görünür ki, hərbi biletlər “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Lakin hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, məsələnin həllinə formal yanaşılmamalı, işin bütün halları nəzərə alınmaqla qərar çıxarılmalıdır. Əgər iddiaçı bu cür sübutları təqdim etməmişsə, lakin məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq Müdafiə Nazirliyinə verdiyi sorğulara alınmış cavablar iddiaçının hərbi biletində əksini tapmış məlumatların həqiqiliyinə dəlalət edirsə və iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməsi və hərbi əməliyyatlarda iştirak etməsini aydın şəkildə birmənalı təsdiq edirsə, iddiaçının tələbi perspektivli ola bilər. Hazırki iş materiallarının 35-ci səhifəsində olan N saylı Hərbi Hissə komandirinin İsmayıllı rayon Hərbi Komisarlığına ünvanladığı xx.xx.1994-cü il tarixli məktubundan görünür ki, leytenant İddiaçı Hərbi Komissalığın sərəncamına göndərilmişdir. İş materiallarının 61-ci vərəqində olan N saylı Hərbi Hissə komandiri tərəfindən imzalanmış və möhürlənmiş buraxılış vərəqindən görünür ki, leytenant İddiaçı xx.xx.1994cü il tarixdə saat 21-ə qədər buraxılmışdır. Həmçinin iş materilların da olan Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 16/1844 saylı məktubunda göstərilmişdir ki, N saylı hərbi hissə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbu l edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İddiaçının təqdim etdiyi hərbi biletində lazımi şəkildə təsdiq edilməklə aparılmış qeydlər və arxiv materiallarında əksin tapmış məlum atlar, onun xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılması, 1994-cü ilin yanvar ayında N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli 74 saylı əmrinə əsasən ehtiyata buraxılmasını təsdiq edən sübutdur. İşin bu vəziyyətində, İPM-nin 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan bu baxımdan mövqeyini iddiaçının hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının təqdim olunmadığını göstərir. Cavabdehin bu mövqeyi formal baxımdan yuxarıda qeyd olunan Əsasnamənin 1-ci bəndinə uyğundur. Lakin nə zərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraci ət etməsi ilə kifayətlənmiş, əlavə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası bununla bağlı olaraq həm də qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə iddiaçının N saylı hərbi hissədə xidmətini araşdırmaq üçün Müdafiə Nazirliyinə sorğu göndərərək, hərbi hissənin 1994-1996-cı illərə aid əmr kitablarından iddiaçının adı olan hissəsinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi həmin sorğuya xx.xx.2019-cu il tarixdə verdiyi cavabında bildirmişdir ki, N saylı hərbi hissənin 1993-1994-cü illərə aid şəxsi heyətin pul təminatı cədvəlləri Müdafiə Nazirliyinin arxivinə daxil olmamışdır. Halbuki, iş materiallarının 39-cu səhifəsində olan N saylı hərbi hissə komandirinin İsmayıllı rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.199 8-ci il tarixli məktubunda hərbi hissənin 19931995-ci illərə aid əmrlər kitabının Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının N saylı hərbi hissədə xidmət etməsi barədə hərbi biletində, habelə şəxsi işində əksini tapmış məlumatların arxiv məlumsatları ilə təsdiqlənməsi ona görə mümkün olmamışdır ki, hərbi hissənin həmin dövrə aid sənədləri arxivə təhvil verilməmişdir. Yəni arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir, «hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə iddiaçının tələbi təmin olunmamalıdır» kimi gəlinən nəticə isə inzibati icraatın müt anəsiblik prinsipi ilə uzlaşmır. İddiaçının təqdim etdiyi sübutlar mötəbər sayıldığına görə, formal tələblərə əməl olunmaması əsas götürülməklə onun tələbinin təmin olunmaması, mütənasiblik prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-56/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı d
Məhkəmə qərarları › İş №2-1(102)-1167/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1167/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver