Məhkəmə qərarları › İş №2-1(102)-1167/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1167/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1167/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “əlavə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2021 nömrəli, 2021-ci il 04 mart tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar cavabdehə qarşı 2020-ci il 18 may tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün satın almaya məruz qalmış əmlaklar üzrə ödənilməyən vəsaitlər üzrə iddiaçıların xeyrinə İddiaçı1 xeyrinə 4458.2 manat, X1 xeyrinə 13275.8 manat, X3 xeyrinə 15854.0 manat, İddiaçı4 xeyrinə 13400.6 manat, İddiaçı5 xeyrinə 10460.0 manat, İddiaçı6 xeyrinə 24038.0 manat, İddiaçı7 xeyrinə 12709.2 manat, İddiaçı8 xeyrinə 14000.6 manat, İddiaçı9 xeyrinə ödənilmiş məbləğ üzrə 27109.2 manat, 141.74 kv.m üzrə ödənilməmiş hər bir kv.m üzrə 1000 manat vəsait üzrə 141740.0 manat və həmin vəsaitin 20 faizi üzrə 28348.0 manat, cəmi 197197.2 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4571/2020 saylı, 2020-ci il 22 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2021 nömrəli, 2021-ci il 04 mart tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 04 mart tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətləri n həyata keçirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPM-də nəzərdə tutulmamışdır.

7. Cavabdehin vəkili məhkəmə iclasında çıxış edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İPM: Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə k assasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-345/2021 nömrəli, 2021-ci il 04 mart tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPMdə nəzərdə tutulmamışdır.

13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-345/2021 nömrəli, 2021-ci il 04 mart tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar