Məhkəmə qərarları › İş №2-1(102)-1167/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1167/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1167/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-813/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxx 1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 15 may 2019-cu il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. 3. ЖТ 030649 nömrəli diplomun surətinə əsasən iddiaçı 1979-cu ildə Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1985-ci ildə həmin texnikumun aqronomluq ixtisası üzrə tam kursunu bitirmişdir. 4. 15 oktyabr 1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 20 oktyabr 1980 – 10 noyabr 1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 5. 22 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı 17 oktyabr 1985 – 10 aprel 1990-ci illərdə Tikinti detalları zavodunda armaturçu, qəlibçi, qaynaqçı vəzifələrində, 04 may 1990 – 26 iyun 1991-ci illərdə Əli Bayramlı üzən Nasos Stansiyalarının təmiri zavodunda, 27 iyun 1991 - 06 yanvar 1992-ci illərdə ƏliBayramlı Təsərrüfat hesablı Mexaniki Quraşdırma sahəsində elektrik qaynaqçısı, xx.xx.1992-xx.xx.1994-cü illərdə “Azneft” Birliyinin X5 İdarəsində istismar və kəşfiyyat neftqaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, xx.xx.1994-xx.xx.1994-cü il t arixlərdə SMT trestinin 2 saylı Tikinti İdarəsində, xx.xx.1994- xx.xx.1995-ci illərdə Əli-Bayramlı 49 №-li TSMO-da bənna, xx.xx.1995-xx.xx.1996-cı illərdə X5 İdarəsində istismar və kəşfiyyat neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də quyuların əsaslı təmir sexində qazma köməkçisi, xx.xx.1997-xx.xx.2009-cu illərdə "xxxx" X2yuların əsaslı təmir sexində qazmaçı və qazmaçı köməkçisi, xx.xx.2009-xx.xx.2018-ci illərdə “X7 Limited” şirkətində quyuların əsaslı və yeraltı təmir sexində qazmaçı, xx.xx.2018-xx.xx.2019-cu illərdə “Karasu Əməliyyat Şirkəti”ndə qazmaçı və xx.xx.2019- xx.xx.2020-ci illərdə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında neft və qaz üzrə quyuların qazılmasında qazmaçı vəzifələrində işləmişdi r.

6. X7 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 10 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X6 Müəssisəsində, “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki: xx.xx.1996-cı il tarixli, 179/k saylı əmrlə xx.xx.1996-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X6 Müəssisə yaradılmışdır. xx.xx.1997-ci il tarixli 01/k saylı əmrlə xx.xx.19 97-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı təmiri sexində 4- cü dərəcəli qazma köməkçisi peşəsində işini davam etdirir. xx.xx.2002-ci il tarixli, 112/k-a saylı əmrlə xx.xx.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixli 33/k-a saylı əmrlə xx.xx.2003-cu il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixli 297 saylı əmrlə xx.xx.2003-cü il tarixdən "xxxx" BMMMnin Quyuların əsaslı təmiri sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. xx.xx.2005-ci il tarixli 203/k-a saylı əmrlə xx.xx.2005-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və xx.xx.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşələrdə iş stajı 12 il 11 ay 16 gündür. xx.xx.2009-cu il tarixli əmək müqaviləsi ilə xx.xx.2009-cu il tarixdən “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli, 23/k saylı əmrlə xx.xx.2018-ci il tarixdən Qazma sahəsinə neft və qaz quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və xx.xx.2018-ci il tarixli, 295/k saylı əmrlə xx.xx.2018-ci il tarixdən işdən azad edilmişdir. Həmin peşələrdə iş stajı 08 il 06 ay 20 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ve rən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- quyuların əsaslı təmirinin qazmaçıları peşəsinə uyğundur. İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X6 Müəssisəsində, “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 21 il 06 ay 05 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 21 il 06 ay 05 gün təşkil edir.

7. Shirvan Drilling Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 144/A nömrəli 31 may 2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Fi lialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10.1 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı-Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinin 1-ci şərtinə əsasən İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialında güzəştli şərtlərlə 11 ay, 14 gün iş stajı var. Belə ki, İddiaçı Kətib oğlu xx.xx.2019-cu il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixli 316/K-X nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləs inin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 506 nömrəli 21 sentyabr 2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixli 133 №-li əmrlə Qəbul komissiyasının 22 avqust 79-cu il tarixli 8 №-li protokoluna əsasən aqronom ixtisası üzrə İİ kursa texnikuma tələbə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 152 №-li əmrlə 19.10.80-ci ildə ordu sırasına getdiyindən 15.10.80-ci il tarixdən texnikumdan tələbəlikdən azad edilmiş və sovet ordusu sırasına getmiş hesab edilmişdir. xx.xx.1983-cü il tarixli 175 №-li əmrlə ordudan tərxis olunub gəldiyindən texnikumu davam etdirmək üçün İİİ a – aqronom kursuna bərpa edilmişdir. xx.xx.1984-cü il tarixli 67 №-li əmrlə rayonların təsərrüfatlarına dövlət imta hanqabağı istehsalat təcrübəsinə göndərilmiş və xx.xx.1985-ci il tarixli 31 №-li əmrlə tədris planında nəzərdə tutulmuş bütün fənlərdən müvəffəq qiymətlə imtahan verən və dövlət ixtisas vermə komissiyasının 27.02.85-ci il 286 №-li yekun protokoluna əsasən texnikumu bitirmiş hesab edilmiş, ona aqronom ixtisası verilmişdir.

9. İddiaçı 22 fevral 2021-ci il tarixdə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

10. Cavabdehin 16 mart 2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 5 ay 7 gün) təşkil etdiyi üçün ona, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

11. Bundan sonra, iddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 1979 – 17 oktyabr 1980-ci illərdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil aldığı illərin sığorta stajı kimi qəbul edilərək, 15 may 2019-cu il tarixdən 57 yaşdan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 sentyabr 1979-cu il tarixdə Salyan kənd təsərrüfatı texnikumunda təhsil almağa başlamış, 20 oktyabr 1980-ci il tarixdə təhsilini dayandıraraq hərbi xidmətə getmiş, 10 noyabr 1983-cü ildə hərbi xidməti bitirdikdən dərhal sonra təhsilini davam etdirmiş və 01 mart 1985-ci il tarixdə təhsilini başa vurmuşdur. Cavabdeh inzibati orqan onun hərbi xidmətdən sonrakı təhsil illərini qəbul etsə də, hərbi xidmətdən əvvəlki təhsil illərini, yəni 17 sentyabr 1979 – 17 oktyabr 1980-ci illəri heç bir əsas olmadan sığorta stajı kimi qəbul etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəməyə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 23 sentyabr 1979-15 oktyabr 1980 və 3 dekabr 1983 - 01 mart 1985-ci illərdə Salyan rayon kənd təsərrüfatı texniku munda “aqronom” ixtisası üzrə təhsil almışdır. İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik peşə məktəblərində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq (25 il 6 ay 17 gün) ümumi iş stajı movcuddur.

16. Bundan başqa, iddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1992-xx.xx.1994-cü illərdə “Azneft” Bir liyinin X5 İdarəsində, xx.xx.1995-xx.xx.1996-cı illərdə Əli- X8 İdarəsində, xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də, xx.xx.1997-xx.xx.2006-cı illərdə "xxxx" X1maçı köməkçisi və qazmaçı vəzifələrində işləmişdir. Beləliklə, 01 yanvar 2006-cı il tarixədək 12 il 9 ay güzəştli iş stajı vardır. 17. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın Xİİ bölməsindən (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı), neft və qaz üçün istismar və kəşfiyy at qazma quyularının qazmaçıları (2130100a— 11297) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-813/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkə məsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşı na çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: Maddə 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə;

25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi 2130100a—11297 - neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məh kəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Belə ki, məhkəmə iş materiallarını düzgün tədqiq etmiş və haqlı olaraq bu nəticəyə gəlmişdir ki, həqiqətən də iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü və hərbi xidmət dövrü nəzərə alınmaqla 25 ildən artıq (25 il 6 ay 17 gün) ümümi iş stajı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, q ocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Xİİ bölməsindən (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) görünür ki, neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a—11297) şifrinə uyğun olaraq 12 il 9 ay güzəştli iş stajı mövcuddur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-813/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar