Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1167/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi barədə ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy a Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə” tələbinə dair iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-1633/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 175 nömrəli Qərarı ilə iddiaçının xəsarəti “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.
2. İddiaçıya xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2015ci il tarixdə Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya zərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədəxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmassınn, baş beynin əzilməsindən sonrakı vəziyyət (OS.OS 1992). Beyindaxili qansızma nəticəsində yaranmış hemorragik insultun davamlı qalıq əlamətləri (2017).” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(112)-11705/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2-1(103)-1633/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faiz göstəricisinə uyğun İİ dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilmişdir.
8. Qərardan kassasiya şikayəti verilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini almış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 116.2-ci maddəsinə müvafiq olaraq iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Apellyasiya instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına izah verilməsi ni məhkəmədən xahiş etmişdir.
10. Ərizədə iddiaçı apellyasiya məhkəməsinin qərarına ona (hazırda qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulması nəzərə alınaraq) müharibə əlili kimi orqanizm funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi kimi izah verilməsi xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-1633/2024 nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, N.Nəbizadə və M.Tağızadə) ərizə rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarının icrası zamanı iddiaçıya əlillik təyinatı aparılarkən əlilliyin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması işin mübahisəsiz halı olduğundan, qərar b aşqa şəkildə icra edilməməli və qərarın icrasında hər hansı anlaşılmazlıq və ya çətinlik yaranmamalıdır.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 230-cu maddəsinin müddəalarını sadalamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Prosessual Məcəllə: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci inst ansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, hab elə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası hesab edir ki, ərizə üzrə apellyasiya məhkəməsi tərəfindən zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət alması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 175 nömrəli Qərarının mövcud olması və göstərilən diaqnozlara əsasən göndərişdə qeyd edilən xəstəliklərin müəyyən edilməsi ilə öz təsdiqini tapmışdır.
26. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır ki, məhkəmə qərarının icrası zamanı iddiaçıya əlillik təyinatı aparılarkən əl illiyin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması işin mübahisəsiz halı olduğundan, qərar başqa şəkildə icra edilməməli və qərarın icrasında hər hansı anlaşılmazlıq və ya çətinlik yaranmamalıdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq ərizənin təmin olunmaması nəticəsinə gəlmişdir. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(103)-1633/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.