Məhkəmə qərarları › İş №2-1(102)-1168/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1168/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1168/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya iş stajı nəzərə alınmaqla ə lilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2499/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxxx1958-ci ildə anadan olmuşdur. Əmək kitabçasına əsasən, 02.01.1986-cı ildən 24.04.1986-cı ilə qədər 2 nömrəli Bakı Taxıl Məhsulları Kombinatında, 01.06.1986-cı il tarixdən 23.04.1988-ci il tarixədək Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət şöbəsi Orkonikidze rayonu Zığ qəsəbə Klubunda, 03.05.1988-ci il tarixdən 20.12.1988-ci il tarixədək Azərbaycan Dövlət Musiqili Komedi ya Teatrında, 10.01.1989-cu il tarixdən 29.04.1991-ci il tarixədək Məştağa Tikinti Materialları Kombinatında, 10.05.1991-ci il tarixdən 12.03.1992-ci il tarixədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 19.11.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək Arif adına Satira Teatrında, 12.12.2008-ci il tarixdən 22.08.2015-ci il tarixədək “Dünya kriminalı” qəzetində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya 08.05.2017ci il tarixdən 08.05.2022-ci il tarixinə qədər ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 1 mart 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaç ının 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyası hüququnu təmin etmək mümkün olmamışdır. İddiaçı 16 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 02.01.1986-cı ildən 24.04.1986-cı ilə qədər 2 nömrəli Bakı Taxıl Məhsulları Kombinatında, 01.06.1986-cı il tarixdən 23.04.1988-ci il tarixədək Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət şöbəsi Orkonikidze rayonu Zığ qəsəbə Klubunda, 03.05.1988-ci il tarixdən 20.12.1988-ci il tarixədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 10.01.1989-cu il tarixdən 29.04.1991-ci il tarixədək Məştağa Tikinti Materialları Kombinatında, 10.05.1991-ci il tarixdən 12.03.1992-ci il tarixədək A zərbaycan Dövlət Musiqili Komediya Teatrında, 19.11.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək Arif adına Satira Teatrında işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ilin may ayında iddiaçıya 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Cavabdehə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının iş stajının düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmamışdır. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Onun 30 ilədək sosial sığorta stajı mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin (hakim X1, 2-1(81)-2149/18 saylı iş) 2 avqust 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 02.01.1986-cı ildən 24.04.1986-cı ilə qədər 2 nömrəli Bakı Taxıl Məhsulları Kombinatında, 01.06.1986-cı il tarixdən 23.04.1988-ci il tarixədək Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət şöbəsi Orkonikidze rayonu Zığ qəsəbə Klubunda, 03.05.1988-ci il tarixdən 20.12.1988-ci il tarixədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 10.01.1989-cu il tarixdən 29.04.1991-ci il tarixədək Məştağa Tikinti Materialları Kombinatında, 10.05.1991-ci il tarixdən 12.03.1992-ci il tarixədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 19.11.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək Arif adına Satira Teatrında işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə 2-ci qrup əlilliyə gör ə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasını mötəbər sübut kimi qəbul etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2 avqust 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X2 və X5, 2-1(103)-2499/2018 saylı iş) 13 noyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 yanvar 2019-cu il tarixdə qərarın surətini almış, 4 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya ş ikayətində “Əmək pensiyaları haqqında” Qanunun 12, 21.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün iş stajının düzgünlüyünün qarşılıqlı yoxlanılması mümkün olmadığından ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə gö rə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul olun a bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi 1986-cı ildən 2006-cı ilədək (müəyyən fasilələrlə 19 il) iş stajı nəzərə alınmaqla iddiaçıya İİ qrup əlil kimi pensiya təyin olunması ilə bağlıdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan normasına istinad edərək iddiaçının müəyyən olunmuş sığorta stajına və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmamasına, habelə həmin Qanunun 21.1-ci maddəsinə əsaslanaraq əmək kitabçasında olan iş stajının yerində qarşılıqlı yoxlanılması və əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmadığına görə ona əlilliyə görə pensiya təyin etməkdən imtina etmişdir. İddiaçının 1986-1991-ci illərdə işlədiyi vaxt qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları»nın 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 1992-2005-ci illərdə qüvv ədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək ha qqı cədvəlləri...nəzərə alınır. Bundan başqa, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən sənəd əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaç ının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının İİ qrup əlilliyi 8 may 2017-ci ildə müəyyən edildiyindən, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun onun əlilliyə görə pensiya hüququnun mövcudluğuna münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddə ti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 1 iyul 2017-ci ildən Qanunun 12.1-ci maddəsinə aşağıdakı cümlə əlavə edilmişdir: İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunvericiliyə görə 1 iyul 2017-ci ildən İİ qrup əlil müəyyən edilən şəxsin pensiya hüququnun yaranması üçün onun tələb olunan iş stajı ilə yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də mövcud olmalıdır. İddiaçının İİ qrup əlilliyi 1 iyul 2017-ci ilə qədər, yəni 8 may 2017-ci ildə müəyyən edildiyindən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər olan müddəası tətbiq edilə bilər. Belə olan halda iddiaçının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının mövcudluğu araşdırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd etmişdir ki, iddiaçının 1986-2005-ci illərin (19 il) iş stajı iddiaçının sığorta stajına daxil edilməlidir. Qanunvericiliyə görə zəruri sığorta stajı 16 ildir. İddiaçı da bu qədər staja malikdir. “Əmək pensiyaları haqqında” Qa nunun 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının İİ qrup əlil kimi əmək pensiyası hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olm uşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2499/2018 saylı, 13 noyabr 2018-ci il t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar