Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1168/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: qanuni qüvvəyə minmiş qətnamənin icra edilməməsinə görə kompensasiya) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçı Güləli Fərziyevin və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)- 2282/2020 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin ləğv edilərək, ünvan 1 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin cavabdeh X4 hesabına sökülməsinin qət edildiyini, qətnamənin icrası məqsədlə Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx xxxxxx 2013cü ildə icra vərəqəsi verilib, icr a edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilsə də bu müddət ərzində müxtəlif bəhanələrlə qətnamənin icrasının təmin edilmədiyini göstərərək, cavabdehdən maddi və mənəvi ziyan olaraq 100000 (yüz min) manat məbləğində tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-2406/2018 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, 100 min manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərarınqəbul edilm əsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2018-ci il tarixli,2-1(103)2628/2018nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2- 1(102)1746/2019nömrəli (hakimlər İ.Dadaşov - sədrlik edən və məruzəçi, K.Bədəlov və Q.Allahverdiyev) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(103)2282/2019nömrəli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərarı ilə iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsininxx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2406/2018 saylı qərarı maddi ziyan tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsini n xx.xx.2019-cu il tarixli,2-1(103)2282/2019nömrəli (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə birinci instansiya məhkəməsininxx xxxxxx 2018-ci il tarixli, 2- 1(82)-2406/2018 saylı qərarının mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddiaçının cavabdehə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi, 5 ildən çoxdur ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Lakin heç bir nəticə əldə olunmayıbdır. Dəfələrlə icra məmurunun qəbulunda olmuşdur, lakin icra məmuru icra vərəqəsinin icra olunması ilə bağlı işin icraatı na xitam vermişdir. O, xitam qərarından Suraxanı rayon məhkəməsinə şikayət vermişdir. Onun orada iddiası rədd olundu, o, həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayon Məhkəməsinin qərarı ləğv edildi və iş təkrarən icraya yönəldilmişdir. Beləliklə də, bir il də belə getdi. İkinci ildə icra məmuru başqa bəhanə gətirdi. Guya söküləcək həmin obyekt başqa bir şəxsə aiddir. 5 il bundan qabaq cavabdeh tərəfi iddiadan əl çəkmək məqsədilə İcra şöbəsinin əməkdaşlarının iştirakı ilə 10000 manat pul təklif etmişdir. Bu təklifdə o vaxt kurator işləmiş hal-hazırda icra şöbəsinin rəisi Fəqan Şabanov icra məmuru Əkrəm Əliyev iştirak ediblər. O, həmin puldan imtina etdikdən sonra həmin pul artırılaraq 15000 manata çatdırmışlar. Lakin həmin pul ona verilməmi şdir. Ona görə də, hesab edir ki, icra şöbəsinin icra məmurlarının qanunsuz hərəkətlərin nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Həmin məbləğ onlardan tutulub ona verilməlidir. Lakin Bakı Apelyasiya Məhkəməsi əsassız olaraq onun iddia tələbini təmin etməmişdir. Həmin qərardan və qərardaddan razı deyil. Hesab edir ki, birinci və apelyasiya instansiya məhkəməsi tərəfindən maddi prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmk arlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2282/20 19 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkilkasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2282/2019 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsiniAli Məh kəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı G.Fərziyev də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2282/2019 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2282/2019 saylı qərardadla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2406/2018 saylı qərarının mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddiaçının cavabdehə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gələrkən İn zibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə, Ali Məhkəmənin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 6.1 və 6.2-ci bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatın da tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadının əsaslandırıcı hissəsində məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər (İnzibati Prosessual Məcəll ənin 68.1, 80.3-cü maddələri), daha sonra yeganə səbəb kimi «Məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçının tələb etdiyi mənəvi ziyan inzibati hüquq sahəsinə aid mübahisə üzrə yaranmadığından məhkəmə hesab edir ki, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır», göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin hüquqi mövqeyi ilə razılaşmayaraq xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 2.2, 2.2.7-ci maddələrində göstərilmişdir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati mə hkəmə icraatı qaydasında baxılır. Beləliklə, İnzibati Prosessual Məcəllənin 2.2, 2.2.7-ci maddələrindən göründüyü kimi, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsi vurulmuş ziyanı, maddi və ya mənəvi ziyan kimi anlayışlara bölmür, başqa sözlə, hazırkı konkret halda inzibati orqanların hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyan həm maddi və həm də mənəvi ziyanı (zərəri) ehtiva edir. Buna görə də, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı qanuna ziddir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İ nzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2282/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1168/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1168/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver