Məhkəmə qərarları › İş №2-1(102)-1168/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1168/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1168/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-477/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2019-cu il 20 noyabr tarixli, **********193623 nömrəli qərarla cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci il üzrə 236.081,79 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 236.081,79 manat əl avə dəyər vergisinin hesablanması və 118.040,90 manat maliyyə sanksiyasının tətbiq olunması, 2018-ci il üzrə 161.762,34 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 161.762,34 manat əlavə dəyər vergisinin hesablanması və 80.881,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmış və İddiaçı MMC-yə 799.082,47 manat məbləğində əlavə vergi məbləği hesablanaraq, 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 14 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 23 iyul tarixli, **********157496 nömrəli qərarına əsasən iddiaçıda həyata keçirdiyi səyyar vergi yoxlam ası ilə əlaqədar həmin fakt üzrə məhkəmə mübahisəsi həll edilənədək cavabdeh tərəfindən müəyyən (əlverişsiz) hərəkətlərin edilməməsi və ya dayandırılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2018-ci il 23 iyul tarixli, **********1574496 nömrəli qərara əsasən, İddiaçı MMC-nin 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 30 iyun tarixədək olan fəali yyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması həyata keçirilməsi qərara alınmışdır. Həmin qərara uyğun olaraq 2018-ci il 27 avqust tarixdə “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” akt tərtib olunmuş və 2018-ci il 27 avqust tarixli, **********161452 saylı qərara əsasən, sənədlərin yoxlamaya təqdim edilməsi qərara alınmışdır. Lakin tələb olunan sənədlər daha əvvəl yoxlayıcılara təqdim edilmiş olduğundan və həmin sənədlər iddiaçıda qalmadığına görə təqdim etmək mümkün olmamışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbinə 2019-cu il 23 iyul tarixdə baxılaraq, iddia təmin edilmişdir. Cavabdeh o laraq qeyd olunan qətnamə ilə razılaşmadıqları üçün 2019-cu il 23 sentyabr tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Lakin hazırkı iş üzrə cavabdeh işin nəticəsini gözləmədən, yəni həmin iş üzrə məhkəmə mübahisəsi başa çatmamış, qeyd olunan faktla bağlı “səyyar vergi yoxlaması” ilə əlaqədar hərəkətini davam etdirmişdir. Səyyar vergi yoxlamasının dayandırılması barədə 2019cu il 16 may tarixli, **********183202 nömrəli, 2019-cu il 28 iyun tarixli, **********185956 nömrəli qərarların olmasına baxmayaraq, ekspertiza təyin edilmiş və 2019-cu 02 oktyabr tarixdə ekspert rəyi verilmişdir. Həmin fakt üzrə məhkəmə mübahisəsi davam etdiyi bir halda cavabdehin “səyyar vergi yoxlaması” ilə bağlı ekspert rəyini almasının və digər hərəkətlərinin qanunsuz olduğunu və həmin hərəkətlərin məhk əmə mübahisəsi həll edilənədək dayandırılmalı olduğunu hesab etmişlər. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən 2019-cu il 20 noyabr tarixdə iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193623 saylı qərar çıxarılmışdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən orta aylıq dövriyyə 108.840,0 manat və 1 kv.metr üzrə aylıq icarə haqqı 4,94 manat göstərildiyi üçün (real bazar qiymətindən aşağı olduğu üçün) Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən icarə haqları üzrə bazar qiymətlərinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə zərurət yar anmışdır. Ona görə də yoxlama zamanı vergi ödəyicisi tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə yoxlamaya ekspert cəlb edilmiş və ekspertiza təyin edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış ekspertiza nəticəsində tərtib edilmiş 2019-cu il 02 oktyabr tarixli ekspert rəyinə əsasən cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə aparılmış dislokasiya işlərinə əsasən 170 sayda mağaza tipli obyektin icarəyə verildiyi müəyyən edilmiş və həmin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri hər bir obyekt üzrə ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 30 iyun tarixədək ekspert rəyinə əsasən hər kv.m üçün 1-ci sırada yerləşən obyektlər 15,0 manat (4546, 0 kv.m), 1-ci sıranın üstündə yerləşən obyektlər üçün 14,0 manat (1764,0 kv.m), 2-ci sırada yerləşən 15,0 manat (4751,0 kv.m), 3-cü sırada yerləşən obyektlər üçün 14 manat (1644,0 kv.m), arxa hissədə yerləşən obyektlər üçün 7,0 manat (1482,0 kv.m) yan hissədə yerləşən obyektlər üçün 7,0 manat (7442,0) və giriş ön hissədə yerləşən obyektlər üçün isə 10,0 manat (410,0 kv.m) olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə cəmiyyətin aylıq dövriyyəsi ekspertin verdiyi rəyə əsasən hesablanaraq ƏDV ilə birgə 253.735,0 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövrdə 2017-ci il üzrə cəmiyyətin dövriyyəsinin 2.580.355,92 manat olmalı olduğu halda iddiaçı tərəfindən mənfəət vergisi bə yannaməsində 1.268.789,75 manat göstərilməklə 1.311.566,17 manat mənfəət dövriyyəsinin azaldıldığı müəyyən olunmuşdur. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 694.625,51 manat xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisi tərəfindən 2017-ci il mənfəət vergisi üzrə 2.006.191,68 manat vergiyə cəlb olunan mənfəətin azaldıldığı müəyyən olunaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 401.238,34 manat əlavə mənfəət vergisi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə 397.844,13 manat kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinə əlavə dəyər vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 397.844,13 manat azaldılmasına görə 198.922,07 manat maliyyə sanksiyası, mənfəət vergisi bəyannaməsində göstərilən məbləğin göstərilməli olan məbləğə nisbətən 401.238,34 manat azaldılmasına görə 200.619,17 manat maliyyə sanksiyası, ümumilikdə 1.198.623,71 manat əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 2019-cu il 20 noyabr tarixli, **********193623 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 799.082,47 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli, 2-1(112)-393/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, c avabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarı ləğv olunması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı işin araşdırılan hallarından (ekspert rəyindən) müəyyən olunmuşdur ki, 2017-ci il üzrə müəssisənin ümumi gəliri 146.437,70 manat, cəmi xərcləri isə 286.841,54 manat təşkil etmişdir ki, bununla da iddiaçı müəssisə tərəfindən qeyd olunan dövrdə mənfəət vergisinin azaldıldığı sübuta yetirilməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqavilələrində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən müəyy ən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 021-ci il 24 fevral tarixli, 2-1(103)-477/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi də Bakı İnzibati Məhkəməsi kimi, iş üzrə vergi orqanının təşəbbüsü ilə keçirilmiş ekspertiza nəticələrini əhəmiyyətli sübut hesab etməyərək, yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nin Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 27 avqust tarixli, 9/2784 nömrəli ekspert rəyinə istinad etməklə qərar qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmək qənaətinə gəlsə də, ekspertizanın növünü düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi yerinə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməli idi. Lakin hakim mühasibatlıq ekspertizası təyin etsə ekspertin qarşısına onun ixtisasına uyğun olmayan sual qoymuşdur. Ekspert isə bu səbəbdən rəy vermək imtina etməli olduğu halda səlahiyyətlərini aşaraq ixtisasına uyğun olmayan sual üzrə əsasız rəy verməkdə israrlı olmuşdur.

13. Ekspert rəyi tam əsassız və yanlış məlumatlara istinad olunmaqla tərtib edilmiş və bu barədə cavabdeh məhkəmə qarşısında vəsatətlə çıxış edərək ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Belə ki, ekspert rəyinin nəticə hissəsi ekspert qarşısında qoyulmuş sualla ziddiyyət təşkil edir, başqa sözlə desək qoyulan suala cavab verilməmişdir. Halbuki, ekspert qarşısında qoyulmuş sualla əlaqədar icarə haqqının bazar qiymətlərinin müəyyən edilməsi ilə bağlı tədqiqat aparmalı idi. Əvəzində heç bir tədqiqat aparmadan, habelə işin faktiki hallarında ilə bağlı əsasən də vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələri üzrə rəqəmləri təhrif edərək iddiaçı tərəfindən hər hansı vergidən yayınma halının baş vermədiyi qənaətinə gəlinmişdir. Məhkəmənin mötəbər sübut qismində istinad etdiyi ekspert rəyində kobud yanlışlığa yol verilərək 2017-ci il mənfəət vergisi üzrə gəlirinin 146.437,70 mana t, xərclərinin isə 286.841,54 manat təşkil etdiyi göstərilmişdir. Halbuki, iddiaçının özü tərəfindən həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər 1.268.789,75 manat, xərclər isə 1.092.842,50 manat bəyan edilmişdir və büdcəyə 35.189,45 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, sadəcə bu fakt ekspertin iş materiallarından heç bir xəbərinin olmadığını və qabaqcadan hesablanmış məqsədə nail olmaq üçün iddiaçının xeyrinə rəy vermə niyyətinin olduğunu təsdiq edir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd olunmuş “Azərekspertıza” İBnin mütəxəssisi tərəfindən tərtib edilmiş rəydə “müəssisənin təqdim etdiyi icarə müqavilələrinin bazar qiymətlərinin onlar tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəy yən edilməsi göstərilməmişdir”, “müəssisənin tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə daşınmaz əmlakın icarəyə verilməsi sübuta yetirilməsi faktı öz əksini tapmamışdır” tipli cümlələrin ekspertiza nəticələrində əks olunması yolverilməzdir. Məlum olduğu kimi, icarə haqqının müəyyən edilməsi ilə əlaqədar keçirilən ekspertizalarda bir qayda olaraq ekspertlər daşınmaz əmlakın qiymətini müəyyənləşdirmək məqsədilə onların yerləşdiyi yerə baxış keçirir, analoji müqavilələr üzrə təhlillər aparaq mövcud bazar qiymətlərini müəyyən edirlər. Bununla bağlı vergi orqanının təşəbbüsü ilə keçirilmiş ekspertiza nəticələrini özündə əks etdirən 2019-cu il 02 oktyabr tarixli ekspert rəyinin Vİİ bəndindən də göründüyü kimi, ekspert vergi orqanı əməkdaşının iştirakı ilə icarəyə verilmiş obyektlərə baxış ke çirmiş və icarəyə verilmiş obyektlərdə tikinti materialları, santexnika və elektrik malları satışı ilə məşğul olunduğunu və 2 ədəd kafe fəaliyyət göstərdiyini müəyyən etmişdir. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin rəyindən fərqli olaraq, səyyar vergi yoxlaması zamanı həyata keçirilmiş ekspertiza zamanı icarə haqqının müəyyən edilməsi üçün müqayisəli yanaşma metodundan istifadə edildiyi bildirilmişdir. Həmçinin əmlakların icarə haqqının real bazar qiyməti müəyyən edilərkən onların yerləşdiyi ərazi və digər texniki göstəriciləri nəzərə alınmış, obyektlərin hansı sırada yerləşməsi və ön, arxa və yan hissə olmaqla qruplaşdırılması həyata keçirilmiş və buna uyğun olaraq 1 kv. metr üçün bazar qiyməti hesablanmışdır. Qeyd edilənlər sübut etmişdir ki, ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqat aparılmamış, qoyulmuş suala verilmiş cavablar və həmin cavabların hansı sənədlərə istinad edilərək verilməsi və nəticədə formal rəy tərtib olunmuşdur. Cavabdeh vergi orqanı tərəfindən təkrar ekspertizanın keçirilməsi və ekspert qarşısında suallarında qoyulması barədə rəsmi vəsatətlər təqdim edilsə də məhkəmə tərəfindən həmin vəsatətlərə münasibət bildirilməmişdir.

15. Ekspert və məhkəmə tərəfindən irəli sürülən dəlillər işin faktiki və hüquqi halları ilə ziddiyyət təşkil edir. Belə ki, müəssisənin icarə xidmətinə bazar qiyməti Vergi Məcəlləsinin 14.6.6-cı deyil, 14.3.5-ci maddəsinə istinad olunmaqla tətbiq edilmişdir. Həmin maddənin məzmununa görə bazar qiymətinin tətbiqi hər hansı bir amillə şərtləndirilmir. Eyni zamanda, 14.3.5-ci maddə Ver gi Məcəlləsinə məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarından bir neçə il sonra əlavə edilmişdir və icarəyə verilən daşınmaz əmlakın icarə haqqının bazar qiymətinin müəyyən edilməsinə birbaşa əsas verən normadır. Göründüyü kimi, məhz qeyd olunan maddəyə (14.3.5) əsasən bazar qiymətinin tətbiqi üçün həmin Məcəllənin 14.6.6-cı maddəsində qeyd olunan şərtlərin ödənilməsinə zərurət yoxdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil2 2021-ci il 30 iyun tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçıla rına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. M addə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsasl ılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair 9/2784 №-li 2020-ci il 27 avqust tarixli rəy təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, ekspert rəyinə görə 2017-ci il üzrə müəssisənin ümumi gəliri 146.437,70 manat, cəmi xərcləri isə 286.841,54 manat təşkil etmişdir ki, bununla da iddiaçı müəssisə tərəfindən qeyd olunan dövrdə mənfəət vergisinin azaldıldığı sübuta yetirilməmişdir.

23. Məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı istinad etdiyi hallara dair əsaslandırmalarını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini işdə olan digər sübutlarla birlikdə tam və hərtərəfli tədqiq etməmiş, rəydə göstərilən məlumatlarla işdə olan digər sübutetmə vasitələrindəki məlumatlar arasında ziddiyyətlər olduğu halda, bu ziddiyyətlərin səbəblərini araşdırmamış, onlara qiymət verməmiş, ekspert rəyini mübahisəsiz, mötəbər sübut növü kimi qəbul etmişdir.

24. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməm əsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

25. Halbuki, iddiaçının yoxlanılan dövr üzrə gəlirləri və xərcləri barədə bilavasitə özünün vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları ilə ekspert rəyində həmin göstəricilər üzrə qeyd etdiyi məlumatlar fərqlidir (İ cild, iş v.113, 114, 117, İİ cild iş v.118).

26. Digər tərəfdən, birinci instansiya məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadında ekspert qarşısında qoyulmuş sualın özü “icarə haqlarının real bazar qiymətlərinin nəzərə alınması”ndan asılı edilmiş, lakin “bazar qiyməti” dedikdə, məhz hansı qaydada müəyyən edilmiş və ya müəyyən edilməli olan bazar qiymətini nəzərdə tutduğunu məhkəmə qərardadında göstərməmiş, bununla da, “bazar qiyməti”nin müəyyən edilməsini ek spertin öhdəsinə buraxmışdır. Cavabdeh də haqlı olaraq qeyd edir ki, məhkəmə-mühasibatlıq eksperti bazar qiymətini müəyyən etməkdə səlahiyyətli olmamışdır. Belə ki, bu səlahiyyət məhkəmə-əmtəəşünaslıq ekspertinin səlahiyyətinə aiddir.

27. Cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə g öndərilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-477/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar