Məhkəmə qərarları › İş №2-1(102)-1168/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1168/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1168/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1961-ci il təvəllüdlü; FİN: 34ZS2VS) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-448/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. КВ seriyalı 016062 nömrəli diplom ilə müəyyən edilmişdir ki, X2 1978 – 1983cü illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda ali təhsil almışdır.

2. İddiaçının 042702 saylı hərbi bilet ilə müəyyən olunmuşdur ki, iddiaçı 19 aprel 1984-cü il tarixdən 13 dekabr 1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respubl ikası Dövlət X3 9 dekabr 2020-ci il tarixli, 259/10 nömrəli arxiv arayışı ilə müəyyən olunmuşdur ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sabir adına Kolxozun 1989 – 1992-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən X2 təsərrüfatda işləyərək 240 adam günü norması üzrə 1989-cu ildə 317 adam günü, 1990-cı ildə 292 adam günü, 1991-ci ildə 276 adam günü, 1992-ci ildə 76 adam günü üzrə müvafiq olaraq 1.740,24, 1.998,00, 2.727,13, 1.172,47 rubl əmək haqqı qazanmışdır. Yevlax rayon Xaldan kənd Sabir adına Kolxozun 1988-ci ilə dair inşaat briqadası üzvlərinin hesablama kitabları X9 verilmədiyindən, həmin ildə qazanılmış əmək haqqını müəyyən etmək mümkün olmamışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş 5 noyabr 2019-cu il tarixli, 205-61 saylı işin xarakteri haqqında ar ayış ilə müəyyən olunmuşdur ki, iddiaçı 14 iyul 1992-ci il tarixdən 9 noyabr 1992-ci il tarixədək “Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə (öyrənən) turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmiş, 9 noyabr 1992-ci il tarixdən turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmış, 10 dekabr 1992-cı il tarixdə Vİ qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində müstəqil işə buraxılmış, 10 dekabr 1992-ci il tarixdən 3 fevral 1995-ci il tarixədək Vİ qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində, 3 fevral 1995-ci il tarixdən 21 may 2004-cü il tarixədək həmin sexdə enerji blokun maşinisti vəzifəsində, 21 may 2004-cü il tarixdən 5 yanvar 2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexin də usta İ qrup vəzifəsində işləmişdir. 5 yanvar 2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı və təmiri ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya 14 iyul 1992-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. İddiaçının 14 iyul 1992-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək tutduğu vəzifələr Nazirlər Kabinetin in 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. "xxxx" ASC-nin 25 aprel 2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 5 yanvar 2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. 5. 21 dekabr 1982-ci il tarixli, ИТ ******* saylı əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı Nəsimi rayonu DİŞ nəzdində Daxili Mühafizə 1 noyabr 1982-ci il tarixdə qaravulçu vəzifəsinə daxil olmuş, 1 sentyabr 1983-cü ildə işdən azad edilmiş, “Aztransstroy” 323 saylı Tresti Yevlax - Balakən dəmiryol sahəsi üz rə tikinti ustası vəzifəsi 12 sentyabr 1983-cü il tarixdən 18 aprel 1984-cü il tarixədək işləmiş, hərbi xidmət 19 aprel 1984-cü il tarixdən 13 dekabr 1985-ci il tarixədək işləmiş, “Aztransstroy” 323 saylı Tresti Yevlax - Balakən dəmiryol sahəsi üzrə tikinti ustası vəzifəsi 14 dekabr 1985-ci il tarixdən 2 fevral 1987-ci il tarixədək işləmiş, Yevlax rayonu M.Ə.Sabir adına Kolxozda inşaat briqadiri vəzifəsi 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək işləmiş, “Azərbaycan DRES-nın 1 nömrəli Qazan-Turbin sexi” turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsi 14 iyul 1992-ci tarixdən 3 fevral 1995-ci il tarixədək işləmiş, “Azərbaycan DRES-in 1 nömrəli Qazan-Turbin sexi” enerji blokun maşinisti vəzifəsi 3 fevral 1995-ci il tarixdən 21 may 2004-cü il tarixədək işləmiş, “Azərbay can DRES-in Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi” usta İ qrup vəzifəsi 21 may 2004-cü il tarixdən 5 yanvar 2009-cu il tarixədək işləmişdir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh 27 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi filiala təqdim edilən 21 dekabr 1982ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında onun (ərizəçinin) 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək olan dövr ərzində Yevlax rayon 'M.Ə.Sabir” adına kolxozda inşaat briqadiri işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən əmək kitabçasında qeyd edilən əmək stajını və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məc buri dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya daxil olmuş müvafiq cavabda 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il tarixədək olan dövr üzrə onun əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövr iş stajına daxil etmək mümkün olmadığından, ümumi iş stajı 25 ildən az (24 il 9 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 19 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 27 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 27 yanvar 1961-ci il tarixdə doğulmuş, 1978-ci ildən 1983-cü ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani formada təhsil almış, başa vurduqdan sonra 12 sentyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun bu günədək 36 il 07 ay 11 gün ümumi iş stajı vardır. 36 il 07 ay 11 günlük əmək fəaliyyətinin 16 il 10 ay 18 gününü zərərli və ağır işlərdə çalışmışdır. O, g üzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 27 yanvar 2021-ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, Mərkəzi filiala təqdim edilən 21 dekabr 1982-ci il tarixli, ИТ-1 ******* nömrəli əmək kitabçasında onun 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Yevlax rayon M.Ə.Sabir adına kolxozda inşaat briqadiri işlədiyi qeyd edilmişdir. Cavabdeh inzibati orqan heç bir araşdırma aparmamış müraciətdən imtina etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı qeyd etmişdir ki, 14 dekabr 1985-ci i tarixdən 2 fevral 1987-ci il tarixədək (1 il 1 ay 18 gün) tikinti ustası kimi çalışmışdır. Ancaq əmək k itabçasında onun hərbi xidmətdən qayıtdıqdan sonra həmin tarixdə əmək müqaviləsi bağladığı və işə başladığı barədə heç bir qeyd yoxdur. Əksinə, 13 dekabr 1985-ci il tarixdə tərxis olunan İddiaçı 14 dekabr 1985-ci il tarixdən təkrarən işə çıxdığını qeyd edir. Bu isə, ağlabatan deyildir. Digər tərəfdən, əmək kitabçasının özündə iddiaçının 11 dekabr 1985-ci ildə hərbi xidmətdən tərxis olunduğu qeyd edilmişdir. Göründüyü kimi, onun əmək kitabçasının dördüncü vərəqindəki qeydlərdə (hərbi xidmətə çağırılma və 22 fevral 1988-ci il tarixədək) ziddiyyət vardır. Əmək kitabçasındakı qeydlər nömrələnməmişdir. Dolayısı ilə, iddiaçının hərbi xidmətdən tərxis olunduqdan (13 dekabr 1985-ci il tarixdən) Yevlax rayon M.Ə.Sabir adına kolxozda işə başladığı tarixədək (22 fevral 1987-ci il tarixədək) olan dö vrün (01 il 02 ay 09 gün) ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. İddiaçı 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək (04 il 01 ay 10 gün) Yevlax rayon M.Ə.Sabir adına kolxozda çalışdığını qeyd etmişdir. Lakin işə qəbul barədə əmrin tarixi və nömrəsi qeyd edilməmişdir. Bundan başqa, 1988-ci ildə iddiaçının işlədiyi adam günü ilə bağlı məlumat yoxdur. Dolayısı ilə 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il tarixədək ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan əmək stajı 25 ildən az təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-4490/2021 nömrəli qərarı (hakim: X7) ilə iddia təmin edilmiş, iddiaçıya 27 yanvar 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “maşinist” və “nəzarətçi maşinist” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrə aiddir. Lakin cavabdeh inzibati orqan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinanı 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajının toplamaması ilə əsaslandırır. İddiaçının əmək kitabçasında “hərbi xidmət” və ondan sonrakı “işə qəbul” tarixləri arasında qısa müddət olsa da, üst-üstə düşmür. Bu hal, hərbi xidmətin və ya əmək fəaliyyətinin çox cüzi hissəsini (bir neçə gün) şübhə altına ala bilər ki, son nəticədə imtina üçün mütənasib sayıla bilməz. İddiaçının əmək kitabçasındakı qeydlərin ardıcıllığı davam olduğundan, onlarda hər hansı düzəliş və ya qaralama olmadığından, onların nömrələnməməsi, habelə əmrin nömrəsi və tarixinin yazılmaması məlumatların həqiqiliyinə formal şəkildə təsir edəndir. İddiaçının 1988-ci il ərzində hansı miqdarda əmək haqqı alması, habelə həmin ilin “adam günü norması” barədə arxivdə məlumatın olmaması onun həmin dövr üzrə işləməməsi qənaətini yaratmır, həm də sonrakı illərdə həmin norma sabit (240 gün) qaldığından, bu göstəricinin sözügedən il üzrə də mövcud olduğu daha çox ehtimallıdır. Məhkəmə nəzərə almışdır k i, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericilik normaları şəxsin 1992-ci ilədək işlədiyi dövrün əmək stajına daxil edilməsini “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” ilə şərtləndirmir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulması qismində qiymətləndirilməlidir

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-448/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi) X4 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, 1998-ci il üzrə hesablama kitablarının arxivə təhvil verilməməsi iddiaçının xx.xx.1988-xx.xx.1988-ci ilə tarixə qədər 10 ay 9 gün əmək stajının nəzərə alınmaması üçün əsas ola bilməz. Çünki, hər bir halda, pensiya məqsədləri üçün 2006-cı ilə qədər qüvvədə olan qanunvericiliyə görə iş stajı əmək kitabçasına əsasən hesablanır. Həmçinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə pensiya təyin olunarkən 1992-ci ilin yanvarın 1-nə qədər olan dövr üzrə SSRİ məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti tələb olunmur. Digər tərəfdən, iddiaçının həmin işdə çalışdığı vaxt “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qəbul olunub qüvvəyə də minmişdir ki, bu Qanunun 67-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Beləliklə, xx.xx.1988-xx.xx.1992 dövründə Yevlax rayon “M.Ə.Sabir” adına kolxozda işlədiyi dövr (4 il 1 ay 9 gün) tam olaraq onun əmək stajı kimi nəzərə alınmalıdır. Həmçinin əmək kitabçasının qeydlərindən asılı olmayaraq iddiaçının işə əlavə olunmuş, hərbi xidmət dövrünü əks etdirən “QZ 0427702” nömrəli hərbi biletinin 110-cu qeydinə görə onun 19 aprel 1984-cü ildən 13 dekabr 1985-ci ilə kimi SSRİ Silahlı qüvvələrində hərbi xidmət dövrü təsbit olunmuşdur ki, bu da 1 il 7 ay 24 gün təşkil edir. Əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı 12 sentyabr 1983-cü il tarixdən hərbi xidmətə getdiyi 19 aprel 1984-cü il tarixinə qədər (7 ay 7 gün) yol tikinti təşkilatında (“Aztransstroy” 323 nömrəli Trest) tikinti ustası işləmiş, 13 dekabr 1985-ci il tarixində qayıtdıqdan sonra da o, həmin işini davam etdirərək 2 fevral 1987-ci il tarixə qədər (1 il 1 ay 18 gün) həmin təşkilatda işləmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti üzrə iş stajı ümumiləşdirildikdə onun 1 yanvar 2006-cı ilə qədər 25 il 10 ay 3 gün stajı əmək stajı yaranır. Başqa sözlə, onun bilavasitə hərbi xidmətə getməsinə qədər və qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi yol tikinti təşkilatında işlədiyi dövrün 10 ayı nəzərə alınmasa belə, onun azı 25 il ümumi iş stajı toplanır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, Belə ki, iddiaçının hərbi xidmətdə olmasını təsdiq edən əsas sənəd ona verilən hərbi biletdir. İddiaçıya məxsus hərbi biletin 10-cu bəndində isə iddiaçının xidmətdə old uğu müddətlərin 19 aprel 1984-cü ildən 13 dekabr 1985-ci illər olduğu qeyd edilmiş və möhürlə təsdiq edilmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinindən imtina edilməsinə dair 27 yanvar 2021-ci il tarixli, **********1 saylı məktubda imtinanın səbəbi kimi yalnız iddiaçının kolxozda işlədiyi 1988-ci ilin iş stajına daxil edilməməsini qeyd etmişdir. Cavabdeh orqan iddiaçının əmək kitabçasındakı digər qeydləri mübahisələndirməmiş, başqa sözlə qəbul etmişdir. İndiki halda şikayətdə qeyd edilən bu hal məhkəmə prosesinin süni uzadılmasına xidmət edən bir haldır. Əlavə olaraq, iddiaçının əmək kitabçasında onun 12 sentyabr 1983-cü ildə işə qəbul edildiyi, 1984-cü ildə müddətli həqiqi hərbi xidmətə yollandığı, 1985-ci ilin dekabrında hərbi xidmətdən qayı tdığı və 1987-ci ildə ixtisarla əlaqədar işdən azad edildiyi açıq və birmənalı şəkildə qeyd edilmişdir. Bütün bunlar da iddiaçının həm hərbi xidmətdən öncə, həm də hərbi xidmətdən sonra ixtisara düşənədək tikinti ustası işlədiyini təsdiq edir.

19. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş 259/10 nömrəli, 9 dekabr 2020-ci il tarixli “Arxiv Aravısı”nda qeyd edilmişdir ki, inşaat briqadası üzvlərinin hesablaşma kitabları X9 verilmədiyindən iddiaçının həmin ildə qazandığı əmək haqqını müəyyən etmək mümkün olmamışdır. Lakin, cavabdeh orqan bu halı öz məktubunda, iddia ərizəsinə etirazda, apellyasiya və kassasiya şikayətlərində özünə sərf edən formada - həmin ildə iddiaçıya əmək haqqı ödənişinin olmaması kimi qeyd etməklə bu dövrü (22 fevral 1988-31 dekabr 198 8-ci il tarixlərini) onun iş stajına daxil etməmiş, beləliklə də iddiaçının sosial təminat hüququ olan pensiya hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin inşaat briqadası üzvlərinin hesablaşma kitablarının Dövlət Arxivinə təhvil verilməməsi heç bir halda iddiaçının əsas hüquqlarından olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddət in azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üç ün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla ed ilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində: 2140000a – 13577 kodu ilə müəyyən edilən “blok sistemli aqreqatları idarə edən maşinistlər (qazan-turbin)”, 2140000a – 13931 kodu ilə müəyyən edilən “turbin avadanlığı üzrə nəzarətçi maşinistlər”, 2140000a – 14415 kodu “enerji bloklarının maşinistl əri”

23. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 20-22-ci bəndlərində qeyd olunmuş maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci in stansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-448/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar