Məhkəmə qərarları › İş №2-1(102)-1168/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1168/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1168/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; icra sənədinin icrası ilə bağlı tələbin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1202/2023 nöm rəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)560/2010 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X5, X2, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, başqa yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi vəzifəsinin həvalə edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X8 və X1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmaları, c avabdehlər X3, X1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi, İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)3100/2010 nömrəli qətnaməsi ilə cavabdeh X8, X7 və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2 (102)-305/2011 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçının hazırda irəli sürdüyü tələblə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli, 18-7607/11-9 nömrəli məktubunda qeyd olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2011 saylı xx.xx.2011-ci tarixli qətnaməsinə əsasən cavabdehlər X8 və X7 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmalıdır. İş üzrə cavabdehlər X3 və X1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə və Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş cavabdehlərin yaşadığı ünvana göndərilmişdir. İcra vərəqəsində borcluların başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edildiyindən xx.xx.2011-ci il tarixdə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi və Bakı şəhər i Suraxanı Rayon İcra Hakimiyyətinin məktubuna əsasən hazırda boş mənzil fondu olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilində müvəqqəti məskunlaşmış X4 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin etmələrinin imkanları xaricində olduqlarını bildirmişdirlər. xx.xx.2018-ci il tarixdə təkrar olaraq Komitəyə müraciət edilmiş, komitənin sorğusuna cavab olaraq şöbəyə ünvanlandığı məktubunda növbəti bir il ərzində qaçqın ailələrinin növbəli şəkildə yeni mənzillərə köçürüləcəkləri bildirilmişdir. Təkrarən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Komitə tərəfindən ünvanlanmış məktubda evlər tikildikdən sonra X3 və ailə üzvlərinin mənzillə təm in edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərə yeni mənzilin təklif edilib-edilməməsini müəyyən etmək məqsədilə cavabdeh X8 ilə telefon əlaqəsi saxlanılmış, Komitə tərəfindən hər hansı bir mənzilin onlara təklif edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 90000 (doxsan min) manat vəsaitin, mənəvi zərərə görə ******* (beş milyon) manat həcmində təzminatın ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 2 saylı evin 5 otaqdan ibarət 49 saylı mənzili ona məxsusdur. Mənzil 1992-ci ildə Ağdam rayonundan məcburi köçkünlər X8 və X7 tərəfindən zəbt edilmişdir. 30 ildir ki, mənzilindən məhrum olmuşdur. 18 il ərzində dövlət orqanlarına müraciətləri nəticə vermədiyindən məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)-560/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, cavabdehlər, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə, Əhmədovların yaşayış sahəsi ilə təmin etməklə ona məxsus mənzildən çıxarılması vəzifəsi qoyul muşdur. Lakin cavabdehlər 12 il 1 ay 25 gündür ki, qətnaməni icra etmirlər. İcra şöbəsi və İcra Baş idarəsi bildirirlər ki, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və İcra Hakimiyyəti Əhmədovları yaşayış sahəsi ilə təmin etməsə, onları mənzildən çıxarmaq qətnamənin icrasına ziddir. Bu səbəbdən Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı zərərin ödənilməsinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiası mümkünsüz hesab etmişdir. Yuxarı instansiya məhkəmələri də eyni mövqedən çıxış edərək qərardad dəyişdirilməmişdir. Hər üç instansiya məhkəməsinin mövqeyi cavabdehin əvəz olunması olmuşdur. Qətnamənin icrası ilə bağlı icra şöbəsi öhdəlik daşıyır. Məhkəmələrin mövqeyi ilə razılaşaraq, məhz icra şöbəsinə qarşı iddi a ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Suraxanı rayon İcra şöbəsinin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində mənzilinə köçə bilmir. 30 (otuz) ildir kirayədə yaşayır. Bu müddət ərzində külli miqdarda maddi və misilsiz mənəvi zərərə məruz qalmışdır. Mənzilin kirayə haqqı ayda 550-600 manat təşkil edir. İcra sənədi xx.xx.2010-cu il tarixdə icraata daxil olub. Həmin müddətdən 12 il 2 ay yəni 146 ay keçib. 146 ay, ayda 600 manat olmaqla 146 x 600=87600 manat təşkil edir. xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, qətnamənin icra edilməsini xahiş etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavabında qeyd edirlər ki, qərarın icrası istiqamətində tədbirlər davam etdirilir. Lakin hansı tədbirlərin görülməsi borcluların məsuliyyətə cəlb edil məsi barədə heç bir məlumat yoxdur. Cavabdehin etirazları:

8. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-9537/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən eyni tələb və eyni əsaslar üzrə verilmiş iddiasının məhkəmə tərəfindən mümkün sayılmamasına dair qanuni qüvvədə olan qərarı mövcuddur ki, qeyd olunan qərarda da iddiaçıya icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxıl mağa dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1202/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-9537/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərək ətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra qurumunun icra sənəd inin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Bundan başqa, iddiaçı qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13 və 14.1-ci maddələrinin tələblərinə əməl edilməmiş, qətna məni icra etməli olan dövlət orqanını qətnaməni icra etməməyə görə cəzalandırmaq əvəzinə himayə etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə prose s iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İşdən göründüyü kimi, iddiaçı 13 aprel 2017-ci il tarixdə eyni cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-560/2010 saylı, 26 aprel 2010-cu il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2135/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

22. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)912/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2-1(102)-1491/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-912/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

24. Göründüyü kimi iddiaçının hazırkı tələbi ilə eynilik təşkil edən – məhkəmə qətnaməsinin uzun m üddət icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə əvvəllər də inzibati məhkəmədə iddia qaldırmış, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia mümkün sayılmamışdır.

25. İPM-in 78-ci maddəsinin tələbindən göründüyü kimi, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

26. Beləliklə, hazırkı məzmunda iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-1202 /2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar