Məhkəmə qərarları › İş №2-1(102)-1168/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1168/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1168/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xxxnə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2-1(103)-1629/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vətəndaş X2 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəs i ayrılmış, iddiaçıya ayrılmış sahədə 185-00-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 2. 10 mart 1999-cu il tarixli Aktda qeyd olunmuşdur ki,, Suraxanı İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi S.Bəhlülzadə küçəsində 600 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü daimi nişanlar qoyulmuş və R.Şükürova təhvil verilmişdir.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********21 nömrəli məktubla bildirmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi v ə tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların m övcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.19 95-ci il tarixli, 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi, 1ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin naturada bölgüsünün aparılması barədə Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, Suraxanı rayonu İcra Hakimiyyəti Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmiş aktı və sxemi mövcuddur. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə yuxarıda qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyətı qaydada cavabdeh təşkilata xx.xx.2020-ci il tarixdə müraciət etmişdir, lakin 35 gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsassız və qanu nsuz imtina bildirişi verilmişdir. Cavabdeh təşkilat tərəfindən ərizəçiyə imtina bildirişi 5 gün müddətində verilməli olduğu halda, prosessual müddəti pozaraq 35 gündən sonra bildiriş tərtib edilmişdir, həmçinin həmin məktub Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiqlənmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 3 nömrəli əlavəsinə uyğun deyildir. Bundan əlavə imtina bildirişində qeyd edilənlər yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi, torpağın hasarlanmaması və torpağın yaşıllıq ərazidə yerləşməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyya tından imtina əsası kimi nəzərdə tutulmamışdır. Halbuki, elektron kadastr baza məlumatına əsasən istinad məsafələri müəyyənləşdirilə bilirsə, yerləşmə cizgisində həmin istinad məsafələrinin göstərilməməsi kimi uyğunsuzluğun aradan qaldırılması bir vəzifə borcu olaraq cavabdeh təşkilatın üzərindədir. Əgər bu halın əksini sübut edə biləcək faktiki sərtlərin mövcudluğu barədə inzibati orqanın hər hansı bir sübutu və ya rəsmi sənədləri varsa, inzibati icraatın aparılması qaydalarına uyğun olaraq onu bu barədə məlumatlandırmağa, zəruri sübutları təqdim etməyə borcludur. Bundan əlavə Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ona ayrılmış 600 kv.m torpaq sahəsi ətrafında olan qonşular cavabdeh təşkilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyes trindən çıxarışlarla təmin edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı 27 iyul 2020-ci il tarixli imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 272 №-li, xx.xx.1995-ci il tarixli sərəncamı hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Belə olan halda iddiaçı həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpaq olmaqla meşə fonduna aid torpaq sahəsi olmadığından, həmin sahədə ağacların mövcud olması, həmçinin elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etsə də, təqdim edilən hüquqmüəyyənedici sənədin təyinatının məhz ev tikintisi üçün verilməsi və hazırki məqamadək həmin torpaq sahəsinin hasarlanmaması, ondan istifadə edilməməsi, sərəncamda qeyd edilən müddət ərzində (sərəncamın 7-ci bəndi) heç bir tikinti iş lərinin başlanmaması və həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların mövcudluğu nəzərə alınaraq, XXİ əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizənin zəruriliyi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər planının mövcudluğu dövlətin ən başlıca məqsədləri kimi diqqət mərkəzində qoyularaq, cavabdeh inzibati orqanın imtinasının demokratik cəmiyyətdə zəruri olması nəticəsinə gəlməyə imkan verir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)2171/2022 nömrəli qərarı ilə (ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən, Z.Quliyev və S.Kərimov İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən İPM-in 12 və 58-ci maddələrinin tələbinə uyğun araşdırma aparmamış, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsini ayırmış Suraxanı rayon İcra Hakimiyyətinə sorğu edərək torpaq sahəsinin naturada yerini müəyyən etməmiş, rayon icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin 1999-cu ildə tərtib edilmiş sxemə uyğunluğunu, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılan to rpaq sahəsində çoxillik ağaclar olub olmamasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış, iddiaçının iddia etdiyi torpaq sahəsinə onun, cavabdehin, rayon icra hakimiyyətinin, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin və Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələrinin birgə iştirakı ilə baxış keçirilməsini müzakirə etməmiş, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq sahəsi, çoxillik şam ağaclarının mövcud olmasını yoxlamamışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya 1995-ci ildə torpaq sahəsi ayrılan zaman həmin vaxt qüvvədə olmuş maddi hüquq norm alarının tələblərinə riayət edilib-edilməməsi araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi ayrılan zaman onun hansı kateqoriyaya aid olması müəyyən edilməli və sonradan torpağın kateqoriyasında dəyişiklik olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədlər tələb edilməli və araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2-1(103)-1629/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdi r.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması haqqında xx.xx.1995-ci il tarixli sərəncam verilərkən həmin ərazidə qeyd olunan şam ağacları mövcud olmuş, ərazi ümumi istifadədə olan yaşıllıq zonası olmuşdur. Sərəncamla torpaq sahəsi məhz fərdi yaşayış evinin tikilməsi məqsədi ilə verilmişdir, hətta fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin sərəncam verilən tarixdə və hazırda da qeyd olunan səbəblərə görə həmin ərazidə fərdi yaşayış evinin tikilməsi mümkün deyil. Bunun üçün həmin şam ağacları köçürülməli və ya məhv edilməlidir, bu isə yolverilməzdir. Yaşıllıq keçən əsrin 70-ci illərində Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılması planına uyğun olaraq salınmışdır. Göründüyü kimi, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə həmin torpaq sahəsi Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrıla bilməzdi. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir.

17. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etsə də, təqdim edilən hüquqmüəyyənedici sənədin təyinatının məhz ev tikintisi üçün verilməsi və hazırki məqamadək həmin torpaq sahəsinin hasarlanmaması, ondan istifadə edilməməsi, sərəncamda qeyd edilən müddət ərzində (sərəncamın 7-ci bəndi) heç bir tikinti işlərinin başlanmaması və həmin torpaq sahəsində diametrləri 36-64 sm, yaşı 50-55 illik olan Eldar şamı cin sindən 90 (doxsan) ədəd ağacların mövcudluğu nəzərə alınaraq, XXİ əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizənin zəruriliyi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər planının mövcudluğu dövlətin ən başlıca məqsədləri kimi diqqət mərkəzində qoyularaq, cavabdeh inzibati orqanın imtinasının demokratik cəmiyyətdə zəruri olması nəticəsinə gəlməyə imkan verir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə qərar çıxararkən işə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməsi qanunauyğun olduğu halda etməmiş, yalnız cavabdeh və sorğu etdiyi digər qurumların qeyri-müəyyən cavabları ilə kifayətlənərək maddi hüquq normalarının tətbiqi əsaslarını pozmaqla düzgün tətbiq etməmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

21. Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ətrafında olan qonşular cavabdeh təşkilat tərəfindən eyni qaydada torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışlarla təmin edilmişdir. Nümunə üçün X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə 1-ci küçəsi, 47H saylı fərdi yaşayış evinin və yerləşdiyi 0.10 ha torpağa dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti də əlavə olunmuşdur. Lakin cavabdeh orqan eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edir ki, bu da qanunla qadağandır.

22. Kassasiya şikayətinin hüquqi əsasını Mülki Məcəllənin 7,14,139–157 maddələri, “İnzibati icraat haqqında” Qanunun 12,15,24,45,46-cı maddələri, “Torpaq islahatı haqqında” Qanunun 1, 9, 10, 25-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2,8,10,15-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Ə sasnamə»nin 1-ci bəndi təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilm əsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

28. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2171/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 24-25(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 21(103)-1629/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar