Məhkəmə qərarları › İş №2-1(102)-1169/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1169/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 52 yaşdan təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2174/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı tərəfindən təqdim edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və Socar “Neftqaztikinti” Tresti tərəfindən verilmiş 21 aprel 2017-ci il tarixli arayışa əsasən o, 21 sentyabr 1983-cü il tarixində “Xəzərdənizneftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində yardımçı fəhlə işinə qəbul edilmiş, 03 may 1984-cü ildə həmin İdarədə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 14 yanvar 1985-ci ildə işdən azad edilmişdir. 14 yanvar 1985-ci ildə “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 01 may 1985-ci ildə həmin İdarədə oksigen balonlarını dolduran peşəsinə, 01 iyul 1985-ci il tarixində kompressor qurğusunun maşinisti, 01 aprel 1988-ci il tarixində hava bölüşdürücünün aparatçısı peşəsinə keçirilmiş, 18 yanvar 1989-cu ildə işdən azad edilmişdir. Daha sonra 26 yanvar 1989-cu ildə “Azərdənizneftinşaat” X1 Zavodunda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 11 may 2010 -cu il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 12 may 2010-cu ildə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 31 yanvar 2012ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin cavabdeh 15/5662 nömrəli, 13 noyabr 2017-ci il tarixli məktubla iddiaçıya 52 yaşdan pensiya təyin olunmasından imtina etmişdir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 25 dekabr 2013-cü il tarixdən, yəni 52 yaşdan hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, 22 may 1982-ci ildən hal-hazıra kimi işləməklə ümumilikdə 35 il əmək stajına malikdir. Həmin əmək stajının 21 sentyabr 1983-cü il tarixdən 01 may 1985-ci il tarixə kimi “Xəzərdənizneft”-in NQÇİ-də “tikinti quraşdırma üzrə elektrik qaynaqçısı” peşəsində, 01 iyul 1985-ci il tarixdən 01 aprel 1988-ci il tarixə kimi “Xəzərdənizneftqazinşaat” Trestində “kompressor maşinist” vəzifəsində və yenidən 26 yanvar 1989-cu il tarixdən hal-hazıra kimi “quraşdırıcı üzrə qaynaqçı” vəzifəsində işləməklə 31 ilini ağır işlərdə çalışmışdır və hazırda da işləyir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşında yarandığından, 25 dekabr 2013-cü il tarixdən ona pensiya təyin olunmalı idi. Bununla əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 03 mart 2017-ci il məktubla ərizənin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, onun 2013-cü ildə 52 yaşı tamam olduğu və 01 yanvar 2006-cı il tarixə kimi güzəştli şərtlərlə pensiya verən tam əmək stajı topladığı üçün ona yaşa və staja görə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13- cü maddəsinə əsasən pensiya təyin edilməli və pensiyası həmin Qanunun tələblərinə uyğun olaraq əmək haqqından hesablanmaqla ödənilməmiş pensiya məbləği birdəfəlik ödənilməlidir. Cavabdeh iddia ərizəsinə 30.04.2017-ci il tarixdə, 15/6066 saylı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının pensiaysının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-478/2018 saylı, 13 aprel 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 25 dekabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə həmin vaxtdan ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2174 /2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-478/2018 saylı, 13 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı 25 dekabr 2013-cü il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2174/2018 s aylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-478/2018 saylı, 13 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə düzgün nəticəyə gəlməmiş, yalnız cavabdehin apelyasiya şikayətində göstərilən, lakin hüquqi baxımdan əsaslandırılmayan formal mülahizələrinə istinad etməklə ədalətsiz qərar qəbul etmiş, beləliklə də, iddiaçının qanunla qorunan hüquqlarının real bərpası təmin olunmamışdır. Kassator bildirmişdir ki, apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq və təfsir edilməmiş, qanunver iciliyin tələbləri kobud surətdə pozulmuş, həmçinin qərarda inzibati-prosessual qanunvericiliyin müddəaları qeyd edilsə də, lakin həmin müddəaların tətbiqi ilə bağlı heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən inzibati-prosessual məcəllənin tələbləri kobud sürətdə pozmaqla onun apelyasiya baxışında iştirakı təmin edilməmiş, ona görə də apelyasiya şikayətinə dair etiraz və sübutlarını təqdim edə bilməmiş, sübutetmə vəzifəsindən məhrum olmaqla hüquqları pozulmuşdur. Ona məhkəmə iclasının yeri və vaxtı barədə çağırış məktubu gəlməmişdir. İş materiallarında bu barədə hər hansı məhkəmə bildirişinin alınması barədə xəbərnamə belə yoxdur. Bu səbəbdən də onun 20.11.2018-ci il tarixli məhkəmə iclasından məlumatı olmamışdır. Lakin apelyasiya məhkəməsinin qərarında guya ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi barədə məhkəmə bildirişinin göndərildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etməməklə konstitusion hüquqlarını pozmuş, onu çəkişmə prinsipindən və sübutetmə vəzifələrindən məhrum etməklə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar q əbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun m ümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsaslanaraq, ona 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməli olduğunu iddia edərək, cavabdehin imtina cavabı ilə və apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edi r ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya 52 yaşından pensiya təyin olunmasından imtinası, həmçinin apelyasiya instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiyasına) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azə rbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli 358-İQD nömrəli Qanununla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). İddiaçıya qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsinin “a” bəndi tətbiq edilməklə, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 N-li Qər arı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısı” üzrə peşə və vəzifələrə uyğun olan sığorta stajının olması müəyyən edilməmişdir. Həmin Qanunun tələbinə əsasən 01 yanvar 2006-cı ilədək 20 il ümumi, 10 il isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə xüsusi stajı olan kişilərə 52 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ mədən yerlərində, metrop olitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərdə (10103000 kodu üzrə) bütün elektrik qaynaqçıları deyil, əl ilə qaynaqda elektrik qaynaqçıları, elektrik qaz qaynaqçıları, avtomatlaşdırılmış və yarımavtomatlaşdırılmış maşınlarda elektrik qaynaqçıları, habelə dəniz neftçiləri üçün qüllə quraşdırıcıları - qaynaqçıları (1100000a- 11588 kod üzrə) güzəştli şərtlərlə pensiya təyininə əsas olan peşə (vəzifə) kimi nəzərdə tutulmuşdur. Yəni, yeraltı işlərdə və dəniz şəraitində sözügedən peşə üzrə iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə pensiya təyininə əsasdır. İddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahıda nəzərdə tutulmuş güzəştli iş stajının olmasına, e ləcə də dəniz şəraitində işləməsinə dair sübut işə əlavə olunmamışdır. Bundan əlavə, Socar “Neftqaztikinti” Tresti tərəfindən verilmiş 21 aprel 2017-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 saylı Siyahısı üzrə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə iş stajının olması barədə məlumatlar göstərilmişdir. Həmin Siyahı üzrə isə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışd ır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 33-cü bölməsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları ümumi peşələrə aid edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmış, işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətində iddiaçı həmçinin qeyd edir ki, 20.11.2018-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş, apelyasiya baxışında məhkəmə iclasin a lazımi qaydada dəvət edilməmişdir. İddiaçının kassasiya şikayətində qeyd edilən bu arqumenti də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının ünvanına müvafiq məhkəmə bildirişləri göndərilmişdir. Həmçinin, iş materiallarında olan SMS xəbərdarlıqdan görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məh kəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2174/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar