Məhkəmə qərarları › İş №2-1(102)-1169/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1169/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış evinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızının və X1 ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdeh2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1655/2019 nömrəli qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehlərin yaşadığı evin yerləşdiyi Yasamal rayonu, L.Tolstoy küçəsi 54 ünvanı dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan ərazidə yerləşir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən həmin ərazidə torpaqları (və onların üzərində yerləşən daşınmaz əmlakları) dövlət ehtiyacları üçün alan orqan kimi iddiaçı - Bakı şəhər Yasamal İcra Hakimiyyəti təyin edilmişdir. 3. ünvan 1 ünvanında yerləşən cavabdehlərə mə xsus yaşayış sahəsinə görə 261693 manat məbləğində kompensasiya təklif edilmiş, lakin cavabdehlər könüllü razılaşmadan imtina etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın əmlaka sahibliyin - alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və həmin mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 261.693,00 manat məbləğində kompensasiya ödənilərək, yaşayış evinin boşaldılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan R espublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən ərazi də həmçinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi üçün dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmuşdur. Həmin qərara əsasən alan orqan kimi Bakı şəhər Yasamal İcra Hakimiyyəti müəyyən edilmişdir. Həmin Qərarın icrası qaydasında «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu» təşkil edilmiş və həmin qrup tərəfindən alınan əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Evin danışıq (könüllü alğı-satqı) yolu ilə alınması məqsədilə cavabdehlərə bildiriş göndərilmiş, mənzilin alınması üçün müstəqil qiymətləndirici, «xxxx» MMC tərəfi ndən evin müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə (2 aylıq kirayə haqqı və köçmə xərci də daxil edilməklə) 261693,00 manat məbləğində kompensasiya təklif olunmuş, lakin onlar təklif olunan həmin məbləği almaqdan imtina etmişlər. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1089/2019 nömrəli xx xxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınm az əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 261693 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır.

8. Məhkəmə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

9. Cavabdehlər apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi ni xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019cu il tarixli 2-1(103)-1655/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdehlər həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və cavabdehdən Bakı şəhəri, L.Tolstoy küçəsi, 54 saylı evə dair 595000 manat, torpağa istifadə və mülkiyyət hüququ üzrə 119610 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 10000 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin tutulmasına dair 119000 manat, çətinliyə görə ümumi kompensasiya məbləğinin 10 faizinin tutulmasına dair 59500 manat, köçürülmə ilə əlaqədar ödənilən 1000 manat kompensasiyanın tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə cavabdehlər tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin hesablama rəyi nə faktiki ölçülərə, nə də sahənin real bazar qiymətindən dəfələrlə aşağıdır. Hər iki instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş digər müstəqil qiymətləndirici “xxxx” MMC-nin rəyinə hər-hansı bir hüquqi qiymət verilməmişdir. Bundan əlavə, iki fərqli eyni ev üzrə hesablama rəyləri ilə bağlı daşı nmaz əmlakın ölçüləri və real bazar qiymətləri arasında olan fərq üzrə müvafiq ekspertizalar təyin edilməmişdir. Hesablanan daşınmaz əmlakdan əlavə qanunvericiliklə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə 20 faiz əlavə kompensasiya ödənilməsi qeyd edilməmiş və ödənilməmişdir. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulan çətinliyə görə kompensasiyanın alıcı tərəfindən ödənilməsi qeyd edilməmiş və ödənilməmişdir. Mülkiyyətin toxunulmaz olduğunu nəzərə alaraq işin məhkəmə araşdırması mərhələsində evin sökülməsi konstitusion hüquq pozuntusudur.

14. Həmçinin, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmaya məruz qalması hansı strateji maraqlarına toxunduğunu, yəni söküntüyə məruz qalmış əmlakın dövlət əhəmiyyətli magistral yol, müdafiə və sair ölkənin inkişafına yönəldəcəyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh2 və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

17. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayət təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər Cavabdeh1 və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılar ına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

19. Həmçinin, digər Cavabdeh1 nəzərinə çatdırılmışdır ki, onun tərəfindən verilmiş şikayətə vəkilin orderi əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Mülki Məcəllə: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə n əzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə al ınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Maddə 247.1.1. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir xxxxsinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə tədbirlər həyata keçirir. Maddə 24.4. Qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun o laraq kompensasiyanın ödənilməsində istifadə edilir.

22. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Cavabdeh2 tərəfindən kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, Cavabdeh2 şikayəti üzrə kassasiya mümkün hesab edilir.

24. Digər Cavabdeh1 bildirişdə göstərilən çatışmazlığı aradan qaldırmadığından, məhkəmə kollegiyası Cavabdeh1 aid hissədə kasasiyanın mümkünsüzlüyü qənaətinə gəlir.

25. İş üzrə Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçı orqa n daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırkı qərarın 20 və 21-ci bəndlərində göstərilən normaların tələblərinə riayət etmişdir.

28. Cavabdeh kompensasiya məbləğinin düzgün hesablanmadığını qeyd etsə də, qiymətləndirici «xxxx» MMC-nin işdə olan xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 №-li Fərmanında nəzərdə tutulan 20 faiz əlavə də nəzərə alınmaqla, cavabdehlərə məxsus evin bütün ölçüləri o cümlədən: 85,51 kv.m əsas və 48,66 kv.m köməkçi sahələrinin 1 kv. metri 1500 manatdan, 4,04 kv.m pilləkənin və 6,33 kv.m açıq eyvanın 1 kv. metri 400 manatdan, (41,91 +13,38) kv.m mansard tipli iki zalın 1 kv.m 1000 manatdan olmaqla, evin ümumi bazar dəyəri 260.693 manat məbləğin də müəyyənləşdirilmiş, eyni zamanda 1000 manat 2 aylıq kirayə haqqı və köçmə xərci də daxil olmaqla, ev üçün ümumilikdə, təklif ediləcək kompensasiya üçün 261693 manat məbləğində pul vəsaiti müəyyən olunmuşdur.

29. Qanunvericilikdə nəzərdə tutulan çətinliyə görə kompensasiyanın qeyd edilmədiyinə və ödənilmədiyinə dair şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66-cı maddəsinin müddəalarına görə, həmin Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir (66.1). Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir (66.2). Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər (66.3).

30. Normaların məzmunundan göründüyü kimi, alan orqan bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir; alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir; alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər.

31. Beləliklə, hazırkı mübahisənin nəticəsi olaraq yaşayış sahəsinin alındığı vaxtdan başlayaraq, alınmanın təsirinə məruz qalan cavabdeh alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bir təqvim ili müddətində təqdim edə bilər. Başqa sözlə, mübahisənin hazırkı məzmunda nəticə ilə həlli cavabdehi çətinliklə bağlı ödəniş üçün qanunla müəyyən edilmiş müddətdə alan orqana müraciət etmək imkanından məhrum etmir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti Cavabdeh2 aid hissədə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1655/2019 nömrəli qərarı dəyişdirilmədən saxl anılır. Cavabdeh1 şikayəti üzrə kassasiya mümkün sayılmır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar