Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; 23.01.2007-ci il tarixli Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe liyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli, 21(103)-281/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 24.11.1976-cı il tarixdən 10.10.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 08.01.1979-cu il tarixdən 25.07.1979-cu il tarixədək Mirbəşir elektromexanika zavodunda çilingər, 25.07.1979-cu il tarixdən 21.08.1992-ci il tarixədək isə tənzimləyici; 24.08.1992-ci il tarixdən 27.10.1995-ci il tarixədək Tərtər elektrik şəbəkəsində usta; 15.11.1995-ci il tarixdən 01.04.1997-ci il tarixədək 12 saylı İSSTMD-də iş icraçısı işləmişdir, 08.04.1997-ci il tarixdən hal-hazıradək "xxxx" MB-də elektrik ustası vəzifəsində işləyir
2. İddiaçı 25.12.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə 08.01.2020-ci il tarixli **********2 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında 08.04.1997-ci il tarixindən bugünədək "xxxx" MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sahəsində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə N azirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş stajı nəzərə alınmaqla 29.03.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.04.1997-il tarixdə "xxxx" MMC-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul olunmuşdur. İşlədiyi iş yeri mədən ərazisidir. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
6. Cаvаbdеh iddiаyа dаir еtirаzını təq dim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, iddiaçının 08.04.1997-ci il tarixdən işləmiş olduğu “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı peşələr ilə üst-üstə düşmür. Belə olan halda, iddiaçının qeyd edilən peşədə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamı şdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(112)-2914/2020 saylı qərarı ilə (hakim Elvin Əliyev) iddia təmin edilərək, İddiaçı 29.03.2015-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən artıq, yəni 28 il 15 gün təşkil edir. İddiaçının 08.04.1997-ci il tarixindən işləmiş olduğu “elektrik avadanlıqlarının t əmiri və xidmət üzrə elektrik montyoru” peşəsi Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda, həmçinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilmişdir. Odur ki, iş materialları ilə iddiaçının 29.03.2015-ci il tarixinə kimi 25 ildən artıq (25 il 11 ay 29 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (17 il 11 ay 21 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması təsdiq olunur.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli, 21 (103)-281/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(112)-2914/2020 saylı qərarının qismən “29.03.2015-ci il tarixindən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilərək pensiyanın təyin edilməsinin əvvəlinin 26.11.2016-cı il tarixindən hesablanması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olması ilə bağlı düzgün nəticəyə gəlsə də, pensiyanın hansı tarixdən hesablanması zamanı səhvə yol vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun ola raq iddiaçıya pensiya müraciət etdiyi tarixdən ən çoxu əvvəlki üç il üçün ödənilə bilər. İddiaçı cavabdeh orqana 26.11.2019-cu il tarixində müraciət etdiyindən pensiyanın təyin edilməsinin əvvəli 26.11.2016-cı il tarixindən hesablanmalıdır.
12. Məhkəmə qərarı cavabdehə 19.04.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 07.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli, 2-1(103)-281/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsin ə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin qanunun iddiaçıya tətbiq oluna bilməsi üçün iddiaçının 01.01.2006- cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Lakin iddiaçı tələb edilən zəruri staja malik olmadığından bu hüququ yaranmamışdır. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə Nazirlər Kabinetinin 2 nömrəli Siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Lakin iddiaçının güzəştli iş stajı illəri 12 il 6 aydan azdır. Belə ki, iddiaçının 08.04.1997-ci il tarixindən işləmiş olduğu “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsi yuxarıda qeyd edilən Qərardakı peşələr ilə üst-üstə düşmür.
16. Məhkəmə isə bütün bu göstərilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual normaların tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ola n işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
22. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (1100000a—19861), nəzərdə tutulmuşdur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər” nəzərdə tutulmuşdur.
27. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtınd a verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə hazırkı qərarın 22-ci bəndində göstərilən normaya istinad edərək iddia tələbinin qismən təmin olunması, pensiyanın təyin edilməsinin əvvəlinin 26.11.2016-cı il tarixindən hesablanması qərara almışdır. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanunvericiliyin tələblərinə uyğun olmaqla iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.
33. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla istər 01.01.2006, istərsə də 01.07.2017-ci il tarixə qədər 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal da tərəflər arasında mübahisələndirilmir.
34. Cavabdehin mübahisələndirdiyi hal və kassasiya şikayətinin əsas dəlili ond an ibarətdir ki, iddiaçının 08.04.1997-ci il tarixindən bu günədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olmadığından onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır.
35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müvafiq qurumlara sorğular verilmiş və müəyyən edilmişdir ki, iddiaçı 08.01.1979-cu il tarixdə 03 nömrəli X1 Zavodunda tənzimləyici vəzifəsinə işə qəbul olunmuş və 21.08.1992-ci il tarixdə 6 2 nömrəli əmrlə öz xahişinə əsasən işdən azad edilmişdir və 08.04.1997-ci il tarixindən bu günə kimi "xxxx" MMC-nin Elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sahəsində “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” peşəsində çalışır. Onun çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “10.Neft,qaz və qaz kondensatının hasilatı” bəndinin “a) fəhlələr” yarımbəndinin iyirmi beşinci abzasında nəzərdə tutulan “neft, qaz və qaz kondensatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsinə aid dir.
36. Hazırkı qərarın 25-26-cı bəndlərindən görünür ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir.
37. Beləliklə, iddiaçının xüsusi stajı 01.01.2006-cı il tarixə qədər 12 il 6 ay olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinə qədər qüvvədə olan mətninə uyğun olaraq pensiyaya çıxmaq hüququ yaranır. Odur ki, cavabdehin göstərilən dəlilləri əsassızdır.
38. Beləliklə, cavabdehin kassasiya şikayətində qeyd etdiyinin əksinə, iddiaçının zəruri güzəştli stajının mövcudluğu işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.
39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2021-ci il tarixli, 21(103)-281/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.