Məhkəmə qərarları › İş №2-1(102)-1169/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1169/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1169/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1986, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərp a edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh orqanın 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmri ilə iddiaçı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsi, Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya müşaviri) 12 mart 2020-ci il tarixindən miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmiş və 20192020-ci iş ili üçün ödənilmiş məzuniyyət haqqının müəyyən hissəsi (2 gün) tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində ic raat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliyin tələbləri pozulmaqla cavabdeh orqanın 12 mart 2020-ci il, 90 nömrəli tarixli əmri ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8, 99 və 111.11-ci maddələrini, Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsini və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq işdən azad edilmişdir. İddiaçı hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə cavabdeh orqanı n əmri qanuna ziddir və onun əmək hüququnun, insan kimi ləyaqətinin qorunması hüququnun, habelə şəxsi toxunulmazlıq hüququnun kobud formada pozulması ilə müşahidə olunmuşdur. Əmrin surəti cavabdeh orqan tərəfindən 20 mart 2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmr ilə 3 istiqamətdə qanunvericiliyin tələblərini pozmuşdur. 1) Həmin əmr Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. 2) “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın tətbiqi hüquqa ziddir. 3) Əmrin qəbul edilməsinə əsas olmuş şikayətlər həqiqətdə olmamışdır və əmr həqiqəti əks etdirməyən məlumatlar, saxta və qanunsuz sübutlar əsasında qəbul edilmişdir. 1-ci pozuntu ilə bağlı – iddiaçının “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq 211 nömrəli əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda cavabdeh tərəfindən onun əmək müqaviləsinin ləğv olunması arzulanarkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı alınmamışdır. Bu fakt öz təsdiqini 90 nömrəli əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən qeyd edilməli olan halda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas əsas olunan rəsmi sənədlər arasında həmkarlar təşkilatının protokolu barədə qeydin olmamasında da tapır. Əmək Məcəlləsinin 80-c i maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarı nı işəgötürənə təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin 90 nömrəli əmri Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissəsinin tələbləri pozulmaqla, Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən qanunsuzdur. 2-ci pozuntu ilə bağlı –12 mart 2020-ci il tarixli, 90 nömrəli əmri, əmrin verilməsinə əsas olan arayışdan da göründüyü kimi, AR cavabdeh orqanın 3 may 2015-ci il tarixli 58 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinə əsasən intizam tənbehi verilmişdir. Lakin 90 nömrəli əmrin qəbul edilməsi üçün əsas kimi götürülmüş “Azərbaycan Respublika sının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsanamə”nin 1.10-cu bəndinə əsasən dövlət reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normatıv xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 3-cü pozuntu ilə bağlı – mübahisəli əmrdə adları şikayətçi kimi qeyd edilmiş A.Məmmədovanın və N.Əyyubovun iddiaçı barədə cavabdehə heç bir vaxt yazılı və ya şifahi müraciətləri olmamışdır. Bu səbəbdən iddiaçı araşdırma materialları ilə tanış edilmək üçün cavabdehə dəfələrlə şifahi və ya telefon vasitəsi ilə, 1 dəfə ərizə, 2 dəfə teleqr amla müraciət etmişdir, lakin cari tarixədək cavab verilməkdən imtina olunmaqdadır. Bundan əlavə, 12 mart 2020-ci il tarixdə saat 17 radələrində iddiaçı cəhd edərək Xidmət rəisinin qəbulunda olarkən bu məsələlərin qərəzli olaraq ona qarşı yönəldiyini və şikayətçilərin olmadığı və 4 mart 2020-ci il tarixli ərizə ilə cavabdeh orqana onun barəsində şikayətin olmaması barədə müraciəti xatırlatsa da, Xidmət rəhbərliyi onun barəsində qərarın qəti olduğunu və nə həmin ərizənin və nə də onun qeyd etdiklərinin nəzərə alınmayacağını bildirmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, 25 fevral 2020ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı X4 cavabdeh orqana müraciət edərək miqr asiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin ünvan 1 ünvanında yerləşən “ENDİ” marketdən çıxan 15 yaşlı övladı Fatimə Əyyubovanı izləməsini, yaşayış binasının qarşısında ona yaxınlaşıb tanışlıq təklif etməsini və qızının bundan çox qorxduğunu bildirmiş və bu nalayiq hərəkətin cavabdeh tərəfindən araşdırılmasını xahiş etmişdir. Qeyd olunan şikayətdən əlavə 25 fevral 2020-ci il tarixdə cavabdeh orqana Azərbaycan Respublikası vətəndaşı X5 müraciət edərək miqrasiya orqanları işçisinə məxsus xüsusi geyim formasında olan bir şəxsin Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən “Bizim market”ə daxil olduğunu və onun çalışdığı hissəyə gələrək bir müddət onunla əşyaların qiymətləri ilə bağlı söhbət etdiyini, sonradan isə ona tanışlıq təklif etdiyin i bildirmişdir. Əlavə olaraq şikayətçi qeyd etmişdir ki, iş yoldaşları ilə söhbət zamanı həmin şəxsin “Bizim market”də çalışan digər bir qadına da tanış olmaq məqsədilə yaxınlaşmışdır. Daxil olan şikayətləri araşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi tərəfindən “ENDİ” market və eyni ünvanda yerləşən “Bizim market”də quraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir. Müşahidə kameralarına baxış zamanı şikayətçilər tərəfindən qeyd olunan şəxsin Təşkilat-nəzarət baş idarəsi, Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya xidməti müşaviri İddiaçı olduğu məlum olmuşdur. Daxili təhlükəsizlik idarəsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı iş vaxtı xidməti vəzifələrini icra etməli olduğu müddətdə 25 fevral 2020-ci il tarixdə saa t 09:10-da xüsusi geyim formasında Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov ünvanında yerləşən “Bizim market”ə daxil olmuş və birbaşa eskalator ilə 1-ci mərtəbəyə düşmüş və lift ilə 3-cü mərtəbəyə qalxmışdır. İddiaçı birbaşa orada çalışan Aygün Məmmədovaya yaxınlaşmış və vitrində yerləşən əşyalara baxaraq əli cibində onunla söhbət etmiş və onun arxasınca gedərək 15 dəqiqə onunla danışmışdır. Sonradan o, saat 09:25-də lift ilə 1-ci mərtəbəyə enərək orada çalışan digər qadın işçiyə yaxınlaşmış, onunla bir neçə dəqiqə söhbət etdikdən sonra saat 09:30-da qadın liftə doğru hərəkət etmiş, iddiaçı isə onun arxasınca gedərək birlikdə liftə minib 3-cü mərtəbəyə qalxmışdır. 3-cü mərtəbədə satıcı qadın liftdən düşdükdən sonra iddiaçı 1-ci mərtəbəyə düşmüş və saat 19:37-də marketi tərk etmiş dir. iddiaçı saat 09:47-də Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Sonradan iddiaçı saat 12:00-da xüsusi geyim formasında yenidən Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasından çıxmış, yuxarıda qeyd olunan market ilə eyni küçədə yerləşən “ENDİ" marketə getmiş və həmin yerdən alış-veriş etdikdən sonra marketdə müştəri qismində olan azyaşlı uşaq Fatimə Əyyubovanın çıxmasını gözləmişdir. Sonuncu marketdən çıxdıqdan sonra iddiaçı onun arxasınca yaşadığı binanın qarşısınadək getmiş, ona yaxınlaşmış və tanışlıq təklif etmiş, azyaşlı F.Əyyubovanın yaşadığı binanın blokuna daxil olmasını və evə qalxmasını gördükdən sonra iddiaçı qayıtmış, saat 12:20-də yenidən “Bizim market”ə daxil olmuş və saat 12:49-dək 1-ci mərtəbədə heç nə almadan yalnız gəzmiş dir. Saat 12:50-də marketi tərk etmiş, saat 13:17-də Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasına daxil olmuşdur. Şikayətlərlə bağlı Təşkilat-Nəzarət Baş İdarəsi Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya xidməti müşaviri İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında “ENDİ” marketdən çıxan azyaşlı uşaq Fatimə Əyyubovanı izləyərək ona yaxınlaşdığını təsdiq etmiş, onu hüquqşünas tanışına bənzətdiyini və ona yaxınlaşaraq tanış gəldiyini demişdir. F.Əyyubova isə ona “xeyr” cavabı verdikdən sonra geri qayıtmışdır. İddiaçı ikinci şikayət ilə bağlı izahatında “Bizim market”ə getdiyini təsdiq etsə də, şikayətdə qeyd olunan məqamları təkzib etmiş və o, həmin qadınlara yaxınlaşaraq yalnız oradakı əşyaların qiymətləri ilə maraqlandığını bildirmişdir. Həmçinin 28 fevral 2020-ci il tarixdə şikayətçilər X4 və X5 mobil telefon vasitəsilə Daxili təhlükəsizlik idarəsinin rəisinə (Elfan Quliyevə) zəng vuraraq iddiaçının nahar fasiləsi zamanı “ENDİ” marketə və “Bizim market”ə gedərək orada işləyənlərə hədə-qorxu gəldiyi və mobil nömrəsini “Bizim market”də çalışan bir işçiyə verərək Aygün adlı işçinin gələcəyi təqdirdə ona məlumat verilməsini tələb etdiyini bildirmişlər. Araşdırma zamanı iddiaçının miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi, etik davranış və intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmişdir. Nəticədə, iddiaçı Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 30.4 və 30.11-ci maddələrinin, habelə cavabdeh orqan ın 3 iyun 2015-ci il tarixli, 58 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinin tələblərini kobud şəkildə bir neçə dəfə pozduğundan, Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8, 99, 111.11-ci maddələrini, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli, 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndini rəhbər tutaraq iddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xit am verilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan cavabdeh orqan tərəfindən aparılan inzibati icraatda (araşdırmada) iddiaçının miqrasiya orqanlarında qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsi birbaşa təsdiqlənməsə də, qulluq dövründə xidməti geyim forması daşıyan şəxs kimi iki ayrı-ayrı epizod üzrə onun hərəkətlərinin istər ictimai mühitdə, istərsə də xidməti münasibətlər çərçivəsində müzakirələrə çıxarılması, bununla bağlı müxtəlif yaş həddində olan şəxslərin yazışmalara cəlb olunması və izahatlarının alınması onun özünün davranışından və iradəsindən törəmə və məcmu şəkildə miqrasiya orqanlarının nüfuzuna zərbə vuran hal qismində yaranan nəticədir. Hansı ki, bu halların həm baş verməsinin, həm də sonradan davamı olaraq ictimai təəssüratının qarşısını iddiaçının həmin orqanın işçisi kimi ictimai etimada yönəlmiş nümunəvi davranışı ala bilərdi.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16 may 2021ci il tarix li qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunaraq iddiaçının iddiası qismən təmin edilmiş, cavabdeh orqanın 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmri ləğv olunaraq iddiaçının işə bərpa olunması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəzifələrin icrası zamanı nə kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmiş, nə də ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətləri etməsi iş materiallarına əsasən sübut olunmur. İnzibati orqan tərəfindən iddiaçı barəsində intizam icraatı X2 ərizəsinə əsasən başlanılmışdır. Lakin intizam icraatı zamanı nə onun, nə də ki digər şəxslərin izahatları alınmamışdır. X1 daha sonra ərizə ilə inzibati orqana müraciət edərək, iddiaçı barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, 90 nömrəli əmri “İnzibati icraat haqqında” Qanunun pozulması və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunduğundan, ləğv olunmalıdır. Eyni zamanda, iddiaçı işə bərpa olunmalıdır. İddianın iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin s iyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verildikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, o, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi üçün Əsasnamə ilə qadağan olunmuş elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa digər ödənişli fəaliyyətlə məşğul olaraq gəlir əldə etmişdir. Ona görə də, iddia iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində təmin olunmamalıdır.

10. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri 11. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” yalnız miqrasiya orqanları işçiləri üçün hüquq və vəzifələr müəyyən etdiyindən iddiaçı miqrasiya orqanlarından xaric edildikdən sonrakı müddət ərzində miqrasiya orqanları işçisi olmadığından sözügedən Əsasnamənin müəyyən etdiyi vəzifələr ona aid edilə bilməz. Bu səbəbdən də onun vəkillik fəaliyyəti ilə məşğul olması Əsasnamənin tələblərini pozmadığı kimi onun konstitusion hüquqlarından irəli gələn əmək fəaliyyəti ilə bağlı seçimidir. Və bu seçimi ilə əlaqədar onun Azərbaycan Respublikası Əmək Məcəlləsindən irəli gələn hüquqları məhdudlaşdırıla bilməz. Habelə vəkil peşəsi ilə məşğul olduğu dövrdə heç bir qazanc əldə etməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

12. Araşdırma zamanı iddiaçının miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol v erdiyi, etik davranış və intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmişdir. Lakin məhkəmə yuxarıda göstərilən halların miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək və etik davranış və intizam qaydalarını kobud şəkildə pozan hərəkətlər olduğu ilə razılaşmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda (araşdırmada) iddiaçının miqrasiya orqanlarında qulluqla bir araya sığmayan hərəkətlərə yol verməsinin təsdiqlənməməsinə dair gəldiyi nəticə işin faktiki hallara uyğundur, Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olm ası; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xət alara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 15. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” 16. “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə

24. Prosessual m üddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il ke çdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı “əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

21. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rəisinin 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması, iddianın qalan hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.

22. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 16 fevral 2022-ci il tarixli qərarın əsaslandırma hissəsi 6 (altı) səhifədən ibarət olsa da, onun əksər hissəsini müxtəlif hüquq normalarının və işin hallarının sadalanması təşkil edir.

23. Qərarın əsaslandırma hissəsinə isə apellyasiya məhkəməsinin yalnız bir cümləsini şərti olaraq aid etmək olar ki, bu cümlə qərarda öz əksini belə tapmışdır: “iddiaçı vəzifələrinin i crası zamanı nə kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmiş, nə də ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31 və 32-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etməsi iş materiallarına əsasən sübut olunmur”.

24. Həmçinin qeyd edilməlidir ki, qərarın əsaslandırma hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilmiş nəticəyə gəlməsi şərti olaraq əsaslandırma kimi qəbul ediləcək həmin yeganə cümlənin təsdiqi kimi qərarda yazılmışdır: “inzibati orqan tərəfindən iddiaçı barəsində intizam icraatı X2 ərizəsinə əsasən başlanılmışdır. Lakin intizam icraatı zamanı nə onun, nə də ki qızının izahatları alınmamışdır. X1 daha sonra ərizə ilə inzibati orqana müraciət edərək iddiaçı barəsində heç bir şikayətinin olmadığını bildirmişdir”.

25. Eyni zamanda apellyasiya məhkəməsinin öz qərarında göstərdiyi sonrakı cümlə, yəni ““İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir”, apellyasiya instansiyası məhkəməsinin intizam icraatı ilə inzibati icraatı eyniləşdirməsi anlamına gəlir ki, bu da fərqli anlayışlar olduğundan yolverilməzdir.

26. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi belə olan halda X3 və onun qızını məhkəməyə dəvət edib izahatlarını almalı və mübahisəli məsələni tam və hərtərəfli araşdırmalı idi.

27. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmiş və bu səbəbdən iş üzrə qanuna uyğun olmayan nəticəyə gəlmişdir.

28. Halbuki İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verildikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, o, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi üçün Əsasnamə ilə qadağan olunmuş elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa digər ödənişli fəaliyyətlə məşğul olaraq gəlir əldə etmişdir. Ona g örə də, iddia iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində təmin olunmamalıdır.

30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin 21(112)-894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarının ləğv olunması, iddiaçının iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rəisinin 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması hissəsində ləğv olunmalı, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instan siyası məhkəməsinə göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin 2-1(112)894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarının ləğv olunması, iddiaçının iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rəisinin 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qalan his sədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar